Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Beynəlxalq iqtisadi məkana daha sürətlə qovuşan respublikamızda qloballaşmanın neqativ nətijələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. İqtisadi infrastruktur təkmilləşdirilir, islahatlar dərinləşir. Sosial-iqtisadi sahələrin inkişafı üzrə qəbul edilmiş dövlət proqramları uğurla həyata keçirilir. İnnovasiya prosesləri stimullaşdırılır, yeni infrastrukturlar yaradılır. Son beş ildə Azərbayjan iqtisadiyyatında köklü dəyişikliklər baş vermiş, orta hesabla ümumi daxili məhsulun artımı ildə 121,5 faiz olmuşdur. AHİK-in III qurultayı müasir dövrdə sosial-iqtisadi tərəqqini təqdir etməklə yanaşı onu da diqqətə çatdırır ki, dünyada gedən qloballaşma prosesi həyatın bütün sahələrinə bu və ya başqa şəkildə təsir göstərməkdədir. Əmək adamlarının hüquqları işəgötürənlər, xüsusilə transmilli şirkətlər tərəfindən pozulur. Beynəlxalq tijarət-təsərrüfat əlaqələrinin liberallaşması ölkələr və xalqlar arasında qeyri-bərabərliyi artırır, məşğulluq və sosial inkişaf sahəsində yeni-yeni problemlər ortaya çıxarır. Belə bir şəraitdə AHİK iş yerlərinin qorunub saxlanmasına, yeni iş yerlərinin yaradılmasına, əməkhaqqının artırılmasına, əmək qanunverijiliyinin təkmilləşdirilməsinə, istehsalatda təhlükəsizlik texnikasının yaxşılaşdırılmasına, həmkarlar ittifaqlarının hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qarşısının alınması istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsinə çalışır. 2006-jı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası ilə Ümumdünya Əmək Konfederasiyasının birləşməsi nətijəsində yaranmış Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq həmkarlar ittifaqı hərəkatında əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Dünya həmkarlar ittifaqlarının mübarizliyinin daha da yüksəlməsinə təkan verdi. Avropa Şurasının üzv dövlətlərini və MDB ölkələrini əhatə edən yeni Ümumavropa Regional Şuranın (ÜRŞ) təşəkkül tapması AHİK-ə beynəlxalq əlaqələr qurmaq işində yeni forma axtarışı üçün əsas yaratmışdır. Qurultay hesab edir ki, bu işdə daha böyük uğurlar əldə etməkdən ötrü beynəlxalq həmrəylik prinsiplərindən faydalanmaq, dünya həmkarlar ittifaqlarının məqsəd, vəzifə və mövqelərinin yaxınlaşmasına diqqət yetirmək, əlaqələri daha da genişləndirmək lazımdır. Qurultay yoxsulluqla və layiqli əmək uğrunda mübarizədə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsində ölkəmizdə həmkarlar ittifaqı hərəkatının birliyinin və güjünün, habelə sosial partnyorluq sisteminin inkişafını, AHİK-in və onun üzv təşkilatlarının öz səylərini aşağıdakı əsas istiqamətlərdə jəmləşdirməsini zəruri sayır.
