Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Müsabiqənin rayon turu yekunlaşdı

19.04.08 - 13:13518 baxılıb

Səbayel Rayon İcra Hakimiyyətinin böyük zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi ümummilli lider H. Əliyevin 85 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulmuşdur. Toplantı iştirakçıları təntənəli mərasim başlanmazdan əvvəl qaliblərin əl işlərindən ibarət foto stendlərə baxmışlar.


Məktəblilərin mühafizə sisteminə ehtiyacı var

15.04.08 - 13:03453 baxılıb

Bu, şagirdlərin dərsdən yayınmasının
və mümkün təhlükələrin qarşısını ala bilər

Son illər mühafizə şirkətlərinin xidmətindən əksər obyektlərdə istifadə edilir. Onlar şirkətlərə ödənilən məvacib sayəsində həmin obyektin təhlükəsizliyinə zəmanət verirlər. Təhlükəsizliyin təmin olunmasına ehtiyacı olan əsas obyektlərdən biri də orta ümumtəhsil məktəbləridir. Amma təəssüf ki, orta məktəblərin əksəriyyətində bu sistem bərqərar edilməyib. Özəl məktəblərdə vəziyyət dövlət təhsil müəssisələri ilə müqayisədə bir qədər fərqlidir. Özəl orta ümumtəhsil müəssisələrində mühafizə sistemi üçün ştat ayrılır və həmin xidmətin əməkdaşlarına məvacib verilir. Hətta bu azmış kimi, şagirdlərin əksəriyyəti məktəbə xüsusi mühafizəçilərin müşayiəti ilə gəlib-gedirlər.


Ümummilli liderin xətirəsinə ehtiram əlaməti olaraq

15.04.08 - 12:55523 baxılıb

May ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü tamam olur.

Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ulu öndərin doğum günü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq birlikdə silsilə tədbirlər keçirirlər.
Onlardan ikisi barəsində söhbət açırıq.


Bayram sevinclərini əsgərlərlə bölüşdülər

03.04.08 - 11:42526 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və Bakının 11, eləcə də Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli rayon komitələrinin maliyyə dəstəyi ilə Füzuli rayonundakı "N" saylı hərbi hissədə Novruzun ilaxır çərşənbəsində bayram şənliyi keçirilmişdir.


Ali məktəblərə qəbul planı azaldılacaq

10.03.08 - 17:36499 baxılıb

Misir Mərdanov: “Təhsil haqqında” Qanunun
qəbulu üçün heç bir maneə yoxdur”

Təhsil Nazirliyi (TN) yaxın günlərdə Dünya Bankı (DB) ilə təhsil sistemində islahatların növbəti mərhələsini əks etdirən kredit sazişi imzalayacaq. Sazişin detalları ilə bağlı təkliflər tam yekunlaşıb. Təhsil naziri Misir Mərdanov bildirib ki, ikinci kredit sazişində DB-nin payı 25 milyon dollar təşkil edəcək. Sənəddə respublikamızın məktəbəqədər müəssisələrinin, peşə məktəblərinin inkişafı, müəllimlərin hazırlıq səviyyəsinin yeni tələblərə uyğun təşkili nəzərdə tutulub. Misir Mərdanov ali təhsildə islahatların yeni mərhələsi ilə bağlı tədbirləri nəzərdə tutan proqramın hazırlandığını da xatırladıb. Proqramda ali məktəblərin adambaşına maliyyələşdirilməsi öz əksini tapıb. Sənəd martın sonuna kimi Nazirlər Kabinetinə təqdim olunacaq.


“Tarix bizə ümumi dil, kök, varlıq, vahid keçmiş bəxş edib”

03.03.08 - 15:13577 baxılıb

Bir-birimizi başa düşməməyimiz, bir-birini başa düşməyə can atmamağımız bağışlanmaz olar


Fevralın 26-da "Lider" televiziyasında jurnalist Tofiq Abbasovun məşhur qırğız yazıçısı Çingiz Aytmatovla apardığı müsahibəni, oxucularımızın arasında da böyük maraq doğuracağını nəzərə alıb, dərc edirik.


