Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin V plenumunda "Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyi ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2005-2007-ci illər üçün Yolun sosial inkişafı üzrə bağlanmış sazişin yerinə yetirilməsi" və "AHİK-in III qurultayına nümayəndələrin, AHİK-in Məclisinə və İcraiyyə Komitəsinə üzvlərin seçilməsi" haqqında məsələ müzakirə edilmişdir. Plenumu MHİRK sədri Fəzail Bağırov açmış, yığıncağın mahiyyətini vurğulamışdır. Birinci məsələ ilə əlaqədar Respublika Komitəsinın təşkilat şöbəsinin müdiri Samir Böyükzadənin məruzəsi dinlənilmişdir. O demişdir ki, sahə həmkarlar ittifaqının Respublika Komitəsi əmək qanunvericiliyinə əsaslanaraq işçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının müdafiəsini, onların maddi-rifah halının yaxşılaşdırılmasını daim ön plana çəkmişdir. Müzakirəyə çıxardığımız saziş də bu məqsədlərə xidmət etmişdir. Şöbə müdiri demişdir ki, 5 bölmədən və 49 bənddən ibarət olan Sazişin yerinə yetirilməsi həm Yol rəhbərliyi, həm də həmkarlar ittifaqı tərəfindən nəzarətdə saxlanılmışdır. Bunun müsbət nəticəsi kimi qeyd etmək olar ki, Sazişin 46 bəndi tam yerinə yetirilmişdir. Yük və sərnişin daşınması üzrə öhdəliklərə artıqlaması ilə əməl olunmuşdur. Qeyd edilmişdir ki, Sazişdə yerinə yetirilməyən öhdəliklərdən biri III bölmənin 6-cı bəndidir. Bu bəndə əsasən işçilərə ilin yekunlarına görə birdəfəlik mükafat ödənilməlidir. Lakin bu öhdəlik maliyyə vəsaitinin çatışmazlığından təmin edilməmişdir. Ona görə də, növbəti Saziş bağlanarkən bu bəndin çıxarılması məqsədəuyğun sayılmışdır. Bəzi birlik və müəssisələrdə növbə ilə işləyən işçilərə iş vaxtından artıq iş saatlarına görə əməkhaqqı düzgün ödənilməmişdir. Bu da sazişin III bölməsinin I bəndinin pozulması deməkdir. İşçilərin vəfatı ilə əlaqədar əmək müqavilələrinə xitam verilərkən onların ailə üzvlərinə düşən orta aylıq əməkhaqqının üç misli miqdarında müavinətin, pensiya yaşında işdən azad olunan işçilərə uzunmüddətli və qüsursuz iş stajına görə ödənilən birdəfəlik mükafatın və sairənin ödənilməsində nöqsanlara yol verilmişdir. S. Böyükzadə əməyin mühafizəsi ilə əlaqədar götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülmüş işlərə də aydınlıq gətirmişdir. Demişdir ki, Yol rəhbərliyinin yaxından köməyi və Müstəqil HİRK-in ciddi nəzarəti altında keçıirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehsalat hadisələrinin sayı xeyli azalmışdır. Əməkçilərin sağlamlığının qorunması, istirahətlərinin mənalı təşkil olunması, mədəni-kütləvi tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar götürülmüş öhdəliklər də layiqincə yerinə yetirilmişdir. Plenum müzakirəyə çıxarılmış hər iki məsələ barədə müvafiq qərarlar qəbul etmişdir. Sazişin müddətinin bitməsi ilə əlaqədar 2008-2010-cu illər üçün yeni Sazişin bu ilin sonunadək bağlanması tövsiyə edilmişdir. Plenumun qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayına 15 nümayəndə, AHİK-in Məclisinə 5, İcraiyyə Komitəsinə 1 nəfər üzv seçilmişdir. AHİK-in III qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə Səttar Suliddin oğlu Mehbalıyevin namizədliyinin irəli sürülməsi tövsiyə olunmuşdur. Plenumda AHİK-in katibi, aparat rəhbəri Həsən Cəfərov və ADDU-nun baş mühəndisi Qurban Nəzirov çıxış etmişlər. H. Cəfərov demişdir ki, müzakirəyə çıxarılmış məsələlər həm AHİK, həm də dəmiryolçular üçün çox önəmlidir. Əldə edilmiş nailiyyətlər istər Dəmir Yolu, istərsə də həmkarlar ittifaqı rəhbərliyinin sıx, konstruktiv əməkdaşlığının bariz nümunəsidir. Gələn il fevral ayının 5-6-da Konfederasiyanın III qurultayı keçiriləcəkdir. Çox xoşdur ki, seçilən nümayəndələrə qurultayda hörmətli sədrimiz Səttar Mehbalıyevin namizədliyinin irəli sürülməsi və dəstəklənməsi tövsiyə olundu. Bu bizi çox sevindirir. Çünki Konfederasiyanın gördüyü işlər göz önündədir. Son illərdə qanunvericilik sahəsində Konfederasiyanın əldə etdiyi nailiyyətlər S.Mehbalıyevin adı ilə bağlıdır. O, həm AHİK sədri, həm də millət vəkili kimi fəaliyyət göstərir. Çox istərdik ki, qurultayla bağlı yerlərdə hər bir həmkarlar ittifaqı fəalı beş il ərzində görülmüş işlərə obyektiv qiymət versin və təkliflərini AHİK- ə göndərsin. Əldə olunmuş müsbət nəticələrlə yanaşı, hansısa çatışmazlığın, gələcəkdə nə kimi işlərin görülməsinə ehtiyac olduğunu bilərək təkliflərini Konfederasiyanın müvafiq orqanları vasitəsilə AHİK-ə çatdırsın. H.Cəfərov daha sonra demişdir ki, Konfederasiyanın gələn beşillik üçün onun əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Bu, artıq layihə formasında öz əksini tapmışdır. Azərbaycan həmkarlar ittifaqlarının orqanı olan "Ülfət" qəzetində yeni rubrika açılmışdır. İstərdik ki, arzu və təkliflərinizi, həmkarlar ittifaqlarına, Konfederasiyaya olan münasibətinizi həmin rubrika vasitəsilə bildirəsiniz. Qurultaya hazırlıq mərhələsində hər bir təklif nəzərə alınacaq, gələcək fəaliyyətimizin istiqamətlərində öz əksini tapacaqdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.