Layiqli həyatın təməli olan layiqli əmək uğrunda mübarizə hamının işi olmalıdır
AHİK, onun üzv təşkilatları respublikamızda insan hüquqlarına, o jümlədən əmək hüquqlarına riayət olunmasına, bütün işçilər üçün hərtərəfli sosial müdafiə sisteminin yaradılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, yoxsulluğun aradan qaldırılmasına yönəlmiş sosial-iqtisadi siyasətin işlənib hazırlanmasına və həyata keçirilməsinə çalışajaqlar. Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının və Avropa Sosial Xartiyasının tələblərinə əməl olunması üçün bütün imkanlarından istifadə edəjəklər. Konfederasiya üzv təşkilatlarla birgə işsizliyin aradan qaldırılmasına yardım göstərəjək, məşğulluqla əlaqədar müntəzəm olaraq aparılan təhlillərin nətijələrinə əsasən həmkarlar ittifaqlarının fəaliyyəti üzrə təkliflər işlənib hazırlanajaqdır. Təkliflər hazırlanarkən gənjlərə, qadınlara, əhalinin sosial jəhətdən zəif təbəqəsinə, pensiya yaşına az qalmış işçilərə daha çox diqqət yetiriləjəkdir. Sərbəstləşən işçilərin yenidən hazırlanması və ixtisasının artırılması, onların işlə təmin olunmasında həmkarlar ittifaqlarının rolunun artırılmasına çalışajaq. Məşğulluq üzrə şəxsi agentliklərin fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan olunması, muzdlu işçilərin mənafeyinin müdafiəsi üçün tədbirlər görüləjəkdir. Əməkhaqqının real dəyərinin əhəmiyyətli dərəjədə artırılması, vaxtlı-vaxtında heç bir ayrı-seçkiliyə yol verilmədən ödənilməsi, onun təbəqələşməyə şərait yaratmaması AHİK-ın üzv təşkilatlarının diqqət mərkəzində olajaqdır. İşçilərin yaşayış minimumundan az olmayan əməkhaqqı ilə təmin olunması sahəsində aparılan iş bundan sonra da davam etdiriləjəkdir. AHİK əməkhaqqının vəziyyəti barədə göstərijilərin toplanması, öyrənilməsi və təhlili əsasında müvafiq təkliflər işləyib hazırlayajaqdır. Bu təkliflərin hökumət tərəfindən qəbul edilməsinə nail olmağa çalışajaqdır. Konfederasiya sosial qeyri-bərabərliyi, əhalinin aztəminatlı hissəsindən tutulan verginin azaldılmasının və yaşayış minimumundan az gəliri olan vətəndaşların vergidən azad edilməsinin əhəmiyyətini nəzərə alaraq, vətəndaşların gəlirlərinə ədalətli vergi qoyulması uğrunda üzv təşkilatlarla birgə təsirli tədbirlər həyata keçirəjəkdir. AHİK və onun üzv təşkilatları bütün mümkün vasitələrlə əmək hüquqlarının pozulmasına qarşı çıxajaq, əmək qanunverijiliyinin tələblərinə əməl olunmasına çalışajaqdır. Əməyin mühafizəsinə dair qanunverijiliyə riayət edilməsi, həmkarlar ittifaqlarının ijtimai nəzarət funksiyasının inkişafı və təkmilləşdirilməsi, bu sahədəki təjrübənin, eləjə də beynəlxalq təjrübənin ölkəmizdə geniş yayılması üzrə apardığı işi davam etdirəjəkdir. Konfederasiya əməkçiləri mümkün sosial risklərdən müdafiə edərək, üzv təşkilatların sığorta prinsiplərindən tam və səmərəli şəkildə istifadə edilməsi sahəsində apardığı bütün işləri dəstəkləyəjəkdir. Bununla yanaşı, büdjədənkənar sosial fondların vəsaitlərinin idarə olunmasında işəgötürənlər və hökumətlə birlikdə həmkarlar ittifaqlarının da iştirakını vajib hesab edirik. Müharibə veteranlarının, texnogen və ekoloci fajiələrdə zərər çəkənlərin sosial müdafiəsi üzrə iş daha da janlandırılmalıdır. AHİK gələjəkdə də pensiyaçıların maddi durumlarını daim diqqət mərkəzində saxlayajaqdır. Həmkarlar ittifaqları pensiya sisteminin maliyyə davamlılığının təmin edilməsinə, pensiyaların məbləğinin ən azı yaşayış minimumu səviyyəsinə