Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda beynəlxalq forum keçirildi
İyunun 10-11-də Bakı şəhərindəki "Gülüstan" sarayında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda ikigünlük Beynəlxalq Forum keçirilmişdir. Forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirdilər.
Dünən Əmək və Sosial Münasibətlər Akademiyasında Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Gender Bərabərliyi və Qadın Problemləri İşi üzrə Komissiyasının yeni ailə quran gənc xanım üzvlərinin Milli Dram Teatrının aktrisası, əməkdar artist, Prezident mükafatçısı Səidə Quliyeva ilə görüşü keçirilmişdir.
Son illərdə dövlətimizin sosial müdafiə siyasəti əhalinin həyat tərzinin yüksəldilməsinə, sağlamlığının yaxşılaşdırılmasına, xroniki xəstəliklərin vaxtında müalijəsinə, diaqnostik müayinələrin genişləndirilməsinə və keyfiyyətli tibbi xidmət göstərilməsinə yönəldilmişdir. Uzun illər boyu ümumi xəstəliklərin 20%-ni yuxarı tənəffüs yollarının kəskin infeksiyası və qrip təşkil edir.
İyunun 5-də ölkə melioratorları peşə bayramlarını qeyd etdilər. Bu münasibətlə "Kənd-Qida İş" Həmkarlar İttifaqı Federasiyası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə tədbirlər keçirmişdir.
Faiq Ağayev: "Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəngin yaranmasında siqaretin təsiri böyükdür"
Siqaret çəkməyin insan sağlamlığına nə qədər zərərli olduğunu hər birimiz bilsək də, nədənsə bu bəladan yaxa qurtarmaq problemə çevrilir. Səhiyyə Nazirliyinin siqaret çəkməyin zərərinə aid mütəmadi xəbərdarlıqlarına əhəmiyyət vermək istəmirik.
H.Z.Tağıyev adına Toxucu Tikiş Sənaye Kombinatı Açıq Səhmdar Cəmiyyətinin klubunda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində - mayın 9-da neftçilərin böyük bir dəstəsi gözəl hədiyyə aldı. Dövlət Neft Şirkəti "Neftqaztikinti" trestinin Zığdakı sahəsində süni örtüklü stadion istifadəyə verildi. Müasir standartlara uyğun hazırlanmış idman qurğusunun açılışı münasibətilə təşkil olunmuş tədbirə trestin 4 saylı təmir-tikinti idarəsinin, dəmir-beton məmulatları zavodunun və digər müəssisələrinin işçiləri toplaşmışdılar.
AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsi ümummilli lider H. Əliyevin 85 illik yubileyi münasibətilə Əmək və Sosial Münasibətlər Akademiyası kitabxanasının bazasında "Heydər Əliyev irsinin tədqiqi" mövzusunda dəyirmi masa təşkil etmişdir. Tədbirə "Kurort" Səhmdar Cəmiyyətinin, Əmək və Sosial Münasibətlər Akademiyasının, AHİK-in üzv və tabeliyindəki təşkilatların kitabxana işçiləri dəvət olunmuşdu.
Geofizika və Geologiya İdarəsi Geofizika Elmi-Tədqiqat İnstitutunun akt zalında Heydər Əliyevin 85 illiyi ilə əlaqədar yığıncaq keçirilmişdir. Tədbir ulu öndərin həyat və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən videoçarxın nümayişi ilə başlanmışdır.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş yığıncaq təşkil olunmuşdur. Rayon təhsil işçilərinin iştirak etdiyi tədbirdə ulu öndərin Azərbaycanın təhsil sistemində apardığı islahatlardan danışılmışdır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Respublika Elmi-Texniki Kitabxanası "Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitabxana işi" mövzusunda dəyirmi masa təşkil etmişlər.
Dahi şəxsiyyətlər haqqında danışanda Heydər Əliyev deyirdi: "Mən, ümumiyyətlə, şəxsiyyətə pərəstişin əleyhinəyəm. Ancaq xalqın, dövlətin inkişafında şəxsiyyətin rolunu inkar etmək, danmaq da mümkün deyildir".
Gəncə Dövlət Universitetində 9 May - Qələbə Günü münasibətilə rektorluqla HİK tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elman Məmmədov ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə veteranlara göstərdiyi qayğıdan danışdı.
Depressiyaya düşməkdən şikayətlənənlər arasında qadınlar çoxluq təşkil edir
Əhvalsızlıq, bədbinlik, özünü yorğun hiss etmə... Bu hisslər yaz mövsümünün gəlməsi ilə əlaqədar böyükdən uşağa kimi hər birimizə tanışdır. Maraqlıdır, təbiətin oyandığı, həyatın canlandığı bir vaxtda bizim özümüzü bu qədər halsız, düşkün əhvali-ruhiyyədə hiss etməyimizin səbəbi nədir?
Budapeşt şəhər nəqliyyatının işçiləri 24 saatlıq tətil keçiriblər. Əhalisi 2 milyon olan şəhərdə avtobus, tramvay, trolleybus və metro hərəkətini dayandırmışdır. Tətil Komitəsi üzvlərinin verdiyi məlumata görə, aksiyada sürücülərin 98%-i iştirak edib.
Ötən həftə Parisdə 80 min orta məktəb şagirdi, müəllim təhsil islahatlarına qarşı izdihamlı nümayiş keçirmişdir. Nümayiş həmkarlar ittifaqları tərəfindən təşkil olunmuşdur. Çıxışlarda qeyd edilmişdir ki, ölkənin təhsil naziri Xavier Darcos təhsil işçiləri ilə görüşdə onların mövqeyini nəzərə almamışdır. İslahatlar nəticəsində minlərlə təhsil işçisinin ixtisarı gözlənilir. Bu, yolverilməzdir. Etiraz aksiyasında ölkənin bir çox yerlərindən, eləcə də Əlcəzairdən, Tunisdən, Mərakeşdən, Türkiyədən gəlmiş mühacir tələbələr və müəllimlər də iştirak etmişlər. Küçələrə çıxmış insanların mitinqi çoxlu sayda polis işçilərinin müşayiəti ilə keçmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq geniş tədbirlər planı hazırlanaraq İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir.
Ümummilli liderin anadan olmasının 85 illiyi ilə əlaqədar “Baku Stil Kompani” (BSK) Şirkətində "Azərbaycan metallurgiya sənayesinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin, Şirkət rəhbərliyinin və Həmkarlar İttifaqı Birliyinin təşəbbüsü ilə təşkil edilmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdikləri "Biz Heydər Əliyev irsini öyrənirik" devizi altında müsabiqənin II mərhələsi Yasamal rayonunun təhsil müəssisələrində də uğurla başa çatmışdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.