Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
GƏLƏCƏKDƏ ONLARA VERİLƏN İNSULİNİN KEYFİYYƏTİNDƏ PROBLEMLƏR YARANA BİLƏR
Tibb elmi nə qədər inkişaf etsə də, bir sıra xəstəliklərin qarşısını təmamilə almaq mümkün olmayıb. Son illər xərçəng və şəkərli diabet xəstəliyinə mübtəla olanların sayı artmaqdadır. Son statistikaya görə, Azərbaycanda 62 min şəkərli diabet xəstəsi var. Ümumilikdə isə ölkədə şəkərli diabet xəstələrinin sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. Çünki qeydiyyatda olmayan xəstələr kifayət qədərdir. Beş mindən artıq ekspertin apardığı tədqiqatlar göstərir ki, şəkər ürək-damar xəstəliklərinin inkişafını sürətləndirir, eləcə də belə insanlar gözlənilən ömür uzunluğunun 8 ilini itirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2030 -cu ilə kimi dünyada yalnız "ikinci tip" diabet xəstələrinin sayı 2 dəfə artacaq və 366 milyon insanı əhatə edəcək. Bunun çox böyük hissəsi isə keçid dövrünü yaşayan ölkələrin payına düşəcək. Hazırda Qərb ölkələrində əhalinin 2-5, inkişaf etməkdə olan ölkələrdə isə 10-15 faizi bu xəstəlikdən əziyyət çəkir. Hər 15 ildən bir isə şəkər xəstələrinin sayı 2 dəfə artır. Ümumiyyətlə, bütün dünyada diabet sosial və iqtisadi problem kimi qəbul olunduğundan şəkər xəstələrinə insulin pulsuz, dövlət hesabına verilir. Çünki çox bahalı olmaqla yanaşı, mütəmadi tələb edilən preparatın alınması hər kəs üçün əlçatan deyil. Diabet Cəmiyyətinin sədri Möminət Ömərovanın sözlərinə görə, dövlət büdcəsindən şəkərli diabet xəstəliyinin profilaktikası və müalicəsi üçün ötən il 6 milyon manat, cari ildə isə 12 milyon manat vəsait ayrılıb. Amma şəkərli xəstələrin müalicəsi üçün ayrılan maliyyə ildən-ilə artırılsa da, nəzərdə tutulan məbləğ kifayət etmədiyindən yenə də əlavə vəsaitin ayrılmasına ehtiyac yaranır. Mütəxəssislərin qənaətincə, dövlət proqramına uyğun olaraq, xəstələrin artımı ilə əlaqədar hər il şəkərli diabetə ayrılan vəsaitin üzərinə əvvəlki ildə ayrılan vəsaitin 15 faizi əlavə edilməlidir. Bu vəsaitin bölüşdürülməsinə nəzarət isə gücləndirilməlidir. Amma ayrılan maliyyə vəsaiti heç də tam ünvanla dövlət proqramı ilə nəzərdə tutulan sistemli tədbirlərin reallaşmasını təmin etmir. Vəsaitin şəffaf bölüşdürülməsinə ictimai nəzarəti təşkil etmək məqsədilə diabet cəmiyyətləri Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə birgə monitorinqlərdə iştirak etməlidir. Ümumiyyətlə, insulinlə təminat xüsusilə bölgələrdə aşağı səviyyədədir. Xəstələrin betaçeklərlə təmin olunmaması da narahatçılıq doğurur. Bundan başqa, rayonlarda həkimlərin təkmilləşdirilməsinə də ciddi ehtiyac duyulur. İnsulinin keyfiyyətinə gəldikdə isə Möminət Ömərova qeyd edib ki, hələlik bununla bağlı problem yoxdur. Çünki xəstələrə verilən insulinin 85-95 faizi Danimarka istehsalıdır ki, bu ölkə də ən güclü insulin istehsalçılardan hesab edilir. Əslində Rusiyadan ölkəyə insulinin gətirilməsi daha ucuz başa gəlsə də, bu ölkədə istehsal olunan preparatın keyfiyyəti aşağı olduğundan oradan insulin alınmır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.