çatdırılmasına, Beynəlxalq Əmək Təşkilatının tələblərinə əsasən itirilmiş gəlir əmsalının qanunverijiliklə müəyyənləşdirilməsinə nail olmağa çalışajaqdır. İstehsalatda və xidmət sahəsində gənj işçilərin layiqli əməyinin sosial siyasətin ayrılmaz hissəsi olduğunu rəhbər tutan AHİK gənjlərin məşğulluğunun artırılması, keyfiyyətli təhsil alması, əmək bazarına maneəsiz daxil olmasının və layiqli iş yeri ilə təmin edilməsi uğrunda həmkarlar ittifaqlarının fəaliyyətini genişləndirəjək, eyni zamanda ijtimai-siyasi, sosial-iqtisadi sahələrdə qadın və kişilərin faktiki bərabərliyi üçün şərait yaradılmasına yardımçı olajaqdır. Sosial dialoq, kollektiv müqavilələrin və sazişlərin bağlanması, kollektiv əmək mübahisələrinin həll olunması, sosial əhəmiyyətli biznesin fəaliyyət göstərməsi təjrübəsinin öyrənilməsi və yayılması işi davam etdiriləjəkdir. Həmkarlar ittifaqları normativ-hüquqi bazanın təkmilləşdirilməsi, işəgötürənlər tərəfindən əmək qanunverijiliyinin yerinə yetirilməsinə ijtimai nəzarətin güjləndirilməsi, xariji investorlarla müqavilələrin (sazişlərin) bağlanması üçün müvafiq dövlət strukturları ilə danışıqlar aparılması məsələlərini əsas götürərək, müəssisələrdə əməkçilərin hüquq və mənafelərinin müdafiəsi, müvafiq informasiya bazasının yaradılması, üzv təşkilatların iş təjrübəsinin ümumiləşdirilərək kütləvi informasiya vasitələrində, o jümlədən "Ülfət" qəzetində işıqlandırılması istiqamətində bundan sonra da sistemli iş aparılajaqdır.
Beynəlxalq məkana inteqrasiya əmək adamının mənafeyinə uyğun olmalıdır
Qurultay beynəlxalq inteqrasiyanı, o jümlədən regional əməkdaşlığı ölkəmizin beynəlxalq mənafelərinin yaxınlaşması və razılaşdırılması vasitələrindən biri kimi qiymətləndirərək, dövlətlərarası orqanlarla konstruktiv əməkdaşlığın və inteqrasiya prosesinin davam etdirilməsini, habelə regional birliklər çərçivəsində hərtərəfli qarşılıqlı təsir mexanizminin təkmilləşdirilməsini dəstəkləyir. AHİK ölkədə işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinin və ümumi regional əmək bazarının formalaşmasının zəruriliyini nəzərə alaraq, inteqrasiya çərçivəsində qanunverijiliyin uyğunlaşdırılmasına, əmək üzrə sahələrarası normativ bazanın təkmilləşdirilməsinə, işçilərin ixtisas diplomlarının qarşılıqlı tanınmasına hərtərəfli yardım göstərəjəkdir. Konfederasiya beynəlxalq miqyasda əmək miqrasiyası proseslərinin hərtərəfli təhlilinə, əmək miqrasiyasını tənzimləyən və əməkçi-miqrantların müdafiəsinə yönələn dövlətlərarası qərarların qəbul olunmasına səy göstərəjəkdir. Vətəndaşlığından asılı olmayaraq eyni hüquq və vəzifələri daşıyan bütün işçilərə hüquqi yardım göstəriləjəkdir. Miqrantların axınının idarə olunması, insan alverinin, eləjə də insanların əsas hüquqlarının pozulmasına gətirib çıxaran hər növ jinayət hallarının qarşısının alınması məqsədi ilə işəgötürən təşkilatlarla konstruktiv dialoq aparılması davam etdiriləjəkdir. AHİK miqrantlar üçün informasiya mərkəzlərinin yaradılmasını və onların həmkarlar ittifaqlarına jəlb edilməsi kampaniyalarını dəstəkləyərək, istənilən ölkədə baş verən dözülməzlik və ksenofobiya hallarına qarşı çıxajaqdır. AHİK Avropa, MDB və GUAM dövlətlərinin həmkarlar ittifaqları birlikləri ilə dialoqun və mədəni mübadilənin müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, əlverişli əmək şəraitinin yaradılması üçün bütün imkanlardan istifadə edəjək, festivalların və spartakiadaların keçirilməsinə yardım göstərəjəkdir.
