Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əcnəbilər Azərbaycanda, azərbaycanlılar isə xaricdə istirahətə üstünlük verirlər

20.07.09 - 10:19383 baxılıb

Güzəştli kreditlər turist qıtlığının qarşısını ala bilər

Turizm mövsümü artıq iyunun 13-dən açıq elan edilib. Ölkə ərazisində fəaliyyət göstərən 300-dən artıq istirahət mərkəzi turistlərin ixtiyarına verilib. Ötən il Azərbaycanın istirahət mərkəzlərində 1 milyon 300 mindən artıq turist dincəlib. Turistlər arasında Rusiya, İran və Türkiyədən olanlar çoxluq təşkil edib. Qonşu ölkələrdəki turistlərdən fərqli olaraq, Azərbaycan əhalisi nədənsə daha çox xaricdə istirahət etməyə üstünlük verirlər. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, buna səbəb maliyyə xərcləridir.
Yəni respublika ərazisində birgünlük istirahətə çəkilən xərclə xarici ölkələrdə bir həftə istirahət etmək mümkündür. Azərbaycanda istirahətin həddindən artıq baha başa gəlməsini müvafiq strukturlar da təsdiq edirlər.


Qlobal istiləşmə planeti təhlükə qarşısında qoyub

13.07.09 - 10:21388 baxılıb

Havanın temperaturu 41 dərəcəyə çatdığı halda iş dayandırılmalıdır

Planetdə qlobal istiləşmənin baş verəcəyi ilə bağlı məlumatlar son illər xeyli aktuallaşıb. Beynəlxalq qurumların ekspertləri problemin ciddi olduğunu dəfələrlə bildirsələr də, bunun qarşısını almaq üçün hələ də heç bir əsaslı addım atılmır. Son illər isə qlobal istiləşmə artıq özünü açıq göstərməyə başlayıb. Belə ki, son vaxtlar qalıq yanacaqların yandırılması, meşələrin məhv edilməsi, sürətli əhali artımı və cəmiyyətdəki istehlak meylinin artması kimi səbəblərdən atmosferdə karbondioksid və diazot monoksit qazlarının miqdarı xeyli artıb.


İnformasiya əldə etməyin çətinlikləri

13.07.09 - 10:18325 baxılıb

Arif Əliyev: "Problemin kökündə duran səbəblərdən biri qanunvericiliyin kifayət qədər öyrənilməməsidir"

Osman Gündüz: "İnformasiya verməkdən imtina ilə bağlı qanunvericiliyin tələbləri sərtləşdirilməlidir"


Sərinləşdirici içkilərin və dondurmaların çoxu təhlükəlidir

06.07.09 - 10:19486 baxılıb

İmran Abdullayev: “Bu məhsulların bir çoxunda salmanelloz və bağırsaq çöpləri mövcuddur”

Son günlər istehlak bazarına nəzarət edən strukturların intensivləşən yoxlamaları zamanı xeyli miqdarda keyfiyyətsiz məhsullar aşkar edilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və İqtisadi İnkişaf Nazirliyinin apardığı monitorinqlərin nəticələrinə görə, satış şəbəkələrindəki qazsız su, ayran, qazlı su, minerallar, dovğa, dondurma, şirələr, kokteyl və pivə məhsullarının böyük əksəriyyəti saxta və keyfiyyətsizdir.


Bakı Paris və Roma ilə müqayisədə bahalı şəhərdir

06.07.09 - 10:17392 baxılıb

Ölkəmizin paytaxtı bahalılığına görə dünyada 20-ci yerdə dayanır

Böyük Britaniyanın "ECA İnternational" şirkəti dünyadakı ən bahalı şəhərlərin yeni reytinq siyahısını açıqlayıb. Şirkətin məlumatına əsasən, dünyanın ən bahalı şəhəri Anqolanın paytaxtı Luandadır. Bahalı şəhərlər qrupuna Luanda ilə yanaşı Yaponiyanın Tokio, Naqoya, Yokoqama və Kobe şəhərləri də daxildir. Eyni zamanda Danimarkanın paytaxtı Kopenhagen Avropanın ən bahalı şəhərləri sırasına aid olunur. Nyu-York siyahıda 17-ci yeri tutur. Rusiyanın paytaxtı Moskva isə 23-cü yerdə qərarlaşıb.


Mobil telefonlardakı əcaib görüntülər insanları şoka salmaqda davam edir...

