Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Martın 28-də Azərbaycan yay vaxtına keçəcək

19.03.10 - 13:27447 baxılıb


Bəzi ixtisaslarda 100 faiz ödənişsiz qrantlar tətbiq edilə bilər

09.03.10 - 12:01261 baxılıb


Novruz bayramında 9 gün iş olmayacaq

09.03.10 - 11:49327 baxılıb

Martın 8-i və martın 20-si də daxil olmaqla, ayın son həftəsi Azərbaycanda qeyri-iş günü olacaq

Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, 8 Mart Beynəlxalq Qadınlar Günü həftənin bazar ertəsinə düşdüyündən iş günü olmayacaq. Nazirlər Kabinetinin 2009-cu ilin noyabr ayında qəbul etdiyi qərara əsasən, martın 20, 21, 22, 23 və 24-ü Azərbaycanda Novruz bayramı hesab olunur və qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir.


Şəhərdəki mikroavtobuslar marşrut taksi kimi istifadə ediləcək

01.03.10 - 11:16423 baxılıb

Namiq Həsənov: "İki ildən az sürücülük fəaliyyəti olan, şəhəri yaxşı tanımayan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər"

Son illər respublikamızda nəqliyyat sektorunda xeyli işlər görülüb. Xüsusən paytaxtda tıxacların qarşısının alınması üçün yeni körpülər, yolötürücüləri tikilib, yeni yollar çəkilib. Şəhərin mərkəzində mikroavtobuslar iritutumlu avtobuslarla əvəzlənib. Buna baxmayaraq, problemlər də az deyil. Bu sahədə vəziyyətə Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


Xocalı soyqırımı Milli Məclisdə anıldı

01.03.10 - 11:11257 baxılıb


MÜDHİŞ GECƏNİN ƏZABLI SƏHƏRİ

19.02.10 - 15:33311 baxılıb

və yaxud qəlbimizin Xocalı dərdi

Ağdam, 26 fevral 1992-ci il.
Saat 9.30-da yeni xəbərləri öyrənmək üçün evdən çıxıb şəhərin mərkəzinə tələsdim. Küçələrdə dünənkinə nisbətən xeyli adam vardı. Hamı təlaş içərisində harasa qaçırdı. Şəhərin mərkəzində və evimizə yaxın ərazidə yerləşən məsciddən gələn hay-küyə görə ilk olaraq ora baş çəkdim. Qarşılaşdığım mənzərə baş vermiş müdhiş fəlakətdən xəbər verirdi. Məscidin qarşısındakı meydanda onlarca tabut, yaxud da kəfənlənmiş meyit vardı. Xeyli sayda meyit, görünür tabut çatışmadığından yerə sərilmiş xalçaların üzərində yan-yana düzülmüşdü.
Meyitlərə baxmaq adamdan ürək istəyirdi:cəsədlərin üz-gözü parçalanmış, bədənləri al-qan içərisində qurumuş, kiminin ayağı, kiminin qolu kəsilmişdi. Bu meyitlər yuyulub kəfənlənmək üçün öz növbələrini gözləyirdilər. Ağlayıb üz-gözünü cıran yaşlı qadınların heydən düşmüş çığırtıları, qız-gəlinlərin ah-nalələri, mollaların oxuduğu Quran ayələrinin yanıqlı sədası bir-birinə qarışmışdı.


Qərb və Şərq: sosial fərq

13.02.10 - 21:29213 baxılıb

Bu gün cəmiyyətimizdə Qərb ölkələri barədə formalaşmış ictimai rəydə çox qəribə daxili təzad var. Kimi dindirirsən Avropadan, Amerikadan ağızdolusu danışır, Qərb dünyasının sosial həyat tərzindən nümunələr gətirir, oradakı həyat səviyyəsinə heyranlığını qibtə hissi ilə bildirir. Etiraz yoxdur, bu, həqiqətdir. Məhz bu heyranlığın daxilindəki təzad isə ondan ibarətdir ki, biz özümüz üçün fetişləşdirdiyimiz Qərbdən nəyi isə əxz edəndə cəmiyyətin sosial gözəlliyinin fərqinə varmır, Qərbin özündə belə populyar olmayan xüsusiyyətlərə meyil edirik.
Kommersiyalaşmış dəb və bayram tədbirləri, adiliyin qeyri-adi təqdimat mərasimləri, həzz və gözəlliyin reallıq yox, ona sərf olunan məbləğlə ölçülməsi kimi məsələlər bizim şüurlarda tez məskən salır. Halbuki bu kimi məsələlərin sətiraltı mənası Qərb insanlarının əksəriyyətində heç də rəğbətlə qarşılanmır. Bəs Qərb dünyasının sosial həyatının özəlliyi nədədir?


