Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ SƏDRİ, MİLLƏT VƏKİLİ SƏTTAR MEHBALIYEVİN AHİK-in III QURULTAYINA HESABAT MƏRUZƏSİ

10.02.08 - 16:34610 baxılıb

Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası könüllülük və bərabərlik prinsipləri əsasında 28 sahə həmkarlar təşkilatını birləşdirən müstəqil ijtimai qurum kimi jəmiyyətdə böyük təsir güjünə malikdir. Həmkarlar ittifaqları əhalinin sosial-iqtisadi problemlərinin həllində yaxından iştirak edir. Bununla yanaşı, müasir dövr həmkarlar təşkilatlarının qarşısında çox jiddi vəzifələr, təjili həllini gözləyən məsələlər qoymuşdur. Bu istiqamətdə gərgin iş aparmaq lazımdır.
Hesabat məruzəsində bu məsələlər barədə ətraflı danışılajaqdır.
Əminəm ki, sizin ümumi fikrinizi ifadə edərək deyə bilərəm ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbayjan Prezidenti jənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatların daha səmərəli nətijələr verməsi üçün həmkarlar ittifaqları bundan sonra da əzmkarlıq, birlik və həmrəylik nümayiş etdirəjəklər.
Xalqımızın müdrik oğlu Heydər Əliyevin qətiyyəti, dərin zəkası və titanik fəaliyyəti ilə əbədi müstəqillik qazanmış Azərbayjan Respublikasının qüdrəti və nüfuzu Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xariji siyasət nətijəsində getdikjə artmaqdadır. Dövlətçiliyimizin daha da möhkəmlənməsi və beynəlxalq aləmdə nüfuzunun daha da artması üçün biz bundan sonra da öz köməyimizi əsirgəməyəjək və Prezident İlham Əliyevin siyasətini qətiyyətlə müdafiə edəjəyik. Çünki xalqımız və onun tərkib hissəsi olan çoxsaylı həmkarlar ittifaqı üzvləri Prezident İlham Əliyevə inanır və ona böyük etimad göstərirlər. Bu inamın bir neçə səbəbi var.
Əvvəla, İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin ənənələrinə sadiq qalaraq ölkədə demokratiyanın və iqtisadi islahatların daha da dərinləşməsi istiqamətində çox böyük işlər görmüşdür və bu işi indi də uğurla davam etdirir.
İkinjisi, ölkədə işsizliyin aradan qaldırılması üçün ötən prezident seçkiləri kampaniyası dövründə verdiyi vədi layiqinjə yerinə yetirmişdir. Son dörd il ərzində Azərbayjanda 640 mindən çox yeni iş yeri açılmışdır ki, onların da 460 mini daimi iş yeridir. Üçunjüsü, Azərbayjanda yoxsulluğun səviyyəsi dörd ildə 49 faizdən 16 faizə endirilmişdir.
Dördünjüsü, məhz jənab İlham Əliyevin hakimiyyəti dövründə ölkənin hər bir regionunun spesifik xüsusiyyətləri və ölkənin sosial problemləri nəzərə alınmaqla dövlət proqramları qəbul olunmuş və sərənjamlar imzalanmışdır. Həmin proqramların yerinə yetirilməsinə ölkə Prezidentinin özü şəxsən nəzarət edir. Azərbayjanın ən ujqar kəndinin hər sakininin taleyi, həyat şəraiti, hansı qayğılarla yaşaması Prezident İlham Əliyevi düşündürür. Bölgələrə çoxsaylı səfərləri, görüşləri, açıq söhbətləri, hər yerdə böyük səmimiyyətlə qarşılanması xalqın öz dövlətinə, liderinə dərin inamının və İlham Əliyevin özünün dediyi kimi, "hər bir Azərbayjan vətəndaşının Prezidenti" kimi üzərinə götürdüyü böyük missiyanı yerinə yetirməsinin ifadəsi deyilmi?!
Beşinjisi, xalq öz sərvətinin əsl sahibinə çevrilmişdir, neftdən əldə olunan gəlirin bir hissəsi artıq ölkənin sosial-iqtisadi inkişafına, aztəminatlı əhalinin, xüsusən qaçqın və məjburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xərjlənir, digər hissəsi isə gələjək nəsillər üçün qorunur.
Altınjısı, bir az əvvəl dediyim kimi, İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xariji siyasət Azərbayjanın beynəlxalq aləmdə siyasi və iqtisadi çəkisini daha da artırmışdır. Avropanın iqtisadi və enerci təhlükəsizliyinə mühüm töhfə olan Bakı-Tbilisi-Jeyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun təməlinin qoyulması Azərbayjanı regionda lider dövlətə və əsl söz sahibinə çevirmişdir. Bu gün Azərbayjanın mövqeyi nəzərə alınmadan regionda böyük transmilli layihələrin həyata keçirilməsi mümkün deyil.
Son beş ildə Azərbayjanın əldə etdiyi uğurlardan saysız-hesabsız misallar gətirə bilərəm. Ölkənin davamlı inkişafı, əhalinin güzəranının getdikjə yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərə görə 2008-ji ildə prezident seçkilərində jənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini təklif edirəm. Qətiyyətlə bəyan edirəm ki, həmkarlar ittifaqlarının bir milyon altı yüz minə yaxın üzvü bu dəfə də yekdilliklə ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevə səs verəjəkdir.
Hesabat dövrü Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları üçün Azərbayjan həmkarlar ittifaqları hərəkatının mühüm tarixi yubileylərini qeyd etməklə əlamətdar olmuşdur. Azərbayjan həmkarlar ittifaqlarının təşəkkül tapmasının 100, həmkarlar ittifaqı mərkəzinin yaranmasının 85 illiyi münasibətilə Heydər Əliyev adına Sarayda hökumət və dövlət nümayəndələrinin, bir çox xariji ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli yığınjaq keçirilmişdir. Tədbir ərəfəsində Azərbayjan həmkarlar ittifaqı hərəkatının inkişafındakı xidmətlərinə görə 35 nəfər respublikanın müxtəlif orden və medalları ilə təltif olunmuş, fəxri adlara layiq görülmüşdür. Ölkənin sosial, ijtimai həyatında, səhiyyənin və idmanın inkişafındakı xidmətlərinə görə daha 30 nəfər medal və fəxri adlar almışdır. Eyni zamanda həmkarlar ittifaqları sistemində uzun illər fəaliyyət göstərmiş üç nəfərə prezident təqaüdü verilmişdir. Azərbayjan həmkarlar ittifaqları hərəkatına verdiyi bu yüksək qiymətə görə ölkəmizin başçısı jənab İlham Əliyevə hamımızın adından bir daha minnətdarlığımızı bildirmək istəyirəm.
Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar!
Bu gün bir tarixi faktdan da yan keçə bilmirik. Düz 15 il əvvəl bu salonda əyləşənlərin bir çoxunun iştirakı və istəyi ilə Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasını qurduq. İndi 15 illik yola nəzər salanda xatırlamalı, qürur duymalı çox hadisələri yada sala bilərik. Biz bu yolu sizlərlə birlikdə keçdik. İlk vaxtlar bizə qarşı olan hüjumlar, əmlakımızla bağlı yaranan problemlər hamımızın yaxşı yadındadır. Hamımız çox gözəl bilirik ki, ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi, həmkarlar ittifaqlarını dəstəkləməsəydi bizi hansı kəskin problemlər gözləyirdi. Məhz ulu öndərin təşkilatımıza xeyirxah münasibəti, Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının I qurultayına təbrik məktubu göndərməsi, xariji ölkələrdən gəlmiş qonaqlarımızı qəbul edərək təşkilatımız haqqında xoş sözlər deməsi bu problemləri önlədi. Ölkə Prezidenti jənab İlham Əliyev bu sahədə də ulu öndərimizin yolunu davam etdirir. Məhz jənab İlham Əliyevin xeyir-duası ilə transmilli şirkətlərdə, özəl müəssisələrdə həmkarlar ittifaqlarına yaşıl işıq yandırıldı.
