Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

QƏRARIN İCRASINA NƏZARƏT GÜCLƏNDİRİLİR

08.12.07 - 9:02685 baxılıb

Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının XVII konfransı keçirilmişdir. Respublika Komitəsinin sədri Rafiq İldarovun sahə həmkarlar ittifaqının XVI konfransından keçən dövr ərzində qurumun fəaliyyəti barədə hesabatı dinlənilib müzakirə edilmişdir.
R. İldarov demişdir ki, Respublika Komitəsinin II plenumu AHİK-in ikinci qurultayında qəbul edilmiş "Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətinin Əsas İstiqamətləri"nin və sahə həmkarlar ittifaqı XVI konfransının qərarlarının həyata keçirilməsi üzrə 2003-2007-ci illər üçün 25 bənddən ibarət tədbirlər planı təsdiq etmişdir. Respublika Komitəsi bütün istiqamətlərdə öz fəaliyyətini məhz həmin sənədin icrası üzərində qurmuşdur.
Deyilmişdir ki, hesabat dövründə Respublika Komitəsinin 6 plenumu, Rəyasət Heyətinin isə 22 iclası keçirilmişdir. Bu plenum və iclaslarda həmkarlar ittifaqının təşkilati strukturunun təkmilləşdirilməsinə, Hİ üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarının və mənafelərinin müdafiəsinə, əməyin mühafizəsinə, mədəni-kütləvi və idman tədbirlərinin keçirilməsinə, uşaq, gənclər və qadın problemlərinin həll edilməsinə, şəhid və qaçqın ailələrinə diqqətin artırılmasına yönəldilmiş məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmiş və onların icrası təmin olunmuşdur. Rəyasət Heyətinin iclaslarında həmçinin ilk təşkilatların həmkarlar ittifaqı komitələrinin fəaliyyətləri haqqında hesabatlar dinlənilmiş, onların müsbət təcrübələrinin öyrənilməsi və yayılması HİK-lərə tövsiyə edilmişdir.
Respublika Komitəsi struktur dəyişiklikləri aparmış, yeni yaranan ilk təşkilatlarda təsis konfransları keçirilmişdir.
Kadrların təhsilindən söz açan natiq vurğulamışdır ki, Respublika Komitəsi HİK sədrlərinin və fəallarının tədrisinə xüsusi diqqət yetirmişdir. Respublika Komitəsinin yanında Tədris Şurası yaradılmışdır. Yeni seçilmiş HİK sədrləri üçün Əmək və Sosial Münasibətlər Akademiyasında 3 günlük kurslar təşkil edilmişdir. Komitə sədrlərinin başqa sahələrin, digər ölkələrin, beynəlxalq təşkilatların iş təcrübələrindən bəhrələnmələrinə də diqqət yetirilmişdir. İstər respublikanın paytaxtında, istərsə də bölgələrdə təşkilati işlərə, əməyin mühafizəsinə, maliyyə işinə, gender siyasətinə və digər mövzulara dair zona və ümumi sahə seminarları keçirilmişdir.
Natiq qeyd etmişdir ki, hesabat dövründə Respublika Komitəsi ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi arasında sahə (tarif) kollektiv sazişləri bağlanmışdır. Sosial partnyorluq əsasında ikitərəfli komissiyalar tərəfindən hazırlanmış bu sazişlər işəgötürənlə işçi arasında əmək, iqtisadi və sosial münasibətlərin tənzimlənməsində mühüm rol oynamışdır. İşçilərin xeyrinə olan öhdəliklər ildən-ilə artırılmış və ən əsası odur ki, bu müddəaların əksəriyyəti işəgötürənlər tərəfindən yerinə yetirilmişdir. RK sədrinin sözlərinə görə, hazırda 2008-2009-cu illər üçün sahə (tarif) kollektiv sazişin bağlanmasına dair "Azərenerji" ASC ilə danışıqlar aparılır.
Konfransda həmçinin Respublika Komitəsinin əməyin mühafizəsi, sağlam iş şəraitinin yaradılması, işçilərin xüsusi geyim və mühafizə vasitələri ilə müntəzəm təmin edilməsi, energetiklərin sağlamlığının qorunması və istirahətlərinin təşkili, idmana marağın artırılması, qadın əməyinə qayğı göstərilməsi və s. məsələlərin həlli yönümündə gördüyü işlərdən də danışılmışdır.
Hesabat məruzəsində görülmüş çoxsaylı işlərlə yanaşı, sahədə olan problemlər də gündəmə gətirilmişdir.
İşçilərin peşə xəstəliklərindən və istehsalatla bağlı bədbəxt hadisələrdən sosial sığortalanması hələlik öz həllini tapmamışdır. Zərərli işlərdə çalışanlar pulsuz müalicəvi yeməklə, südlə hələ ki, tam təmin edilməmişlər.
Yığıncaqda deyilmiş bir fakt daha çox narahatlıq doğurmuşdur. Qeyd edilmişdir ki, ölümlə nəticələnən bədbəxt hadisələrin sayının kəskin surətdə azaldılmasına hələ nail olunmamışdır. Belə hadisələrin əksəriyyəti paylayıcı şəbəkələrdə baş vermişdir. Buna da səbəb iş prosesində işçilərin təhlükəsizlik texnikası qaydalarına riayət etməməsi, ehtiyatsızlıq və səhlənkarlıq göstərməsi və s. amillər olmuşdur.
Konfrans bu və digər nöqsan və problemlərin aradan qaldırılması, layiqli iş yerlərinin yaradılmasına nail olunması barədə işgüzar qərar qəbul etmişdir.
Sahə həmkarlar ittifaqı təftiş komissiyasının hesabatı dinlənilmiş, nizamnaməyə dəyişikliklər edilmişdir.
Konfransda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir. Natiq sahə həmkarlar ittifaqı Respublika Komitəsi ilə "Azərenerji" ASC rəhbərliyi arasında yaranmış işgüzar münasibəti təqdir etmiş, bağlanmış kollektiv sazişlərin energetiklərin sosial məsələlərinin həllinə köklü təsir göstərdiyini vurğulamışdır. Ümidvar olduğunu bildirmişdir ki, növbəti illər üçün bağlanacaq sahə kollektiv saziş daha sosial yönümlü olacaq, həmkarlar ittifaqının təklifləri sənəddə öz əksini tapacaqdır. Konfederasiya sədri bildirmişdir ki, hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qarşıdakı illər üçün Baş Kollektiv Sazişin layihəsi üzərində iş aparılır.
AHİK sədri yeni bağlanacaq kollektiv sazişin və müqavilələrin yerlərdə geniş müzakirəsinin aparılması, aşkarlığın təmin edilməsi, işçilərin ərizə və şikayətlərinə qayğı ilə yanaşılması və s. məsələlər barədə yığıncaq iştirakçılarına tövsiyələr vermişdir.
Konfrans qurumun rəhbər orqanlarını müəyyənləşdirmişdir.
Rafiq İldarov yenidən Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayına nümayəndələr, Məclisin tərkibinə və İcraiyyə Komitəsinə üzvlər seçilmişdir.
Konfransda yekdil səslə qərara alınmışdır ki, qurultayda Konfederasiyanın sədri vəzifəsinə Səttar Mehbalıyevin namizədliyi irəli sürülsün.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.