Ötən il 700-ə qədər müəssisə özəlləşdirilib

06.02.10 - 20:48468 baxılıb

Buna 80,5 milyon manat investisiya qoyulub

Əmlak Məsələləri Dövlət Komitəsində 2009-cu ilin yekunlarına dair kollegiya iclası keçirilib. Komitə sədri Kərəm Həsənov ötən il ümumilikdə respublika üzrə 700-ə qədər kiçik dövlət müəssisə və obyektinin, 450-yə kimi obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirildiyi barədə məlumat verdi: "Dövlət müəssisələri investisiya müsabiqələri yolu ilə özəlləşdirilib. Müsabiqə qalibləri tərəfindən müəssisələrə 80,5 milyon manat məbləğində investisiya qoyulub. Ümumilikdə isə, göstərilən vaxt ərzində özəlləşdirilmiş 80 dövlət müəssisəsinə 480,5 milyon manat həcmində investisiya yatırılıb. Dövlət büdcəsinə isə 32,5 milyon manat vəsait köçürülüb.


2010-cu ilin iş vaxtı norması

06.02.10 - 20:462518 baxılıb


Avropa ölkələrində baxımsız məzarlıqlar ya başqasına verilir, ya da...

01.02.10 - 12:15329 baxılıb


Tələbələr təhsil haqqını kreditlə ödəyə biləcəklər?

01.02.10 - 12:14447 baxılıb

Əli Məsimli: “İnkişaf etmiş ölkələrdə təhsil kreditləri 3-5 faiz arasında verilir”

Millət vəkili Əli Məsimli Milli Məclisə təqdim etmək üçün "Təhsil krediti
haqqında" qanun layihəsini hazırlayıb. Əməkdaşımız Əli müəllimlə görüşüb layihə barədə ətraflı məlumat verməsini xahiş etmişdir.


Ali məktəblərdə adambaşına maliyyələşmə birmənalı qarşılanmır

25.01.10 - 12:56310 baxılıb


Bakıda 12 mərtəbədən yuxarı bina tikilməsi dayandırıla bilər

25.01.10 - 12:52298 baxılıb


Qacqınlar zəbt etdikləri mənzillərdən çıxarılacaqmı?

25.01.10 - 12:51487 baxılıb

"Dövlətqaçqınkom" qaçqınların yeni qəsəbələrə köçürülməsi ilə əlaqədar məskunlaşdıqları mənzillərdən çıxarılacaqlarına əmin edir

2010-cu ildə Bakı şəhərindəki yataqxana və sanatoriyaların binalarında yerləşən məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, hazırda Bakı şəhərində 60 yataqxanada 6100 ailə və ya 24 min məcburi köçkün yaşayır. Həmçinin sanatoriya binalarında 2836 ailə yaşayır ki, bu da 10 min nəfər deməkdir. Bundan başqa, paytaxtda vətəndaşların mənzillərinə sığınmış qaçqınların da oradan çıxarılması nəzərdə tutulur.


İctimai yerlərdə siqaret çəkilməsi qadağan edilə bilər

16.01.10 - 16:53208 baxılıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. Bu xoşagəlməz göstəricinin 2030-cu ilədək 8 milyondan çox olacağı proqnozlaşdırılır. Təəssüf ki, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi gözlənilir. Bu, çox təhlükəli rəqəmdir. ÜST-nin məlumatına görə, tütün böyüklər arasında hər on nəfərdən birinin ölümünə səbəbkardır, ondan mütəmadi istifadə edənlərin demək olar ki, yarısını öldürür.


Bir çox dərmanlar dərdə dəva olmur

11.01.10 - 12:06358 baxılıb

Adil Qeybulla: "Respublikamıza keyfiyyətsiz dərmanlar əsasən yaxın və uzaq şərq ölkələrindən gətirilir"

Pərviz Əzizbəyov: "Səhiyyə Nazirliyinin icazəsi olmadan gətirilən dərmanlar müsadirə olunaraq məhv edilir"

Son vaxtlar respublikamızda dərmandan zəhərlənmə halları artıb. Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarında respublikanın müxtəlif ərazilərində dərmandan zəhərlənmə nəticəsində vətəndaşların dünyasını dəyişməsi haqqında faktlara tez-tez rast gəlirik. Əksər xəstələrin dərmanları məhz həkim məsləhəti ilə qəbul etdiyni nəzərə alsaq, belə hadisələrdə həkimlərin də üzərinə məsuliyyət düşür.


Yeni ilin gəlişinə 5 gün qalıb

28.12.09 - 14:11578 baxılıb

Bu il də paytaxtda bir sıra maraqlı bayram tədbirləri keçiriləcək

2010-cu ilin gəlişinə 5 gün qalıb. Yeni illə yanaşı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması bayram sevincini daha da artırır. Paytaxtda əvvəlki illərin bayram əhvali-ruhiyyəsi hiss edilməsə də, bəzi ərazilərdə yolkalar qurulub. Amma, həmişə olduğu kimi, uşaqlar Şaxta Baba və Qar Qızın gəlişini səbirsizliklə gözləyirlər. Maraqlıdır, yeni il ərəfəsində paytaxtda hansı tədbirlər keçiriləcək? Bayram şənliyini restoranda, kafedə qeyd etmək imkanı olmayanları telekanallar hansı şou verilişlərlə əyləndirəcək?


