Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Qanverənlərin sayının artması pullu donorlara olan ehtiyacı aradan qaldırdı. Belə ki, 2003-cü illə müqayisədə 2008-ci ildə qanvermələrin sayı 3 dəfəyə qədər artıb.
Cahangir Qocayev: "Bu ərazilərdə yeni bina tikmək istəyən sahibkarlar hələ ki yoxdur"
Emil Axundov: "Bakının hansısa ərazisindəki evlərin sökülməsi ilə bağlı məmurların açıqlamaları onların şəxsi rəyləridir"
Paytaxtın əksər əraziləri son bir neçə ildə əsl tikinti meydançasına çevrilmişdi. Amma sökülməsi barədə uzun müddət söhbət gedən "Sovetski", "Papanin", "Kubinka" kimi tanınan ərazilərdəki birmərtəbəli evlər hələ də qalmaqdadır. Halbuki həmin ərazilərdə evlərin çoxu ötən əsrin əvvəllərində tikilən birmərtəbəli "gecəqondu"lardır. Bakı meri Hacıbala Abutalıbov 2006-cı ilin sonunadək həmin ərazilərdə bir dənə də olsun "gecəqondu"nun qalmayacağını bildirmişdi. Göründüyü kimi, bu, reallaşmadı.
Nəriman Əliyev: "İnsanların köçürülməsi zərurəti yaranırsa, onlar eyni ölçüdə yaşayış yeri ilə təmin olunmalıdırlar"
Son günlər Bakının mərkəzində yerləşən daha bir ərazinin sökülməsi məsələsi gündəmə gəlib. Heydər Əliyev Sarayının arxasındakı evlər sökülərək yerində park salınması nəzərdə tutulur. Bu isə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub. Vəziyyəti öyrənmək üçün həmin ərazidə olduq. Sakinlərlə görüşdük. Onlar ərazidən köçürülmələri barədə hələlik heç kimdən rəsmi göstəriş, məktub almadıqlarını bildirdilər. Neçə illərdir paytaxtda parkları söküb yerində çayxana, şadlıq evləri, villa tikildiyini bildirən sakinlər evləri söküb yerində park salınacağına inanmır.
Osman Gündüz: “Çox təəssüflər olsun ki, yerli telekanllardan auditoriyanı qaneedəcək informasiya almaq mümkün deyil”
Yerli telekanallarda türk seriallarının nümayişinin dayandırılması gözlənilən nəticəni vermədi. Telekanallar seriallarla bərabər, çoxlu sayda tamaşaçı da itirdilər. Uzun müddətdir izlədikləri filmin davamının və qəhrəmanlarının sonrakı taleyinin necə olacağını bilmək istəyən tamaşaçıların bir qismi problemin həllini disk və çanaq antenaların satışı mağazalarında axtarmağa başlamışlar.
Qabil Hüseynli: "Hər halda Obamanın Buşun apardığı siyasətdən pozitiv şəkildə fərqli olacağını söyləmək olar"
Vəfa Quluzadə: "Hamı ümid edir ki, Barak Obama Amerikanı sağaldıb, dünyaya müsbət təsir göstərəcək"
Eldar Namazov: "Barak Obama andiçmə zamanı dünyaya çox böyük mesaj verdi"
"Amerika Birləşmiş Ştatları real təhlükələrlə üz-üzədir. Ölkəmiz əlimiz çətin çatan zorakılıq şəbəkəsi ilə müharibə vəziyyətindədir. İqtisadiyyatımız ciddi şəkildə zəifləyib. Bunun səbəbi bəzilərinin məsuliyyətsizliyi və tamahkarlığı, eləcə də bizim ümumi uğursuzluğumuzdur. Biz köhnə dostlarımız və düşmənlərimizlə nüvə təhlükəsini azaltmaq və iqlim istiləşməsi prosesini geriyə hərəkət etdirmək üçün yorulmadan işləyəcəyik".
Osman Gündüz: "Azərbaycanda internet taarifləri Avropada ən baha hesab olunan Türkiyə internetindən 20 dəfə yüksəkdir"
Tarif Şurası internet xidmətlərinin göstərilməsi üçün zəruri olan rəqəmsal kanallara tarifləri azaltmaq barədə qərar qəbul edib. Həmin qərarın qüvvəyə minməsindən sonra ölkədə internet provayderlərinin təqdim etdikləri xidmətlərin maya dəyərinin 15-20 faiz azalması gözlənilir.
