Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

BAXIŞ-MÜSABİQƏ QALİBLƏRİNİN YEKUN KONSERİ

03.11.07 - 9:03693 baxılıb

Qəzetimizin əvvəlki, saylarında məlumat verildiyi kimi, Konfederasiyanın üzv təşkilatı olan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi öz Məclisinin 28 fevral 2007-ci il tarixli qərarına müvafiq olaraq sahə həmkarlar ittifaqı üzvlərinin uşaqları arasında rəqs, mahnı, musiqi alətində fərdi ifa nominasiyaları üzrə keçirdiyi baxış-müsabiqə başa çatmışdır.Qəzetimizin əvvəlki, saylarında məlumat verildiyi kimi, Konfederasiyanın üzv təşkilatı olan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi öz Məclisinin 28 fevral 2007-ci il tarixli qərarına müvafiq olaraq sahə həmkarlar ittifaqı üzvlərinin uşaqları arasında rəqs, mahnı, musiqi alətində fərdi ifa nominasiyaları üzrə keçirdiyi baxış-müsabiqə başa çatmışdır.
Baxış-müsabiqənin keçirilməsində əsas məqsəd ölkə Prezidenti İlham Əliyev cənablarının 2007-ci ilin "Gənclər ili" elan etməsi ilə bağlı məlum Sərəncamından irəli gələn vəzifələrin icrası, həmçinin AHİK İcraiyyə Komitəsinin "Azərbaycan Həmkarlar İttifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri haqqında" 28 fevral 2006-cı il tarixli qərarındakı müddəaların yerinə yetirilməsidir.
Respublika Komitəsində yaradılmış, Komitənin sədr müavini Aida Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsi, xalq artisti Elmira Rəhimovanın da təmsil olunduğu Münsiflər Heyəti tərəfindən İttifaqın üzv təşkilatlarındakı bu tipli strukturlara tövsiyə edilmişdir ki, tədbirin keçirilməsi müddətində gənclərin, uşaq və yeniyetmələrin ifalarına baxarkən, ilk növbədə onların yaradıcılıq zövqünün formalaşdırılmasına və düzgün məcraya yönəldilməsinə xüsusi fikir versinlər.
Həmkarlar İttifaqının birləşmiş, şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələrindəki təşkilat komitəsi və münsiflər heyətlərinin rəhbərliyi və bilavasitə iştirakı ilə yerlərdə, 2007-ci ilin mart ayının 15-dək tədbirin I yaradıcılıq mərhələsində müvafiq seçim aparılmış, qaliblər müəyyən olunmuş və həvəskar artistlərin II mərhələdə iştirakının təmin olunması məqsədilə zəruri məlumatları əks etdirən təqdimatlar Respublika Komitəsinə göndərilmişdir.
Baxış-müsabiqənin ümumi gedişini Respublika Komitəsindəki Təşkilat Komitəsi və Münsiflər Heyəti tənzimləmiş, onların üzvləri yerlərdə müsabiqə tədbirlərinin mütəşəkkil təşkilinə nəzarət etmiş, bu barədə məlumatlar "Ülfət" qəzetində və digər mətbuat orqanlarında dərc olunmuşdur.
Cari ilin aprel ayında Bakıda keçirilən müsabiqənin II yaradıcılıq mərhələsində yerlərdən gəlmiş qaliblər bütün nominasiyalarda Respublika Komitəsinin Münsiflər Heyəti qarşısında öz istedad və bacarıqlarını nümayiş etdirmişlər.
Münsiflər Heyəti bu mərhələdə iştiraka qatılmış bütün kollektiv və tək ifaçıların məharətinin ayrı-ayrılıqda təhlilini apararaq müsabiqənin 12 qalibini müəyyən etmişdir.
