Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab S. Mehbalıyevə
Hörmətli cənab sədr! Moldova Həmkarlar İttifaqları Milli Konfederasiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının nümayəndə və qonaqlarına ən dərin və səmimi təbriklərini göndərir. Moldovanın həmkarlar ittifaqı şuraları Azərbaycan həmkarlar ittifaqı hərəkatının gedişini böyük diqqət və maraqla izləyir, yeni demokratik şəraitdə və bazar iqtisadiyyatına keçid dövründə Sizin həmkarlar ittifaqlarının yenidən qurulması və onun fəaliyyətinin təkmilləşdirilməsi yolunda əldə etdiyi nailiyyətlərə səmimi-qəlbdən sevinir. AHİK-in III qurultayının nümayəndələrinə fəhlə həmrəyliyinin möhkəmləndirilməsi işində məhsuldar iş və uğurlar arzu edirik. Biz əminik ki, həmkarlar ittifaqları təşkilatlarımız arasındakı xeyirxah münasibətlər bundan sonra da inkişaf edib möhkəmlənəcəkdir.
Dərin hörmətlə, Leonid MANYA, Moldova HİMK-in sədri.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab S.Mehbalıyevə
Əziz qardaşım Mehbalıyev! Bizi qurultayınıza dəvət etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Təəssüflə bildirirəm ki, qurultayınızda BHİK-in Baş Katibi və onun müavinləri bü müddət ərzində başq ölkələrin qarşısında öhdəlikləri olduqlarına görə iştirak edə bilməyəcəklər. Məmnuniyyətlə bildirmək istəyirəm ki, ali məclisinizdə BHİK-in Pan Avropa Kardional Şurasının prezidenti Mixail Şmakov və BHİK-in Moskva Ofisinin direktoru Andrey Mrost iştirak edəcəklər. Qurultayınızın işinə uğurlar arzulayırıq.
Hörmətlə, Qriqor QRADEV, Pan Avropa Regional Şurasının icraçı katibi.
Hörmətli prezident Mehbalıyev! Qurultayınızda iştirak etmək üçün bizə göndərdiyiniz dəvətə görə dərin təşəkkürümüzü bildiririk. Biz gələcəkdə Sizinlə münasibətlərimizin inkişafına optimist baxırıq. Xüsusilə Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində Azərbaycanla Avropa Birliyinin yaxınlaşması eyni zamanda həmkarlar təşkilatları arasında münasibətləri gücləndirəcəkdir. Almaniya Həmkarlar İttifaqları Birliyi və onun üzv təşkilatları adından Sizin qurultayınıza uğurlar diləyirik. Hörmətlə, Karin ALLEVELD, Avropa Siyasəti üzrə katib.
Portuqaliya Metal İşçiləri Həmkarlar İttifaqları Federasiyası (SİMA) adından AHİK-in III qurultayı münasibətilə təbrik edir və qurultayın işinə uğurlar arzulayırıq. Bildirmək istəyirəm ki, biz AHİK-lə əməkdaşlığımıza böyük əhəmiyyət veririk. Əminəm ki, bizim münasibətlərimiz daha da güclənəcəkdir.
Hörmətlə, Joze SİMOES, SİMA-nın Baş Katibi.
Niderland Həmkarlar İttifaqları Federasiyası AHİK-in III qurultayına işində uğurlar arzulayır. Niderland Hİ Federasiyası.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı cənab S.Mehbalıyevə
Hörmətli Səttar Suliddin oğlu! MDB üzvü olan ölkələrin Parlamentlərarası Assambleyasının III qurultayınıza səmimi sözlərini və dərin ehtiramını qəbul edin. Azərbaycan xalqının rifahı və inkişafı naminə göstərdiyiniz xeyirxah, vacib fəaliyyətinizdə Sizə və həmkarlarınıza uğurlar diləyirəm. İşçilərin mənafelərini qorumaq, gənc nəslə qayğı-bütün bu, o qədər də asan olmayan vəzifələri müasir cəmiyyətdə həmkarlar ittifaqları yerinə yetirir. Biz qurultayınızın bütün iştirakçılarını salamlayırıq, ali məclisinizə səmərəli iş arzulayırıq.
