Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

PROBLEMLƏR VƏ QAYĞILAR ÖNƏ ÇƏKİLİR

24.11.07 - 9:01593 baxılıb

Bu gün həmkarlar ittifaqlarının gənclərə həmişəkindən daha çox ehtiyacı vardır. Gənclərin həmkarlar ittifaqına cəlb olunması təşkilatın həm kəmiyyət, həm də keyfiyyət baxımından yeniləşməsi deməkdir. Gənclər həmkarlar ittifaqlarında öz fərqli baxışları, enerjili, qətiyyətli və nikbin olmaları ilə xarakterizə olunurlar.
Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası sahə müəssisə və təşkilatlarında gənc işçilərin, peşə məktəbi şagirdlərinin əmək və sosial-iqtisadi problemlərinin həllində fəal iştirak etməyi bir vəzifə kimi öz qarşısına qoymuşdur.
Gənclərin Federasiyanın diqqət və qayğısına ehtiyacı olduğu kimi, Federasiyanın da öz sıralarına gənc fəal və təşəbbüskar gənclərin cəlb edilməsinə, onların biliyinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə böyük ehtiyacı vardır. Məhz bu səbəbdən də Federasiya gənclərlə iş aparılmasına, onların təhsilləndirilməsinə, istehsalat fəaliyyətinin və məişətinin təşkil olunmasına, sosial problemlərinin həllinə xüsusi diqqət yetirir.
Sahə müəssisələrində ilk həmkarlar ittifaqı təşkilatının işəgötürənlə bağladığı kollektiv müqavilədə gənclərin problem və qayğılarına xüsusi yer ayrılır.
İşləyə-işləyə təhsil alan gənclərə, gənc ailə üzvlərinə, uşaqlı gənc ailələrə geniş güzəşt və müavinətlər tətbiq olunur.
İki il öncə Respublika Sahə Hİ birlikləri arasında birincilər sırasında Federasiyanın nəzdində Gənclər təşkilatı təsis olunmuşdur. İlk həmkarlar ittifaqı komitələrində gənclərlə iş üzrə komissiyalar yaradılmış və fəaliyyət göstərməkdədir.
2007-ci il Respublikamızda Gənclər ili elan olunmuşdur. Bununla əlaqədar Federasiyada gənclərlə iş məsələsinə diqqət artırılmışdır.
Təsadüfi deyil ki, Federasiyanın bu ilin dekabr ayında keçiriləcək Mərkəzi Komitəsinin iclası da bu vacib məsələyə həsr ediləcəkdir.
Mərkəzi Komitənin bu toplantısında metal sənayesinin gənc işçilərinə müraciət qəbul olunması nəzərdə tutulmuşdur. Müraciətdə gənclərin daha mütəşəkkil olması, həmkarlar ittifaqlarında sıx birləşməsi, onları narahat edən məsələlərin həmkarlar ittifaqlarının bütün səviyyələrində qaldırılması və problemlərin həll olunmasında səy və mübarizlik göstərilməsi tövsiyə edilmişdir.

Feyzulla ƏSƏDOV,
Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.