Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

50 MİLYONLUQ XALQIN HƏMRƏYLİYİ, YAXUD AZƏRBAYCAN LOBBİSİNİ BİRLƏŞDİRƏN LİDER

29.12.07 - 9:06828 baxılıb

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİNİN, DÜNYADA AZƏRBAYCAN LOBBİSİNİN, DİASPORUNUN FORMALAŞMASININ TƏŞƏBBÜSKARI HEYDƏR ƏLİYEV OLUB.

Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.
Azərbaycanlılar daha da möhkəm təşkilatlanacaq, yaşadıqları ölkələrdə daha da möhkəm mövqelərə sahib olacaqlar və beləliklə, dünyadakı 50 milyonluq Azərbaycan xalqı daha da yaxşı yaşayacaq, öz məqsədlərinə nail olacaqlar.
Azərbaycan Prezidenti İlham Əliyev

HƏMRƏYLİKDƏN 200 İL ƏVVƏL…

XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyi qazandıqdan və beynəlxalq hüququn subyekti olduqdan sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni bir tarixi mərhələ başlanıb. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilən xalqımız bu gün öz taleyinin sahibi olub. Eyni zamanda tarixin faciəli gedişatı nəticəsində illərdən bəri parçalanıb, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranıb.
Azərbaycanlıların mühacirət tarixi əsasən XIX əsrin ilk onilliklərindən başlayır. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəifləməsinə yönəlmişdi. 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən millətimizə qarşı həyata keçirilən qanlı qırğınlarda belə məkrli strateji niyyətlərin tərtib hissəsi idi.

MÜHACİRƏT VƏ VƏTƏN NİSGİLİ…

Mühacirətin növbəti mərhələsi 1920-ci ilə təsadüf edir. Otuzuncu və qırxıncı illərin mühacirəti qanlı repressiyalar, siyasi təqib, qətillərlə bağlı olmuş və məcburi xarakter daşımışdır. SSRİ imperiyası dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə respublikamızdan köçərək xarici ölkələrdə məskunlaşanlar əsasən daha firavan və rahat həyat ardınca gedənlər olublar. Qeyd etmək lazımdır ki, Cənubi Azərbaycandan son onilliklərdə mühacirət edənlərin sayı şimaldan gedənlərin sayından qat-qat çoxdur və onlar İranın şah istibdadından baş götürüb qürbət ellərə tapınanlardır.

VƏTƏNDƏN KƏNARDA AZƏRBAYCAN…

Bu gün təxmini hesablamalara görə, dünyanın, Azərbaycan da daxil olmaqla, 70-dək ölkəsində 45 milyona qədər soydaşımız yaşayır. Yalnız Türkiyədə özü və ya soykökü Qərbi Azərbaycandan olan milyonlarla soydaşlarımız var. Onlar XIX əsrin sonlarından başlamış amansız daşnak irticaları nəticəsində qardaş ölkəyə pənah gətiriblər.
Azərbaycanın dövlət müstəqilliyi qazanması diasporumuzun həyatına mühüm canlanma gətirdi. Baş verən qlobal hadisələr, Qarabağ münaqişəsi, əsassız torpaq iddiaları planının hərəkətə gətirilməsi, 1990-cı il yanvarın 20-də Bakıda, 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş qırğınlar və sairə xaricdəki həmvətənlərimizin ictimai fəallığının artmasına təkan verdi.

AZƏRBAYCAN LOBBİSİNİN YOXLUĞU…

Dünya azərbaycanlılarının təşkilatlanması, Bakı ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin yaranması müstəqilliyimizin ilk günlərindən həyata tələbat kimi özünü göstərib. Lakin həmin vaxtlar dünya azərbaycanlılarını bir araya gətirmək, həmrəylik gününü bayram kimi qeyd etmək hakimiyyətdə olan qüvvələrin imkanı xaricində idi. Demək olar ki, milli diasporun formalaşması istiqamətində heç bir addım atılmamışdı. Azərbaycan lobbisi yox idi və bunun nəticəsi idi ki, 1991-1994-cü illərdə xarici siyasətdə uğursuzluqlar davam edirdi. Beynəlxalq aləmdə ölkəmizin mənafeyinin əleyhinə qərarlar qəbul edilirdi. Məsələn, Amerika parlamentinin erməni diasporasının fəaliyyəti nəticəsində qəbul etdiyi 907-ci düzəliş bu qəbildən sayıla bilər.