Yaxın aylarda torpaqların hərraclarla satılmasına başlanılacaq
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2007-ci ilin dekabrın 1-dən sonra vətəndaşlara bələdiyyələr və icra hakimiyyətləri tərəfindən satılan torpaq sahələrinə mülkiyyət hüququ verilməyəcəyini bildirir.
Emil Axundov: "Həmin ərazidə əhalinin bir neçə faizi yaşadığından, maraqlıdır, yeraltı qaraj kimə lazım olacaq?"
"Sahil bağı"nda "26 Bakı Komissarı" abidəsinin sökülməsinə başlanılıb. Dörd tərəfi hasara alınmış ərazidə söküntü işlərinə bir neçə gündür ki, start verilib. Monumental abidənin ətrafına düzülmüş üzlüklər sökülür, abidənin özünün götürülməsi üçün hazırlıq işləri aparılır. Ərazinin ətrafı hasara alındığından söküntü işlərini yaxından izləməyə icazə verilmir. Səbayel Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, aparılacaq təmir işləri üçün layihə sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Şəhərsalma və Memarlıq Baş İdarəsi tərəfindən hazırlanıb.
Musa Quliyev: "Həkimlərin xəstələrdən pul alması o zamanadək davam edəcək ki, onlar öz zəhmətinin müqabilində lazımi əməkhaqqını alsın"
Vüqar Bayramov: "Səhiyyə sistemində neqativ halların qarşısının alınması üçün köklü islahatların aparılmasına ehtiyac var"
Respublikamızda ödənişsiz tibbi xidmətin tətbiqindən bir il ötsə də, bu sahədə hələ də problemlər qalmaqdadır. Artıq problemin mövcudluğu Səhiyyə Nazirliyində də ən yüksək səviyyədə etiraf edilir. Amma 100 mindən artıq tibb işçisinin olduğunu əsas gətirilərək nöqsanlar barədə müvafiq ölçü götürüldüyü vurğulanır. Maraqlıdır ki, ödənişsiz tibbi xidmətin tam tətbiqi üçün hansı addımlar atılmalıdır?
Vurğun Əyyub: "Bu sistemi gələcəkdə bütövlüklə ali məktəbə qəbula aid etmək lazımdır"
Şahlar Əsgərov: "Təkrar ümumi test imtahanının keçirilməsi ilə ədalət prinsipi pozulur"
2009-2010-cu tədris ilindən başlayaraq ali məktəblərin magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçiriləcək. Yeni model tətbiq ediləndən sonra bakalavr və magistratura təhsili almaq istəyən hər bir şəxs informatikadan imtahan verəcək. Belə ki, birinci mərhələdə xarici dil, məntiqi təfəkkür, informatika üzrə lazımi bal topladıqdan sonra bakalavr ikinci mərhələyə buraxılacaq. İkinci mərhələdə isə ixtisas üzrə imtahanlar keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında hesab edirlər ki, imtahanları iki hissəyə bölməkdə əsas məqsəd daha savadlı mütəxəssislərə magistraturaya qəbul olunma şansı yaratmaqdan ibarətdir.
Oxucuların kitabxanalara getməməsinin səbəbini kitabxanaların özündə axtarmaq lazımdır
Son illər əhali arasında kitab oxumağa marağın azaldığının şahidi oluruq. İnformasiya almaq imkanlarının genişlənməsi, internet insanların istər bədii, istərsə də elmi ədəbiyyat oxumağa marağını azaldıb. Respublikamızda əsas elm ocaqlarının paytaxtda cəmlənməsi səbəbindən Bakıda kitabxanaların və kitab mağazalarının zənginliyi bölgələrdən həmişə fərqlənib. Elə buna görə də paytaxt sakinlərinin son vaxtlar hansı kitabları aldıqlarını öyrənmək üçün şəhərdəki bir neçə kitab mağazasına baş çəkdik.
Dünən Bakı Yüksək Gərginlikli Elektrik Şəbəkəsi MMC Həmkarlar İttifaqı Komitəsi "Azəri 888" Şadlıq Sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirmişdir.