Paytaxtın köçürülməsi problemləri həll edə bilməz

25.02.08 - 12:16584 baxılıb

Mövcud infrastrukturlara toxunmadan şəhəri
müxtəlif istiqamətlərdə genişləndirmək lazımdır

Emil Axundov: "Bakının meqapolis kimi yaranmasında dünya səviyyəsində tanınmış 45-dən artıq memarın əməyi olub"

Son vaxtlar Bakı şəhərinin həddindən artıq yüklənməsi əlavə problemlər yaradır. Mövcud infrastrukturlar bu qədər əhali üçün nəzərdə tutulmadığından çatışmazlıqlar daha qabarıq üzə çıxır. Problemdən çıxış yollarından biri kimi paytaxtın köçürülməsi ideyası səsləndirilir. Əvvəlcə paytaxtın Gəncə şəhərinə köçürüləcəyi bildirilsə də, hazırda paytaxt üçün Dəvəçi rayonu ərazisində yeni şəhərin salınacağı vurğulanır. Paytaxtın köçürülməsi məsələsinə əməkdar memar Emil Axundovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


Tərəflər razılıqla ayrıldılar

25.02.08 - 12:10613 baxılıb

Bir neçə gün əvvəl Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Kollegiya və Rəyasət heyətlərinin birgə iclası keçirilmişdir. İclasda ikitərəfli komissiya tərəfindən hazırlanmış Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsi arasında 2006-cı ildə bağlanılmış Sahə Saziş üzrə qəbul edilmiş öhdəliklərin icra vəziyyəti haqqında arayış müzakirə olunmuşdur.


“Azərbaycan artıq əməli işə keçmək barədə düşünür”

25.02.08 - 11:56547 baxılıb

Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, mötəbər tribunalarda Ermənistanın işğala məruz qoyduğu torpaqlarda separatçı-terrorist qruplara geniş meydan və açıq dəstək verdiyini bəyan edib. Dağlıq Qarabağda neçə ildir ki, erməni terrorçuları kürd separatçıları ilə birgə təlimlər keçir. Türkiyənin Şimali İraqda kürd terrorçularına açıq zərbələr endirməsindən sonra Qarabağa üz tutan separatçılar barədə xarici ölkələrin təhlükəsizlik orqanları real detallarla çıxış etməyə başlayıb. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu fikirdədir ki, Ermənistanın işğal altında olan ərazilərdə terrorçuları yerləşdirməsi artıq beynəlxalq aləmin diqqətini cəlb etməkdədir.


QURULTAYDA ÇİXİŞ EDƏNLƏR

18.02.08 - 15:57557 baxılıb

Panavropa Regional Həmkarlar İttifaqları Şurasının prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının vitse-prezidenti Mixail Şmakovun çıxışı

Həmkarlar və dostlar, bacı və qardaşlar. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası adından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının nümayəndələrini və qonaqlarını ürəkdən salamlayır, Azərbaycan zəhmətkeşlərinin maraqları və qanuni hüquqları uğrunda mübarizə üçün məqsədlərin müəyyən edilməsində həmkarlar ittifaqlarına uğurlu və məhsuldar iş arzu edirəm.


Kəsişən və üst-üstə düşməyən baxışlar

18.02.08 - 15:56532 baxılıb

“Bir-birimizi ittiham etməkdənsə işçilərə öz hüquqlarını qorumağı öyrətməliyik”

"Azadlıq" radiostansiyasının fevralın 6-da AHİK-in III qurultayına həsr olunmuş verilişi efirə getmişdir. Həmkarlar ittifaqlarının fəaliyyəti barədə söhbət açılan verilişə bir neçə qeyri-hökumət təşkitatının nümayəndələri ilə yanaşı, Konfederasiyanın sədr müavini Aqil Dadaşov da telefon vasitəsilə qatılmışdı. “İşdən sonra” adlanan bu verilişin mətnini, oxucularımız üçün maraqlı olacağını nəzərə alıb, azacıq ixtisarla dərc edirik.
(verilişin təqdimatçısı İlqar Rəsuldur)


AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ SƏDRİ, MİLLƏT VƏKİLİ SƏTTAR MEHBALIYEVİN AHİK-in III QURULTAYINA HESABAT MƏRUZƏSİ

10.02.08 - 16:34611 baxılıb

Hörmətli qurultay nümayəndələri!
Əziz qonaqlar!
Xanımlar və jənablar!
Sizi ölkəmizin sosial-iqtisadi və ijtimai həyatında xüsusi yeri olan Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının açılışı münasibətilə ürəkdən təbrik edir və qurultayın işinə uğurlar arzulayıram.
II qurultaydan ötən beş il ərzində ölkəmizin sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, əhalinin maddi vəziyyəti daha da yaxşılaşmış, bütövlükdə jəmiyyətdə böyük yeniləşmə müşahidə olunmuşdur. İşsizliyin və yoxsulluğun səviyyəsi nəzərəçarpajaq dərəjədə azalmış, əhalinin real gəliri, o jümlədən bütün sahələr üzrə əməkhaqqı, pensiya və müavinətlər, eləjə də aspirant və tələbələrin təqaüdləri artırılmışdır. Bütün bunlarla paralel olaraq Azərbayjan həmkarlar ittifaqlarının nüfuzu yüksəlmiş, təşkilatın fəaliyyətini tənzimləyən, səlahiyyət dairəsini və hüquqlarını müəyyən edən normativ-hüquqi baza təkmilləşmişdir. Bunu təşkilatın hər bir üzvü öz fəaliyyətində aydın hiss edir.