Metropoliten təkliflərini Tarif Şurasına göndərib

28.12.09 - 14:10328 baxılıb


DÜNYA AZƏRBAYCANLILARINA

28.12.09 - 13:56353 baxılıb

Əziz həmvətənlər!
Hörmətli soydaşlar!

Milli birliyimizin rəmzinə çevrilmiş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hər il bütün soydaşlarımız ən əziz bayramlarından biri kimi qeyd edirlər. 1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilmiş və az sonra bütün ölkə miqyasında qəbul olunmuş bu bayram hər bir azərbay- canlıda öz ana Vətəninə məhəbbət, xalqına sədaqət, tarixi və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirir, bizi birləşdirən mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsinə xidmət edir.
Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini, onların mütəşəkkil, çevik və təsirli qüvvəyə çevrilməsini vacib vəzifə olaraq daim diqqətdə saxlayır, bu mühüm prosesə hərtərəfli dəstək verir. Diaspor quruculuğu sahəsində aparılan işlər artıq öz müsbət nəticələrini verməkdədir. Bu gün soydaşlarımız yaşadıqları dövlətlərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına hərtərəfli inteqrasiya olunur, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə fəal yardım göstərirlər. Azərbay- can reallıqlarının dünyaya təqdim olunmasında, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğində, erməni millətçilərinin qərəzli ideoloji fəaliyyətinin qarşısının alınmasında diaspor təşkilatlarımızın rolu danılmazdır. Biz xaricdəki həmvətənlərimizin dost ölkələrin lobbi və diasporları ilə sıx əməkdaşlığının qurulmasına da ciddi önəm verir, bu sahədə irəli sürülən təşəbbüsləri, atılan addımları həmişə birmənalı şəkildə müdafiə edirik.
Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma yurdu və etibarlı dayağıdır. Onu göz bəbəyi kimi qorumaq və gücləndirmək hər birimizin ümdə vəzifəsidir. Hazırda ölkəmiz öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Ötən illər ərzində həyata keçirilən islahatlar sabit və dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasına gətirib çıxarmışdır.
Bu il Azərbaycan iqtisadiyyatı dövrün çətin sınağından uğurla çıxmış, bütün dünyanı bürüyən ağır böhrana baxmayaraq yüksələn xətlə irəliləməkdə davam etmişdir. İndi biz cəsarətlə bəyan edirik ki, ölkəmizdə sosialist iqtisadiyyatından bazar münasibətləri sisteminə keçid dövrü başa çatmış, həmin mərhələyə xas olan problemlər həll olunmuşdur. Bütün bunlar xalqımızın rifah halının yüksəldilməsinə, sosial tələbatlarının ödənilməsinə, elm və mədəniyyətimizin tərəqqisinə, vətəndaşlarımızın hüquq və azadlıqlarının davamlı təmin olunmasına münbit şərait yaradır.
Azərbaycan dövləti qarşısına çıxan bütün çətinlikləri uğurla dəf edə bilir. Bu gün bizi narahat edən yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmaması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmamasıdır. Biz bu mürəkkəb, ağrılı məsələnin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün bütün zəruri tədbirləri görürük. Düşünürəm ki, gənc respublikamızın inkişafı yolunda əsas maneə olan bu problemin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar.
Əziz soydaşlar!
Hörmətli həmvətənlər!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sizi milli mənafelərimizin qorunması, müstəqil dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə sıx birləşərək daha səmərəli fəaliyyət göstərməyə dəvət edirəm.
Bu əziz bayram münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar arzulayıram!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2009-cu il


Aeroporta sərnişin avtobusu işləyə bilər

14.12.09 - 11:31345 baxılıb

Samir Həsənov: "Hazırda həmin xətt üzrə sərnişin avtobuslarının işləməsinin vəziyyəti öyrənilir"

Dünyanın əksər ölkələrində hava limanlarından şəhərin müxtəlif istiqamətlərinə sərnişin avtobusları işləsə də, respublikamız istisna təşkil edir. Bu gün də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına getmək üçün ancaq taksi xidmətindən istifadə etmək lazım gəlir. Taksilərin qiyməti isə heç də bütün vətəndaşların istifadəsi üçün əlverişli deyil. Metronun “Əzizbəyov” stansiyasından hava limanına getmək üçün ən azı 8 manat ödəmək lazım gəlir.


< 1 2 3 4 5 6 7 8 9 ... 13 14 15 16 17 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.