Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"KƏPƏZ" YATAĞINDAN BİRGƏ NEFT VƏ QAZ HASİLATI TƏRƏFLƏRİ BİRLƏŞDİRƏCƏK
Türkmənistan hökuməti ilə Azərbaycan arasında mübahisəli yataq hesab olunan "Kəpəz" yatağının taleyi müsbət sonluqla başa çata bilər. Ən perspektivli yataq olan bu strukturun birgə işlənməsi üçün Türkmənistanın Nazirlər Kabineti hazırda bir neçə variantı nəzərdən keçirir. Azərbaycanla ortaq məxrəcə gəlmək üçün gələn ilin əvvəllərində hökumət komissiyası çərçivəsində görüşün keçirilməsi nəzərdə tutulur. Hökumətdəki mənbələrdən verilən məlumata görə, hər iki tərəf yatağın bərabər şəkildə xarici neft korporosiyaları ilə işlənməsinə prinsipcə razıdır.
Xatırladaq ki, "Kəpəz" yatağı Türkmənistanın keçmiş prezidenti Saparmurad Niyazovun dövründə "blokadaya alınıb" və 10 ildən artıq müddətdə bu ərazidə geoloji kəşfiyyat işləri aparılmayıb. Türkmənbaşı Azərbaycana məxsus ən zəngin karbohidrogen strukturunu "mənimsəyərək" bura xarici şirkətləri cəlb etməyə cəhd göstərib. Bu yatağa Saparmurad Niyazovun şərəfinə hörmət əlaməti kimi titul verilib və “Sərdar” adlandırılıb. Türkmənbaşı sağlığında “Sərdar”ın (yatağın) iki hissəyə bölünməsini özü üçün hörmətsizlik hesab etdiyindən "Kəpəz"in iki ölkənin iştirakı ilə istismar olunmasını qəbul etməyib. Hətta 2004-cü ildə eks-prezident Kanadanın "Buried Xill Enerji" şirkətinin rəhbərini qəbul edərək onları "Kəpəz"in neft-qaz ehtiyatlarının işlənməsinə dəvət edib. Türkmənbaşının bu "şıltaqlığı" Xəzərin hüquqi statusunun həll olunması istiqamətində sahilyanı ölkələr tərəfindən aparılan danışıqların intensivləşdiyi bir ərəfəyə təsadüf edib. Azərbaycanın həmin dövrdə Türkmənistana xəbərdarlığından sonra Türkmənbaşı iddialarından geri çəkilib. Dövlət Neft Şirkəti bəyanat verərək 1997-ci ildən mübahisəli yataq hesab olunan həmin ərazidə Türkmənistanın hansısa xarici kompaniya ilə kəşfiyyat və hasilat işlərinə başlamasının mümkünsüzlüyünü xatırladıb. Bakı ilə Aşqabad arasında "Kəpəz" yatağının işlənməsinə dair birgə razılıq olmadan bu ərazidə xarici neft şirkətləri ilə layihənin həyata keçirilməsinin heç bir hüquqi status qazana bilməməsi bildirilib. Nəticədə bu vəziyyəti nəzərə alan Kanada şirkəti layihəyə qoşulmaqdan imtina edib. İş ondadır ki, 1997-ci ildə Azərbaycan və Rusiya Federasiyası bu yatağın işlənməsinə dair razılığa gəlib. Dövlət Neft Şirkəti 50 faiz, Rusiyanın "Lukoyl" şirkəti 30 faiz və "Rosneft" şirkəti 20 faiz payla "Kəpəz"in istismar olunması üçün saziş imzalayıb. Lakin sazişin imzalanmasından bir həftə keçəndən sonra Türkmənistan tərəfindən yaranan narazılıq Azərbaycanın yataqda kəşfiyyat işlərinə başlamasını dayandırıb. Həmin dövrdən etibarən bu yataq mübahisəli ərazi kimi dondurulmuş vəziyyətdə qalıb.
