Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

DANIŞIQLAR İŞGÜZAR ŞƏRAİTDƏ KEÇMİŞDİR

20.10.07 - 9:00681 baxılıb

"Kommunal və Xidmət İş" Həmkarlar İttifaqı Respublika Komitəsi sıralarına yeni üzvlərin cəlb edilməsini, yerlərdə maliyyə intizamına riayət olunmasını, işçilərin sosial müdafiəsinə, əməyin və sağlamlığın mühafizəsinə, iş şəraitinin yaxşılaşdırılmasına nəzarətin gücləndirilməsini… gündəlik fəaliyyətində mühüm amillərdən sayır.
Bu yönümdə rayon icra hakimiyyətləri, müəssisə rəhbərləri və ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx münasibətlər qurulur.
Respublika Komitəsinin rəhbər işçilərinin tez-tez bölgələrdə olması, icra nümayəndələri və işəgötürənlərlə görüşlər keçirməsi bu işə xeyli təkan vermişdir. Nümunə üçün deyək ki, son vaxtlar Lənkəran, Masallı, Astara, Yardımlı rayonlarında icra hakimiyyəti başçıları ilə aparılmış işgüzar görüşlərin yaxşı faydası olmuşdur. Nəticədə Lənkərandakı "Zövq" məişət idarəsində, Masallı kərpic zavodunda, "Kənan" kooperativində, "Samid" Məhdud Məsuliyyətli Cəmiyyətində və digər müəssisələrdə həmkarlar ittifaqı təşkilatı yaradılmışdır.
Bir neçə gün öncə isə Respublika Komitəsinin sədri Azər Cəfərov ölkəmizdə qonaq olmuş Yerli Sənaye və Kommunal-Məişət İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyi (BHİB) baş katibinin müavini, həmyerlimiz Yuriy Koritinlə (o bir vaxtlar "Kommunal və Xidmət İş" HİRK-in sədri işləmişdir) birgə Yevlax, Göyçay və Ağdaş rayonlarına getmişlər. Məqsəd regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq rayonlarda yeni fəaliyyət göstərən müəssisələrdə sahə prinsipinə müvafiq həmkarlar ittifaqı təşkilatlarının yaradılması idi. Həmkarlar ittifaqı liderlərinin bu istiqamətdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə apardıqları danışıqlar işgüzar şəraitdə keçmişdir. Razılığa gəlinmişdir ki, yerli sənaye materiallarından və xammaldan istifadə edərək fəaliyyətə başlayan zavod və fabriklərdə, eləcə də əhaliyə xidmət göstərən müəssisələrdə yaradılacaq həmkarlar ittifaqı təşkilatları sahə prinsipinə riayət olunmaqla RK-nın xidmətinə götürüləcəkdir. Hazırda Yevlax kərpic zavodunda ("DAN" MMC), çınqıl müəssisələrində, Göyçay sanitar-təmizlik müəssisəsində, istehsalat kombinatında Hİ təşkilatı təsis etmək barədə işəgötürənlərlə danışıqlar aparılır.
Yevlax şəhərindəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsi sahənin nümunəvi Hİ təşkilatlarından sayılır. Bu təşkilatlar işçilərin əmək, sosial və iqtisadi mənafelərinin müdafiəsi yönümündə həyata keçirdikləri məqsədyönlü tədbirlərlə fərqlənirlər.
Göyçayda icra hakimiyyəti başçısının müavini, sahə müəssisələrinin rəhbərləri və həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə birgə keçirilmiş seminar-müşavirə də maraq doğurmuşdur. Y.Korıtin BHİB-in fəaliyyəti barədə toplantı iştirakçılarına geniş məlumat vermiş, azərbycanlı həmkarları ilə qurduqları iş birliyindən danışmış, ilk təkilatların fəaliyyəti ilə maraqlanmış, tövsiyələrini bildirmişdir. Deyilmişdir ki, sahə müəssisələrində çalışan işçilərin səyi nəticəsində Yevlaxda və Göyçayda aparılan yaşıllaşdırma və abadlaşdırma işləri diqqət çəkir. Küçə və xiyabanlarda yaradılan təmizlik zövq oxşayır.
Rayon icra hakimiyyətlərində aparılmış görüşlərin nəticələri RK-nın Rəyasət Heyətinin geniş iclasında müzakirə edilmiş və gələcəkdə də bu istiqamətdə işləri davam etdirmək qərara alınmışdır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.