Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
- Mübariz müəllim, son dövrlər Türkiyənin təkcə KFP-yə deyil, erməni separatizminə qarşı da təzyiqləri güclənib. Bu, Türkiyənin səbrinin tükənməsi, yoxsa dünyanın terrorizmə "ikinci cəbhə" açması yeni hücum taktikasıdır? - KFP indinin terror təşkilatı deyil və dünya ölkələri kürdlərin törətdiklərinə dərindən bələddir. Onilliklər boyu kürd separatizminin insanlığa qarşı cinayətlərinə soyuqqanlılıq nümayiş etdirilməsi beynəlxalq güc mərkəzlərinin, ən əsası isə Amerikanın ikili standartlar əsasında yanaşma tərzinin göstəricisidir. 11 sentyabr hadisələrindən sonra Amerika açıq şəkildə beynəlxalq antiterror koalisiyası yaradaraq terrorizmin məskənlərinə ağır zərbələr vurmağa başladı. Təbii ki, Türkiyə bu cəbhədə əsas yer alan ölkə kimi separatizmə qarşı həm əsgəri, həm də hərbi-maddi təpkisi ilə seçilib. Eləcə də Azərbaycan, Türkiyə kürd terrorçularına ən geniş formada zərbələr endirməklə bütün dünyaya bu bəlaya qarşı birləşməyi bəyan edib. KFP-nin zərərsizləşdirilməsi də Amerikanın istəyinə uyğundur və Türkiyəyə bütün imkanlardan istifadə etmək üçün dəstəyini gizlətmir. - Etiraf edək ki, Türkiyəyə beynəlxalq dəstək tam hiss olunmur… - Türkiyə özü bütün gücü ilə terrorçuları məhv etməyə qadirdir. Zaman-zaman bu mübarizədə türklər demək olar ki, tək olub. Dünya dövlətlərində qəribə bir inam olub, onlar fikirləşib ki, KFP nə vaxtsa qara niyyətindən əl çəkəcək, amma terror hadisələrinin artması, kürdlərin aktivləşməsi bu inamın demək olar ki, ölməsinə səbəb olub. İndi Türkiyə məcburdur ki, hansı vasitələrlə olsa da, FKP-nin "kökünü kəssin". - İş ondadır ki, terrorçular Türkiyə ilə sərhəd ərazilərdən başqa nöqtələrə, məsələn, Azərbaycanın Qarabağ bölgəsinə toplaşır. Belə halda türklər Qarabağda necə antiterror əməliyyatları apara bilər? - Terrorizm elə bir problemdir ki, onunla zarafat etmək olmaz. Türkiyə bu addımı atmağa məcburdur. Eləcə də Azərbaycan da artıq əməli işə keçmək barədə düşünür. Erməni və kürd separatizmi dünyanın ən möhkəm qardaşlarına çevrilib. Türkiyənin kürd separatizminə qarşı beynəlxalq miqyasda həmlələr endirməsi Azərbaycana əlavə imkanlar verir ki, onunla birgə Qarabağda əməliyyatlara başlasın. - Bəs buna başlamağa nə mane olur? - Bilirsiniz, dünyada bu məsələni tamamilə qlobal bəla kimi təsdiq etmək gərəkdir. Kürd terrorçularının Dağlıq Qarabağda yerləşdirilməsini, hərbi təlimlər keçməsini bütün təfərrüatı ilə təqdim etmək üçün xüsusi materiallar toplanmalıdır. Artıq bu istiqamətdə kifayət qədər faktlar ortaya qoyulmaqdadır. Türkiyənin və İsrailin xüsusi xidmət orqanları Qarabağda kürd terrorçularının bazalarının mövcudluğunun ilkin əlamətləri barədə məlumatlarla çıxış edir. Eləcə də gürcü xidmət orqanı bu faktların olmasını təsdiqləyir. Amma problem ondadır ki, Dağlıq Qarabağ nəzarətsiz zona olduğundan xüsusi xidmət təşkilatları açıq bəyanatlar verməyə "ürək etmirlər". Doğrudur, həmin qurumlar, əsasən də ABŞ-ın federal kəşfiyyat orqanı işğal olunmuş Azərbaycan ərazisində KFP bazasının olması xəbərini təkzib də etmir. Hətta Amerikanın dövlət katibinin müavini Urbançik belə hallara qarşı mübarizə tədbirlərində öz ölkəsinin Azərbaycana açıq dəstək verməyə hazır olduğunu bəyan edib. Ümid edirəm ki, torpaqlarımızda terror qruplarına qarşı əməliyyat planlarının həyata keçirilməsinin şahidi olacağıq. - Belə demək olarmı ki, kürd terrorçularının Qarabağda təlimləri beynəlxalq səviyyədə təsdiqini tapsa, Türkiyənin antiterror əməliyyatlarına bir sıra dövlətlər, əsasən də Ermənistanı hərbi cəhətdən silahlandıranlar mane olmayacaq? - Türkiyənin hansısa dövlətin dəstəyinə ehtiyacı yoxdur. Əsas odur ki, ona mane olmasınlar. Amma qardaş ölkəyə qarşı nə qədər problemlər yaratmağa çalışsalar da, Türkiyənin digər kürd separatizminin yuvalarına zərbə endirməsi baş verəcək. Ən azı Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Yaşar Böyükanıtın məşhur bəyanatı bunu deməyə əsas verir. Bu bəyanatda deyilir ki, Türkiyə dünyanın hansı ölkəsində gizlənməsindən asılı olmayaraq KFP-ni zərərsizləşdirəcək. Təbii ki, bura Azərbaycanın işğal olunmuş Qarabağ zonası da aiddir, hətta Ermənistan ərazisi də. - Mübariz müəllim, Azərbaycan və Türkiyə əməliyyatlara başlasa, Ermənistan beynəlxalq aləmdə belə bir rəy formalaşdırmağa çalışmayacaq ki, Dağlıq Qarabağda yaşayan dinc erməniləri türklər məhv edir, "soyqırıma" məruz qoyur? - Təbii ki, bunlar olacaq. Hələ antiterror əməliyyatları başlamayıb, ermənilər dünyaya səs salıb ki, bizə qarşı hücum planları hazırlanır. Artıq 52 ermənipərəst konqresmen Kondoliza Raysa müraciət edib ki, guya Azərbaycan Qarabağda müharibəyə hazırlaşır. Onsuz da onlar hay-küy salacaqlar. Amma bunun əhəmiyyəti yoxdur. Buna bizim haqqımız var. Türkiyənin Baş naziri də, Azərbaycan Prezidenti də dəfələrlə bəyan ediblər ki, terrora məruz qalan ölkələr kimi bütün vasitələrdən istifadə olunacaq. Bir neçə gün əvvəl Baş nazir Ərdoğan Ermənistanın xarici işlər naziri Oskanyana Münhen konfransında ultimatum dilində bəyan etdi ki, xoşluqla Qarabağı boşaldın, terrorçu qrupların fəaliyyətinə son qoyun. Əks halda bütün terrorçular və onları dəstəkləyənlər güc yolu ilə məhv ediləcək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.