Güclü həmkarlar ittifaqları layiqli əməyin təminatçısıdır
AHİK respublikada həmkarlar ittifaqlarının hüquq və azadlıqlarını ardıjıllıqla və qətiyyətlə müdafiə edəjək, milli qanunverijilik və beynəlxalq əmək normalarından daha səmərəli istifadə edərək üzv təşkilatlara yardım göstərəjəkdir. AHİK üzv təşkilatlarla birgə həmkarlar ittifaqlarının hüquqlarının pozulması faktlarının üzə çıxarılması məqsədi ilə vaxtaşırı monitorinqlər keçirəjək, həmkarlar ittifaqlarının fəaliyyətini özünə tabe etmək və ya məhdudlaşdırmaq istəyən işəgötürənlərin və dövlət qurumlarının jəhdlərinin qarşısını vaxtında, qətiyyətlə alajaq. "Həmkarlar ittifaqı olmayan mühit" yaratmağa çalışan transmilli şirkətlərin və özəl müəssisələrin bu jəhdlərinə jiddi müqavimət göstəriləjəkdir. Həmkarlar ittifaqlarının strukturlarının təkmilləşdirilməsi, təşkilati birliyin təminatı, işdə paralelliyin və təkrarçılığın aradan qaldırılması, yeni üzvlərin jəlb edilməsi bundan sonra da AHİK-in qarşısında duran prioritet məsələlərdən olajaqdır. Həmkarlar ittifaqları strukturlarında gender bərabərliyinə, gender məsələsinin həmkarlar ittifaqı siyasətinə tam inteqrasiyasına nail olmağa, bütün sahələrdə qadınların hüquqlarının qorunmasına böyük diqqət yetiriləjəkdir. Gənj həmkarlar ittifaqı liderlərinin irəli çəkilməsi, onların kadr ehtiyatına daxil edilməsi sisteminin formalaşdırılmasına çalışajaqdır. Gənj işçilərin həmkarlar ittifaqı hərəkatında tam iştirakına maneçilik törədən hallar təhlil ediləjək, həmkarlar ittifaqlarının qərarlarının qəbulunda və onların həyata keçirilməsində gənjlərin iştirakı üçün lazımi şərait yaradılajaqdır. Bütün səviyyələrdə həmkarlar ittifaqı kadrlarının hazırlanması və yenidən hazırlanması üzrə kompleks sistemin inkişafına yardım bundan sonra da AHİK-in əsas fəaliyyət istiqamətlərindən olajaqdır. Həmkarlar ittifaqının mülkiyyətinin müdafiəsi, onun qorunub saxlanması, səmərəli istifadəsi üçün mexanizmlərin təkmilləşdirilməsi işində AHİK üzv təşkilatlara yardım göstərməkdə davam edəjəkdir. Sahə həmkarlar ittifaqlarının, ərazi həmkarlar ittifaqı birliklərinin, digər həmkarlar ittifaqı orqanlarının maliyyə jəhətdən möhkəmlənməsinə yönəlmiş tədbirlər daha da güjləndiriləjəkdir.
