Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Vahid Əhmədov: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası işçilərin əmək və digər sosial hüquqlarının qorunmasında xeyli dəyişikliklərə nail olub”
-Vahid müəllim, Azərbaycanda həmkarlar ittifaqlarının ölkə iqtisadiyyatında rolu konkret olaraq nədən ibarətdir? - Həmkarlar ittifaqları iqtisadi idarəetmə sisteminin ayrılmaz tərkib hissəsidir və sosial- iqtisadi siyasətin bir çox istiqamətləri bu qurumla bağlıdır. Ümumilikdə, iqtisadiyyatda bu qurumun üzərinə bir sıra mühüm vəzifələr düşür. Bütün müəssisələrdə əmək müqavilələrinin bağlanması, işçilərin əmək və digər sosial hüquqlarının qorunması, bir çox qanunların tənzimlənməsi, vətəndaşların sıx və mütəşəkkil qaydada öz hüquqlarının bərpasına nail olması məhz həmkarlar ittifaqlarının səyi nəticəsində mümkün olub. Hələ sovet dövründə işçilərin əmək və istirahət hüquqlarının qorunmasında bu qurumun rolu böyük idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Nazirlər Kabineti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Baş Kollektiv Saziş imzalayıb. Bu Sazişin icrasını təmin etmək üçün hər üç qurum müzakirlər aparır, vəziyyəti təhlil edir. Onu da deyim ki, artıq bu sahədə əhəmiyyətli dəyişikliklər müşayiət olunur və demək olar ki, respublikamızın bütün bölgələrində bu qurumlar fəaliyyət göstərir. Hazırda müstəqil həmkarlar ittifaqları yaradılır və onlar da işləyənlərin müdafiəsi baxımından öz töhfəsini verə bilər. - Siz həmkarlar ittifaqlarının vətəndaşların əmək və digər sosial hüquqlarının müdafiəçisi kimi roluna toxundunuz. İş ondadır ki, bir sıra strukturlarda bu qurumların yaradılması hələ də mümkün olmayıb... - Belə hallar var, həm yerli təşkilatlarda, həm də xarici şirkətlərdə həmkarlar ittifaqlarının yaradılmasına mane olan şəxslər kifayət qədərdir. Onlar daha çox işçilərlə əmək müqaviləsi bağlamayan və öz gəlirinin miqyasını kiçiltməyə çalışan və yaxud gizlədən şirkətlərdən ibarətdir. Bu tendensiya əsasən özəl və təsərrüfat sistemli qurumlarda qeydə alınır. Dəfələrlə müvafiq dövlət orqanları apardıqları araşdırmalar zamanı sübut edib ki, həmkarlar ittifaqı yaratmağa istəyi olmayan təşkilatlar işçilərin hüquqlarını pozur, əməkhaqlarını düzgün vermir, onların sosial şəraitinin qayğısına qalmır. Həmkarlar ittifaqı həmişə idarə və təşkilatların rəhbərləri ilə kəskin fikir ayrılığına görə seçilib, müəssisə rəhbərliyinin inzibati amirliyinə tabe olmamaq üçün işçilərlə mütəşəkkil qaydada əks addımlar atıb, müsbət mənada dəyişikliklərə nail olub. Təbii ki, müəssisə rəhbəri həmişə çalışır ki, işçilərin əməyinə uyğun maaş verməsin, onları çox işlətsin, istirahətini pozsun, müqavilələri düzgün tərtib etməsin. Həmkarlar ittifaqı isə bunun qarşısını alıb. Bizim yerli şirkətlər artıq bunu başa düşür və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyələrini yerinə yetirməyə başlayıb. Bu məsələdə AHİK-in mövqeyini xüsusi vurğulamaq lazımdır. - Xarici şirkətlər öz ölkəsində həmkarlar ittifaqlarının yaradılmasına bir nömrəli vəzifə kimi baxsa da, Azərbaycanda buna əməl etmirlər, hətta maneə də yaradırlar... - Son zamanlar bu sahədə də irəliləyişlər nəzərə çarpır. Xarici şirkətlərin bir neçə işçisi ölkəmizin qanunlarına hörmətsizlik etdiyinə görə cəzalandırılıblar. Artıq onlar bu məsələdə özləri təşəbbüskar olmağa başlayıb. Həmin şirkətlər Azərbaycan vətəndaşları ilə öz işçilərinin əməkhaqları, mükafatlar, digər sosial güzəştlərdə bir tutmurlar, ayrı-seçkilik edirlər, işçilərin hüquqlarını pozurlar. Buna görə də həmkarlar ittifaqının yaradılmasını istəmirlər. Bu, onlara