Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Hörmətli İsmət müəllim, Sizi və Sizin şəxsinizdə respublikanın bütün kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza jansağlığı, xoşbəxtlik və yüksək əmək nailiyyətləri arzulayıram.
Dövlət Müstəqilliyi Günü ərəfəsində Azərbaycan Həmkarlar İttifaqlarının bir qrup məsul işçisi bu qurumun himayəyə götürdüyü C.Naxçıvanski adına hərbi liseydə olmuşdur. Onlar dərs ilinin yekunlarına görə fərqlənən kursantlara və komandirlərə mükafatlar təqdim etmişlər. 15 kursant, eləcə də gələcək hərbçilərin hərbi-vətənpərvərlik hislərinin formalaşdırılmasında, hərbi birliklərinin təkmilləşdirilməsində xüsusi xidməti olan 5 tağım və 3 bölüm komandirinə AHİK-in diplomu və sahə həmkarlar ittifaqlarının pul mükafatları verilmişdir.
Əmək və Sosial Münasibətlər Akademiyası oktyabrın 17-də Dövlət Müstəqilliyi Günü münasibətilə yığıncaq keçirdi. Yığıncaqda akademiyanın müəllim, tələbə kollektivindən başqa BDU, SDU, Neft Akademiyasının tələbələri də iştirak edirdilər.
Ekspertlərin fikrincə, İlham Əliyevə seçkilərdə göstərilən etimad həm də mövcud siyasi kursa olan dəstəkdir
Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirildi. Qalibi müəyyənləşdirmək üçün seçkilərin nəticələrini çox gözləmək lazım gəlmədi. Səsvermə günü axşam ilkin nəticələr açıqlandıqdan dərhal sonra prezidentliyə 7 nəfər namizəddən 6-sı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi qalib gəlməsi münasibətilə təbrik etdilər. Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun məlumata görə isə, İlham Əliyev seçicilərin 88,64 faiz səsini qazanaraq ikinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilib.
Musa Quliyev: "Son 5 ildə Azərbaycanın dövlətçilik tarixində görünməmiş bir iqtisadi yüksəliş müşahidə edildi"
Artıq Azərbaycanda keçirilən prezident seçkilərinin ilkin nəticəsi açıqlanıb. Prezidentliyə namizəd İlham Əliyev digər rəqiblərini böyük səs fərqi ilə üstələyərək yenidən növbəti 5 il üçün Azərbaycan Prezidenti seçilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumatlara görə, İlham Əliyev seçicilərin 88,73 faizinin səsini toplayıb. İlham Əliyevin yenidən prezident seçilməsini şərtləndirən amillər sırasında onun son 5 ildə həyata keçirdiyi siyasətin mühüm əhəmiyyəti olub. Bu amillərə Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının üzvü, millət vəkili Musa Quliyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
Azərbaycandan xaricə işləməyə gedən miqrantların 22 faizini qadınlar təşkil edir
Gələn ilin yanvarın 1-dən Rusiya ərazisində keçmiş Sovet pasportu etibarsız sayılacaq. Bu barədə məlumat verən Miqrasiya Resurs Mərkəzinin rəhbəri Azər Allahverənovun sözlərinə görə, Rusiya vətəndaşlığını almaq istəyənlər üçün sadələşdirilmiş qaydalar tətbiq edilib. Məlumdur ki, keçmiş sovet pasportu əksər respublikalarda hüquqi qüvvəsini itirib. Ancaq Rusiyada pasportların hüquqi qüvəsilə bağlı müddət uzadılıb. Sovet pasportu gəzdirənlərin Rusiya vətəndaşlığını qəbul etməsi qaydaları sadələşdirilsə də, müəyyən məhdudiyyətlər qoyulub. Məsələn, Rusiyada doğulub, lakin hazırda xaricdə yaşayanlar Rusiya Federasiyasının vətəndaşı ola bilərlər. Həyat yoldaşı Rusiya vətəndaşı olan və 3 il birlikdə yaşayanlar da vətəndaşlıq ala biləcəklər. Bu qaydalar Böyük Vətən Müharibəsinin iştirakçıları üçün də keçərlidir. Sovet pasportu gəzdirənlər müəyyənləşdirilmiş şərtlərə cavab verdikdə vətəndaşlıq üçün müraciət edə bilər".