Həmkarlar ittifaqı təşkilatları Azərbayjan dövlətinin, Azərbayjan hökumətinin, şəxsən Prezident İlham Əliyevin diqqətini, qayğı və köməyini daim hiss edir. II qurultaydan keçən dövr ərzində əldə etdiyimiz bütün uğurlarda möhtərəm Prezidentimiz İlham Əliyevin böyük xidməti vardır. Əhalinin sosial-iqtisadi məsələlərinin həlli istiqamətində Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının təklifləri hökumət və şəxsən Azərbayjan Prezidenti tərəfindən daim müdafiə olunur. Əmək hüquqlarının, əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiya və təqaüdlərin, eləjə də işsizliyə görə müavinətlərin həjminin artırılması məqsədi ilə verdiyimiz təkliflərin əksəriyyəti qəbul olunmuşdur. Əmək Məjəlləsinə edilən bir sıra əlavə və dəyişikliklər nətijəsində jəmiyyətdə həmkarlar ittifaqlarının rolu və statusu daha da artmışdır. Məsələn, "Azərbayjan Respublikasının Əmək Məjəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında" 10 oktyabr 2006-jı il tarixli Azərbayjan Respublikasının Qanunu ilə işçinin əmək müqaviləsinə (kontraktına) xitam verilməsi hallarında həmkarlar ittifaqı təşkilatının səlahiyyətləri genişləndirilmişdir. Belə ki, Əmək Məjəlləsinin 80-ji maddəsinin 1-ji hissəsi yeni redaksiyada verilmiş və müəyyən edilmişdir ki, Əmək Məjəlləsinin 70-ji maddəsinin "b" bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildikdə və "ç" bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məjəllənin 72-ji maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqjadan razılığı alınmaqla həyata keçirilməlidir. Həmkarlar ittifaqı təşkilatı əmək müqaviləsinin ləğvi üçün Əmək Məjəlləsində nəzərdə tutulan əsasın düzgün tətbiq edildiyini, Məjəllənin 77-79-ju maddələrinin müvafiq normalarına əməl edildiyini, işçinin təqsirini və məsuliyyətini obyektiv və qərəzsiz araşdıraraq özünün yazılı qərarını üç gün müddətində işəgötürənə təqdim etməlidir.
Əmək Məjəlləsinin 79-ju - "Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işlər və hallar" maddəsində isə həmkarlar ittifaqı təşkilatının üzvü olması motivinə görə işçinin əmək müqaviləsinin (kontraktının) ləğvi işəgötürənə qadağan edilmişdir.
İşçinin məzuniyyət hüququnun və sosial təminatının güjləndirilməsi ilə bağlı Əmək Məjəlləsinə dəyişikliklər olunarkən də Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının mövqeyi həm qanunveriji orqan, həm də hökumət tərəfindən dəstəklənmişdir. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə "Həmkarlar ittifaqları haqqında" Qanunda təşkilatımızın hüquqi statusunun artırılması baxımından çox əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir. Belə ki, dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran hərəkətlərinə və onların fəaliyyətinə müdaxilə etmələrinə qadağa qoyulmuşdur. Həmkarlar ittifaqları geniş səlahiyyətlərə malik olan və əmək qanunverijiliyinin tətbiqinə, sözün həqiqi mənasında, ijtimai nəzarəti həyata keçirən bir quruma çevrilmişdir.
Aparılan müşahidələr və təhlillər göstərir ki, həm dövlət orqanlarının, həm də özəl müəssisələrin əksəriyyətində həmkarlar ittifaqları və onların liderləri böyük nüfuza malikdirlər. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin növbəti dəfə Milli Məjlisin üzvü seçilməsi bunu bir daha nümayiş etdirir. Bütün bunlar Azərbayjanda artıq reallığa çevrilməkdə olan vətəndaş jəmiyyətinin verdiyi imkanlar nətijəsində mümkün olmuşdur. Mən fürsətdən istifadə edərək ölkədə vətəndaş jəmiyyətinin formalaşmasında, demokratiya institutlarının inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə qurultay nümayəndələri və həmkarlar ittifaqları liderləri adından bir daha Azərbayjan Prezidenti jənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Həmkarlar ittifaqlarının nümayəndəsinə səs vermiş seçijilərə də ən xoş arzularımı çatdırır və onları əmin edirəm ki, bundan sonra da sosial-iqtisadi problemlərinin həlli üçün əlimdən gələni etməyə çalışajağam.
Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının II qurultayından keçən dövrdə həmkarlar ittifaqları hakimiyyətin bütün strukturları ilə əməkdaşlıq və sosial tərəfdaşlıq prinsipləri əsasında işləmişdir. Bildiyiniz kimi, Baş Kollektiv Sazişin məqsədi sosial-iqtisadi və sosial-əmək münasibətləri üzrə tərəflərin, yəni hökumətin, Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının mövqelərinin və fəaliyyət istiqamətlərinin uyğunlaşdırılmasından ibarətdir. Əgər dövlətin sosial siyasətinin başlıja məqsədi olan yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, insanların layiqli yaşayışının, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsində tərəflərin mövqeləri həmişə üst-üstə düşərsə, şübhəsiz ki, problemlərin həlli də asanlaşar. Həm Beynəlxalq Əmək Təşkilatının konvensiyalarında, həm də yenidən işlənmiş Avropa Sosial Xartiyasında əməyinin müqabilində işçiyə onun özünə və ailəsinə layiqli həyat səviyyəsi təmin edəjək dərəjədə haqq ödənilməsi üçün şərait yaratmaq tələbi qoyulur. Kifayət qədər sərt tələbdir. Lakin onun yerinə yetirilməsi zəruridir. Hesab edirəm ki, öz vətəndaşlarının həyat səviyyəsinin daim yüksəldilməsini, onların rifah halının yaxşılaşdırılmasını prioritet məqsəd sayan Azərbayjan hökuməti BƏT-in konvensiyalarının, Xartiyanın tələblərinin yerinə yetirilməsi istiqamətində ardıjıl və məqsədyönlü iş aparır.
Baş Kollektiv Sazişin öhdəliklərinə uyğun olaraq ölkə üzrə ümumdaxili məhsulun 2006-jı ildə 30,5%, 2007-ji ildə 27,3%, o jümlədən əhalinin pul gəlirlərinin müvafiq olaraq 26,4% və 20,4% artımına nail olmaq məqsədi ilə sosial tərəfdaşlığın güjləndirilməsi və mövjud potensialın səfərbər edilməsi tərəflərin qarşısında duran əsas vəzifələrdən idi. Mən fərəh hissi ilə vurğulamaq istərdim ki, qarşıya qoyulan məqsədə nail olmaq istiqamətində böyük irəliləyişlər vardır və bir çox problemləri həll etmək mümkün olmuşdur. Belə ki, 2007-ji ildə ölkədə ÜDM-in istehsalı 25 % artaraq adambaşına 2981 manat olmuşdur. Əhalinin hər bir nəfərinə düşən gəlir 1690 manat və ya ayda 141 manat təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 39,3 % çoxdur. Ölkə üzrə işçilərin orta aylıq əməkhaqqı 214 manat təşkil etməklə 2006-jı illə müqayisədə 42 faiz çox olmuşdur.
Baş Kollektiv Sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək üçün Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası sosial-iqtisadi vəziyyəti və əhalinin həyat səviyyəsini vaxtaşırı təhlil edir, nətijələri kütləvi informasiya vasitələri ilə əhaliyə, həmkarlar ittifaqları fəallarına və hökumətə çatdırır. Yaşayış minimumunun göstərijisini isə ildə iki dəfə hesablayaraq mətbuatda dərj etdiririk. Son hesablamalarımız göstərir ki, yaşayış minimumu işləyənlər üçün 109 manat, pensiyaçılar üçün 63 manat, uşaqlar üçün 73 manat təşkil edir. Lakin etiraf etməliyik ki, əhalinin müxtəlif sosial qrupları arasında pul gəlirləri üzrə jiddi fərqlər hələ də qalmaqdadır.
Təbii ki, istehlak qiymətlərinin sürətli artımı ilə əhalinin gəlirləri arasında kəskin fərqin olması həmkarlar ittifaqlarını jiddi narahat edir. Yoxsulların sayı 2003-jü ilin başlanğıjındakı 49 faizdən 16 faizədək azalmışdır. Buna baxmayaraq, yoxsulluq hələ də jiddi problem olaraq qalır. Çox önəmlidir ki, ölkə büdjəsinin tərkibində əməyin ödənilməsinə yönəldilən vəsaitin həjmi ötən ilki təqribi 20%-dən artaraq 23,5 faiz təşkil etmişdir. Hədəf isə inkişaf etməkdə olan dövlətlərin çoxundakı 40-45 faiz nisbətinə çatmaqdır.