XXI əsrin həyatımıza gətirdiyi bir yenilik də evimizdən çıxmadan öz müğənnimizi, öz aşığımızı, öz meyxanaçımızı seçmək imkanının yaranmasıdır. Əslində biz onları özümüz üçün yox, öz pulumuzla onlar üçün seçirik. Bu sayaq televiziya yarışları təzə-təzə başlayanda "onlardan mənə nə?" deyib düşünənlər də var idi, "bir sms-lə kasıb düşməyəcəyəm" fikirləşib bütün qohum-əqraba ilə bayramlaşmağa kifayət edən konturundan keçib gənc istedadın parlamasına sərf edən də. Hər halda əvvəllər az qala hamı belə düşünürdü.
AVROPADA BAL SİSTEMİ TƏTBİQ EDİLSƏ DƏ, AZƏRBAYCANDA NƏ MÜƏLLİMLƏR, NƏ DƏ ŞAGİRDLƏR HƏLƏ BUNA HAZIR DEYİLLƏR"
Mətbuata açıqlama verən Təhsil naziri Misir Mərdanov bildirib ki, orta ümumtəhsil məktəblərində gündəlik qiymətləndirmə prosesindən uzaqlaşmaq lazımdır. Şagirdlərin biliyini test üsulu və ya fərdi sorğu şəklində daha real müəyyənləşdirmək olar.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Bakı Dövlət Universitetində "Gənclərin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsinin motivasiyası: təkliflər, problemlər, perspektivlər" mövzusunda seminar keçirmişdir. Tədbirdə RK sədrinin müavini Mirzə Cəfərzadə məruzə etmişdir. Paytaxtda fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbə həmkarlar ittifaqı komitə sədrlərinin çıxışları dinlənilmişdir. Sonra seminar iştirakçıları müzakirə və çıxışlar ətrafında təkliflərini, iradlarını bildirmiş və suallar vermişlər.
Əlövsət Əliyev: "Azərbaycan dövləti bu cür hadisələrə ciddi reaksiya verməlidir"
Hər il Rusiyada ksenofobiya zəminində yüzlərlə adam öldürülür. İnsan haqları üzrə Moskva bürosunun məlumatına görə, təkcə 2008-ci ilin 10 ayı ərzində ksenofobiya zəminində 254 hücum faktı qeydə alınıb. Nəticədə 113 nəfər öldürülüb, 340 nəfər xəsarət alıb. Öldürülənlər arasında 8 azərbaycanlı da var. 23 nəfər soydaşımız isə yaralanıb. Maraqlıdır, soydaşlarımıza qarşı törədilən belə halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Samir Həsənov: "Çalışırıq ki, sərnişinlər bir ünvana 2-3 avtobus dəyişməklə yox, bir avtobusa minməklə çata bilsinlər"
Paytaxtda sərnişin daşınmasında bir sıra tədbirlər həyata keçirilsə də, problemlər hələ də qalmaqdadır. Şəhərin mərkəzində mikroavtobusların hərəkətinə qoyulan qadağadan sonra bir sıra marşrutların istiqamətində dəyişikliklər edilir.
Son zamanlar Azərbaycanın iqtisadiyyatının uğurlu inkişafı dünyanın bir çox işgüzar adamlarını respublikamıza cəlb edir. Şübhəsiz, bu, sevindirici haldır. Ancaq təəssüflər olsun ki, ölkəmizdə sərmayə qoyan və yaxud birgə şirkət yaradan iş adamlarından bəziləri Azərbaycan Respublikası qanunlarını, nəticədə vətəndaşlarımızın hüquqlarını pozurlar.
Əmək və Sosial Münasibətlər Akademiyasında "İslamda elm" mövzusunda konfrans keçirilmişdir. Akademiyanın Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və kitabxananın birgə təşkil etdiyi tədbirə leytmotiv kimi Fatir surəsindəki "Üç adama savab düşər: soruşana, öyrədənə, dinləyənə" sözləri seçilmişdir.
Bir neçə gün əvvəl M.F.Axundov adına Milli Kitabxanada "Gender bərabərliyi" mövzusunda seminar keçirilib. Tədbirin təşkilatçısı olan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Gender Bərabərliyi və Qadın Problemləri İşi üzrə Komissiyanın sədri Arifə xanım Zülfüqarova ölkədə zəif cinsin nümayəndələrinin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışmışdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.