22.06.09 - 16:25474 baxılıb

Son vaxtlar mobil telefonlar müxtəlif funksiyaları ilə yanaşı, fəsadları ilə də istifadəçiləri şoka salıb. Əgər bir neçə il öncə mobil telefonlardan yalnız əlaqə saxlamaq üçün istifadə edilirdisə, indi bu vasitədən müxtəlif əcaib görüntüləri yaymaq, insanları şantaj etmək məqsədi ilə istifadə etməyə başlayıblar. Bu hal demək olar ki, qlobal xarakter alıb. Məlumat üçün bildirək ki, artıq Çində müvafiq strukturlar pornoqrafik resurslarla mübarizə üçün kampaniyaya start veriblər. Həmin kampaniya fırıldaqçıların veb-saytlarının zərərsizləşdirilməsinə yönəldilib. Veb-sayt və çatları nəzarətdə saxlayan xüsusi kiberpolis dəstələri Çinin internet seqmentində yerləşən müvafiq resurslara çıxışları tapıb bağlayır. O da bildirilir ki, sözügedən ölkədə ən iri pornosaytın yaradıcısı məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.


Fərdi təsərrüfatlarda çalışan şəxslərin gələcək pensiya təminatı sual altındadır

16.06.09 - 13:51474 baxılıb

Musa Quliyev: "Özlərinin fərdi təsərrüfatlarında işləyənlərə izah edilməlidir ki, sığorta ödəməsələr, gələcəkdə təqaüd ala bilməyəcəklər"

Hazırda respublikanın regionlarında əhalinin sosial sığorta ödənişləri aşağı səviyyədədir. Kənd yerlərində özəl təsərrüfatlarda çalışan şəxslərin əksəriyyəti sosial sığortaya cəlb olunmayıb. Bu da həmin vətəndaşların pensiya yaşına çatdıqda təqaüdə çıxmasında müəyyən poroblemlər yaradacaq.


Vətəndaşların mülkiyyət hüququ pozulur

16.06.09 - 13:48548 baxılıb

İntiqam Əliyev: "Hətta tikilinin özü qanunsuz sayılsa belə, tikinti materiallarının üzərində vətəndaşların mülkiyyət hüququ var"

Nizaməddin Rzayev: "Neft mədənləri ərazisində qanunsuz tikinti aparanlara dəfələrlə xəbərdarlıq edilib"


Türk Dünyasında İlk Cümhuriyyət

08.06.09 - 12:37261 baxılıb

Bu tarixi hadisə ilə əlaqədar AHİK-də yığıncaq təşkil olundu

Bu il mayın 28-də Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olan Azərbaycan Xalq Cümhuriyyətinin 91-ci ili tamam oldu. Bu münasibətlə AHİK-də təntənəli yığıncaq keçirildi. Yığıncağı giriş sözü ilə açan AHİK-in sədr müavini Aqil Dadaşov bildirdi ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.


MİLLİ SƏRVƏTİMİZƏ DÖVLƏT QAYĞISI

24.05.09 - 9:52325 baxılıb

Nizami muzeyi yeni ampluada

Noyabrın 1-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətə başlamasının 70 ili tamam olur. Ölkə rəhbərliyi səviyyəsində bu əlamətdar hadisəyə böyük hazırlıq işləri görülür. Bir neçə gün əvvəl muzeyin əsaslı təmiri başa çatmış, bu ədəbiyyat məbədi qapılarını geniş tamaşaçı kütləsinin üzünə açmışdır. Əməkdaşımız görülən və görülməsi nəzərdə tutulan işlər və sair məsələlər ətrafında muzeyin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovla söhbət aparmışdır. Həmin söhbəti oxucularımıza təqdim edirik.


Azyaşlıların axşam saatlarında hərəkətinə qadağa qoyula bilər

18.05.09 - 17:58392 baxılıb

Nabil Seyidov: "Uşaqların hərəkətinin müəyyən saatlarda məhdudlaşdırılması ilə yanaşı,onların asudə vaxtlarının təşkili məsələsinə də önəm verilməlidir"

Rusiyada azyaşlıların axşam saat 22-dən səhər saat 6-ya qədər ictimai yerlərdə olması qadağan edildi. Bu müddətdə 18 yaşına çatmamış uşaqların alkoqollu içkilərin satıldığı və istifadə edildiyi yerlərə valideynlərinin müşayiəti olmadan internet-kafelərə, stadionlara, parklara getməsinə imkan verilməyəcək.


