Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

CARİ İLDƏ PAYTAXTDA 100 MİNƏ QƏDƏR AĞAC VƏ KOL ƏKİLİB

06.10.07 - 9:00964 baxılıb

BAKI ŞƏHƏR YAŞILLAŞDIRMA TƏSƏRRÜFATI BİRLİYİ İRADLARLA RAZILAŞMIR

Son illər paytaxtın yaşıllaşdırma işlərinə xeyli vəsait ayrılır. Böyük əziyyətlər bahasına salınan yaşıllıqlar isə sonradan baxımsızlıqdan quruyur. Əsasən xaricdən gətirilən dekarativ ağac və kolların bir qisminin zəhərli olması barədə də məlumatlar səsləndirilir.
Məsələyə münasibət bildirən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi texniki-istehsalat şöbəsinin mühəndisi Eldar Məmmədovun sözlərinə görə, paytaxtın yaşıllaşdırılması istiqamətində son illər xeyli iş görülüb: "Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən cari ilin 9 ayı ərzində Bakı şəhəri ərazisində 100 minə yaxın ağac və kol bitkisi, bir milyon ədəd mövsümi gül əkilib. Hazırda Birliyin balansında 12 min hektar yaşıllıq var ki, bunun da 100 hektarı çəmənliklərdir. Yaşıllaşdırma işləri paytaxtın bütün ərazisində aparılır".
E.Məmmədovun sözlərinə görə, paytaxt ərazisində əsasən şam ağacı, tuya kolu, Suriya qızılgülü, adi qızılgül, zeytun, belonimus əklilir: "Belonimusdan başqa sadalanan ağacların hamısı ölkə ərazisində yetişdirilir. Bir də İrandan müəyyən ağac və kollar alırıq. Onların da qiyməti növündən və boyundan asılı olaraq 2-3 manat arasında dəyişir".
Əkilən ağac və kollara qulluq edilmədiyindən quruması məsələsinə gəldikdə isə Eldar Məmmədov iradlarla razılaşmadı: "Əkilən bitkinin10 faizinin quruması normal sayılır. Birlik tərəfindən əkilən ağaclara yüksək qulluq göstərilir. Bakı şəhəri ərazisində təkcə bizim birlik deyil, bəzi özəl qurumlar və dövlət idarələri də yaşıllıq salır. Onlara isə sonradan qulluq göstərilmədiyindən quruyur. Bir çox hallarda bizə tutulan iradlar da belə yanlışlıqlardan irəli gəlir".
Eldar Məmmədov Bakıda əkilən bəzi ağacların zəhərli olması barədə deyilənləri təkzib etdi: "Bir müddət əvvəl Belonimus kolunun zəhərli olması barədə söz-söhbət yayılmışdı. Guya İrandan gətirilən həmin Belonimus kollarının bəzi növləri zəhərlidir. Zəhərli ağac da, kol da ola bilər. Amma bu o demək deyil ki, həmin bitki havaya zəhər buraxır. Həmin kolların bəzi növləri zəhərli ola bilər, amma bu hələ dəqiqləşməyib".
E.Məmmədovun sözlərinə görə, Bakının ekoloji mühiti üçün ən sərfəli ağaclar xan çinarı, göylük, evkalit, yapon əzgili, tuya kollarıdır: "Bakı mühiti üçün həmin ağacların əkilməsi daha sərfəlidir. Hazırda Bakının yaşıllaşdırılması ilə 1000 nəfərə yaxın işçi məşğuldur. İl ərzində həmin ağacların əkilməsi, yaşıllıqların salınması, onlara qulluq göstərilməsi, quru ağacların kəsilməsi, onların dərmanlanması gündəlik işimizdir.
Qurumun tabeçiliyində olan 100 hektara yaxın çəmənlik ən azı həftədə bir dəfə sulanır və biçilir. Amma bu işlərə nə qədər vəsait ayrılmasından xəbərsizəm. İdarənin tabeçiliyində 12 süçiləyici maşın var. Bu il Bakı Şəhər İcra Hakimiyyəti idarəyə əlavə olaraq 20 ədəd maşın verib".
Eldar Məmmədov şəhərin kənar rayonlarında yaşıllaşdırma işlərinin aparılmaması iradı ilə razılaşmır: "Hazırda Bakıda Yaşıl teatrda yaşıllaşdırma işləri görülür. Bundan başqa, bir müddət əvvəl Azadlıq meydanı yenidən tam quruldu.
Hökumət evinin yaxınlığını yenidən yaşıllaşdırdıq, Nəsimi rayonu ərazisində çəmənlik saldıq. Bu il Nəsimi və Səbayel rayonlarında 100,7 hektara yaxın yeni çəmənlik salmışıq. Əsas işlərimiz isə Fəxri Xiyaban, Hökumət evi və Yaşıl teatr, Bakıxanov və Səməd Vurğun küçələrində aparılır. Bundan başqa, Xətai, Sabunçu, Nizami, Suraxanı rayonlarında da yaşıllaşdırma işləri görülüb. Sadəcə şəhərin mərkəzində görülən işlər hamının diqqətini cəlb edir. Kənarlarda aparılan işlər isə bir qədər diqqətdən kənarda qalır. Həm də biz əsasən su olan ərazilərdə yeni ağac və kollar əkirik".

XALİD

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.