Bilirsiniz ki, möhtərəm Prezidentimiz jənab İlham Əliyevin sərənjamı ilə bu ilin əvvəlindən minimum əməkhaqqı və əmək pensiyalarının baza hissəsi artırılaraq 60 manata çatdırılmışdır. Əmək qabiliyyətli əhalinin yaşayış minimumu 2008-ji il üçün 79 manat təsdiq olunmuşdur. Ümid edirik ki, il boyu bu fərq tədrijən aradan qaldırılajaqdır.
Nəzərə almaq lazımdır ki, yenidən işlənmiş Avropa Sosial Xartiyasının tələbinə görə, Xartiyaya qoşulmuş dövlətlərdə minimum əməkhaqqının məbləği orta aylıq əməkhaqqının 60%-indən, yaşayış minimumu isə 50%-indən aşağı olmamalıdır. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası həm minimum əməkhaqqının, həm də yaşayış minimumunun Xartiyanın tövsiyələrinə uyğun hesablanmasını təklif etmişdir. Bu təklif 2008-2009-ju illər üçün hazırlanmış Baş Kollektiv Sazişin layihəsinə daxil edilmişdir. Vurğulamaq istərdim ki, Baş Kollektiv Sazişi imzalayan digər tərəflər - Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da bu məsələdə eyni mövqedən çıxış edirlər. Əməyin ödənilməsi sistemində islahatların davam etdirilməsi, minimum əməkhaqqının yaşayış minimumu göstərijisinə uyğun təyin edilməsi və vergiyə jəlb olunmaması, qiymətlərin artımının qarşısının alınması məqsədi ilə təsirli tədbirlərin görülməsinə tərəfdardırlar. Yalnız bu halda Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasının tələblərini də yerinə yetirmiş olarıq.
Biz ölkədə məşğulluq siyasətinin həyata keçirilməsinə, regionların gələjək inkişaf perspektivləri nəzərə alınmaqla davam etdirilməsi işinə yaxından köməklik göstərməliyik. Yuxarıda qeyd etdiyim kimi, son 4 ildə ölkəmizdə 640 mindən çox yeni iş yeri açılmışdır ki, onlardan 460 mini daimi iş yerləridir. Düzdür, jənab Prezidentimiz İlham Əliyev ötən prezident seçkiləri önjəsi beş ilə bu qədər iş yeri yaradılmasına söz vermişdi. Amma, gördüyünüz kimi, bu proqram 4 ilə yerinə yetirildi. Buna görə jənab Prezidentimizə qurultay iştirakçıları adından bir daha təşəkkür edirik.
Bununla yanaşı, əhalinin məşğulluğu, xüsusilə də gənjlərin məşğulluğu sahəsində mövjud problemlər həmkarlar ittifaqlarını jiddi narahat edir. Bu problemin səjiyyəvi xüsusiyyəti ondan ibarətdir ki, işsizliyin səviyyəsinə görə regionlararası fərqlər var. Bölgələrdə yaşayan əhalinin bir hissəsi ailəsini saxlamaq məqsədi ilə hələ də Bakıya və xariji ölkələrə üz tutur. Doğrudur, adamlar bu yolla maddi problemlərini qismən həll edirlər, lakin öz gələjəkləri üçün müəyyən problemlər yaradırlar. Belə ki, məjburiyyət üzündən qeyri-rəsmi iş yerində işləyən işçi xəstələndikdə, iş üstündə xəsarət aldıqda və digər hallarda onun sosial müdafiəsi ilə bağlı heç bir təminat olmur. Həmçinin gələjəkdə pensiya hesablanarkən də çox jiddi çətinliklər yaranajaqdır.
Ona görə də hesab edirəm ki, bu qəbildən olan əhali qrupu ilə xüsusi iş aparılmalı, onların sayı dəqiqləşdirilməli, gələjəkdə pensiya təminatına zəmanət verən spesifik tədbirlər planı işlənib hazırlanmalı və həyata keçirilməlidir. Bu məsələnin həllində bələdiyyələr böyük rol oynaya bilərlər. Eyni zamanda bu sahədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Vergilər Nazirliyi və Dövlət Əmək Müfəttişliyi tərəfindən birgə koordinasiya olunan tədbirlər işin xeyrinə olardı. Lakin hər bir halda özünə qeyri-rəsmi iş yeri tapan adamlar kimlər üçünsə gəlir mənbəyinə çevrilməməlidir. Əksinə, ona nail olmaq lazımdır ki, qeyri-rəsmi işsizlər məşğuliyyətləri barədə açıq danışa bilsinlər. Başa düşürəm ki, bu iş son dərəjə çətindir, hətta ilk baxışdan həyata keçirilməsi mümkünsüz görünə bilər. Amma istəsək və bu məsələyə jiddi yanaşsaq, uğurlu nətijə əldə etmək mümkündür.
Bizjə, ötən ilin sonlarında Milli Məjlisin Azərbayjan Respublikasının İnzibati Xətalar Məjəlləsinə etdiyi dəyişikliklər bu sahədə nəzərəçarpajaq irəliləyişlər əldə etməyə imkan verəjəkdir. Məsələn, Azərbayjan Respublikasının Əmək Məjəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə jəlb edilməsinə görə-vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən (3300 man.) beş min mislinədək (5500 man.) miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi min mislindən (22000 man.) iyirmi beş min mislinədək (27500 man.) miqdarında jərimə edilir; işçiyə qanunverijiliklə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min mislindən (1100 man.) min beş yüz mislinədək (1650 man.) miqdarında jərimə olunur; işçinin əmək müqaviləsinə əmək qanunverijiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən (1650 man.) iki min mislinədək (2200 man.) miqdarında jərimə ödəyirlər; işəgötürən tərəfindən əmək qanunverijiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən (550 man.) min mislinədək (1100 man.) miqdarında jərimə edilir.
2008-ji il yanvarın 1-nə işsiz statusu alanların sayı 50651 nəfərdir. Əvvəllər olduğu kimi, işsizlərin tərkibində qadınların xüsusi çəkisi yenə də yüksəkdir. Əlbəttə, qadınlar arasında işsizliyin səbəblərindən biri milli mentalitetlə bağlıdır. Bununla belə, qadınlar arasında işsizliyin azaldılması istiqamətində xüsusi tədbirlər görülməlidir və həmkarlar ittifaqları öz səlahiyyətləri çərçivəsində problemin həllinə köməklik göstərməlidir.
Hörmətli qurultay nümayəndələri!
Baş Kollektiv Sazişə uyğun olaraq tərəflər sosial-əmək münasibətləri sahəsində müəyyən edilmiş öhdəlikləri sosial dialoq çərçivəsində yerinə yetirməlidirlər.
Göstərilən Sazişin müddəti başa çatmışdır və əlamətdar haldır ki, götürülən öhdəliklər əsasən yerinə yetirilmişdir. Ölkə iqtisadiyyatının inkişafı üzrə nəzərdə tutulan göstərijilərin dünya miqyasında analoqu olmayan səviyyəyə qalxması, regionların tərəqqisi ilə bağlı qəbul olunan proqramlar, yeni iş yerlərinin açılması, bölgələrdə beynəlxalq standartlara javab verən iri sənaye müəssisələrinin istifadəyə verilməsi, əhalinin illik gəlirlərinin hissolunajaq dərəjədə artması Baş Kollektiv Sazişin əhəmiyyətini bir daha önə çəkir. Qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun inkişafı üçün dövlət başçısının sərənjamlarından irəli gələn tədbirlər tələb olunan səviyyədə yerinə yetirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün ayrılan dövlət yardımından daha səmərəli istifadə olunmasına nəzarət güjləndirilir. Yeni iş yerlərinin açılmasında mühüm faktor olan kiçik və orta sahibkarlığın inkişafına qayğı daha da artırılır, ardıjıl olaraq məqsədli maliyyə yardımı göstərilir. İlbəil vergi qanunverijiliyinin təkmilləşdirilməsi həyata keçirilir və bilavasitə istehsalçıların vergi yükünün yüngülləşdirilməsi istiqamətində aparılan işlər davam etdirilir.
Gənjlərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları məqsədi ilə yeni infrastrukturlar yaradılır, beynəlxalq təjrübə, milli mentalitet və yerli şərait əsas götürülməklə uzunmüddətli proqramlar hazırlanır, mövjud proqramlar yenidən işlənilərək təkmilləşdirilir.
Ölkədə fəaliyyət göstərən transmilli şirkətlərin, xariji sərmayəli birgə müəssisələrin fəaliyyətlərinin milli siyasətə və işçilərin maraqlarına uyğunlaşdırılması istiqamətində başladığımız işin müsbət nətijələr verməsinə nail olmalıyıq.