Tikinti sektorunda ölüm halları artır

18.05.09 - 17:46426 baxılıb

Musa Quliyev: "Tikinti şirkətləri işçini 10-12 saat işləməyə məcbur edir ki, nəticədə sayıqlıq azalır və arzuolunmaz hadisələr baş verir"

Əvəz Nəbiyev: "Qanunvericilikdə işçinin öz peşəsinə uyğun sahələrdə çalışması əksini tapsa da, işəgötürənlər bu tələbə riayət etmirlər"


Yas çadırlarının kirayəsi ən gəlirli sahəyə çevrilir

18.05.09 - 17:44430 baxılıb

Fariz Səmədov: "Yas çadırlarının kirayəsi ilə məşğul olan şəxslər əldə etdikləri gəlirlərə uyğun vergi ödəyirlər"

Maliyyə böhranı, bütün dünyada olduğu kimi, Azərbaycana da təsirsiz ötüşməyib. Böhran nəticəsində əksər sahələrdə ucuzlaşma qeydə alınır. Respublikamızda da qiymət azalması müşahidə edilir. Son aylar ərzində bahalaşan ancaq yas çadırlarının kirayə qiyməti olub. Bu iş hazırda ən gəlirli sahəyə çevrilib desək, bəlkə də yanılmarıq. Maraqlıdır, görəsən yas çadırlarının kirayəsi hansı əsaslarla müəyyənləşir və bu sahə nə dərəcədə vergiyə cəlb olunur?


Ağxalatlılar attestasiyadan keçməkdən qorxurlar?

12.05.09 - 15:12603 baxılıb

Həkimlərin buna maddi marağı yoxdur, yoxsa…

Cari ilin iyununda Səhiyyə Nazirliyi həkimlərə ixtisas dərəcəsinin verilməsinə başlayacaq. Proses terapiya, pediatriya, cərrahiyyə, mamalıq-ginekologiya ixtisasları, təcili və təxirəsalınmaz tibbi yardım sahələrini əhatə edəcək.


Siyahıyaalmanı həyata keçirmək üçün 24 000 əməkdaş cəlb edilib

06.04.09 - 13:56505 baxılıb

Ziyad Abbasəliyev: "Əhali onlara təqdim olunan 35 sualın hər birinə şifahi cavab verəcək"

Azərbaycan əhalisinin siyahıya alınması aprelin 13-dən 20-dək həyata keçiriləcək. Ölkə əhalisinin siyahıya alınmasını həyata keçirmək üçün 24 min nəfərdən artıq adam cəlb olunub. Dövlət Statistika Komitəsinin (DSK) aparat rəhbəri Ziyad Abbasəliyevdən aldığımız məlumata görə, siyahıyaalma üçün sorğu vərəqələrinə 35 sual daxil edilib:


Azərbaycan qadını hətta bəzi inkişaf etmiş dövlətlərin qadınlarından da ağıllı və güclüdür

10.03.09 - 13:25407 baxılıb

Martın 8-nin Beynəlxalq Qadınlar Günü elan edilməsi haqqında qərar 1910-cu ildə - sosialist qadınların Kopenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.


Xocalı faciəsi uşaqların gözü ilə

03.03.09 - 16:01572 baxılıb

Xocalı faciəsi 17 il əvvəl baş versə də, xalqımızın yaddaşına qanlı, pozulmaz, silinməz sətirlərlə həkk olunmuşdur. Faciədən çox-çox sonra dünyaya gəlmiş Azərbaycan vətəndaşları da Xocalı soyqırımının dəhşətini dərk edir, qəlbində soykökünə qarşı törədilmiş vəhşi təcavüz kimi yaşadır. Qax rayonunda Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunmuş "Xocalı əsrin faciəsidir" adlı rəsm müsabiqəsi də yeniyetmələrimizin qarı düşmənin xalqımızın başına gətirdiyi müsibətlərdən tam xəbərdar olduğundan xəbər verdi.


“Süni mayalanma" və “suraqat ana" qalmaqalı səngimək bilmir

03.03.09 - 16:00639 baxılıb

Aynur Camalqızı:
"Bir donordan bir dəfədən
artıq istifadə bir-birindən
xəbərsiz yaxın qohumlar
yaradar"

Gülər Əhmədova:
"Qadınlara qanunla yalnız
bir dəfə suraqat ana olmaq hüququ verilməlidir"

Allahşükür Paşazadə:
"Ata-anasız, laboratoriya
şəraitində uşaq yaratmaq
olmaz"


Görkəmli alim, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr edilmiş kitabın təqdimatı olmuşdur

23.02.09 - 13:18606 baxılıb

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən "Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu"nun ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri, şair-publisist Mirkazım Seyidovun Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş "İnsanlığın düz ünvanı" poemasının təqdimatı olmuşdur.


“Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılışı

23.02.09 - 13:17815 baxılıb

Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak etmişdir

Heydər Əliyev Sarayında "Bakı - İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimi olmuşdur.


< 1 2 3 4 5 ... 7 8 9 10 11 ... 13 14 15 16 17 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.