Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Eyvaz müəllimə yaşına görə ağsaqqal demək olmasa da, stajı, təcrübəsi, adamlarla münasibəti baxımından Nabran zonasında böyük hörmət sahibidir. Uzun illərdir ki, zonada ərazisinə görə ən böyüyü sayılan "Dostluq" turist bazasına rəhbərlik edir. Artıq "Dostluq" nəinki onun dostu olub, bəlkə də həyatına çevrilib. Onun bu əraziyə məhəbbətini bazanın hər qarışında, binasında, turistlərin özlərində də görmək olar.
"Ülfət"in suallarına Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev cavab verir
- Cahangir müəllim, artıq mən biləni üçüncü ildir ki, neftçilər yay istirahətini Dövlət Neft Şirkətinin maliyyə dəstəyi və sizin qurumun təşkilatçılığı ilə respublikamızın səfalı guşələrində keçirirlər... - Bəli.
Son bir neçə həftə ərzində paytaxtın daşınmaz əmlak bazarında durğunluq hökm sürür. İstər yeni, istərsə də təkrar mənzil bazarında ev alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Buna baxmayaraq, kirayə mənzil bazarında qiymətlər artmaqdadır. Paytaxtın daşınmaz əmlak bazarındakı son vəziyyətə aydınlıq gətirən NBA şirkətinin rəhbəri Nüsrət İbrahimov avqust ayında ev alqı-satqısında azalmanı təbii sayır: "Yay daşınmaz əmlak bazarı üçün mövsümi fəsil sayılmır. İyulun sonlarından avqustun 25-dək paytaxt sakinlərinin əksəriyyəti şəhərdən kənarda məzuniyyətdə olduğu üçün bu müddətdə bazarda aktivlik aşağı düşür. Lakin qiymətlərdə ciddi dəyişmə müşahidə olunmur. Yalnız yeni tikililərin qiymətində cüzi ucuzlaşma müşahidə edilir".
Məhərrəm Səfərli: "Naxçıvandan Bakıya gəlmək istəyən sərnişinlərin sayı hələlik çox deyil"
Nadir Əzməmmədov: "Ölkə daxılində hərəkət edən qatarlara əlavə vaqonlar qoşulub"
Yay mövsümündə ölkə xaricində yaşayan soydaşlarımızın bir çoxu vətənə gəlir. Yeri dərs ilinin başlanması ərəfəsində isə geriyə qayıdır. Bu ərəfədə həm ölkə xaricinə, həm də Naxçıvan Muxtar Respublikasına sərnişinlərin daşınmasında problemlər yaranır. İstər dəmir yolu ilə, istərsə də hava nəqliyyatı ilə hərəkət etmək istəyənlərin çoxluğu günlərlə uzanan növbələrin yaranmasına səbəb olur. Bu il də eyni vəziyyətin yaranacağı istisna edilmir.
Artıq iki həftədən sonra məktəblərimiz qapılarını şagirdlərin üzünə açacaq. Mətbuatda vaxtaşırı gedən məlumatlara inansaq növbəti tədris ilinə böyük hazırlıq işləri görülüb. Biz bu yazımızda dərsliklərin çapı, onlarda aparılan keyfiyyət dəyişikliyi və sair barədə söhbət açacağıq. Suallarımızı Təhsil Nazirliyi Dərslik və Nəşriyyat Şöbəsinin müdiri Faiq Şahbazlı cavablandırır.
Düşünürük ki, Azərbaycanda ailə institutunun necə olması barədə uzun-uzadı hansısa fikir söyləməyə ehtiyac yoxdur. Çünki hər kəsə Azərbaycan vətəndaşı üçün ailənin nə demək olduğu bəllidir. Cəmiyyətimiz məhz bu münasibətlər üzərində qurulub və yaşayır. Ona görə də, bu münasibətlərin bağlarının daha da möhkəmlənməsi vacib amillərdən biridir.
Onlar vergi və digər aidiyyəti orqanlardan yayınmaq üçün ya yerlərini, ya da adlarını tez-tez dəyişirlər.
Yəqin ki, çoxunuza əhalinin nisbətən gur yerlərində üzərində müxtəlif şirnikləşdirici təkliflər yazılmış vərəqələr verilib. Əksər insanlar bu vərəqəni etika xatirinə götürsə də, oxumadan elə ilk rastına çıxan zibil qutusuna atıb gedir. Amma inananlar da tapılır. Görünür inananların sayı o qədər də az deyil.
Sahib Məmmədov: "Narkomanların sayı çox olduğu üçün müalicə müəssisəsində növbələr yaranır"
Artıq uzun müddətdir ki, ictimai komitə həbsxanalarda monitorinq aparır. Monitorinqlər nəticəsində aşkarlanan nöqsanlar isə Ədliyyə Nazirliyi nümayəndələrinin iştirakı ilə müzakirə edilir. Mövzu ilə bağlı suallarımızı Həbsxanalara Nəzarət üzrə İctimai Komitənin rəhbəri Sahib Məmmədov cavablandırdı.