sərf etmir. Amma son dövrlər Azərbaycan hökumətinin və AHİK-in xəbərdarlıqlarından sonra bu problem həll olunmaqdadır. Hesab edirəm ki, AHİK-in atdığı addımların çox müsbət effekt verməsini nəzərə alaraq, bu iş davam etdirilməlidir. - İşçilərin sosial hüquqlarından olan mənzil təminatı da bu gün ən aktual məsələlərdəndir. Hazırda işləyənlərin əksəriyyəti mənzil ala bilmir. Bu sahədə həmkarlar ittifaqlarının hansı köməyi ola bilər? - Sovet dövründə işə qəbul olunan hər bir şəxs bir neçə ildən sonra mənzil alırdı. Burada həmkarlar ittifaqlarının rolu da az deyildi. İndi Neft Şirkətini çıxmaq şərtilə, demək olar ki, heç bir şirkət işçisinə mənzil vermir. Təbii ki, bu, şirkətlər üçün çətindir. Mənzil tikintisi çox maliyyə tələb edir və müəssisələrin buna imkanı çatmır. Amma sosial təminat prinsiplərindən biri də evi olmayan işçiyə müəyyən köməyin göstərilməsindən ibarətdir. Burada hökumət səviyyəsində işlər aparılmalıdır, layihələr hazırlanmalıdır. Məncə, təşkilatlar tikinti şirkətləri ilə dövlətin müəyyən etdiyi sosial güzəştlərə uyğun olaraq proqram həyata keçirə bilər. Yəni öz işçilərinə mənzil vermək üçün uzunmüddətli kredit müqavilələri bağlanılır, işçinin maaşından tikinti şirkətinə müəyyən məbləğ ödənilir, eyni zamanda müəssisə gəlirinin bir hissəsini həmin şirkətin hesabına köçürür. Ümumiyyətlə, bu tipli başqa layihələr də həyata keçirmək mümkündür. - Vahid müəllim, işçilərin istirahət hüquqları ilə bağlı məsələyə toxundunuz. Bu gün işçilərin istirahət etməsi və məzuniyyətini səmərəli keçirməsi üçün lazımi şərait yaradılıbmı? - Əvvəllər işçilər hər il istirahətə gedər, sanatoriya və kurort komplekslərinin xidmətlərindən istifadə edərdilər. İndi həmin sahə istənilən vəziyyətdə deyil, lazımi infrastruktur yoxdur. Bu sahənin inkişafı üçün infrastruktur yeniləşməlidir. Yeni istirahət mərkəzləri yaradılmalıdır. - Elə təşkilatlar var ki, orada həmkarlar ittifaqları var, amma yenə də işçilərin əməyinin dəyəri düzgün dəyərləndirilmir… - Belə hallara təsadüf olunur. Məsələ ondadır ki, bu, keçmişdən qalma bir ənənədir və adətən dövlət təşkilatlarında qeydə alınır. Özəl şirkətlərdə belə hallara az rast gəlinir, çünki həmin firma özünə işləyən işçi götürür və əməyinə görə qiymət verir. Bu problem də həll olunacaq. Bazar iqtisadiyyatı elə bir mexanizmləri tələb edir ki, fayda verən işçi irəli gedir, əməyi yaxşı dəyərləndirilir. İşinin öhdəsindən gələ bilməyən işçinin şirkətdə qalması uzun müddət davam edə bilməz. - Son olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayından nəyi gözləyirsiniz? - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, xatırlatdığım kimi, iqtisadiyyatımızın inkişafında və sosial-iqtisadi siyasətin həyata keçirilməsində müstəsna funksiyaya malikdir. Bu qurumun son dövrlər apardığı işləri yüksək qiymətləndirirəm. Deputat həmkarım Səttar Mehbalıyev işgüzar və qətiyyəti ilə seçilən şəxslərdəndir. Onun bu sahədə təcrübəsi çoxdur. Bir neçə şirkətdə həmkarlar ittifaqlarının yaradılması onun cəsarəti nəticəsində mümkün olub. Xüsusilə də neftçilərin hüquqlarının qorunması ilə bağlı fəaliyyəti istəyinə nail olmasından xəbər verir. İnanıram ki, işçilərin sosial hüquqlarının qorunması, həmkarlar ittifaqlarının yaradılmasının miqyasının artması və digər tədbirlərin sürətləndirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və rəhbərinin rolu əhəmiyyətli olacaq. Qurultayın nəticələrinin də bu istiqamətdə aparılan tədbirlərə təkan vermək baxımından səmərəli olacağını söyləmək olar. Söhbətləşdi: Elbrus CƏFƏROV.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.