I yerə rəqs nominasiyasında Zaqataladan Murad Məmmədov, mahnı ifası nominasiyasında Goranboydan Elşən İmanov, musiqi alətində ifa nominasiyasında Xaçmazdan Əsmər Novruzova (f-no) çıxmışlar. II yeri rəqs nominasiyasında Bakıdan Mira Nağıyeva və İlyas Aşurbəyov, mahnı ifası nominasiyasında Saatlıdan Musa Zeynalov, musiqi alətində ifa nominasiyasında Xaçmazdan Aynurə Paşayeva (f-no) tutmuş, III yeri bakılı rəqqaslar Sevinc Nəsənova və Tərlan Babazadə, skripkaçı Tahir Məmmədov, Yardımlıdan həvəskar müğənni Vəli Qasımov qazanmışlar. 6 fərqlənən iştirakçı həvəsləndirici mükafata layiq görülmüşdür.
Laureat və fərqlənənlərin iştirakı ilə oktyabr ayının 31-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında düzənlənən, layihənin yekunlarına həsr olunmuş tədbirin rəsmi hissəsində Dövlət İdarələri və İctimai Xidmət sahəsində keçirilmiş bu baxış- müsabiqənin təşkili ölkənin mədəni həyatında əhəmiyyətli bir hadisə kimi dəyərləndirildi. İttifaq üzvlərində, digər vətəndaşlarda, gənclərdə, yeniyetmə və uşaqlarda mənəvi keyfiyyətlərin formalaşdırılması, milli hissin gücləndirilməsi, onların ümummədəni, bədii estetik səviyyəsinin yüksəldilməsi işində bu tədbirin köməklik göstərməsi bir daha vurğulandı.
Faiq Süleymanovun rəhbərlik etdiyi instrumental ansamblın müşayiəti ilə Goranboydan Elşən İmanovun, Yardımlıdan Vəli Qasımovun, Şamaxıdan Elman Rəsulovun və digər həvəskar müğənnilərin vətənpərvərlik, məhəbbət ruhlu ifaları salona toplaşanlara xoş təəssürat bağışladı. Xaçmazdan Aynurə və Ziyarət Paşayeva bacılarının fortopianoda, Bakıdan Tahir Məmmədovun skripkada, bal rəqsi cütlüyü Mira Nağıyevanın və İlyas Aşurbəyovun, Şamaxıdan Cavidan Nəbiyevin zərb alətində, həvəskar müğənnilər Bakıdan Nihad Orucovun və Saatlıdan Musa Zeynalovun çıxışları da sürəkli alqışlarla qarşılandı.
Ötən əsrin 80-ci illərində Azərbaycan Həmkarlar İttifaqları tərəfindən yeni istedadların aşkara çıxarılması məqsədilə keçirilmiş müsabiqənin laureatı adını qazanmış, hazırda xalq artisti Aygün Bayramovanın, əməkdar artist Gülüstan Əliyevanın və Rövşən Məmmədovun oxuduqları mahnı və təsniflər konserti daha da rövnəqləndirdi.
Baxış-müsabiqə qaliblərinin ifalarını öz müşayiətləri ilə reallaşdırmağa dəvət olunmuş Dövlət Neft Şirkəti S. Bəhlulzadə adına mədəniyyət sarayının "Şənlik", "Ayna", "İgidlər" milli rəqs, bal rəqsləri və "Abşeron ritmləri" nağaraçalanlar ansambllarının rəngarəng ifaları yeniyetmə və uşaqlara, onların valideynlərinə bayram əhval-ruhiyyəsi bəxş etdi.
Yekunda qalib və fərqlənənlərə Respublika Komitəsinin diplom və pul mükafatları təqdim olundu.
Sonda bir daha vurğulandı ki, bu tədbir xalq musiqimizin təbliği, qorunması, istedadlı özfəaliyyət yaradıcılığı üzvlərinin üzə çıxarılıb ictimaiyyətə tanıtdırmaq məqsədi daşımışdır.
Tədbirdə AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Hİ Respublika Komitəsinin sədri Hikmət Osmanov, bir sıra sahə Hİ Respublika orqanlarının sədrləri iştirak edirdilər.

Oktay ABBASOV,
AHİK-in mütəxəssisi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.