Bir-birilə ötüşən marşrut sürücülərinə isə intellektual idarəetmə sistemi nəzarət edəcək
"Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sistemi" layihəsi üzrə Koreyanın "SK C&C" şirkəti ilə danışıqlar başa çatıb. Yeni sistemin tətbiqindən sonra Bakı şəhərində sərnişindaşıma sahəsində nəqliyyatın hərəkətinin intensivləşdiriləcəyi, nəqliyyatdan istifadə imkanlarının artırılacağı və paytaxtın küçələrindəki tıxacların aradan qaldırılacağı xəbər verilir.
Nabil Seyidov: "Hər il minlərlə uşaq övladlığa və qəyyumluğa verilsə də, onların taleyi ilə heç də həmişə maraqlanmırlar"
İnternat evlərində saxlanılan uşaqların ailələrə verilməsi ilə bağlı məsələ uzun müddətdir müzakirə obyektidir. Hazırda uşaqların ailələrə verilməsi mexanizmlərini müəyyənləşdirmək üçün Təhsil Nazirliyi tərəfindən müəyyən proqram da hazırlanır. Bununla yanaşı, internat evlərində saxlanılan uşaqların övladlığa verilməsi həyata keçirilir. Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidovla söhbətimizdə bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.
Demokratiya sahəsində böyük uğurlar əldə etmiş dövlətlərin təcrübəsi göstərir ki, hər bir seçkinin demokratikliyini təmin edən şərtlər sırasında siyasi iradə ilə yanaşı, təkmil seçki qanunvericiliyinin mövcudluğu da böyük əhəmiyyət kəsb edir.
Hökumət təhsil müəssisələrini Qaradağ və Abşeron rayonlarına köçürməyi planlaşdırır
Cəzaçəkmə müəssisələri, hərbi hissələr, sənaye və tikinti-quraşdırma şirkətləri ilə bərabər təhsil müəssisələri də paytaxtdan kənarda fəaliyyət göstərməli olacaq. Təhsil naziri Misir Mərdanov bildirib ki, artıq bu barədə hökumət nümayəndələri ilə müzakirələr aparılıb. Bu planın yaxın bir neçə il ərzində həyata keçirilməsi gündəlikdədir. Həmin layihəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin şəhərdən kənara çıxarılması nəzərdə tutulur. Ilk mərhələdə bir neçə universitetin paytaxtın mərkəzindən kənara köçürülməsi planlaşdırılır. Hökumətin də dəstəklədiyi və bu plan barədə ali məktəb rəhbərləri məlumatlandırılıb. Çox güman ki, yeni ali məktəblərin korpusları Qaradağ, Abşeron, Binəqədi və Əzizbəyov rayonlarında yerləşdiriləcək.
ATİAHİ Nərimanov Rayon Komitəsi ənənəsinə sadiq qalaraq bu il də Beynəlxalq Ahıllar Günündə uzun illər Azərbaycan təhsilinin ağırlıqlarını çiynində daşımış insanları yada salaraq bir araya yığmışdır.
ATİAHİ Nərimanov Rayon Komitəsi ənənəsinə sadiq qalaraq bu il də Beynəlxalq Ahıllar Günündə uzun illər Azərbaycan təhsilinin ağırlıqlarını çiynində daşımış insanları yada salaraq bir araya yığmışdır.
