Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Oktyabrın 16-da Avropa Otelində Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının II qurultayı keçirilmişdir. Respublika Komitəsinin sədri Yaşar Yusubovun təşkilatın beş illik fəaliyyəti barədə hesabatı dinlənilib müzakirə edilmişdir. Natiq qeyd etmişdir ki, əgər qurumun I qurultayında 80 ilk təşkilat mövcud idisə, bu gün onların sayı 143-ə çatdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sahə həmkarlar ittifaqı Respublika Komitəsi arasında iki dəfə tarif sazişi bağlanmış, nəzərdə tutulmuş müddəaların yerinə yetirilməsinə mütəmadi nəzarət edilmişdir. Sahə müəssisələrində çalışan işçilərin əmək, sosial və iqtisadi mənafelərinin müdafiəsi diqqət mərkəzində saxlanılmışdır. Respublika Komitəsi tərəfindən əməyin müdafiəsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmiş, yerlərdə silsilə seminarlar təşkil edilmişdir. Nəticədə bədbəxt hadisələrin və zədələnmələrin sayı minimuma endirilmişdir. Y.Yusubov daha sonra vurğulamışdır ki, qadınların və gəncələrin vəzifələrə irəli çəkilməsinə önəm verilmişdir. İlk təşkilatlara rəhbərlik edənlərin 23 nəfəri qadın, 31-i isə gənclərdir. Hesabat dövründə hərbi hissələrə və donanmaya hamilik köməyi genişləndirilmişdir. "N" saylı hərbi hissəyə televizor bağışlanmışdır. Naxçıvan hərbi liseyin bir nəfər kursantı "Əla təhsil və qüsursuz xidmətlərinə görə" pulla mükafatlandırılmışdır. Bu mükafatın verilməsi hər il təkrarlanır. Respublika Komitəsi Türkiyə Avrasiya Birliyi, MDB ölkələrinin Meşə İşçiləri Həmkarlar İttifaqı, mərkəzi qərargahı Avstriyanın Cenevrə şəhərində yerləşən Tikinti və Meşə İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Federasiyası ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Qurultayda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmiş, həmkarlar ittifaqının fəaliyyətini genişləndirmək məqsədi ilə Əmək Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əhəmiyyətindən danışmış, Təbii Sərvətlər və Ekologiya naziri cənab Hüseyn Bağırovun şəxsi təşəbbüskarlığı sayəsində nazirliklə RK arasında yaranmış işgüzar münasibətin əhəmiyyətini vurğulamışdır. Bu yönümdə nazirliyin gördüyü işləri yüksək dəyərləndirmişdir. Sonra S.Mehbalıyev yığıncaq iştirakçılarının bir sıra suallarını cavablandırmış, tövsiyələr vermişdir. Tədbirdə həmçinin Təbii Sərvətlər və Ekologiya Nazirliyi beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri İsa Əliyevin çıxışı dinlənilmişdir. Qurultayda MDB ölkələri Meşə İşçiləri Həmkarlar İttifaqının prezidenti V.Prokopeviç və Gürcüstan Meşə İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri N.Bulia iştirak və çıxış etmişlər. Qurultay qurumun rəhbər orqanlarını müəyyənləşdirilmişdir. Yaşar Yusubov yenidən Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.