XƏZƏRDƏ RUSİYA MODELİ - 50/50-YƏ PAY BÖLGÜSÜ
Dövlət Neft Şirkətində hesab edirlər ki, Xəzərin hüquqi statusunun həllinə dair Xəzəryanı ölkələrin ümumi razılığa gəldiyi və Tehran sammitində tərəflərin dənizin sərvətlərindən birgə istifadəyə dair anlaşma memorandumu imzalamasından sonra Türkmənistanın yeni dövlət başçısının bu addımı siyasi qətiyyətin nümayişi kimi qiymətləndirilə bilər. Artıq yaxın qonşumuz olan türkmənlər iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlı tərəf kimi çıxış edir. Bakıda keçirilən Türk xalqlarının qardaşlıq və əməkdaşlıq sammitində imzalanan sənəd də təsirsiz deyil. Türkmənistan Prezidenti Qurbanqulu Berdımuxammedov yaxın münasibətlərin inkişaf etdirilməsində əsas təşəbbüskar kimi çıxış edir. Azərbaycanın sahilyanı ölkələr olan Rusiya və Qazaxıstanla Xəzərin milli sektora bölünməsinə dair ikitərəfli razılıq əldə etməsi və hazırda İranla bu sahədə aparılan danışıqların müsbət perspektivlər vəd etməsi rəsmi Aşqabadı da dərindən düşündürür və ikitərəfli əlaqələrə can atır. İran sammiti zamanı Xəzərin hüquqi statusu ilə əlaqədar danışıqlarda milli sektorlara bölünmənin effektivliyinə olan inamın artması da bu məsələdə az rol oynamır. Türkmənistan ona görə də "Kəpəz"lə əlaqədar Azərbaycanla birgə işləməyə razıdır. Bu yataq Xəzərin orta xətti üzərində yerləşir. Yəni yatağın qərb hissəsi Azərbaycanın, şərq hissəsi isə Türkmənistanın payına düşür. Buna görə də Azərbaycan tərəfi "Kəpəz"in hər iki sahəsində işlərin aparılmasını vacib hesab edir. Mütəxəssislər hesab edir ki, mübahisəli yataqların birgə işlənməsi beynəlxalq təcrübədə mövcuddur və tərəflər bu modulu tətbiq edə bilər. Məsələn, Qazaxıstanla Rusiya arasında mübahisəli hesab olunan yataqlar hər iki ölkənin razılığı ilə 50/50-yə pay bölgüsü əsasında işlənilməkdədir. Yəni Xəzərin orta xətt prinsipi ilə bölgüsü başa çatmayana qədər bu cür variantla yataqların istismarı mümkün hesab olunur.
TÜRKMƏNİSTAN İRANI DA YOLA GƏTİRƏ BİLƏR…
İlkin işlər üçün 250 milyon dollar vəsait tələb olunur. Bundan əlavə, "Kəpəz"dəki resurslar Xəzərin dərinsulu hissəsində yerləşir, təxminən 150 metrlik dərinlikdə işləməyə Türkmənistanın mövcud infrastrukturu imkan vermir. Burada platformanın quraşdırılması, digər texniki avadanlıqların hazırlanması üçün nə az, nə çox - 1-2 milyard dollar vəsaitin xərclənməsi gərəkdir. Təbii ki, həmin həcmdə investisiya qoymaq istəyən xarici şirkətlər gəlir əldə etmək məqsədi ilə neft və qazı ən sərfəli marşrutla bazara çıxartmağa üstünlük verəcək. Bu marşrut isə yalnız Azərbaycan vasitəsilə həyata keçirilə bilər. Xəzər regionundakı ölkələrin və burada fəaliyyət göstərən xarici neft kompaniyalarının belə bir layihəyə qoşulması Türkmənistanın həm də TransXəzərə qoşulmasına gətirib çıxara bilər. Neft ehtiyatları 11 milyard ton, qaz ehtiyatları isə 5,5 trilyon kub metr proqnozlaşdırılan "Kəpəz" layihəsində beynəlxalq neft kompaniyalarının iştirakı başqa bir status üçün həlledici zəmin yaradır. Belə ki, "Kəpəz" yatağından neft və qazın çıxarılması üçün 3 kəmərin - su, neft və qaz borularının çəkilməsi lazımdır. Həmin kəmərləri çəkmək üçün isə Türkmənistanın lazım olan texnikası və infrastrukturu yoxdur. Həmin kəmərin çəkilişi yalnız Azərbaycanda mövcud olan gəmilərin gücü ilə mümkün ola bilər. Bu isə Azərbaycanın faktiki olaraq Xəzər regionunda aparıcı mövqeyə sahib olması deməkdir. Onu da əlavə edək ki, "Kəpəz" "düyününün" açılması Azərbaycanın digər mübahisəli ərazilər hesab olunan "Araz", "Alov" və "Şərq" yataqlarının taleyinin də müsbət sonluqla başa çatmasına səbəb ola bilər. Xatırladaq ki, həmin yataqların da işlənməsi də bir neçə il əvvəl dayandırılıb. İranla Azərbaycan həmin yataqların Xəzərin statusu həll olunduqdan sonra işlənməsini məqsədəuyğun sayır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.