Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Hörmətli dəyirmi masa təşkilatçıları və iştirakçıları! Xanımlar və cənablar! Bu bir həqiqətdir ki, bütün cəmiyyətlərdə ölkənin məhsuldar qüvvələrinin mühüm tərkib hissəsi qadınlardır. Analıq kimi mürəkkəb, çətin və şərəfli bir funksiyanı yerinə yetirən qadınların əməyinin cəmiyyət və ailə miqyasında necə və hansı dərəcədə səmərəli təşkil edilməsi hər bir sivil dövlətin sosial siyasət sahəsində çox vacib olan vəzifələrindəndir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdəki rolu və vəzifələri əsaslı şəkildə artdı. Belə ki, bazar iqtisadiyyatının təşəkkül tapması, cəmiyyətin müxtəlif sahələrində aparılan islahatlar, vətəndaş cəmiyyətinin formalaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər artıq bunu tələb edirdi. Bu baxımdan açıq etiraf edilməlidir ki, qadınlar üçün bəyan edilən bərabər hüquqların təmin olunması bir sıra hallarda real bərabər imkanların olmaması üzündən həyata keçirilə bilmirdi. Eyni zamanda onu da etiraf etməliyik ki, dövlət strukturları bu məsələ ilə bağlı, yəni mövcud problemlərin aradan götürülməsi üçün mühüm addımlar atmışlar. Qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi, qadınların təşkilatlanması, onların beynəlxalq təşkilatlarda və qurumlarda təmsil olunması, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Beynəlxalq Əmək Təşkilatının hüquqi və normativ aktlarına qoşulması və s. bu kimi addımlardandır. Sözsüz ki, görülən işlər, qarşıda duran problemlər barədə dəyirmi masada geniş müzakirələr aparılacaq və həmin işlər təhlil olunacaqdır. Mən isə imkandan istifadə edərək, Azərbaycan həmkarlar ittifaqlarında qadın və kişilərin sosial bərabərliyinin təmin edilməsi, qadınların hüquq və mənafelərinin müdafiəsi üzrə görülən işləri qısa da olsa nəzərinizə çatdırmaq istəyirəm. "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həmkarlar ittifaqları təşkilatlarının nizamnamələrində bütün üzvlərin hüquqlarının təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda AHİK tərəfindən "Azərbaycan Respublikasında qadın problemləri üzrə Milli Fəaliyyət Planı"nın həyata keçirilməsində həmkarlar ittifaqlarının iştirakı haqqında", "Gender siyasətinin Konsepsiyası" və sairə sənədlər qəbul edilmişdir. 2006-cı ildə AHİK-də qadın problemləri və gender bərabərliyi üzrə Mərkəz yaradılmışdır. Mərkəzin əsas vəzifəsi kimi həmkarlar ittifaqı təşkilatlarında qadın problemi və gender bərabərliyi ilə məşğul olan məsul şəxslərin, müvafiq şura və komissiyaların hərəkətlərinin əlaqələndirilməsi müəyyən edilmişdir. Biz gender problemlərinə dövlət və hökumət orqanlarının, işəgötürənlər təşkilatlarının və digər müvafiq qurumların diqqətini cəlb edərək, həmin problemlərin həll edilməsi üçün saziş və kollektiv müqavilələrdən geniş istifadə edirik. Bunlardan ən önəmlisi Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2006-2007-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdir. Burada qadınlar arasında işsizliyin azaldılmasına, qadın işçi qüvvəsinə ehtiyacın artırılmasına yardım edən tədbirlər, daha çox qadın işçilərə tələb olunan turizm və istirahət zonalarının yaradılması və bu sahəyə investisiyaların geniş miqyasda cəlbi, qadınlara yeni peşələrin öyrədilməsi və sairə tədbirlər nəzərdə tutulur. Bu sənəddə həmçinin Beynəlxalq Əmək Təşkilatının "Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında" 156 və "Analığın mühafizəsi haqqında" 183 saylı konvensiyalarına qoşulması da öz əksini tapmışdır. Yeri gəlmişkən deyim ki, həmin konvensiyalara AHİK-in rəyi kitabça halında hazırlanıb çap olunmuş və qurumun bütün təşkilatlarına paylanmışdır. Çıxışımın sonunda dəyirmi masanın təşkilatçılarına səmimi təşəkkürümü bildirir, seminar iştirakçılarına isə səmərəli iş arzulayıram. Diqqətinizə görə çox sağ olun!
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.