Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

PENSİYA VƏ MÜAVİNƏTLƏRDƏ ARTIMLAR GÖZLƏNİLİR

17.11.07 - 9:07542 baxılıb

Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcə layihəsi artıq ölkə başçısı tərəfindən imzalanaraq Milli Məclisin müzakirəsinə çıxarılıb.
Layihəyə görə, gələn il Azərbaycanda əmək pensiyalarının baza hissəsi mərhələlərlə 50 manatdan 65 manatadək artırılacaq.
Belə ki, pensiyaların baza hissəsinin yanvarın 1-dən 50 manat, aprelin 1-dən 55 manat, avqustun 1-dən isə 65 manat olacağı gözlənilir.
Eyni zamanda gələn ilin yanvar ayından pensiyaların sığorta hissəsində 16 faizlik indeksləşdirilmə nəzərdə tutulub.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa digər dəyişikliklərin biri də şəhid ailə üzvlərinə verilən pensiyaların baza hissəsinə əlavənin 80 faizdən 85 faizə qaldırılmasıdır.
Bundan başqa, 1 yanvar 2006-cı ilə qədər əmək pensiyası təyin edilmiş və bu zaman əməkhaqqına məhdudiyyət tətbiq olunmuş şəxslərin pensiyalarının həmin əməkhaqqının tam məbləği əsasında yenidən hesablanmasıdır. Onu da qeyd etmək vacibdir ki, 1 yanvar 2006-cı ildən sonra pensiyaya çıxan şəxslərin pensiya təyinatı zamanı əməkhaqlarına məhdudiyyətlər tətbiq olunmayır.
Bu müddətə qədər qüvvədə olmuş köhnə qanunda pensiyaların hesablanması zamanı təqdim olunmş əməkhaqqı arayışlarındakı əməkhaqqı məbləğlərinin orta aylıq əməkhaqqının üç mislindən artıq olmaması barədə müddəa var idi. İlkin təhqiqatlara görə, bu proses təxminən 95-97 min nəfəri əhatə edəcək. Onların pensiya işlərindəki daha yüksək əməkhaqqı barədə arayışlar üzrə bu pensiyalar yenidən hesablanıb artırılacaq. 2008-ci ildə yaşayış minimumunun 70 manat (uşaqlar üçün 59 manat, pensiyaçılar üçün 55 manat, işləyənlər üçün isə 79 manat), ünvanlı sosial yardım almaq üçün ehtiyac meyarı isə 45 manat səviyyəsində müəyyənləşdiriləcək.
2008-ci ildə uşağın anadan olmasına görə müavinətin məbləğinin 40 manata qədər artırılması nəzərdə tutulur.
Gələn il uşağı 3 yaşına çatanadək sosial məzuniyyətdə olan analara verilən müavinətlərin artırılması planlaşdırılır. Bu müavinət uşaq 1,5 yaşa çatanadək minimum əməkhaqqının 30 faizi qədər, 1,5 yaşdan sonra 3 yaşa çatanadək isə minimum əməkhaqqının 15 faizi məbləğində olacaqdır.
Növbəti ildə dəfn üçün müavinətin məbləğinin bütün bu növ müavinəti alanlar üçün eyniləşdirilməsi, yəni yaşa görə əmək pensiyasının baza hissəsinin 3 misli miqdarında müəyyənləşdirilməsi nəzərdə tutulur.

K. ƏLƏKBƏROV, AHİK-in şöbə müdiri.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.