Faiq Qurbanov: "Azərbaycanda aparılan hüquqi islahatları davam etdirmək üçün siyasi iradə var"
Son illər respublikamızda insan hüquqlarının müdafiəsi baxımından xeyli işlər görülüb. Bu sahəyə aid qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlıq genişləndirilib. Respublikamızda insan hüquqlarının qorunması təmini sahəsində görülən tədbirlərə Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Qurbanovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
Namiq Həsənov: "Sahibkarlar 80 min avro verib iritutumlu avtobuslar almalıdırlar"
Sentyabrın 24-dən başlayaraq Bakı şəhərindəki sərnişindaşıma nəqliyyatında yaranan problem hələ aradan qalxmayıb. Paytaxtın mərkəzindəki küçə və prospektlərdə hərəkət edən aztutumlu mikroavtobusların hərəkətinə Nəqliyyat Nazirliyinin Dövlət Avtonəqliyyat Xidməti tərəfindən qadağa qoyulduğundan sərinişindaşımada çətinliklər ortaya çıxıb. Səbəb isə şəhərin mərkəzində, əhalinin və nəqliyyatın hərəkətinin sıx olduğu yerlərdə 14 yerlik mikroavtobusların iritutumlu avtobuslarla əvəzlənməsi barədə Nəqliyyat Nazirliyinin qərarına sərnişindaşıma ilə məşğul olan şirkətlərin əməl etməməsidir.
İngiltərədə bir il və daha uzun müddət işsiz qalan şəxslərin sayının 2009-cu ilin sonuna qədər iki dəfədən çox artacağı gözlənilir. Ölkənin ən böyük həmkarlar ittifaqı sayılan "TUC"un yaydığı məlumata görə, bu qəbildən olan işsizlərin sayının xeyli müddət 700 min ətrafında qalacağı, hətta yaxın gələcəkdə 2 milyona çatacağı gözlənilir. İngiltərədə daimi işi olmayanlarla müvəqqəti işsizlərin sayı birlikdə 1,6 milyon nəfərdir.
Bu ildən bütün şagirdlər məktəblərə vahid geyim formasında gedəcəklər
Yeni dərs ilinin başlamasına saylı günlər qaldığı bir vaxtda vahid məktəbli formasının ətrafında gərginlik son həddə çatıb. Valideynlər isə bu məsələdə lap çaş-baş qalıblar. Onlar artıq bilmirlər ki, övladlarına dərs ləvazimatı alsınlar, yoxsa hər gün müxtəlif çeşiddə və rəngdə təqdim edilən məktəbli formalarına pul xərcləsinlər.
ABŞ-ın Əmək Nazirliyi avqust ayının sonunda ölkədə işsizlik səviyyəsinin 6,1%-ə yüksəldiyini bəyan etmişdir. Ötən ayla müqayisədə bu rəqəm 0,4 % artaraq 600 mini ötmüşdür. ABŞ-da ötən ay 84 min adam işsiz qalmışdır. Halbuki mütəxəssislər bu rəqəmin 75 mindən artıq olmayacağını proqnozlaşdırırdılar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ənənəvi konfransı keçirilmişdir. Konfransda ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə idarənin müdiri Nailə Rzaquliyeva geniş məruzə ilə çıxış etmişdir. Nailə xanım demişdir ki, 2007-2008-ci dərs ili bütövlükdə uğurlu olmuşdur. Ölkə başçısının təşəbbüsü ilə aparılan islahatlar öz bəhrəsini verməkdədir.
Mədəniyyət ocaqlarının özəlləşdirilməsi problemləri həll edəcək...?
Ötən illərlə müqayisədə mədəniyyət ocaqlarına üz tutaraq canlı tamaşaya və yaxud iri lövhədə filmə tamaşa etmək istəyənlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Respondentlər arasında keçirdiyimiz sorğunun nəticələrinə nəzər salsaq görərik ki, bəziləri canlı tamaşaya marağın azalmasını maddi durumun aşağı olması ilə əlaqələndirdiyi halda, digər bir qismi mədəniyyət ocaqlarında şəraitin standartlara cavab verməməsi ilə izah edir. Məlumat üçün bildirək ki, hələ neçə müddət əvvəl dövlət başçısı teatrlarda və kinoteatrlarda əsaslı təmir və bərpa işlərinin aparılması barədə sərəncam imzalayıb.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.