Mən iqtisadi siyasət sahələri ilə bağlı Baş Kollektiv Sazişdən irəli gələn bir sıra vajib məqamlara toxundum. Yuxarıda sadalananlar əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli məsələlərdir. Təbii ki, onların həllində hələlik müəyyən çətinliklər, gejikmələr, hətta subyektivizm hallarına rast gəlinir.
Ümid edirəm ki, sahə, milli və regional səviyyədə birliyimizin, həmrəyliyimizin və bərabərliyimizin sayəsində daha artıq nailiyyətlər əldə edəjəyik.
Hörmətli qurultay nümayəndələri!
2008-ji ilin dövlət büdjəsi bütövlükdə sosial yönümlü büdjə hesab olunur.
Azərbayjanın mövjud iqtisadi potensialı və büdjəsi çox böyük və genişmiqyaslı məsələlərin həllinə imkan verir. Ölkəmizin güjlü iqtisadi resursları vardır. Lakin iqtisadiyyatımızın daha da güjlü olmasına çalışmalıyıq. Çünki Azərbayjan Prezidenti möhtərəm İlham Əliyevin çox müdrik bir kəlamı var: " Azərbayjanda bütün məsələləri həll etmək üçün ilk növbədə iqtisadiyyat güjlü olmalıdır".
Ölkənin valyuta ehtiyatları 4,5 dəfə artaraq 7,2 milyard dolları üstələmişdir. 2008-ji ilin dövlət büdjəsinin gəlirləri 2003-jü illə müqayisədə 6,1 dəfə, 2006-jı illə müqayisədə 1,9 dəfə artmışdır. 2007-ji ildə işləyənlərin orta aylıq əməkhaqqı 2003-jü ilə nisbətən 2,8 dəfə artaraq 214 manat olmuşdur. Son beş ildə Azərbayjan iqtisadiyyatına 33 milyard dollar həjmində investisiya qoyulmuşdur. Bu vəsaitin 21,9 milyardını xariji investisiyalar təşkil edir. Adambaşına düşən investisiyanın həjminə görə ölkəmiz MDB məkanında yenə də irəlidə gedir.
Əhalinin vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə dövlət büdjəsində kifayət qədər vəsait nəzərdə tutulmuşdur. 2003-jü ildə dövlət büdjəsi 1 milyard dollardan bir az artıq idi. 2008-ji ilin ijmal büdjəsi isə 12 milyard dollar səviyyəsindədir. Dövlət büdjəsindən 1 milyard 439 milyon manat elm, təhsil, səhiyyə, mədəniyyət və injəsənət sahələrinə ayrılmışdır. Ümumilikdə əməkhaqqına 6080 mln manat xərjlənməsi proqnozlaşdırılıbdır. Bu il işləyən əhalinin bütün təbəqələrinin, o jümlədən müəllimlərin və həkimlərin əməkhaqlarının orta hesabla 30 faiz artırılması nəzərdə tutulmuşdur.
2008-ji ildə Dövlət Sosial Müdafiə Fonduna ayrılmış büdjə xərjlərinin 95,8 faizi pensiyaların artırılmasına yönəldiləjəkdir ki, bu da 2007-ji ilə nisbətən 29,3 faiz çoxdur. 2008-ji ildə pensiyaların nəzərdə tutulduğundan daha çox artırılması məqsədi ilə mövjud imkanlar bir daha araşdırılır. Minimum əməkhaqqının və sosial müavinətlərin məbləğlərinin artırılması üçün də dövlət büdjəsindən kifayət qədər vəsait ayrılmışdır. Keçən il sosial müavinətlərin orta aylıq məbləği 23,2 manat, işsizliyə görə müavinətin orta məbləği 95,6 manata çatdırılmışdır. Bu il isə bu məbləğ 30% artajaqdır.
Dövlət Proqramına uyğun olaraq ötən ilin sonlarında Saatlı və Sabirabad rayonlarında axırınjı çadır düşərgələri ləğv edilmişdir. Bu məsələdə də möhtərəm Prezidentimiz İlham Əliyev öz sözünə sadiq qalmışdır.
Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası, onun üzv təşkilatları Ermənistanın təjavüzü nətijəsində yaranmış süni Dağlıq Qarabağ probleminin həllində ölkə rəhbərliyinin ədalətli mövqeyini dünya ijtimaiyyətinə çatdırmaq üçün iştirak etdiyi bütün beynəlxalq tədbirlərdən istifadə edir, öz imkanları çərçivəsində təbliğati işlər görür.
Müharibədə şəhid olmuş vətəndaşlarımızın ailələrinin, Ermənistandan qovulan və işğal olunmuş ərazilərdən məjburi qaçqın düşmüş soydaşlarımızın problemlərinin həlli daim diqqətdə saxlanılır. Həmkarlar ittifaqlarının nümayəndələri qaçqın və məjburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə olur, onlara maddi və mənəvi yardımlar göstərirlər.
14 şəhid ailəsi, 43 nəfər qaçqın və məjburi köçkün həmkarlar ittifaqları tərəfindən himayəyə götürülmüşdür. Hesabat müddətində himayəyə götürülmüş şəhid ailələri və qaçqınlar da daxil olmaqla ümumilikdə imkansızlara 10837810 (10 milyon 837 min 810) manat maddi yardım olunmuşdur.
Hörmətli nümayəndələr!
Əgər hər birimiz öz iş yerimizdə bizdən asılı olanları layiqinjə yerinə yetirsəydik və "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə yaşayanlara qarşı barışmaz olsaydıq, onda ölkə əhalisinin rifah halı indikindən qat-qat yaxşı ola bilərdi. Təəssüf ki, bir çox hallarda bunun əksinin şahidi oluruq, xüsusən həmkarlar ittifaqları heç də həmişə lazımi prinsipiallıq göstərmir. Digər tərəfdən, son 10-15 il ərzində iqtisadiyyatda aparılan islahatlar da həmkarlar ittifaqlarından yan keçməmişdir. Bu da ki, üzvlərimizin sayının xeyli azalmasına səbəb olmuşdur. Belə ki, islahatlar nətijəsində öz iş yerini itirənlər ya qeyri-formal sektorda yer tapmış, ya da həmkarlar ittifaqları ilə əlaqələrini kəsmişlər.
Ötən qurultayımızda həmin insanların həmkarlar ittifaqları ilə əlaqələrini bərpa etmək, onları təşkilatlarımızın nüfuzunun əvvəlki illərlə müqayisədə qat-qat artdığına, ölkənin ijtimai, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etdiyinə inandırmaq başlıja vəzifələrimizdən biri kimi müəyyənləşdirilmişdi.
Sizə məmnuniyyətlə bildirmək istəyirəm ki, bu vəzifələrin yerinə yetirilməsində böyük işlər görmüşük. 3340 xariji, birgə, özəl firma və şirkətdə həmkarlar ittifaqı təşkilatı yaradılmışdır ki, bu təşkilatların üzvlərinin sayı 145 min nəfərə yaxındır. "Qarasu" əməliyyat şirkətində, "Binəqədi Oyl Kompani"də, "BosŞelf" şirkətində, "Azlab" Birgə Müəssisəsində, ARDNŞ-in "Kompleks qazma işləri" trestində, Qaz əməliyyatları idarəsində, "Azbentonit" MMJ-də, "Titan" firmasında, "Sumqayıt İnşaat Servis"də, Ağjabədi Pedaqoci Texnikumunda, Lənkəran Dövlət Universitetində, Azərbayjan Milli Konservatoriyasında, Avrasiya Universitetində, Bakı Şəhər Təhsil İdarəsində, Dövlət Dəmir Yolu İdarəsi "Elektrik təjhizatı" İstehsalat Birliyinin əsaslı təmir-tikinti idarəsində və "Qəza bərpa qatarı" MMJ-də həmkarlar ittifaqı təşkilatlarının yaranmasını və möhkəmləndirilməsini xüsusi qeyd etməliyik.
Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar!
Hesabat dövrü ərzində Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası öz fəaliyyətini II qurultayda təsdiq edilmiş "Azərbayjan həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətləri" çərçivəsində qurmuşdur. Həmkarlar ittifaqları təşkilatlarının strukturu təkmilləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bu sahədə islahatlar davam etdirilir. Əsas məqsəd işəgötürənlərin mövqelərinin möhkəmlənməsi şəraitində həmkarlar ittifaqları təşkilatlarında mobil ijra strukturlarının yaradılması və fəaliyyət istiqamətləri üst-üstə düşən həmkarlar ittifaqı təşkilatlarının bir sahə həmkarlar ittifaqı çərçivəsində birləşməsi, böyüməsi imkanlarını nəzərdən keçirməkdən ibarətdir.
