Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqının XIX konfransı işgüzar şəraitdə keçmişdir. İstər Respublika Komitəsinin sədr əvəzi Nərgiz xanım Məmmədovanın hesabat məruzəsində, istərsə də ayrı-ayrı çıxışlarda qurumun beş illik fəaliyyəti geniş təhlil olunmuş, bir sıra təkliflər irəli sürülmüşdür. Qeyd edilmişdir ki, sahənin əvvəlki şöhrətinin qaytarılması yönümündə RK rəhbərliyi, aparat işçiləri, eləcə də yerlərdə ilk həmkarlar ittifaqı təşkilatları böyük səy göstərmişlər. Həmkarlar ittifaqı üzvlərinin say tərkibini artırmaq üçün məqsədyönlü işlər aparılmışdır. Hazırda Respublika Komitəsi 9 minə yaxın Hİ üzvünü birləşdirir. Vurğulanmışdır ki,uzun müddət fəaliyyətsiz qalmış bəzi müəssisələr ölkə rəhbərliyinin bilavasitə təşəbbüsü nəticəsində işə düşmüşdür. Belə müəssisələrdən biri "Şəki-İpək" ATSC-dir. Müəssisə əsaslı təmir edilmiş və beynəlxalq standartlara cavab verən istehsalat sahələri açılmışdır. Ayaqqabı istehsalatında "BOT" MMC fəaliyyət göstərir. Ölkə Prezidenti İlham Əliyevin 600 min iş yerinin açılmasına dair proqram göstərişlərinə uyğun olaraq, sahədə yeni fabriklər quraşdırılaraq işə salınır, çoxlu sayda iş yerləri açılır. Bir il öncəYevlax şəhərində tikilib istifadəyə verilmiş "Lalə-Tekstil" ATSC-də 356, "Şəki-İpək" ATSC-də 271, "BOT" MMC-də 45, "Bakı Tikiş-Evi" ATSC-də 120 nəfər iş yeri tapmışdır. Sahədə çalışan işçilərə qanunvericilikdə nəzərdə tutulandan əlavə əmək və sosial-məişət güzəştləri olunur. "Şəki-İpək" ATSC-də bilavasitə həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə işçilərin işə aparılıb-gətirilməsi üçün nəqliyyat ayrılmışdır. Xərcləri müəssisə rəhbərliyi ödəyir. "Bakı Trikotaj" və "Bakı Tikiş-Evi" ATSC-lərdə ana olmağa hazırlaşan qadınlara qayğı göstərilir, onlar yüngül işə keçirilir. Deyilmişdir ki, sahədə çalışan işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunmasında HİK-lərin rolu danılmazdır. Son iki ildə yerlərdən Respublika Komitəsinə 24 şikayət ərizəsi daxil olmuşdur. Onlar diqqətlə araşdırılaraq işçilərin xeyrinə həll edilmişdir. İstər məruzədə, istərsə də çıxışlarda nöqsanlar da çözülmüşdür. Qeyd olunmuşdur ki, bəzi işəgötürənlər nəinki fabrikin özününkü olması ilə öyünür, üstəlik işçilərlə yaxşı davranmır, hüquqlarını pozurlar. Sahədə çalışan işçilərin əməkhaqları vaxtlı-vaxtında ödənilmir. Elə müəssisələr vardır ki, özəlləşdikdən sonra da fəaliyyətlərini bərpa etməmişlər. Əməkhaqqı borclarının ödənilməsi ilə əlaqədar həmkarlar ittifaqı müntəzəm danışıqlar aparmışdır. İmkan daxilində fərdi olsa da işçilərin bir qisminin əməkhaqqısının verilməsinə nail olunmuşdur. Konfrans qarşıdakı fəaliyyət dövrü üçün qərar qəbul etmiş, Nizamnaməyə dəyişikliklər aparmışdır. Konfrans qurumun rəhbər orqanlarını müəyyənləşdirmişdir. Nərgiz xanım Məmmədova yekdilliklə Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. Yığıncaqda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev iştirak və çıxış etmişdir. S.Mehbalıyev toxucu və yüngül sənayeinin hələ keçmiş ittifaq vaxtından da ağır sahə olduğunu demişdir. İstehsal edilən məhsullar uzun müddət yığılıb anbarlarda qalardı. Bu gün əgər iş adamları belə müəssisələri işə sala bilirlərsə və məhsullarına bazar axtarıb tapırlarsa, bu, alıqşlanmalıdır. Əlbəttə, belə bir şəraitdə yerlərdə həmkarlar ittifaqı təşkilatlarının öz fəaliyyətlərini lazımi səviyyədə qurmaları heç də asan başa gəlmir. Fərəhləndirici haldır ki, bu gün toxucu və yüngül sənayedə həm Respublika Komitəsinə, həm də ilk həmkarlar ittifaqı təşkilatlarına rəhbərlik edənlərin əksəriyyəti qadınlardır. Onların fədakarlığı sayəsində təşkilatın nüfuzu ləyaqətlə qorunur, yerlərdə işçilərin əmək və sosial hüquqları müdafiə olunur. Konfederasiya sədri konfransda fəallıqla iştirak edən qadınların əməyinin layiqincə qiymətləndiriləcəyini vurğulamışdır. S. Mehbalıyev Respublika Komitəsi rəhbərliyinin tez-tez müəssisələrdə olmasını, ilk təşkilatlarla daha sıx münasibət qurmasını, Hİ təşkilatı ilə işəgötürənlər arasında kollektiv müqavilələrin bağlanmasına yaxından kömək göstərməsini tövsiyə etmişdir. Demişdir ki, həmkarlar təşkilatı xalqın evidir. Hər bir kəs bura gələ, sözünü, istəyini deyə bilər. S. Mehbalıyev konfrans nümayəndələrinin arzu və təkliflərini dinləmiş, çoxsaylı müraciətlərini cavablandırmışdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.