Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Fürsətdən istifadə edərək mən qurultayın ümayəndələri ilə - gənclərlə bağlı öz fikirlərimi bölüşmək istərdim. Məlum olduğu kimi, bu gün ölkə əhalisinin yarıdan çoxu gəncdir. Bu rəqəm özü-özlüyündə cəmiyyətimizdə gənclərin nə dərəcədə əhəmiyyətli təsirə malik olduğundan xəbər verir. Həmkarlar ittifaqlarında gənclərlə işin aparılması zərurətindən söhbət açmağa ehtiyac duymuram. Çünki bu məsələ haqqında kifayət qədər danışılıb. Mən bir gənc kimi, eyni zamanda gənclərin mənafelərindən çıxış edən bir ictimai təşkilatın rəhbəri kimi məsələlərə obyektiv qiymət verməyə borcluyam. Etiraf olunmalıdır ki, bu gün gənclərlə həm dövlət, həm də həmkarlar ittifaqları səviyyəsində görülən iş istənilən səviyyədə deyil. Əlbəttə, gənclərlə bağlı qanun qəbul edilib, müxtəlif fondlar və mükafatlar təsis edilib və s. Amma bu heç də hazırkı vəziyyətin qənaətbəxş olduğunu göstərmir. Bu gün gənclərin cəmiyyətdə çox böyük problemləri var. Məşğulluq, onun doğurduğu sosial-iqtisadi bəlalar, ailə qurmaq, mənzil almaq çətinlikləri... Bu problemlər ümidvarıq ki, iqtisadiyyatımız inkişaf etdikcə öz həllini tapacaq. Lakin bu gün işləyən gənclərin də problemləri az deyil. Onların əmək hüquqları pozulur. Təhlükəli əmək şəraitində çalışdırılır, iş saatlarından artıq işlədilir, ən başlıcası təşkilatlanma hüquqları məhdudlaşdırılır və bir çox hallarda onlar bu hüquqdan məhrum edilirlər. Sadalanan bu problemlər həmkarlar ittifaqlarının birbaşa marağında olan məsələlərdir. Gənclərlə işi gücləndirmək məqsədi ilə 2004-cü ilin noyabr ayında AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə Gənclər Şurası yaradıldı. Sahə həmkarlar ittifaqlarının gənclərlə apardıqları işin əlaqələndirilməsi Gənclər Şurasına həvalə olundu. Şurada hər bir sahə həmkarlar ittifaqı 25 nəfər nümayəndə ilə təmsil edilir. 2005-ci ildən etibarən isə sahə komitələrinin gənclər şuraları formalaşmağa başladı. Biz artıq qətiyyətlə deyə bilərik ki, Azərbaycanda fəaliyyət göstərən bütün gənclər təşkilatları ilə münasibət qura bilmişik. Onların bəziləri, eləcə də Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, gənclər təşkilatları ilə birgə tədbirlər həyata keçirmişik. Həmkarlar ittifaqı təşkilatlarının gənc fəalları ötən bu müddət ərzində bir çox seminarlarda iştirak edərək öz biliklərini artırmışlar. Onlarla gənc həmkarlar üzvü Dövlət İdarəçilik Akademiyasının müntəzəm təşkil etdiyi dövlət gənclər siyasəti üzrə kurslarda iştirak etmişdir. AHİK-in Gənclər Şurası Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və eləcə də Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə Bakıda və regionlarda gənc həmkarlar ittifaqları liderləri üçün "əmək hüququ", "kollektiv müqavilə", "həmkarlar ittifaqlarının fəaliyyətli" və digər əhəmiyyətli mövzularda treninqlər təşkil olunmuşdur. Bu seminarlarda təxminən 200-ə yaxın gənc iştirak etmişdir. Azərbaycanlı gənclərin xaricdə beynəlxalq konfranslarda və seminarlarda iştirakına xüsusi diqqət verilmişdir. Bu tədbirlərin bəzilərini qeyd etmək istərdim. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının hər ilin iyul ayında Litvada təşkil etdiyi gənclərin yay məktəbində Gənclər Şurası 2 nəfərlə təmsil olunur. İsveçrənin Cenevrə şəhərində BƏT-nin Baş offisində 4 nəfər nümayəndəmiz seminarda iştirak etmişdir. Dünyanın müxtəlif ölkələrindən olan gənc həmkarlar itifaqı fəallarının hazırlanması ilə məşğul olan Beynəlxalq Əmək Təşkilatının İtaliyanın Turin şəhərində yerləşən Ümumdünya Təlim Mərkəzinə mütəmadi olaraq nümayəndələr göndəririk. Həmin mərkəzdə üst-üstə 20-dən artıq azərbaycanlı gənc hazırlıq keçmişdir. İngiltərənin Oxford Universitetində və digər mötəbər tədris ocaqlarında gənclər şurasının nümayəndələri təlim görmüşlər. Yaponiyanın Beynəlxalq Əmək Fondunun dəstəyi ilə hər il Yaponiyada keçirilən beynəlxalq seminarda Gənclər Şurası da nümayəndə ilə təmsil olunur. Bu siyahını artırmaq da olar, lakin bir şeyi qeyd etmək istərdim ki, bu cür mötəbər tədbirlərdə iştirak etdikcə Gənclər Şurasının beynəlxalq nüfuzu artır. Onu da demək yerinə düşər ki, 2008-ci ilin mart ayında Brüsseldə keçiriləcək BHİK-in Ümumavropa Regional Şurasının iclasında bu qurumun Gənclər Şurasının İcraiyyə Komitəsinə AHİK Gənclər Şurasının sədri titular üzv seçiləcəkdir. Qurultay nümayəndələrinə bildirmək istərdim ki, bu gün biz tarixi seçim qarşısındayıq. Bütün dünyada olduğu kimi, Azərbaycanda da həmkarlar ittifaqı üzvlərinin yaşlanma tendensiyası müşahidə olunur. Gənclərin həmkarlar ittifaqlarına cəlb edilməsi sahəsində işlər gücləndirilməzsə, 10-15 ildən sonra praktiki olaraq sıralarımız seyrələcək. Gənclər Şurasının fəaliyyətini çətinləşdirən iki mühüm problemi diqqətinizə çatdırmaqla sözümü bitirmək istəyirəm. Birincisi, status məsələsi, AHİK-in Gənclər Şurasının fəaliyyətinin səmərəliliyi sahə həmkarlar ittifaqlarının gücündən bilavasitə asılıdır. Hesab edirik ki, sahə həmkarlar ittifaqları rəhbərliyi tərəfindən gənclər strukturları de-fakto və de-yure tanınmalıdır. Onların səlahiyyətləri və vəzifələri konkret müəyyən olunmalı və görəcəyi işlər dəstəklənməlidir. İkinci əsas problem, maliyyə vəsaitinin olmamasıdır. Qərarların, proqramların reallaşması şüar xarakteri daşımaması üçün bu strukturların fəaliyyət mexanizmi konkret olaraq müəyyən edilməlidir. Bir daha Gənclər Şurası olaraq AHİK-in III qurultayına uğurlar arzulayırıq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.