Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

BİRGƏ ƏMƏKDAŞLIQ

10.11.07 - 9:01672 baxılıb

Oktyabrın 18-dən 31-dək Yaponiya hökuməti yanında Beynəlxalq Əmək Fondunun dəstəyi ilə Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının (Renqo) keçirdiyi seminar-müşavirəyə əsasən keçmiş postsovet ölkələrinin həmkarlar ittifaqları dəvət olunmuşdular. Tədbirdə Azərbaycanla yanaşı Ukrayna, Qazaxıstan, Belarus, Monqolustan, Türkmənistan və Gürcüstandan həmkarlarımız iştirak edirdilər.
Yaponiyada toplanmağımızın əsas məqsədi gündoğan ölkənin həmkarlar ittifaqlarının strukturu, fəaliyyət mexanizmi ilə yaxından tanış olmaq və fikir mübadiləsi aparmaq idi. Doğrudan da Yaponiyada öyrənməli, ibrət götürməli, öz işimizdə tətbiq edilməli nümunələr həddindən çoxdur.
1941-45-ci illər müharibəsi zamanı darmadağın edilmiş, necə deyərlər, son hissəciyinə qədər sökülmüş Yaponiya iqtisadiyyatının tarix üçün qısa müddətdə ABŞ-dan sonra dünyada ikinci mövqe tutmasının səbəbini onların özləri çox sadə bir çıxış yolu ilə izah edirlər: Hökumət öz vətəndaşlarını xaricdə, xüsusilə Almaniyada təhsilini təşkil edir. Bu insanlar həm təhsil, həm də vətənə qayıtdıqdan sonra hökumətin tam qayğısı altında olundular. Başqa sözlə, dövlət xaricdə təhsil almış hər bir vətəndaşının maksimum fayda verməsinə çalışırdı.
Yaponlar qəti müharibənin əleyhinədirlər. Müharibə aparmamağı, planetin hər bir guşəsində silahlı münaqişələrə qoşulmamağı hətta konstitusiyalarında təsbit ediblər. Onların savaşa bu nifrətinin səbəbini bizə nümayiş etdirdikləri "Anaların duası" adlı sənədli filminə baxmaqdan sonra dərk edirsən. Film Xerosimo və Naqasaki faciəsinə həsr olunmuşdur.
Yaponiya iqtisadi cəhətdən inkişaf etsə də, orada gənclər arasında işsizlik nəzərəçarpacaq qədərdir. Bu əsasən məşğulluqla bağlı qanundan irəli gəlir. Yaponiyada mövcud olan qanuna görə, hər bir şəxs ancaq bir müəssisədə işləməli və təqaüdə də oradan çıxmalıdır. Yeri gəlmişkən deyim ki, gündoğan ölkədə təqaüd yaş həddi kişilər üçün 60, qadınlar üçün isə 58 müəyyənləşdirilmişdir.
Tədbirin üçüncü günü Tokio şəhəri ilə tanışlıq idi. Həmin gün imperator sarayında və tarix muzeyində olduq. Muzeydə ən çox taxta körpü diqqətimizi çəkdi. Körpünün bir tərəfində qədim, digər tərəfində isə müasir Yaponiyanın görüntüləri əks olunmuşdu.
Seminar iştirakçılarını Yaponiyanın daha bir şəhərinə, Kanaqavaya da apardılar. Kanaqavada şəhərin qubernatoru ilə görüşdük. Daha sonra şəhərdəki İşədüzəltmə Mərkəzinə baş çəkdik. Mərkəzin gənclər, təqaüdçülər və əlil şəxslər üçün xüsusi şöbələri fəaliyyət göstərir. Həmin şöbələrə müraciət edən şəxslər özlərinə uyğun iş yerləri ilə maraqlanır, ətraflı məlumat toplayır və sərbəst şəkildə seçdikləri vəzifəyə işə düzəlirlər. Göstərilən xidmət pulsuzdur. Mərkəz dövlət tərəfindən maliyyələşdirilir.
Yaponiya öz spesifik mətbəxi ilə də seçilir. Süfrələrində düyü, dəniz ürünlərindən ibarət yeməklərə üstünlük verirlər. Ən sevimli içkiləri isə yaşıl çay (isti və soyuq şəkildə) və düyü arağıdır (sake).
Seminarda nümayəndələr öz həmkarlar təşkilatlarının strukturu və fəaliyyəti barədə məlumat verdilər. Fikir mübadiləsi aparıldı və ortaya çıxan suallar cavablandırıldı. Qonaqların şərəfinə Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası (Renqo) tərəfindən ziyafət verildi.

Könül ƏLƏKBƏROVA, AHİK-in əməyin hüquq müfəttişi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.