Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bunları və sonra ətraflı təqdim edəcəyim səbəbləri mənə Ramiz müəllim danışırdı. R.Zeynalov Bakı Elektrik Şəbəkə Açıq Səhmdar Cəmiyyəti Həmkarlar İttifaqı Komitəsinin sədridir. Uzun illərdir ki, sədri olduğu komitə fəaliyyətinin böyük bir hissəsini şəhid ailələrinə, Qarabağ müharibəsi, Çernobıl əlillərinə həsr edir. Şəbəkə 20 Yanvar hadisələrində, ermənilərə qarşı döyüşdə xeyli sayda şəhid verib. İşçilərinin bir qismi Çernobılda, vətən torpaqlarının müdafiəsində əlil olub. Ramiz müəllim mənə dedi ki, onların hər biri fəxr yerimizdir. Belə insanlara qayğı göstərməmək, el dili ilə desək, nazlarını çəkməmək ən azı insani hissləri itirmək deməkdir. Nə gizlədim, söhbətin belə başlanğıcı məndə elə təsəvvür yaratdı ki, Ramiz müəllim ya qəlbən kövrək, bir qədər romantik adamdır, ya da bəlağətli danışmağı sevir. Amma söhbət uzandıqca ilk təəssüratımın yanlış olduğuna görə düzü içimdə özüm-özümü tələsik hökm çıxarmağıma görə danladım. R.Zeynalov itirdikləri qəhrəman iş yoldaşlarının bir-bir adını çəkir. Hüznlə onları xatırlayır. Sonra üzündə kədəri, təəssüfü təbəssüm əvəzləyir… Cəmil Məmmədov Qarabağ üçün canını verdi. Həyat yoldaşı Mətanət Əliyeva mehrini bizə bağladı. Vaxt keçdikcə həmkarlar ittifaqı komitəsinə, ata evi qədər olmasa da, doğmalaşdı. Çoxlarına etibar etmədiyi sözünü-söhbətini əməkdaşlarımıza dedi. Kədərini, sevincini ərklə bizimlə böldü. Biz də Mətanət xanıma mənəvi dayaq olmağa çalışdıq. Doğma adamlar kimi yanında olmağı özümüzə borc saydıq. İmkanımız daxilində maddi köməklik göstərdik. Oğlu Emin, maşallah, boya-başa çatıb. Yeri gəlmişkən, onu öz övladlarımızdan ayırmamışıq. Hazırda hərbi xidmətdədir. Eminin əsgərliyə yolasalma mərasimində bizi yuxarı başda əyləşdirdilər. Mətanət bacı deyir ki, Ramiz qardaş, Allah qoysa, Emin sağ-salamat qayıtsın gəlsin, elçiliyini özün edəcəksən. Rəhmətlik Rövşən Məmmədov Qarabağın ilk müdafiəsinə qalxan oğullarımızın sırasında əlinə silah almışdı. 1992-ci ildə şəhidlik zirvəsinə yüksəldi. Yadigarı Aytən balanı himayəmizə götürdük. Həyat yoldaşı Qəlbizər xanım Hümbətovanı komitəyə dəvət etdik. Ovundurmağa çalışdıq. Xahiş etdik ki, istədiyi vaxt qapımızı ərklə açsın. Nə sözü, problemi olsa, bizə deməkdən çəkinməsin. Özümüz də vaxtaşırı yığışıb bu ailəyə baş çəkirdik. Başqa bir Qarabağ müharibəsi şəhidi Rüstəm Süleymanovun da həyat yoldaşı İradə xanım, övladları Muxtar, Lalə həmkarlar ittifaqı komitəsinin daima diqqət dairəsindədir. Xətai Rayon Şəbəkə Enerji İstismar İdarəsinin elektrik-çilingəri Ağahəsən Ağahüseynov 20 Yanvar faciəsi zamanı qəhrəmancasına həlak olub. Şəhidlər Xiyabanında dəfn edilib. O zaman oğlu Bəxtiyarın 2, Səbuhinin 1 yaşı vardı. Həyat yoldaşı Zenfira Axundovanın üzərinə məsuliyyətli iş düşürdü: uşaqları böyüdüb boya-başa çatdırmaq. Tək qadın üçün bu, çox çətin idi. Tibb bacısı işlədiyindən məvacibi bir o qədər yüksək deyildi. Ananın köməyinə şəbəkənin həmkarlar ittifaqı komitəsi gəldi. Komitə idarə müdiriyyəti qarşısında məsələ qaldırdı ki, hər ay hər bir uşağa ayrılıqda müəyyən məbləğdə pul verilsin. Bundan əlavə, milli, dini bayramlarda işçilərə ayrılan pul, ərzaq yardımları eyni həcmdə 20 Yanvar, şəhid ailələrinə, Qarabağ, Çernobıl əlillərinə göstərilsin. İldönümlərində idarənin nümayəndələrinin iştirakı ilə həmkarlar ittifaqı təşkilatının rəhbərliyi şəhidlərin məzarını ziyarət edir. Onların qəbri üstünə tər-çiçək dəstələri qoyur. Yeni ildə bu kateqoriyalardan olanların kiçikyaşlı uşaqlarına yolka şənliklərinə biletlər alınıb verilir. Dərs illəri ərəfəsində işçilərin birinci sinifə gedən uşaqlarına təntənəli şəkildə məktəb ləvazimatları yığılmış çantalar hədiyyə olunur. İdarə işçilərinin I kursa daxil olan övladlarının hərəsinə isə nağd 100 manat paylanır. Bu hədiyyələr, yardımlar şəhid ailələrinin, Qarabağ, Çernobıl əlillərinin uşaqlarına da aid edilir. Onlar da idarənin tam, bərabərhüquqlu işçiləri kimi bu aksiyaların keçirildiyi təntənəli mərasimlərə dəvət olunurlar. AHİK-in III qurultayı ərəfəsində şəbəkə həmkarlar ittifaqı komitəsi daha bir yaddaqalan, xeyirxah təşəbbüsünü reallaşdırdı. 20 Yanvar şəhidlərinin ailələri, Qarabağ, Çernobıl əlilləri, Qarabağ Müharibəsi Veteranları Respublika Cəmiyyətinin nümayəndələri üçün şənlik məclisi düzənləndi. Məclisə idarənin hərbi xidmətdə olan gənc işçiləri də dəvət edilmişdilər. Ramiz müəllim deyir ki, istər komitədə, istərsə iş başında, istərsə də ailələrində işçilərimizlə, himayəmizdə olan şəhid balaları, vətən uğrunda sağlamlığını itirmiş keçmiş energetiklərlə görüşlər zamanı keçirdiyimiz hissləri, aldığımız mənəvi zövqü, o insanların bizə qarşı isti münasibətini, məhəbbətini, gözlərində yaranan ümidləri, sadəcə, görmək lazımdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.