Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Baş bankir ən ehtiyatlı variant kimi manatı məsləhət bilir
2010-cu ildə maliyyə bazarında böhran meyillərinin davam etməsi və dünya valyutası hesab olunan dolların ucuzlaşması proqnozlaşdırıldığından bir çox ölkələr öz milli istehsalını yerli valyutalara transfer etməyi düşünür. Son üç ayda dünya dövlətlərinin malik olduğu valyuta ehtiyatlarının tərkibində dolların həcmi 67 faizdən 61-ə düşüb. Bu proses dolların qiymətdən düşməsi və onun ehtiyat valyuta rolunun azalmasına səbəb olduğunu göstərməkdədir. Bir çox ölkələrdə iri səhmdarlar və biznesmenlər pullarını qızıla yerləşdirməyə başlayıb.
Ərə verilən azyaşlı qızların nəinki valideynləri, yerli icra orqanları, oxuduqları məktəblərin rəhbərləri də məsuliyyət daşımalıdır
Bəşəriyyət nə qədər inkişaf etsə də, qadınlara qarşı zorakılıq, azyaşlı qızların ərə verilməsi gündəmdən düşmür. Bu gün də respublikamızın bir sıra bölgələrində azyaşlı qızlar məktəblərdən çıxarılır, zorla ərə verilir. Qızların erkən ərə verilməsi halları respublikamız müstəqillik qazandıqdan sonra daha da artıb. Əgər əvvəllər bu hallara daha çox cənub bölgəsində rast gəlinirdisə, indi erkən nikah bütün bölgələr üçün dəb halını alıb. Yetkinlik yaşına çatmamış qızların taleyi, tibbi və psixoloji cəhətdən ailə həyatına nə dərəcədə hazır olub-olmaması bu gün heç kimi narahat etmir. Əslində Ailə Məcəlləsinə görə, qadınlar 17, kişilər isə 18 yaşında nikaha girə bilərlər. Ancaq xüsusi hallarda yaş məhdudiyyətini 1 ilədək azaltmaq mümkündür. Bir çoxları üçün qanunun bu qadağası əhmiyyət daşımır.
Antiinhisar Dövlət Xidməti və Səhiyyə Nazirliyi süni qiymət artımını araşdıracaq
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti son günlər apteklərdə donuz qripi ilə əlaqədar qoruyucu maskaların satışında problemlərin meydana çıxmasını nəzərə alaraq sabahdan yoxlamalara başlayacaq. Səhiyyə Nazirliyinin mütəxəssislərinin də cəlb olunduğu monitorinq-yoxlamalar Bakı şəhərində və respublikaının digər bölgələrində fəaliyyət göstərən apteklərdə həyata keçiriləcək. Yoxlamalarda əsas məqsəd qoruyucuların qiymətlərinin süni şəkildə qaldırılmasının qarşısını almaqdan ibarətdir.
Vahid Əhmədov: “Böhrana görə 2 milyona yaxın əmanət sahibinin arzusunu ürəyində qoymaq düzgün deyil”
Gələn ilin dövlət büdcəsinin layihəsində Sovet dövründənqalma əmanətlərin qaytarılması üçün heç bir vəsait nəzərdə tutulmayıb. Prosesin təxirə salındığını qeyd edən maliyyə naziri Samir Şərifov bu pulların qaytarılması 2012-ci ildən tez mümkün olmayacağını vurğulayıb: "Baxmayaraq ki, bir neçə ildir əmanətlərin qaytarılması ilə bağlı məsələ gündəmə gətirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qax rayonunda olarkən demişdi: «Mən dünyanı görmüşəm, çox ölkələrdə olmuşam. Çox nadir hallarda belə gözəl təbiət, iqlim, hava-yəni turizmin inkişafı üçün lazım olan bütün şərait vardır. Siz Azərbaycanın belə, ən gözəl guşələrinin birində yaşayırsınız. Mən çox istəyirəm ki, burada insanların yaşaması üçün bütün şərait olsun».
Layiqli Əmək Uğrunda Ümumdünya Fəaliyyət Günü münasibətilə oktyabrın 6-da AHİK-in kiçik iclas zalında yığıncaq keçirilmişdir. Sahə həmkarlar ittifaqı komitələrinin liderlərinin, fəallarının toplaşdığı yığıncaqda AHİK sədrinin müavini Aqil Dadaşov qeyd olunan günün əhəmiyyəti barədə danışmışdır. Demişdir ki, hər müəssisədə, təşkilatda insanların layiqli əməklə təmin edilməsi istiqamətində müntəzəm, səmərəli tədbirlər həyata keçirilir.
