Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Martın 8-i və martın 20-si də daxil olmaqla, ayın son həftəsi Azərbaycanda qeyri-iş günü olacaq
Qüvvədə olan Əmək Məcəlləsinə əsasən, 8 Mart Beynəlxalq Qadınlar Günü həftənin bazar ertəsinə düşdüyündən iş günü olmayacaq. Nazirlər Kabinetinin 2009-cu ilin noyabr ayında qəbul etdiyi qərara əsasən, martın 20, 21, 22, 23 və 24-ü Azərbaycanda Novruz bayramı hesab olunur və qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü hesab edilmir.
Namiq Həsənov: "İki ildən az sürücülük fəaliyyəti olan, şəhəri yaxşı tanımayan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər"
Son illər respublikamızda nəqliyyat sektorunda xeyli işlər görülüb. Xüsusən paytaxtda tıxacların qarşısının alınması üçün yeni körpülər, yolötürücüləri tikilib, yeni yollar çəkilib. Şəhərin mərkəzində mikroavtobuslar iritutumlu avtobuslarla əvəzlənib. Buna baxmayaraq, problemlər də az deyil. Bu sahədə vəziyyətə Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
Ağdam, 26 fevral 1992-ci il. Saat 9.30-da yeni xəbərləri öyrənmək üçün evdən çıxıb şəhərin mərkəzinə tələsdim. Küçələrdə dünənkinə nisbətən xeyli adam vardı. Hamı təlaş içərisində harasa qaçırdı. Şəhərin mərkəzində və evimizə yaxın ərazidə yerləşən məsciddən gələn hay-küyə görə ilk olaraq ora baş çəkdim. Qarşılaşdığım mənzərə baş vermiş müdhiş fəlakətdən xəbər verirdi. Məscidin qarşısındakı meydanda onlarca tabut, yaxud da kəfənlənmiş meyit vardı. Xeyli sayda meyit, görünür tabut çatışmadığından yerə sərilmiş xalçaların üzərində yan-yana düzülmüşdü. Meyitlərə baxmaq adamdan ürək istəyirdi:cəsədlərin üz-gözü parçalanmış, bədənləri al-qan içərisində qurumuş, kiminin ayağı, kiminin qolu kəsilmişdi. Bu meyitlər yuyulub kəfənlənmək üçün öz növbələrini gözləyirdilər. Ağlayıb üz-gözünü cıran yaşlı qadınların heydən düşmüş çığırtıları, qız-gəlinlərin ah-nalələri, mollaların oxuduğu Quran ayələrinin yanıqlı sədası bir-birinə qarışmışdı.
Bu gün cəmiyyətimizdə Qərb ölkələri barədə formalaşmış ictimai rəydə çox qəribə daxili təzad var. Kimi dindirirsən Avropadan, Amerikadan ağızdolusu danışır, Qərb dünyasının sosial həyat tərzindən nümunələr gətirir, oradakı həyat səviyyəsinə heyranlığını qibtə hissi ilə bildirir. Etiraz yoxdur, bu, həqiqətdir. Məhz bu heyranlığın daxilindəki təzad isə ondan ibarətdir ki, biz özümüz üçün fetişləşdirdiyimiz Qərbdən nəyi isə əxz edəndə cəmiyyətin sosial gözəlliyinin fərqinə varmır, Qərbin özündə belə populyar olmayan xüsusiyyətlərə meyil edirik. Kommersiyalaşmış dəb və bayram tədbirləri, adiliyin qeyri-adi təqdimat mərasimləri, həzz və gözəlliyin reallıq yox, ona sərf olunan məbləğlə ölçülməsi kimi məsələlər bizim şüurlarda tez məskən salır. Halbuki bu kimi məsələlərin sətiraltı mənası Qərb insanlarının əksəriyyətində heç də rəğbətlə qarşılanmır. Bəs Qərb dünyasının sosial həyatının özəlliyi nədədir?
Əmlak Məsələləri Dövlət Komitəsində 2009-cu ilin yekunlarına dair kollegiya iclası keçirilib. Komitə sədri Kərəm Həsənov ötən il ümumilikdə respublika üzrə 700-ə qədər kiçik dövlət müəssisə və obyektinin, 450-yə kimi obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirildiyi barədə məlumat verdi: "Dövlət müəssisələri investisiya müsabiqələri yolu ilə özəlləşdirilib. Müsabiqə qalibləri tərəfindən müəssisələrə 80,5 milyon manat məbləğində investisiya qoyulub. Ümumilikdə isə, göstərilən vaxt ərzində özəlləşdirilmiş 80 dövlət müəssisəsinə 480,5 milyon manat həcmində investisiya yatırılıb. Dövlət büdcəsinə isə 32,5 milyon manat vəsait köçürülüb.