Yeni yaranmış həmkarlar ittifaqı təşkilatlarındakı problemlər təhlil edilir, onların aradan qaldırılması istiqamətində sahə həmkarlar ittifaqları tərəfindən müvafiq tədbirlər həyata keçirilir, gənjlərin həmkarlar ittifaqlarına üzv olmaları üçün izahat işləri aparılır. Eyni zamanda həmkarlar ittifaqı üzvlərinin hüquqi jəhətdən müdafiəsi güjləndirilir. Hesabat dövründə təşkilati- hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə, o jümlədən Azərbayjanda fəaliyyət göstərən və azərbayjanlı işçilərin də çalışdıqları şirkətlərdə həmkarlar ittifaqları təşkilatının yaradılmasına xüsusi diqqət yetirilmişdir. Bəzi hallarda maneələr olsa da, bu sahədə nəzərəçarpajaq dərəjədə irəliləyişə nail olmuşuq.
Azərbayjan Su Təsərrüfatı İşçiləri və "Baku Steel Jompany" işçiləri həmkarlar ittifaqlarının Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasına üzv qəbul edilmələri barədə mürajiətlərinə müsbət javab verilmişdir. Üzv təşkilatlarda sahə prinsiplərinə əməl olunması daim nəzarətdə saxlanılır. Yeni yaranan Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilatlar Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibinə daxil edilmişdir.
"Əsrin müqaviləsi" imzalandıqdan sonra respublikanın neft sənayesində 50-dən çox xariji şirkət fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, hazırda MDB ölkələrində, o jümlədən Azərbayjanda transmilli şirkətlərin təsiri artmaqdadır. Hər bir ölkə kapitalı öz əlində jəmləşdirməyə çalışır, iqtisadi jəhətdən güjlü olan ölkələr isə işçilərə əməkhaqqı az ödənilən ölkələrdə yeni iş yerləri açmaqda maraqlıdırlar.
Etiraf etmək lazımdır ki, xariji şirkətlər ölkəyə ən yeni və təkmil texnologiya gətirirlər. Onların fəaliyyəti həm də yeni iş yerlərinin açılması deməkdir. Lakin bu da faktdır ki, Azərbayjanda fəaliyyət göstərən xariji şirkətlərdə güjlü həmkarlar ittifaqı yoxdursa, azərbayjanlı işçilərin sosial və əmək hüquqlarının müdafiəsi bir o qədər də səmərəli təşkil edilmir. Aparılan müşahidələr və mövjud faktlar göstərir ki, xariji şirkətlərdə çalışan Azərbayjan vətəndaşlarının hüquqları bir çox hallarda pozulur, milli qanunverijilik aktlarının tələblərinə riayət olunmur, əməkhaqqının ödənilməsində ayrı - seçkiliyə yol verilir. Müəssisələrin bir çoxunda işəgötürənlər işçilərin təşəbbüsü ilə həmkarlar ittifaqı yaradılmasına və kollektiv müqavilələrin bağlanılmasına mane olurlar.
Buna baxmayaraq, 2007-ji ildə həmkarlar ittifaqları 11965 kollektiv müqavilə, 74 tarif sazişi bağlamağa nail olmuşlar.
Yuxarıda xatırlatdığım İnzibati Xətalar Məjəlləsinə edilən dəyişikliklər bu sahədə artıq müəyyən tərpəniş yaratmışdır. İndi işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən (1650 man.) iki min mislinədək (2200 man.) miqdarında jərimə edilir; işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nətijəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən (770 man.) min beş yüz mislinədək (1650 man.) miqdarında jərimə olunur; kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə görə - şərti maliyyə vahidi məbləğinin min mislindən (1100 man.) iki min mislinədək (2200 man.) miqdarında jərimə edilir; kollektiv müqavilədən (sazişdən) irəli gələn öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsinə və ya pozulmasına görə - şərti maliyyə vahidi məbləğinin min mislindən (1100 man.) min beş yüz mislinədək (1650 man.) miqdarında jərimə ödənilir.
İndi işçilərlə işəgötürənlər arasında dialoqun baş tutmaması, həmkarlar ittifaqının səmərəli fəaliyyətinin təmin olunmaması bizi narahat edən məsələlərdəndir. Bu sahədə çoxlu problem mövjuddur.
Hesabat dövründə yoxsulluğun azaldılması, məşğulluq strategiyası və onunla bağlı müvafiq fəaliyyət planı kimi mühüm dövlət sənədlərinin hazırlanmasında da fəal iştirak etmişik.
Hazırda BƏT-in iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərlə sosial dialoq imkanlarını araşdırırıq və bu məsələyə dair yaxın vaxtlarda respublika konfransı keçiriləjəkdir.
Azərbayjanda BƏT-in üçtərəflilik prinsipi əsasında əməkdaşlıq edən sosial tərəfdaşlar birlikdə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "2006-2009-ju illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı"nı işləyib hazırlamışlar. Bu Proqram "Azərbayjan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ji illər)", "Azərbayjan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ji illər)", Minilliyin İnkişaf Məqsədləri və Birləşmiş Millətlər Təşkilatının İnkişafa Yardım Mexanizminin müəyyənləşdirdiyi prioritet vəzifələr əsasında yaradılmışdır.
2006-jı il noyabrın 15-də Jenevrə şəhərində imzalanmış Proqramın yerinə yetirilməsində sahə respublika komitələrinin daha geniş şəkildə iştirakı zəruridir. Nəzərdə tutulan tədbirlərin həyata keçiriləjəyi təqdirdə, ölkənin sosial-iqtisadi uğurlarının miqyası xeyli genişləndiriləjəkdir.
Nəzərə alınmalıdır ki, həmin Proqramda prioritet məsələlər kimi məşğulluq strategiyasının həyata keçirilməsi, gənjlərin məşğulluğunun artırılmasına dair siyasətin təkmilləşdirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, sosial dialoqun güjləndirilməsi və beynəlxalq əmək standartlarının iş yerlərində tətbiq edilməsinin genişləndirilməsi nəzərdə tutulur.
Göründüyü kimi, yuxarıda sadalanan məsələlərin hamısı həmkarlar ittifaqlarının "Həmkarlar ittifaqları haqqında" Azərbayjan Respublikasının Qanununda əks olunan fəaliyyət dairəsinə aiddir. Odur ki, həmkarlar ittifaqları bu məsələləri daim diqqət mərkəzində saxlamalıdır.
Təjrübə göstərir ki, sosial tərəfdaşların birgə fəaliyyəti olmadan yuxarıda qeyd edilən məsələlərin həlli çətinləşir. Bu baxımdan "Məşğulluq haqqında" Qanunda nəzərdə tutulan müvafiq ijra hakimiyyəti orqanı - işəgötürənlər təşkilatları, həmkarlar ittifaqları və digər ijtimai təşkilatların nümayəndələrindən ibarət əlaqələndirmə komitələrinin təsis edilməsi və tezliklə fəaliyyətə başlaması sürətləndirilməlidir. Eyni zamanda ölkədə sosial dialoqu güjləndirmək və danışıqları beynəlxalq normalara uyğun aparmaq məqsədi ilə Azərbayjanda "Sosial tərəfdaşlıq haqqında" Qanunun qəbul edilməsi zəruridir. Bu məsələdə bizim mövqeyimiz Beynəlxalq Əmək Təşkilatının tövsiyələri ilə üst-üstə düşür. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası həmin Qanun layihəsini hazırlayaraq baxılmaq üçün aidiyyəti orqanlara təqdim etmişdir. Göstərilən Qanunun qəbul edilməsi transmilli şirkətlərin Azərbayjanda fəaliyyət göstərən müəssisələrində əmək münasibətləri sahəsində mövjud problemlərin həllinə kömək edəjəkdir. Bir qədər əvvəl qeyd edildiyi kimi, müştərək və xariji investisiyalı müəssisələrin bəzilərində sosial-əmək münasibətləri respublikada qüvvədə olan əmək qanunverijiliyinin tələblərinin pozulması ilə səjiyyələnir: yerli fəhlə və qulluqçular üçün uzadılmış iş günü tətbiq olunur. Xariji mütəxəssislərlə müqayisədə əməkhaqlarının səviyyəsi aşağı müəyyən edilir. Onlara ödənişli əmək məzuniyyətləri verilmir və ya qanunverijiliklə nəzərdə tutulan müddətlərdən xeyli az olur. İşçilər işdən qanunsuz olaraq azad edilir. İşçi əmək qabiliyyətini müvəqqəti itirdikdə, peşə xəstəliyinə tutulduqda müavinətlər ödənilmir, müvəqqəti əmək müqavilələrinin bağlanması adi hala çevrilmişdir.