2008-2013-cü illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas İstiqamətləri

10.02.08 - 16:33580 baxılıb

Qurultay Azərbayjan Həmkarlar İttifaqlarının ötən beş ildə əsaslı islahatlar apararaq qarşısında duran vəzifələri həyata keçirməyə çalışdığını dəyərləndirir. Əməkçilərin sosial, əmək hüquqlarının və mənafelərinin müdafiəsi, qəbul olunan qanun və qərarların sosial yönümünün güjlənməsi üçün ardıjıl mübarizə aparıldığını, iş yerlərinin qorunması və yenilərinin yaranması, əməkhaqlarının artırılması, əməyin ödənilməsi üzrə borjların azaldılması, istehsalatda təhlükəsizliyin təmin edilməsi, yeni həmkarlar təşkilatlarının yaradılması sahəsində işlər görüldüyünü qeyd edir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası III qurultayının bütün dünya həmkarlar ittifaqları və fəhlə hərəkatlarına müraciəti

10.02.08 - 16:27516 baxılıb

Biz, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının nümayəndələri hamınızın diqqətini xalqımızın taleyüklü bir məsələsinə cəlb etmək istəyərək, Ermənistanın işğalçı ordusunun Azərbaycan torpağına və xalqına qarşı 20 il davam edən təcavüzünə etirazımızı bildirir, Sizi Dağlıq Qarabağ probleminin həllində ölkəmizin konstruktiv mövqeyinin dəstəklənməsində həmrəyliyə çağırırıq.


TƏBRIKLƏR

10.02.08 - 16:23695 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab S. Mehbalıyevə

Hörmətli həmkarım!
AHİK-in III qurultayına bizi dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm.
Fürsətdən istifadə edib İspaniya həmkarlar ittifaqları adından qurultay iştirakçılarını salamlayır və qurultayın işinə uğurlar arzulayıram.

Səmimiyyətlə,
Manuel BONMATİ,
İspaniya Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Əlaqələr üzrə katibi.


Ümumitaliya Əmək Konfederasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liopoldo Tartaliyanın çıxışı

10.02.08 - 16:20607 baxılıb

Cənab prezident, qurultay nümayəndələri, hörmətli qonaqlar!

İtalyan zəhmətkeşləri adından, eləcə də Ümumitaliya Əmək Konfederasiyası adından mən Sizi salamlayır və AHİK-in III qurultayına uğurlar arzulayıram. Bu gün dünyanın hər yerində yoxsullarla varlılar arasında fərqi daha da genişləndirən yeni liberalçı siyasətə qarşı etirazlar mövcuddur. Bu siyasət ümumi iqtisadi böhran yaratmaqla işsizliyin sayını çoxaldır, işçilərin həyat şəraitinin aşağı düşməsinə, əməkhaqqının azalmasına və onların hüquqlarının zəifləməsinə gətirib çıxarır.


"Xeyir-duanı ümummilli liderimizdən almışıq"

05.02.08 - 15:56613 baxılıb

Fevralın 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Geofizika və Geologiya İdarəsinin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə Gənclər Günü qeyd olunmuşdur.


Çıxış etsəm, deməyə sözüm var

05.02.08 - 15:41597 baxılıb

Həmkarlar ittifaqlarının təməl prinsiplərindən biri eyni sahədə çalışan və eyni peşə sahibi olan insanların öz hüquq və mənafelərinin müdafiəsi üçün birləşərək təşkilat yaratmaqdır.


Bir ocağın istisi

05.02.08 - 15:34531 baxılıb

"Onların hər biri fəxr yerimizdir"

"Biz onlara yaman isinişmişik. Onlar da, hiss edirik ki, bizi çox istəyirlər. Açığı əvvəllər bir az çəkinirdik. Qorxurduq ki, yaxınlıq istəyimiz, necə deyərlər, protokol münasibətlərindən uzağa getməsin. Şükür Allaha, hər şey gözlədiyimizdən də yaxşı oldu".


Hüquqları pozulan hər bir işçinin yanındayıq

05.02.08 - 15:32643 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrinə əsaslanaraq "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmkarlar ittifaqları üzvlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə hər zaman məşğul olur.


< 1 2 3 4 5 ... 12 13 14 13 14 15 16 17 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.