M. İ. KUROTKOV, MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının Baş Katibi. A. M. CƏFƏROV, MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının Baş Katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin təmsilçisi.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab S. Mehbalıyevə
Çoxhörmətli Səttar Suliddin oğlu! İcazə verin, Tacikistanın Müstəqil Həmkarlar İttifaqı Federasiyası adından, şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə bütün həmkarlar ittifaqı üzvlərini və Azərbaycan əməkçilərini səmimi qəlbdən salamlayaq və respublika həmkarlar ittifaqı Konfederasiyasının III qurultayına uğurlu iş arzulayaq. Biz əminik ki, qurultay sizin ölkənizin həyat yaradıcılığının bütün sahələrində həmkarlar ittifaqı fəaliyyətinin gücləndirilməsi və sosial tərəqqi uğrunda mübarizədə əməkçilərin gələcəkdə də vəhdətinin real yollarını axtarıb tapacaqdır. Azərbaycan və Tacikistan arasında dostluq əlaqələri həqiqi beynəlmiləlçilik, davamlı həmkarlar ittifaqı həmrəyliyi ilə seçilir və həmkarlar ittifaqı hərəkatının inkişafına və möhkəmlənməsinə böyük yardım göstərmişdir. Əmək adamının sosial-iqtisadi, əmək və hüquqi mənafelərinin müdafiəsi işində Azərbaycan Həmkarlar İttifaqlarının iş təcrübəsi Tacikistan həmkarlar ittifaqı tərəfindən öyrənilir və tətbiq olunur. Biz əminik ki, Azərbaycan Həmkarlar İttifaqları gələcəkdə də tək öz ölkəsində deyil, bütün dünyada həmkarlar ittifaqı hərəkatının inkişafında yeni yollar aça biləcəkdir. Əziz dostlar, sizə işinizdə uğurlar, azad səma və qardaş Azərbaycan xalqına xoşbəxtlik arzu edirik.
Səmimi hörmətlə, M. SALİHOV, Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri.
Hörmətli həmkarım! Bizi qurultayınıza dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Sizin qurultayınıza və gələcək fəaliyyətlərinizə uğurlar arzulayıram.
Pol RİÇSTAİNER, İsveçrə Həmkarlar İttifaqları Federasiyasının Prezidenti.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinə və qonaqlarına
Ukrayna Həmkarlar İttifaqları Federasiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının nümayəndələrini və qonaqlarını, onun bütün üzvlərini respublikanızın həmkarlar ittifaqının həyatında baş verən bu əlamətdar hadisə münasibətilə səmimi qəlbdən salamlayır. Ötən qurultaydan keçən dövr ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təşkilati cəhətdən möhkəmlənmiş və hökumətin və sahibkarların hesablaşdığı təsirli qüvvəyə çevrilmişdir. Hamıya məlumdur ki, Konfederasiya əminliklə və ardıcıl olaraq əmək adamlarının sosial-iqtisadi hüquq və mənafelərini müdafiə edir. Əminik ki, qurultayınız Azərbaycan cəmiyyətinin həyatında həmkarlar ittifaqlarının rolunun artmasında yeni, mühüm mərhələ olacaqdır. Qurultay nümayəndələrinə Azərbaycan Respublikası əməkçilərinin əsas əmək və sosial-iqtisadi mənafeyinin müdafiəsi uğrunda mübarizədə məhsuldar iş və səmərəli strategiya işləyib hazırlamağı arzu edirik.
Qardaş salamı ilə, Aleksandr YURKİN, Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri.
Hörmətli Səttar müəllim! Bələdiyyə Qulluqçuları Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi və aparat işçiləri adından Sizi yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Şəmsəddin MƏHƏRRƏMOV, Bələdiyyə Qulluqçuları Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.
AHİK-in III qurultayının nümayəndələri.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab S. Mehbalıyevə
Hörmətli Səttar müəllim! Respublika həmkarlar ittifaqları zamanın sınağından uğurla çıxmış, əməkçilərin mənafeyini qoruyan kütləvi ictimai təşkilat kimi öz varlığını qoruyub saxlamış, hazırda ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında özünün layiqli yeri olan bir təşkilata çevrilmişdir. Cəmiyyətin həyatında vacib bir təşkilat kimi mövcudluğu zəruriliyini bir daha sübut etmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yenidən sədr seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və apardığınız uğurlu işlərdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Hörmətlə, Ə. ƏHMƏDZADƏ, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.