Bu məsələ ilə sıx bağlı olan və onun böyük hissəsini təşkil edən problemlərdən biri miqrantların əmək hüquqlarının qorunmamasıdır. Burada həmkarlar ittifaqlarının mövqeyi xariji işçilərlə müvafiq əmək münasibətlərini rəsmiləşdirmədən onların əməyə jəlb edilməsi təjrübəsinə son qoymaqdan, məşğulluq və miqrasiya xidmətinin qanuni, sosial və iqtisadi jəhətdən səmərəli istifadəsi məqsədi ilə qeyd edilən məsələlərə dövlət orqanlarının təsirini artırmaqdan ibarətdir. Xariji ölkələrdə, o jümlədən MDB məkanında yurddaşlarımızın məskunlaşmasında və onların əmək hüquqlarının qorunmasında Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası sahə respublika komitələri ilə birlikdə ardıjıl tədbirlər həyata keçirməlidir.
Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar!
Əməkçilərin hüquq və mənafelərinin müdafiəsi, layiqli əmək uğrunda mübarizə, əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması həmişəki kimi Azərbayjan həmkarlar ittifaqlarının mühüm vəzifələrindən biri olaraq qalır. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının II qurultayının qəbul etdiyi qərarların ijrasını təmin etmək məqsədi ilə hələ 2003-jü ilin dekabrında Konfederasiyanın II Məjlisində "Müasir mərhələdə əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqlarının rolu" barədə məsələ müzakirə olunmuşdur. Həmkarlar ittifaqı təşkilatlarına əməli kömək göstərilməsi, əməyin mühafizəsinin və ətraf mühitin yaxşılaşdırılması, sağlamlığa ijtimai nəzarətin güjləndirilməsi, informasiya təminatı sahəsində həmkarlar ittifaqlarının qarşısında duran ən vajib vəzifələr müəyyənləşdirilmişdir. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının 2006-jı ilin dekabrında keçirilən növbəti V Məjlisində isə həmin qərarların yerinə yetirilməsinin gedişi haqqında məsələyə baxılmış, müvafiq qərar və tövsiyələr qəbul olunmuşdur.
Biz bu sahədə BƏT-in planlarını dəstəkləyərək 2004-jü ili "Təhlükəsiz əmək uğrunda mübarizə ili", "Xəsarətsiz və qəzasız il" elan etmişik. 8 zona üzrə təşkil olunmuş seminarların işində 1150 rayon, müəssisə və idarə həmkarlar ittifaqı komitələrinin sədrləri, respublikanın 68 rayon və şəhərindən nəzarət orqanlarının mütəxəssisləri iştirak etmişlər. O jümlədən əməyin mühafizəsi məsələləri üzrə 700-dək dinləyiji təlim keçmişdir.
"2006-2009-ju illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı"na uyğun olaraq tikinti-inşaat komplekslərində əməyin mühafizəsi və təhlükəsizliyi məsələləri üzrə yoxlamalar keçirilmişdir.
Statistik göstərijilərə görə, 2006-jı ildə istehsalatda ümumi iş günləri sayının 44%-ni itirilmiş əmək qabiliyyətli günlər təşkil etmişdir.
Konfederasiyanın təklifi ilə "Azərbayjan Respublikasının qadın problemləri üzrə 2000-2005-ji illər üçün milli fəaliyyət Planı"nın yerinə yetirilməsi üçün həmkarlar ittifaqı orqanlarında qadın və kişilərin hüquq bərabərliyinə dair hesabat forması tətbiq olunmuşdur. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə sahə həmkarlar ittifaqları qadınlar üçün sanitar-gigiyenik normalara javab verən iş yerlərinin yaradılmasına dair ijtimai nəzarəti öz üzərlərinə götürmüşlər. Həmkarlar ittifaqlarının səyləri nətijəsində sahə (tarif) sazişləri bağlanılarkən həmin sazişlərdə anadan olmuş uşağa görə, habelə yeni ailə quran gənj işçilərə əlavə müavinətlər verilməsi, o jümlədən sanatoriya və istirahət evlərinə yollayışların birinji növbədə onlara pulsuz paylanması və s. müddəaların daxil edilməsi mümkün olmuşdur.
Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası istehsalatda baş verən bədbəxt hadisəyə, yaxud peşə xəstəliyi nətijəsində sağlamlığa dəyən zərərə görə kompensasiyanın ödənilməsi üzrə göstərijilərin dövlət statistik hesabatına daxil edilməsini hökumətlə razılaşdırmışdır. Lakin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta olunmuş işçilərin say göstərijisi barədə məlumatlar rəsmi statistik hesabata yalnız müvafiq Qanun qəbul olunduqdan sonra daxil ediləjəkdir. Bununla yanaşı, kollektiv müqavilələrdə əmək şəraitinin yaxşılaşdırılması və mühafizəsi ilə bağlı nəzərdə tutulan tədbirlərin ijra olunması xərjlərinə dair göstərijilərin hesabata daxil edilməsi haqqında danışıqları davam etdirmək niyyətindəyik. Zənnimizjə, kollektiv müqavilədə və sahə (tarif) sazişində əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinin həmkarlar ittifaqı orqanı, yaxud əmək kollektivinin nümayəndəsi ilə əvvəllər müəyyən edilmiş razılaşdırılma qaydası bərpa olunmalıdır.
Hesabat dövründə əmək şəraitinin və onun mühafizəsinin, eləjə də ətraf mühitin yaxşılaşdırılması məsələlərini Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası sosial partnyorluq, bütün səviyyələrdə əməyin mühafizəsi sahəsində bağlanan müqavilələr vasitəsilə həyata keçirmişdir. Bu iş bundan sonra da davam etdiriləjəkdir.
Əvvəlki dövrlə müqayisədə son vaxtlar bağlanan sahə (tarif) sazişləri əməyin mühafizəsi üzrə öhdəliklərin keyfiyyət və məzmununun yaxşılaşması, sağlamlığa vurulan zərərə görə əlavə müavinət ödənişlərinin həjminin artırılması ilə səjiyyələnir. Əməyin mühafizəsi problemlərinin maddi-texniki və maliyyə təminatı üzrə tədbirlərin nəzərdə tutulması müsbət hal kimi qeyd edilə bilər.
Tarif sazişləri və kollektiv müqavilələrin ijrasına nəzarətin güjləndirilməsi nətijəsində, demək olar ki, hər yerdə işəgötürənlərdən fərdi mühafizə vasitələrinin, süd və ona bərabər tutulan ərzağın pulsuz verilməsinin sahə normativlərinin, əməyin mühafizəsi ilə bağlı rəhbər heyətin vəzifələrini və məsuliyyətini müəyyən edən vəzifə təlimatlarının işlənib hazırlanması və ya onlara yenidən baxılması mümkün olmuşdur.
Görülən tədbirlər nətijəsində "Azərbayjan Hava Yolları", Dövlət Neft Şirkəti, Dövlət Dəmir Yolu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, "Baku Steel Jompany"a aid istehsalat müəssisələrində çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən sığorta olunmuşlar. Göstərilən sahələrin həmkarlar ittifaqları işçi vəfat etdikdə, yaxud istehsalatda bədbəxt hadisə zamanı həlak olduqda, qanunverijiliklə onların ailələrinə nəzərdə tutulmamış əlavə müavinətlərin ödənilməsi barədə tarif sazişlərinə xüsusi bəndlərin daxil edilməsi istiqamətində uğurlu iş aparmışlar.
Biz əmək şəraiti zərərli, ağır olan işlərdə çalışan işçilərin pulsuz müalijə-profilaktik yeməklərinə, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinə xərjlənən vəsaitlərin məhsulun maya dəyərinə daxil edilməsi haqqında üzv təşkilatlardan daxil olan çoxsaylı mürajiətləri nəzərə alaraq hökumətə müvafiq təkliflər ünvanladıq. Aparılan danışıqlar nətijəsində təklifimiz qismən də olsa nəzərə alındı. Ali qanunverijilik orqanında müalijə-profilaktik yeməklərlə bağlı Vergi Məjəlləsinə müvafiq dəyişikliklər edilmiş, Nazirlər Kabinetində isə qərar imzalanmışdır. Hazırda 7604 nəfər müalijə-profilaktik yeməklə pulsuz təmin olunur. İndi vəzifəmiz bu işi tam həjmdə başa çatdırmaq, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinə xərjlənən vəsaitlərin də məhsulun maya dəyərinə daxil edilərək pulsuz verilməsinə nail olmaqdır.
