Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Oktyabrın 24-də "Hyatt Regency" otelində “Ailə öhdəlikləri olan işçilər” haqqında BƏT-in 156 saylı Konvensiyası və Azərbaycan tərəfindən bu kovensiyanın qəbuledilmə perspektivlərinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. BƏT-in Moskva Bürosunun təşkil etdiyi tədbirdə sosial tərəfdaşlar - hökumət, həmkarlar ittifaqları, işəgötürənlər birliyi və eləcə də prezident aparatı, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman, Təhsil, Mədəniyyət, Vergilər nazirlikləri, Gender İnformasiya Mərkəzinin nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev ötən ilin noyabr ayında Cenevrədə imzalanmış "Layiqli Əmək üzrə Ölkə Proqramından" danışdı. O bildirdi ki, ölkə proqramının prioritetləri əsasən 4 istiqamətdədir: 1. Məşğulluq siyasətinin həyata keçirilməsi. 2. Layiqli işin təmin olunması. 3. Sosial tərəfdaşlar arasında sosial dialoqun gücləndirilməsi. 4. BƏT-in konvensiyalarının tətbiq olunması. Məhz bu baxımdan BƏT-in sözügedən konvensiyasının əhəmiyyət daşıdığını və onun rativikasiyasına ehtiyac olduğunu bildirdi. 2005-ci ildən müzakirə olunan 156 saylı Konvensiyaya uyğun olaraq, ailə vəzifələri dedikdə, "öhdədə olan uşaqlara və digər yaxın qohumlara-həqiqətən qulluğa və yardıma ehtiyacı olan ailə üzvlərinə" olan münasibətdəki vəzifələr başa düşülür. Bu anlayış altında məhz hansı şəxslərin düşünüldüyünü hər bir ölkə sərbəst şəkildə müəyyən edir. Çünki "ailə" və "ailə vəzifələri" konkret milli konteksdən və yerli şəraitdən asılı olaraq müxtəlif cür şərh oluna bilər. Bununla belə, 156 saylı Konvensiya öz təsirini məlum işçilərin öhdəsində olan uşaqlara, xəstələrə və ahıllara da şamil edir. Konvensiyaya görə, "Kişi və qadın işçilər üçün bərabər imkanların və münasibətin təmin olunmasından ötrü milli siyasətin məqsədlərindən biri ondan ibarətdir ki, haqqı ödənilən işi yerinə yetirən və yaxud yerinə yetirməyi arzu edən, ailə vəzifələri olan şəxslər ayrı-seçkiliyə məruz qalmadan peşə və ailə vəzifələrini hormonik şəkildə uzlaşdıraraq hüquqlarını həyata keçirə bilsinlər" (III maddə). AHİK sədri, millət vəkili S.Mehbalıyev açılış nitqi söylədi. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Əbülfət Məhərrəmov, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsindən Aynur Sofiyeva, Prezident Aparatından Tatyana Məmmədova, BƏT-in Subregional Bürosundan Alen Pels və başqaları çıxış etdilər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.