NAXÇIVAN, 1991-Cİ İL, 16 DEKABR. HƏMİN GÜN 31 DEKABRIN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ KİMİ QEYD OLUNMASI BARƏDƏ QƏRAR QƏBUL OLUNUR

Milli diasporun formalaşması və dünyada Azərbaycan lobbisinin inkişafı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndər hələ Naxçıvanda Ali Məclisin sədri olarkən bu məsələnin vacibliyini nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə təşəbbüs irəli sürür. Beləliklə, Naxçıvan MR Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul olunur. Həmin tarixi qərara imza atmış şəxsin - Heydər Əliyevin bu missiyası bütünlüklə milli diasporun formalaşmasına zəmin yaratdı. Bununla da xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, sıx birləşməsi dövrü başlandı. Heydər Əliyevin 1993-cü ildə respublikada hakimiyyətə gəlişindən sonra gördüyü işlərin başlıca istiqamətlərindən biri məhz yenə də azərbaycanlıların həmrəyliyinin möhkəmlənməsi ilə bağlı olub.

HEYDƏR ƏLİYEVİN DAVAM EDƏN MİSSİYASI…

1995-ci ildən başlayaraq diaspora quruculuğu geniş vüsət alıb. Müstəqillik illərində dünya azərbaycanlılarının həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və fərdi duyğulardan əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi, tarixi vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər görülüb. Bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrdə nüfuzlu və fəal toplum kimi çıxış edir, cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur. Həmin ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır.

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR DAYAĞIMIZDIR…

Diaspora təşkilatlarının fəallığının artması, azərbaycanlıların həmrəyliyi siyasətinin geniş miqyas alması Heydər Əliyevin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin də əsas diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdəndir. Cənab İlham Əliyev xarici ölkələrə səfərləri çərçivəsində həmişə Azərbaycan diasporu ilə görüşlərə böyük yer ayırıb, onlarla söhbətlər aparıb. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin möhkəm olması dünyada yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir. "Eyni zamanda xaricdə yaşayan azərbaycanlılar bizim üçün də dayaqdır. Çünki Azərbaycan gənc müstəqil dövlətdir. Biz yalnız 15 ildir müstəqillik şəraitində yaşayırıq və təəssüflər olsun ki, bu günədək bir çox ölkələrdə Azərbaycan haqqında kifayət qədər dolğun məlumat yoxdur. Bu məlumatı, Azərbaycan həqiqətlərini, Azərbaycanın problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə çatdırmaq, əlbəttə ki, bizim ümumi işimizə çox böyük töhfə olacaqdır".
Dünya azərbaycanlılarının II qurultayının Bakıda keçirilməsi məhz İlham Əliyevin adı ilə bağlıdır. Həmin qurultay özünün möhtəşəmliyi, müzakirəyə çıxardığı məsələlərin aktuallığı və reallığı ilə seçilirdi. Cənab Prezident Azərbaycan diasporunun digər xalqların, xüsusilə qardaş türk xalqlarının lobbi təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışması naminə də az iş görməmişdi.

DÜNYA BİRLİYİ GÜCLÜ AZƏRBAYCAN DİASPORASININ QARŞISINDA ACİZDİR…

Son illər bu iş artıq əlaqələndirilmiş şəkildə aparılır. Xarici İşlər Nazirliyinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan diasporlarının fəaliyyəti, müxtəlif ölkələrdə Azərbaycanla bağlı keçirilən tədbirlər, konfranslar, simpoziumlar, aksiyalar - bütün bunlar bizim mövqelərimizi möhkəmləndirir. Digər tərəfdən, Azərbaycan haqqında real məlumatı dünya birliyinə çatdırır. Etiraf etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, soydaşlarımızın ayrı-ayrı ölkələrin ictimai-siyasi və mədəni həyatına, eləcə də qloballaşan dünyanın aktual problemlərinə təsirinin gücləndirilməsi hələ də tələb olunan səviyyədə deyil. Odur ki, diaspor təşkilatları və müvafiq dövlət qurumlarının bu istiqamətlərdə bütün resursların hərəkətə gətirilməsi üçün davamlı çalışması vacibdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.