Əli Məsimli: “İnkişaf etmiş ölkələrdə təhsil kreditləri 3-5 faiz arasında verilir”
Millət vəkili Əli Məsimli Milli Məclisə təqdim etmək üçün "Təhsil krediti haqqında" qanun layihəsini hazırlayıb. Əməkdaşımız Əli müəllimlə görüşüb layihə barədə ətraflı məlumat verməsini xahiş etmişdir.
"Dövlətqaçqınkom" qaçqınların yeni qəsəbələrə köçürülməsi ilə əlaqədar məskunlaşdıqları mənzillərdən çıxarılacaqlarına əmin edir
2010-cu ildə Bakı şəhərindəki yataqxana və sanatoriyaların binalarında yerləşən məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, hazırda Bakı şəhərində 60 yataqxanada 6100 ailə və ya 24 min məcburi köçkün yaşayır. Həmçinin sanatoriya binalarında 2836 ailə yaşayır ki, bu da 10 min nəfər deməkdir. Bundan başqa, paytaxtda vətəndaşların mənzillərinə sığınmış qaçqınların da oradan çıxarılması nəzərdə tutulur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. Bu xoşagəlməz göstəricinin 2030-cu ilədək 8 milyondan çox olacağı proqnozlaşdırılır. Təəssüf ki, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi gözlənilir. Bu, çox təhlükəli rəqəmdir. ÜST-nin məlumatına görə, tütün böyüklər arasında hər on nəfərdən birinin ölümünə səbəbkardır, ondan mütəmadi istifadə edənlərin demək olar ki, yarısını öldürür.
Adil Qeybulla: "Respublikamıza keyfiyyətsiz dərmanlar əsasən yaxın və uzaq şərq ölkələrindən gətirilir"
Pərviz Əzizbəyov: "Səhiyyə Nazirliyinin icazəsi olmadan gətirilən dərmanlar müsadirə olunaraq məhv edilir"
Son vaxtlar respublikamızda dərmandan zəhərlənmə halları artıb. Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarında respublikanın müxtəlif ərazilərində dərmandan zəhərlənmə nəticəsində vətəndaşların dünyasını dəyişməsi haqqında faktlara tez-tez rast gəlirik. Əksər xəstələrin dərmanları məhz həkim məsləhəti ilə qəbul etdiyni nəzərə alsaq, belə hadisələrdə həkimlərin də üzərinə məsuliyyət düşür.
Bu il də paytaxtda bir sıra maraqlı bayram tədbirləri keçiriləcək
2010-cu ilin gəlişinə 5 gün qalıb. Yeni illə yanaşı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması bayram sevincini daha da artırır. Paytaxtda əvvəlki illərin bayram əhvali-ruhiyyəsi hiss edilməsə də, bəzi ərazilərdə yolkalar qurulub. Amma, həmişə olduğu kimi, uşaqlar Şaxta Baba və Qar Qızın gəlişini səbirsizliklə gözləyirlər. Maraqlıdır, yeni il ərəfəsində paytaxtda hansı tədbirlər keçiriləcək? Bayram şənliyini restoranda, kafedə qeyd etmək imkanı olmayanları telekanallar hansı şou verilişlərlə əyləndirəcək?
