Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) iş planına müvafiq olaraq yaradılmış komissiya Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) təsərrüfat və kadrlarının 2007-2008-ci illərin payız-qış mövsümünə hazırlığın gedişinin vəziyyətini dəqiqləşdirmək üçün seçim yolu ilə bir sıra aparıcı təşkilatlarda və xətti stansiyalarda yoxlamalar keçirmişdir. Aparılmış yoxlamaların nəticələri MHİRK-in Rəyasət Heyətinin iclasında geniş müzakirə edilmişdir. Deyilmişdir ki, payız-qış mövsümündə ADDY-nun təsərrüfatlarında normal iş ahəngi yaratmaq məqsədi ilə çoxsaylı işlər görülmüşdür. Nəqliyyat nazirinin şəxsi tapşırığı və Dəmir Yolu rəisinin maliyyə dəstəyi ilə depo və stansiyaların, yol distansiyalarının, istehsalat birliklərinin və digər təsərrüfatların sexlərində, şöbələrində, inzibati binalarda, məntəqələrdə və s. obyektlərin bir çoxunda əsaslı təmir işləri aparılmış, dam örtüyü təzələnmiş, qapı və pəncərələr dəyişdirilmişdir. Yuyucu-buxarlayıcı stansiyada bütün texoloji proses yenidən qurulmuş, buxar qazanları saz vəziyyətə gətirilmişdir. Distansiyaların məntəqələrində və qorunan dəmir yolu keçidlərində işçilərin rahat işləmələri üçün hər cür şərait yaradılmışdır. Bakı sərnişin stansiyasında qatarların təhlükəsiz və fasiləsiz hərəkətini, eyni zamanda işçi heyətinin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işlənib hazırlanmış tədbirlər planında nəzərdə tutulan məsələlərin əksəriyyəti öz həllini tapmışdır. Elektrik təchizatı, su və kanalizasiya sistemi təftiş edilmiş, profilaktiki işlər görülmüşdür. Qış mövsümündə stansiyada qar və yağış sularını təmizləmək, normal iş şəraiti yaratmaq üçün lazımi inventar alınmışdır. İşarəvermə və Rabitə İstehsalat Birliyinin tabeliyində olan müəssisələrdə payız-qış mövsümü ilə əlaqədar tədbirlər planında nəzərdə tutulan kadrların və təsərrüfatın hazırlığı məsələləri ardıcıl olaraq həll edilir. "Sərnişindaşıma", "Vaqonservis" istehsalat birliklərində və digər müəssisələrdə əməkçilərin qış mövsümündə sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün lazımi miqdarda iş paltarlarının, iş ayaqqabılarının və fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılmışdır. Əksər müəssisələrdə işçilərin təhlükəsiz işləmələri üçün onlar təkrar təlimatla təlimatlandırılmışlar. Rəyasət Heyəti xüsusi olaraq İşarəvermə və Rabitə, Elektrik Təchizatı, Daşıma Proseslərini İdarəetmə birliklərində, Nəqliyyat vasitələrinin təminatı müəssisəsində, təhlükəsizlik xidmətində payız-qış mövsümünə hazırlıq işlərini müsbət dəyərləndirmişdir. Görülən məqsədyönlü işlərlə yanaşı, bəzi nöqsanlar da diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Biləcəri lokomotiv deposunda kanalizasiya xətti və qumqurutma sistemi bərbad vəziyyətə düşmüşdür. Kəncə lokomotiv deposunda motorlu vaqonların təmiri sexində dam örtüyü qəza vəziyyətindədir, vaqon deposunda isə qışa hazırlıqla əlaqədar heç bir iş görülməmişdir . Qəzıməmməd vaqon deposunun və Yevlax yol distansiyasının uçma təhlükəsi vardır. Ağstafa və Şirvan yol distansiyalarının inzibati binalarında əsaslı təmir aparılmasına ehtiyac duyulur. Göstərilən bu və digər nöqsanlar "Lokomotiv" "Vaqonservis", "Yol Təsərrüfatı" İstehsalat Birlikləri rəislərinin və Birləşmiş Həmkarlar İttifaqı Komitələri sədrlərinin nəzərinə çatdırılmış və onlara tapşırılmışdır ki, qeyd olunan çatışmazlıqları tez bir vaxtda aradan qaldırmaq üçün təsirli tədbirlər görsünlər. Azərbaycan Dövlət Dəmir Yolu rəisindən xahiş edilmişdir ki, qəza vəziyyətində olan Yevlax yol distansiyasnın inzibatı binasının təcili olaraq sökülməsi və yenisinin tikilməsindən, Biləcəri lokomotiv deposunun zəlzələdən sonra bir neçə yerdən çat vermiş məişət kombinatının və Qəzıməmməd vaqon deposunda təmir sexi binasının əsaslı təmir edilməsindən ötrü maliyyə vəsaitinin ayrılmasını və bu işlərin tez bir zamanda görülməsini təmin etmək üçün əlaqədar təşkilatlara tapşırıqlar versin. Qərarın icrasına nəzarət Müstəqil HİRK-in baş texniki əmək müfəttişi M.Quliyevə həvalə edilmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.