Mənzil tikən şirkətlə vətəndaş arasında bağlanan ilkin müqavilə mülkiyyət hüququnu təsdiq etmir
Bakıda sakinlərin mənzil problemi hələ də aktual olaraq qalır. Mənzili olmayanlar da, yeni mənzil almaq istəyənlər də, hətta mənzil alanlar da müəyyən problemlərlə qarşılaşır. Hazırda daha çox narahatlıq yaradan məsələlərdən biri vətəndaşların tikinti şirkəti tərəfindən aldadılması və binaların keyfiyyətsiz inşa edilməsi ilə bağlı sonradan sökülməsidir. Yaxın vaxtlarda paytaxtda keyfiyyətsiz inşa edilən 50-yə yaxın binanın söküləcəyi bildirilir. Hündürmərtəbəli binaların sökülməsinə səbəb kimi onların inşasında tikinti normalarına riayət edilməməsi, yaxud qəzalı olması göstərilir.
Cahangir ƏLİYEV, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.
Hələ 90-cı illərdə ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə demişdi: «Azərbaycanın böyük potensialı var. Bu iqtisadi potensialdan səmərəli istifadə etmək lazımdır». Ulu öndərimiz hakimiyyətdə olduğu illər ərzində bu potensialın üzə çıxması, onun nəticələrinin dövlətçiliyimizin formalaşmasına, xalqın rifahının yüksəldilməsinə, Azərbaycanın beynəlxalq aləmdə siyasi-iqtisadi mövqeyinin möhkəmləndirilməsinə yönəldilməsi üçün əvəzsiz işlər görmüşdür. H. Əliyevin neft strategiyası müstəqilliyimizin təminatçısına çevrildi.
Samir Həsənov: "Hazırda əsas diqqət nəqliyyatın intellektual idarəetmə sisteminin qurulmasına yönəldilib"
Azərbaycanda nəqliyyat sistemində qayda-qanun yaradılması istiqamətində görülən işləri hələ ki, yetərli hesab etmək olmaz. Hazırda taksi fəaliyyətində özünü göstərən problemlər daha çox nəzərə çarpır. Bu gün paytaxtda istənilən avtomobilin üzərinə "taksi" nişanı qoyularaq sərnişindaşıma ilə məşğul olmasının şahidi oluruq. Metro stansiyalarının çıxışında, avtobus dayanacaqlarında necə gəldi dayanan taksilər bir tərəfdən də tıxacların yaranmasına səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatı isə payız-qış aylarında virusun daha çox yayılacağını bildirir
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri uzunmüddətli tədqiqatlardan sonra donuz qripinə qarşı vaksini tapa biliblər. Vaksinin istehsalı üçün tələb olunan virus artıq laboratoriya şəraitində əldə edilib. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çan bildirib ki, donuz qripinə qarşı yeni vaksin sentyabr və ya oktyabr ayında hazır olacaq. Onun sözlərinə görə, hazırda ÜST vaksin istehsalçıları ilə əməkdaşlığı sürətləndirir.
Müsahibimiz Bakı Metropoliteninin rəis müavini, tikilən Metropoliten Müdiriyyətinin rəisi Arif Rəsulovdur
- Paytaxtdımızda yerüstü yollar şəbəkəsi sürətlə genişlənməkdə və yaxşılaşmaqdadır. "Nəsimi" metrostansiyasını istisna etməklə yeraltı magistralın, necə deyərlər, "boyartımı" nəzərə çarpmır.
- Mən belə deməzdim. Ölkə başçısının xüsusi tapşırıqları və diqqəti sayəsində metro tikintisində 15 illik fasilədən sonra canlanma müşahidə olunur. Bakı Metropoliteninin və "Azərmetrotuneltikinti" İdarəsinin mütəxəssisləri tərəfindən yeraltı magistralın inkişaf planı işlənib hazırlanıb. Planda stansiyaların sayının 20-dən 60-a çatdırılması nəzərdə tutulub. Metro xətləri paytaxtın giriş qapılarına - Şıx, Qurd qapısı ərazilərinə, Xırdalana qədər uzadılacaq. Yeni Əhmədli, Yeni Günəşli, Köhnə Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrinin sakinləri də metronun xidmətindən istifadə etmək imkanı qazanacaqlar. Hələlik "Nəsimi" stansiyasının davamı kimi "Azadlıq prospekti" stansiyası inşa olunmaqdadır.
Sərhəd-keçid məntəqələrində 348 nəfər şübhəli qismində qeydiyyata alınıb
Dindarlar Həcc ziyarətinin təxirə salınmasını məqbul hesab edirlər
İyul ayı ərzində A/H1N1 (donuz qripi) virusundan dünyasını dəyişənlərin sayı 300 nəfəri ötüb. Ümumilikdə isə virus artıq 700-ə qədər insanın həyatına son qoyub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, A\H1N1-in qarşısını almaq məqsədi ilə bütün lazımi tədbirlər həyata keçirilsə də, qrip "qurban"larının sayını artırmaqda davam edir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.