Əziz həmvətənlər! Hörmətli soydaşlar! Milli birliyimizin rəmzinə çevrilmiş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hər il bütün soydaşlarımız ən əziz bayramlarından biri kimi qeyd edirlər. 1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilmiş və az sonra bütün ölkə miqyasında qəbul olunmuş bu bayram hər bir azərbay- canlıda öz ana Vətəninə məhəbbət, xalqına sədaqət, tarixi və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirir, bizi birləşdirən mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsinə xidmət edir. Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini, onların mütəşəkkil, çevik və təsirli qüvvəyə çevrilməsini vacib vəzifə olaraq daim diqqətdə saxlayır, bu mühüm prosesə hərtərəfli dəstək verir. Diaspor quruculuğu sahəsində aparılan işlər artıq öz müsbət nəticələrini verməkdədir. Bu gün soydaşlarımız yaşadıqları dövlətlərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına hərtərəfli inteqrasiya olunur, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə fəal yardım göstərirlər. Azərbay- can reallıqlarının dünyaya təqdim olunmasında, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğində, erməni millətçilərinin qərəzli ideoloji fəaliyyətinin qarşısının alınmasında diaspor təşkilatlarımızın rolu danılmazdır. Biz xaricdəki həmvətənlərimizin dost ölkələrin lobbi və diasporları ilə sıx əməkdaşlığının qurulmasına da ciddi önəm verir, bu sahədə irəli sürülən təşəbbüsləri, atılan addımları həmişə birmənalı şəkildə müdafiə edirik. Müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma yurdu və etibarlı dayağıdır. Onu göz bəbəyi kimi qorumaq və gücləndirmək hər birimizin ümdə vəzifəsidir. Hazırda ölkəmiz öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Ötən illər ərzində həyata keçirilən islahatlar sabit və dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasına gətirib çıxarmışdır. Bu il Azərbaycan iqtisadiyyatı dövrün çətin sınağından uğurla çıxmış, bütün dünyanı bürüyən ağır böhrana baxmayaraq yüksələn xətlə irəliləməkdə davam etmişdir. İndi biz cəsarətlə bəyan edirik ki, ölkəmizdə sosialist iqtisadiyyatından bazar münasibətləri sisteminə keçid dövrü başa çatmış, həmin mərhələyə xas olan problemlər həll olunmuşdur. Bütün bunlar xalqımızın rifah halının yüksəldilməsinə, sosial tələbatlarının ödənilməsinə, elm və mədəniyyətimizin tərəqqisinə, vətəndaşlarımızın hüquq və azadlıqlarının davamlı təmin olunmasına münbit şərait yaradır. Azərbaycan dövləti qarşısına çıxan bütün çətinlikləri uğurla dəf edə bilir. Bu gün bizi narahat edən yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmaması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmamasıdır. Biz bu mürəkkəb, ağrılı məsələnin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün bütün zəruri tədbirləri görürük. Düşünürəm ki, gənc respublikamızın inkişafı yolunda əsas maneə olan bu problemin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər. Diaspor təşkilatlarımız dünyadakı proseslərin nəbzini tutaraq öz çevikliyini artırmalı, digər xalqların diaspor mərkəzləri ilə səmərəli əməkdaşlığın yeni formalarını tapmalı, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atmalıdırlar. Əziz soydaşlar! Hörmətli həmvətənlər! Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sizi milli mənafelərimizin qorunması, müstəqil dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə sıx birləşərək daha səmərəli fəaliyyət göstərməyə dəvət edirəm. Bu əziz bayram münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, firavanlıq və bütün işlərinizdə uğurlar arzulayıram!
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 dekabr 2009-cu il
Samir Həsənov: "Hazırda həmin xətt üzrə sərnişin avtobuslarının işləməsinin vəziyyəti öyrənilir"
Dünyanın əksər ölkələrində hava limanlarından şəhərin müxtəlif istiqamətlərinə sərnişin avtobusları işləsə də, respublikamız istisna təşkil edir. Bu gün də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına getmək üçün ancaq taksi xidmətindən istifadə etmək lazım gəlir. Taksilərin qiyməti isə heç də bütün vətəndaşların istifadəsi üçün əlverişli deyil. Metronun “Əzizbəyov” stansiyasından hava limanına getmək üçün ən azı 8 manat ödəmək lazım gəlir.
Baş bankir ən ehtiyatlı variant kimi manatı məsləhət bilir
2010-cu ildə maliyyə bazarında böhran meyillərinin davam etməsi və dünya valyutası hesab olunan dolların ucuzlaşması proqnozlaşdırıldığından bir çox ölkələr öz milli istehsalını yerli valyutalara transfer etməyi düşünür. Son üç ayda dünya dövlətlərinin malik olduğu valyuta ehtiyatlarının tərkibində dolların həcmi 67 faizdən 61-ə düşüb. Bu proses dolların qiymətdən düşməsi və onun ehtiyat valyuta rolunun azalmasına səbəb olduğunu göstərməkdədir. Bir çox ölkələrdə iri səhmdarlar və biznesmenlər pullarını qızıla yerləşdirməyə başlayıb.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.