Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

İQTİSADİYYATIN YÜKSƏLİŞİ SAHİBKARLIĞIN İNKİŞAFI İLƏ BAĞLIDIR

01.12.07 - 9:06628 baxılıb

BU FİKİR SAHİBKARLIQ VƏ ELM, ELMİ-İSTEHSALAT MÜƏSSİSƏLƏRİ İŞÇİLƏRİ MÜSTƏQİL HƏMKARLAR İTTİFAQININ V KONFRANSINDA SƏSLƏNMİŞDİR

Konfransda sahə həmkarlar ittifaqı Respublika Komitəsinin sədri Tofiq Quliyevin təşkilatın beşillik fəaliyyəti (2002-ci ilin noyabrından 2007-ci ilin noyabrınadək) barədə hesabatı dinlənilib müzakirə edilmişdir.
Natiq demişdir ki, bu gün iqtisadiyyatın yüksəlişi bilavasitə sahibkarlığın inkişafı ilə sıx bağlıdır. Respublika Komitəsi də fəaliyyətini məhz bu istiqamətdə qurmuşdur. Hesabat dövründə işçilərin sosial-iqtisadi mənafelərinin qorunmasına, istehsalat məişətinin yaxşılaşdırılmasına, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə nəzarət edilməsinə, fəhlə və qulluqçuların bilik səviyyəsinin yüksəldilməsinə, həmkarlar ittifaqı işçilərinin və fəallarının təhsilinə daha çox diqqət yetirilmişdir.
Komitə sədri bildirmişdir ki, təşkilat geniş şəbəkəyə malikdir. Ötən beş ildə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində respublikanın bölgələrində bir sıra şəhər və rayon komitələri, eyni zamanda Bakı şəhərinin rayonlarında birləşmiş həmkarlar ittifaqı komitələri, fəaliyyətə başlayan özəl qurumlarda ilk həmkarlar ittifaqı təşkilatları yaradılmışdır. Hazırda sahə həmkarlar ittifaqı Respublika Komitəsi 2395 ilk təşkilatı və 49708 nəfər Hİ üzvünü birləşdirir.
Hesabat dövründə zonalar üzrə təşkil silsilə seminarlarda kollektiv müqavilələrin bağlanması və götürülən öhdəliklərin yerinə yetirilməsinin yoxlanması qaydarı barədə dinləyicilərə geniş anlayış verilmişdir. Sahə müəssisələrində bağlanmış müqavilələrin sayı artaraq 490-a çatdırılmışdır ki, bu da 29800 nəfər əmək adamının əhatə edilməsi deməkdir.
Konfransda qeyd edilmişdir ki, istər Respublika Komitəsi, istərsə də onun xidmətində olan ilk təşkilatlar hərbi hissələrə, ahıllar evinə vaxtaşırı hamilik köməyi göstərmişlər. Gender bərabərliyi və qadın siyasəti, gənclərlə sıx münasibətlər qurulması yönümündə çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Deyilmişdir ki, qadınlar üçün müvafiq əmək şəraitinin yaradılması, onların sosial təminatlarının həll edilməsi, hüquq və mənafelərinin qorunması müəssisə və təşkilatlarda bağlanmış kollektiv müqavilələrdə öz əksini tapmışdır. Respublika Komitəsi qadın işçilərin sağlamlığının və sosial maraqlarının qorunması, onlara hüquqi yardım göstərilməsi istiqamətində xeyli iş görmüş, yeni iş yerlərinin açılmasına nail olmuşdur.
İstər məruzədə, istərsə də ayrı-ayrı çıxışlarda qeyd edilmişdir ki, sahibkarlıq iqtisadiyyatımız üçün yeni sahə olduğundan işçilərin hüquqlarının qorunmasında və əməyinin mühafizəsində həllini gözləyən problemlər də mövcuddur.
Respublika Komitəsinin nəzdində yaradılmış komissiya tərəfindən aparılmış araşdırmalar göstərmişdir ki, özəl sektorda bəzi sahibkarlar tərəfindən hələ də əmək qanunvericiliyinin pozulması hallarına yol verilir. Məzuniyyətlərin vaxtlı-vaxtında verilməməsi, xəstəlik vərəqələrinə ödənişlərin ödənilməməsi buna əyani sübutdur. "Xəzri" firması rəhbərliyinin qadın işçilərin kollektiv müqavilədə nəzərdə tutulmuş əməkhaqqını azaltmaq cəhdinin qarşısı məhz RK-nın işə qarışması nəticəsində alınmışdır.
Quba rayon komitəsinin sədri Kamil İlyasov daha ağrılı bir məqama toxunmuşdur. Demişdir ki, özəl müəssisələrin əksəriyyətində heç də bütün işçilər rəsmi əmr, sərəncam və qərarla işə qəbul olunmurlar. İşçilərin əksəriyyəti uçotdan gizlədilir. Adları əməkhaqqı cədvəlinə daxil edilmir. Elə bu səbəbdən də Hİ üzvlüyünə qəbul işi çətinləşir və üzvlük haqqını toplamaq müşkül məsələyə çevrilir.
Konfrasda AHİK sədrinin müavini Cavanşir Alxasov çıxış etmişdir.
Konfrans qurumun rəhbər orqanlarını müəyyənləşdirmişdir.
Tofiq Quliyev yenidən Respublika Komitəsinin sədri, Zemfira Bünyatova isə müavin seçilmişlər.
Konfrans Respublika Komitəsinin Nizamnaməsinə əlavələr və dəyişikliklər etmişdir.
Yığıncaqda təşkilatın 2007-2012-ci illər üzrə fəaliyyətinin əsas istiqamətləri qəbul olunmuş və AHİK-in III qurultayına nümayəndələr seçilmişdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.