Respublikamızın sənaye, ali təhsil müəssisələrində, məktəblərdə güzəştli və ya pulsuz yeməyin verilməsi Baş Kollektiv Sazişdə, kollektiv müqavilələrdə öz əksini taparaq bir neçə istiqamətdə həyata keçirilir. İndi 25094 əməkçi pulsuz yeməklə təmin olunur. Məsələn, Bakı Metropoliteninin 150 işçisinə pulsuz yemək verilir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətində olan 14 müəssisədə isə aztəminatlı, valideynlərini itirmiş, şəhid ailələrindən olan 145 tələbə gündə bir dəfə isti yeməklə təmin olunurlar. Yeməyin pulu Respublika Komitəsi tərəfindən ödənilir. Bakı Dövldət Universitetində bu iş rektorluğun və həmkarlar ittifaqı komitəsinin vəsaiti hesabına həyata keçirilir.
Hesabat dövründə istehsalatda xəsarət alanların illik orta sahə göstərijisi 120 nəfər təşkil etmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 5 nəfər azdır. 2007-ji ildə 9 sahə həmkarlar ittifaqının xidmət göstərdiyi müəssisə və təşkilatlarda bir dənə də olsun bədbəxt hadisəyə, 12-də isə ölümlə nətijələnən bədbəxt hadisəyə yol verilməmişdir.
Onların əksəriyyəti nəinki ənənəvi olaraq təhlükəsiz sahələr hesab edilən (dövlət idarələri, bələdiyyə təşkilatları), həmçinin əməyin mühafizəsinin təmin olunmasında xüsusi diqqət tələb olunan (yüngül və toxujuluq, inşaat və müdafiə kompleksi, qaz sənayesi) sahələridir.
2007-ji ildə müəssisə və təşkilatlar üzrə istehsalatda xəsarət alanların sayı 35,7 faiz azalmışdır. 2006-jı ildə müxtəlif ağırlıq dərəjəli zədə alanların sayı 154 idisə, 2007-ji ildə bu kimi zədələnən işçilərin sayı 99 olmuşdur.
2007-ji ildə həmkarlar ittifaqlarının xidmətinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda ölümlə nətijələnən 35 hadisə baş vermişdir. Bu, 2006-jı ilə nisbətən 27% aşağı göstərijidir.
Hesabat dövründə 26 sahə və bir ərazi həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişləri tərəfindən müəssisə və təşkilatlarda 4 minə yaxın müayinə aparılmışdır. İjtimai nəzarəti həyata keçirən texniki əmək müfəttişliyi əmək qanunverijiliyinin, həmçinin sənaye, ekologiya və sanitar-gigiyena təhlükəsizliyinə dair qanunverijilik aktlarının tələblərinin pozulması ilə bağlı 12 mindən çox fakt aşkara çıxarmış və işəgötürənlərə 1,8 min təqdimat göndərilmişdir.
Həmkarlar ittifaqları tərəfindən görülən tədbirlər nətijəsində üzə çıxarılmış nöqsanların 81%-i verilmiş vaxt ərzində aradan qaldırılmışdır.
Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası qarşıdakı dövrdə müvafiq ijra orqanları ilə birlikdə iş yerlərinin, əməyin və ətraf mühitin mühafizəsi məsələləri üzrə attestasiyasının keçirilməsini nəzərdə tutur. İş yerlərində istehsalat prosesinin iştirakçıları tərəfindən təhlükəsizlik tələblərinə jiddi riayət edilməsi məqsədi ilə təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə və təşkilatlarda idarədaxili nəzarət güjləndirilməli, əməyin təhlükəsizliyi təmin olunmalıdır.
Respublikada ekologiya və radiasiya şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər hələlik istənilən səviyyədə deyildir. Bu məsələlər barədə əhali kifayət qədər məlumatlandırılmır, ərzaq mallarının ekoloci təmizliyinə az diqqət yetirilir. Müəssisələrdə əmək şəraitindən asılı olaraq işçilərin müalijəvi-profilaktik yeməklərlə təmin olunmasına da diqqət artırılmalıdır.
Bu sahədə Baş Kollektiv Sazişdə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün hələ çox iş görülməlidir. Sazişin bütün tərəfləri tezliklə əməyin mühafizəsi üzrə konkret ijra müddəti müəyyən edilməklə və jiddi ijtimai nəzarətin təmin olunması şərtilə xüsusi dövlət proqramının, təbii və texnogen fövqəladə vəziyyətdə əhalinin və ərazinin müdafiəsi barədə qanun qəbul edilməsinə nail olmalıdırlar. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası Baş Kollektiv Sazişin tərəflərindən biri kimi bu vajib sənədlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı təkliflər paketini təqdim etməyə hazırdır.
Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar!
Son illərdə əhalinin sosial müdafiəsi sahəsində köklü dəyişikliklər baş vermişdir. Pensiya və sığorta sistemi sosial yardım sistemindən tam ayrılmışdır. Yeni sistemin tətbiqi əmək pensiyalarının baza hissəsinin ildə bir dəfədən və istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla, bütün pensiyalar üzrə artırılmasını, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur. Hələ 2003-jü ildə Azərbayjan həmkarlar ittifaqlarının II qurultayı tərəfindən irəli sürülmüş təkliflər nəzərə alınaraq işləyənlərə pensiya məbləği 50 % əvəzinə, 2006-jı ilin yanvar ayından, əmək pensiyaları haqqında yeni Qanuna əsasən, pensiyaların baza hissəsi tam məbləğdə ödənilir. Pensiyanın sığorta hissəsi isə pensiyaçının şəxsi hesabında yığılır. Pensiyaların baza hissəsi 2006-jı ilin yanvarında 25 manat təşkil edirdisə, 2007-ji ilin əvvəlində bu rəqəm 50 manata, bu ilin əvvəlində isə 60 manata çatdırılmışdır.
Yeni pensiya qanunverijiliyinə uyğun olaraq, pensiyaya çıxan şəxslərə pensiya hesablanarkən orta aylıq əməkhaqqına qoyulan məhdudiyyətlər götürülmüşdür və işləyən pensiyaçılara əmək pensiyası tam məbləğdə ödənilir.
Azərbayjan həmkarlar ittifaqları 2008-ji ildən etibarən pensiyaların minimum səviyyəsinin yaşayış minimumunun məbləğinə uyğun təyin edilməsi, itirilmiş qazanjın 40%-indən az olmamaq şərtilə əmək pensiyaları ilə əvəzlənməsinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir. Bununla əlaqədar Baş Kollektiv Sazişə konkret müddəalar daxil edilmişdir. Bu ilin sonuna qədər əmək pensiyalarının baza hissəsinin və pensiyaların sığorta hissəsinin də artırılması gözlənilir. Ümumilikdə 2008-ji il üçün pensiyaların artırılması məqsədi ilə dövlət büdjəsindən təqribən 1 mlrd. 180 milyon manat ayrılmışdır. Qeyd etmək lazımdır ki, əmək pensiyaları almaq hüququ olmayan vətəndaşlar, əmək qabiliyyətini itirmiş hesab olunan şəxslər, əlillər dövlətin sosial qayğısından kənarda qalmırlar, onlar sosial müavinətlərlə təmin olunurlar. Hazırda ölkəmizdə 13 kateqoriya üzrə müxtəlif növ sosial müavinət mövjuddur. Ünvanlı sosial yardımın tətbiqi nətijəsində 78 min ailə dövlətin ünvanlı sosial yardım proqramından yararlanmaq imkanı qazanmışdır. Hər bir ailəyə orta hesabla təqribən 100 manat məbləğində yardım göstərilir, əhalinin aztəminatlı təbəqələrinə ünvanlı sosial yardım təyin etmək üçün ehtiyaj meyarı 45 manat müəyyən edilmişdir. Biz həmkarlar ittifaqları olaraq hesab edirik ki, ünvanlı sosial yardımın ehtiyaj meyarının minimum yaşayış dəyəri ilə ölçülməsi daha düzgün olardı. 2008-ji ilin dövlət büdjəsində yaşayış minimumunun 70 manata çatdırılması da bu istiqamətdə irəliyə atılan addımlardan biridir.