Bu dostluq onun həyatını unudulmaz anlarla bəzəyir
Dünyada bəlkə də həkimlik yeganə peşədir ki, onun üçün nə zaman, nə məkan, nə də cəmiyyətdə gedən proseslərin xarakteri heç bir təsir gücünə malik deyil. Elman müəllim deyir ki, mən həkim olduğum üçün özümü xoşbəxt sayıram. Elə keçmiş sovet dövründə də, indi də insanların onlara Allahın bəxş etdiyi sağlamlığını vicdanla qorumuşam və qoruyuram.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsi təhsil işçilərinin yay məzuniyyətlərini xoş keçirmələri üçün geniş tədbirlər planı hazırlayıb. Plana əsasən respublikamızın səfalı guşələrinə müntəzəm qısamüddətli turist səfərləri təşkil olunur. Məlumat üçün deyək ki, istirahət məkanları təhsil işçilərinin arzusuna uyğun seçilir. Bu yaxınlarda 106, 319 və 14 saylı məktəblərin kollektivləri İsmayıllı rayonunun səfalı yerlərində olmuşlar.
Hər dörd nəfər fəal narkomandan biri HİV virusunu daşıyır
Azərbaycanda narkomaniyanın miqyası getdikcə genişlənir. Bunu son statistik göstəricilər də sübut edir. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 2008-ci ilin 6 ayı ərzində ölkəmizdə 193 nəfər HİV virusuna yoluxub ki, onların 189 nəfəri Azərbaycan vətəndaşıdır.
"Sığorta fəaliyyəti haqqında" Qanuna edilən son dəyişikliklər ictimaiyyət arasında birmənalı qarşılanmamışdı. Həmin layihəyə görə, xarici şirkətlərin də Azərbaycanda sığorta fəaliyyəti ilə məşğul olmalarına icazə verilə bilər. Bu müddəa isə yerli sığorta şirkətlərinin inkişafına mane olacağına dair narahatlıqların ortaya çıxmasına səbəb olub. Lakin bəzi mütəxəssislər hesab edir ki, həmin qanunda xarici şirkətlərə bir sıra hüquqi məhdudiyyətlər nəzərdə tutulduğundan, yerli sığortaçıların sıxışdırılması üçün ciddi təhlükə yoxdur.
"Xidmət İş" Həmkarlar İttifaqı Federasiyasının İcraiyyə Komitəsi növbəti iclasında "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan müəssisələrdə Əmək Məcəlləsinin əməyin mühafizəsi sahəsindəki tələblərinin icrasının vəziyyəti haqqında" məsələ müzakirə etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi münasibətilə "Şirvan İstilik Elektrik Stansiyası" Məhdud Məsuliyyətli Cəmiyyətin bir qrup müharibə veteranı Murovdağın ətəyində yerləşən "N" saylı hərbi hissəyə hərbçilərlə görüşə getmişdir.
2007-ci il ərzində məhkəmə hökmləri ilə 676 kq. 575 qr. (2006-cı illə müqayisədə 33%, yəni 170 kq. çox) müxtəlif növ narkotik vasitələr və onların prekursorları müsadirə olunaraq məhv edilmişdir.
Səhiyyə işçiləri iyunun 17-də peşə bayramlarını qeyd etdilər. Əvvəlcə Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Dağıstan Turu ovlamaq üçün ölkəmizə Almaniya, Fransa, Amerikadan ovçular gəlir
Hər il iyunun 4-dən respublikada ov mövsümü başlayır. Son illər ova, xüsusən də quş ovuna qoyulan qadağalara baxmayaraq, ölkəmizdə ovçuların sayı azalmayıb. Respublika Ovçuluq Cəmiyyətinin hazırda 21 mindən artıq üzvü var. Cəmiyyətinin sədri Ramazan İsmayılov deyir: "Son üç ildə respublikamızda quşların ovlanmasına icazə verilmir. Bu da onunla əlaqədardır ki, quş qripi təhlükəsi hələ sovuşmayıb. Quş ovunun qadağan edilməsi barədə Respublika Baytarlıq İdarəsi, Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə qərarı var. Həmin qərarda qarğa və sağsağandan başqa bütün növ quşların ovlanması qadağandır. Halbuki qonşu ölkələrdə quş ovuna icazə verilir. Hazırda Dağıstanda quş ovlanılır.
Ölkənin Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi ərəfəsində Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində 2007-2008-ci tədris ilinin yekunlarına həsr olunmuş təntənəli toplantı mərasimi keçirilmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.