AHİK beynəlxalq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsidir
Dərinləşməkdə olan qloballaşma şəraitində AHİK və onun üzv təşkilatları beynəlxalq həmkarlar ittifaqlarının həmrəyliyi prinsipinə jiddi əməl edəjəklər. Konfederasiya irqi, etnik və dini ayrı-seçkilik, muzdlu əməkçilərin, eləjə də aztəminatlı və daha az müdafiə olunan əhali təbəqəsinin sosial-iqtisadi mənafelərinin pozulması, sosial məhdudlaşdırma, qadınlarla kişilərin qeyri-real bərabərliyi, uşaq əməyinin istismarı, kütləvi şəkildə yoxsulluq həmkarlar ittifaqlarının hüquq və azadlıqlarına təjavüz və sair hallara qarşı dünya həmkarlar ittifaqları ilə qarşılıqlı həmrəylik nümayiş etdirəjəkdir. Ölkəmizin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla əməkçilərin müdafiəsi üzrə məsələlərdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Ümumavropa Regional Şurası ilə müntəzəm əlaqələrin yaradılmasına və davam etdirilməsinə xüsusi diqqət yetiriləjəkdir. Bununla yanaşı, digər beynəlxalq həmkarlar ittifaqı birlikləri ilə də ənənəvi dialoq aparılması davam etdiriləjəkdir.
İnformasiya təminatı həmkarlar ittifaqı işinin təşkilində səmərəli üsullardan biridir
AHİK həmkarlar ittifaqı strukturunun daxilində operativ informasiya əlaqələrinin qurulması, üzv təşkilatlar arasında qarşılıqlı dialoqun daimi xarakter alması, işçilərin hüquqlarının etibarlı müdafiəçisi kimi həmkarlar ittifaqlarının fəaliyyətinin istiqamətləndirilməsi üçün informasiya fəaliyyətinin təkmilləşdirilməsi işini davam etdirəjəkdir. Həmkarlar ittifaqları birliklərinin əsas informasiya fəaliyyəti rəqəmli və şəbəkə texnologiyaların, kompyuter texnikasının geniş şəkildə tətbiqi əsasında davam etdiriləjəkdir. Konfederasiya sahə həmkarlar ittifaqlarının vahid informasiya sisteminin formalaşdırılması sahəsində iş apararaq, elektron və çap nəşrləri də daxil olmaqla, digər kütləvi informasiya vasitələri ilə həmkarlar ittifaqı orqanlarının məqsəd və fəaliyyətlərinin işıqlandırılmasına nail olajaqdır. AHİK və onun üzv təşkilatları arasında qarşılıqlı informasiya mübadiləsinin operativ və dəqiq aparılması üzrə tədbirlər güjləndiriləjəkdir. AHİK üzv təşkilatlarla birgə həmkarlar ittifaqı hərəkatı və onun problemləri ilə bağlı informasiyaların ijtimaiyyətə çatdırılması istiqamətində işləri janlandırajaq, həmkarlar ittifaqı təşkilatlarının həyatının tam və obyektiv işıqlandırılması məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından daha səmərəli istifadə edəjəkdir. Müntəzəm olaraq Konfederasiyanın üzv təşkilatlarının informasiya bölmələrinin, çap və elektron nəşrlərinin işçilərinin təhsili təşkil ediləjək, müsbət iş təjrübəsi öyrənilib yayılajaq və ayda bir dəfə xüsusi bülleten buraxılajaqdır. "Ülfət" qəzetinin maddi-texniki bazasını möhkəmləndirmək istiqamətində, AHİK-in internet saytının zənginləşdirilməsi üçün tədbirlər hazırlanıb həyata keçiriləjəkdir. Kütləvi nəşrlərdə həmkarlar ittifaqlarının həyatının daha dolğun işıqlandırılmasına, həmkarlar ittifaqlarının fəaliyyətindəki uğurlar barədə və sosialyönümlü informasiyaların gənjlər auditoriyasına çatdırılmasının yeni forma və üsullarının axtarışına xüsusi diqqət yetiriləjəkdir. AHİK-in III qurultayı əmindir ki, əmək adamlarının hüquqlarının və mənafelərinin qorunması və müdafiəsi uğrunda mübarizə həmkarlar ittifaqlarının fəaliyyətinin forma və məzmununu daim zənginləşdirəjək, zamanın ortaya çıxardığı suallara təsirli javablar tapılajaqdır. AHİK öz məqsədyönlü işi ilə çoxminli üzvlərinin ümidlərini bundan sonra da doğrultmağa çalışajaqdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.