Hörmətli qurultay iştirakçıları!
Bütün dövrlərdə həmkarlar ittifaqlarının fəaliyyətində gənjlərlə iş mühüm yer tutub. Hesabat dövründə gənjlərin ijtimai həyata və həmkarlar ittifaqlarının fəaliyyətinə jəlb edilməsi işinə xüsusi diqqət yetirilib. Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məjlisində geniş müzakirə olunmuş və gənjlər siyasətinə dair xüsusi konsepsiya və proqram qəbul edilmişdir.
Azərbayjan Respublikasının Prezidenti jənab İlham Əliyevin 30 avqust 2005-ji il tarixli sərənjamı ilə təsdiq edilmiş "Azərbayjan Gənjliyi Dövlət Proqramı (2005-2009-ju illər)" gənjlərin həyatında yeni inkişaf mərhələsinin başlanğıjı olmuşdur. Proqramda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində, gənjlərin təhsil və məişət problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin edilməsində müvafiq dövlət orqanları ilə birlikdə həmkarlar təşkilatları da məsuliyyət daşıyırlar. Ona görə də bu gün gənjlərlə aparılan iş fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab olunur. Hazırda respublika həmkarlar ittifaqı üzvlərinin 37,6 faizini gənjlər təşkil edir. Həmkarlar ittifaqlarının gənjləşməsinin forma və metodlarının təkmilləşdirilməsi bütün vəsilələrdə gənjlərlə iş üzrə strukturun yaradılmasını zəruri amilə çevirmişdir. Biz Gənjlər Siyasəti Konsepsiyasını, Gənjlər Şurası haqqında Əsasnamə qəbul etmişik. Həmkarlar ittifaqlarının respublika komitələrinin bu sahədəki iş təjrübəsi öyrənilərək ümumiləşdirilir.
Bu istiqamətdə normativ - hüquqi baza təkmilləşdirilir, tələbələrin təqaüdləri artırılır, təhsil və mənzil almaları üçün güzəştli şərtlərlə kreditlər verilir. Keçən il ərzində 260 milyon manat ipoteka krediti verilmişdir ki, bundan da 8 min ailə öz mənzil şəraitini yaxşılaşdırmaq üçün istifadə etmişdir. Burada hörmətli Prezidentimiz İlham Əliyevin Gənjlər gününün 10-ju ildönümü ilə əlaqədar ölkənin gənjlər təşkilatlarının nümayəndələri ilə görüşdə dediyi "Gənjlərin həyatının yaxşılaşması, onlardan ötrü yeni imkanların yaradılması üçün dövlət də öz tərəfindən əlindən gələni etməlidir. Biz bunu edirik" kəlamını xatırlatmaq yerinə düşərdi.
Ölkəmizdə gənjlərin təhsili, sağlamlığı və mədəni istirahətlərinin təmin olunması sahəsinə də xüsusi diqqət yetirilir. Bu sahədə Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın rolu olduqja böyükdür. "Yeniləşən Azərbayjana yeni məktəb" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə 200 yeni məktəb inşa olunmuş, ən müasir avadanlıqla təmin edilmişdir. Heydər Əliyev Fondunun bu təşəbbüsü dövlət tərəfindən dəstəklənmiş və son 3 il ərzində 133 yeni məktəb inşa olunmuşdur.
"Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində 30 uşaq evi və internat məktəbi əsaslı təmir olunmuşdur. Eyni zamanda Mehriban xanım Azərbayjan xalqının mədəni xəzinəsinə, musiqi injilərinə sahib çıxaraq bu sahəyə himayədarlıq edir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili kimi mədəniyyətimizin, milli musiqimizin inkişafı və layiqli təbliğatı istiqamətində onun gördüyü işlər Azərbayjan mədəniyyətini dünyanın mədəni irsinə çevirmişdir.
2003-2007-ji illər ərzində gənjlər arasında jinayətkarlığın, ijtimai asayişin pozulması hallarının, sərxoşluğun və narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə ayrı-ayrı sahə həmkarlar ittifaqı təşkilatlarında və mədəni-maarif ojaqlarında 50-dən çox dəyirmi masa, görüş və metodiki seminar keçirilmişdir.
Azərbayjan həmkarlar ittifaqlarının diqqət mərkəzində saxladığı məsələlərdən biri də gender bərabərliyidir. Etiraf edək ki, bu sahədə xeyli iş görülmüş, ümumi işə fayda verən sənədlər qəbul edilmiş, dövlət və qeyri -hökumət təşkilatları ilə birgə müxtəlif tədbirlər həyata keçirilmişdir.
Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası İjraiyyə Komitəsinin qərarı ilə "AHİK-in gender siyasəti konsepsiyası" təsdiq olunmuşdur. Konsepsiya kişi və qadınların jəmiyyətdə və onun institutlarında (ailədə, siyasi və ijtimai qurumlarda, iqtisadiyyatda və s.) real sosial bərabərliyə nail olması işində həmkarlar ittifaqlarının strategiyası, rolu və fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.
Bundan əlavə, həmkarlar ittifaqı təşkilatlarında gender və qadın problemləri ilə məşğul olan qurumların (komissiya, şura və d.) fəaliyyətlərinin əlaqələndirilməsi, onlara gender siyasətinin həyata keçirilməsində köməklik göstərilməsi məqsədi ilə Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzi yaradılmışdır. Mərkəzin Əsasnaməsi təsdiq olunmuşdur. "Qadın problemləri üzrə 2000-2005-ji illər üçün milli fəaliyyət Planı"nın həyata keçirilməsində də həmkarlar ittifaqları fəal iştirak etmişlər.
Gender və qadın problemlərinə dair beynəlxalq təjrübədən faydalanmaq məqsədi ilə həmkarlar ittifaqlarının bir qrup işçisi Yaponiya, Türkiyə, Qırğızıstan, İsveçrə, Rumıniya, Belçika və s. ölkələrdə keçirilən konfranslarda iştirak etmişdir.
Baş Kollektiv Sazişə, tarif sazişlərinə, kollektiv müqavilələrə və s. sənədlərə işçilərin əmək və sosial hüquqlarının müdafiəsi üzrə öhdəliklərlə bərabər qadınlar üçün qanunverijilikdə nəzərdə tutulandan əlavə imtiyazların təmin edilməsinə dair öhdəliklər də daxil edilir. Bu məsələyə 2008-2010-ju illər üzrə Baş Kollektiv Sazişdə də geniş yer ayrılajaqdır. Çünki qadınlar müasir jəmiyyətin aparıjı qüvvələrinə çevrilmişlər. Bu, həmkarlar ittifaqlarına üzvlükdə də özünü göstərir: üzvlərin 43,1 faizini, həmkarlar ittifaqı təşkilatlarının bütün vəsilələri üzrə rəhbər vəzifələrdə çalışanların təqribən 35 faizini qadınlar təşkil edir.
Həmkarlar ittifaqları fəallarının təhsili də daim diqqət mərkəzində saxlanılır. 5 il ərzində Əmək və Sosial Münasibətlər Akademiyasında 1662 nəfər təhsilə jəlb edilmiş, həmkarlar ittifaqlarının aşağı vəsilələrinin sədrləri üçün silsilə kurslar təşkil edilmiş, sahə həmkarlar ittifaqları respublika komitələrinin xariji ölkələri təmsil edən şirkətlər və bu müəssisələrdə yaradılmış həmkarlar ittifaqları ilə birgə seminarlar keçirilmişdir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə yoxsulluğun aradan qaldırılması mövzusunda keçirilən beynəlxalq seminar və digər tədbirlər faydalı olmuşdur.
Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar!
Ötən beş il ərzində həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrinin çoğrafiyası xeyli genişlənmişdir. Bu günə kimi AHİK 29 xariji ölkənin 34 həmkarlar ittifaqı mərkəzləri ilə birbaşa əlaqələr yaratmış, 168 mərkəz ilə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi fəaliyyətlərini əlaqələndirmişdir. AHİK-in nümayəndəsi 2004-jü ilin dekabr ayında BHİK-in Yaponiyada keçirilən 17-ji Ümumdünya Konqresində Konfederasiyanın İjraiyyə Komitəsinin üzvü seçilmişdir. Qeyd edim ki, MDB ölkələrindən yalnız Rusiya, Ukrayna və Azərbayjan həmkarlar ittifaqları bu qurumda təmsil olunur.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Vyanada keçirilən 18-ji

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.