Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

İslahat yoxsa ixtisar?

27.04.08 - 9:45437 baxılıb

Fransa

Ötən həftə Parisdə 80 min orta məktəb şagirdi, müəllim təhsil islahatlarına qarşı izdihamlı nümayiş keçirmişdir. Nümayiş həmkarlar ittifaqları tərəfindən təşkil olunmuşdur. Çıxışlarda qeyd edilmişdir ki, ölkənin təhsil naziri Xavier Darcos təhsil işçiləri ilə görüşdə onların mövqeyini nəzərə almamışdır. İslahatlar nəticəsində minlərlə təhsil işçisinin ixtisarı gözlənilir. Bu, yolverilməzdir. Etiraz aksiyasında ölkənin bir çox yerlərindən, eləcə də Əlcəzairdən, Tunisdən, Mərakeşdən, Türkiyədən gəlmiş mühacir tələbələr və müəllimlər də iştirak etmişlər.
Küçələrə çıxmış insanların mitinqi çoxlu sayda polis işçilərinin müşayiəti ilə keçmişdir.


Ümummilli liderin xatirəsi geniş miqyaslı tədbirlərlə qeyd olunacaq

19.04.08 - 13:14497 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq geniş tədbirlər planı hazırlanaraq İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir.


Metalurgiyamızın inkişafı ulu öndərin daı ilə bağlıdır

19.04.08 - 13:14565 baxılıb

Ümummilli liderin anadan olmasının 85 illiyi ilə əlaqədar “Baku Stil Kompani” (BSK) Şirkətində "Azərbaycan metallurgiya sənayesinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin, Şirkət rəhbərliyinin və Həmkarlar İttifaqı Birliyinin təşəbbüsü ilə təşkil edilmişdir.


«Gənc Heydərçilər»in musiqi töhvəsi

19.04.08 - 13:13725 baxılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdikləri "Biz Heydər Əliyev irsini öyrənirik" devizi altında müsabiqənin II mərhələsi Yasamal rayonunun təhsil müəssisələrində də uğurla başa çatmışdır.


Müsabiqənin rayon turu yekunlaşdı

19.04.08 - 13:13562 baxılıb

Səbayel Rayon İcra Hakimiyyətinin böyük zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdiyi ümummilli lider H. Əliyevin 85 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulmuşdur. Toplantı iştirakçıları təntənəli mərasim başlanmazdan əvvəl qaliblərin əl işlərindən ibarət foto stendlərə baxmışlar.


Məktəblilərin mühafizə sisteminə ehtiyacı var

15.04.08 - 13:03507 baxılıb

Bu, şagirdlərin dərsdən yayınmasının
və mümkün təhlükələrin qarşısını ala bilər

Son illər mühafizə şirkətlərinin xidmətindən əksər obyektlərdə istifadə edilir. Onlar şirkətlərə ödənilən məvacib sayəsində həmin obyektin təhlükəsizliyinə zəmanət verirlər. Təhlükəsizliyin təmin olunmasına ehtiyacı olan əsas obyektlərdən biri də orta ümumtəhsil məktəbləridir. Amma təəssüf ki, orta məktəblərin əksəriyyətində bu sistem bərqərar edilməyib. Özəl məktəblərdə vəziyyət dövlət təhsil müəssisələri ilə müqayisədə bir qədər fərqlidir. Özəl orta ümumtəhsil müəssisələrində mühafizə sistemi üçün ştat ayrılır və həmin xidmətin əməkdaşlarına məvacib verilir. Hətta bu azmış kimi, şagirdlərin əksəriyyəti məktəbə xüsusi mühafizəçilərin müşayiəti ilə gəlib-gedirlər.


Ümummilli liderin xətirəsinə ehtiram əlaməti olaraq

15.04.08 - 12:55573 baxılıb

May ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü tamam olur.

Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ulu öndərin doğum günü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq birlikdə silsilə tədbirlər keçirirlər.
Onlardan ikisi barəsində söhbət açırıq.


Bayram sevinclərini əsgərlərlə bölüşdülər

03.04.08 - 11:42563 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və Bakının 11, eləcə də Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli rayon komitələrinin maliyyə dəstəyi ilə Füzuli rayonundakı "N" saylı hərbi hissədə Novruzun ilaxır çərşənbəsində bayram şənliyi keçirilmişdir.


Ali məktəblərə qəbul planı azaldılacaq

10.03.08 - 17:36526 baxılıb

Misir Mərdanov: “Təhsil haqqında” Qanunun
qəbulu üçün heç bir maneə yoxdur”

Təhsil Nazirliyi (TN) yaxın günlərdə Dünya Bankı (DB) ilə təhsil sistemində islahatların növbəti mərhələsini əks etdirən kredit sazişi imzalayacaq. Sazişin detalları ilə bağlı təkliflər tam yekunlaşıb. Təhsil naziri Misir Mərdanov bildirib ki, ikinci kredit sazişində DB-nin payı 25 milyon dollar təşkil edəcək. Sənəddə respublikamızın məktəbəqədər müəssisələrinin, peşə məktəblərinin inkişafı, müəllimlərin hazırlıq səviyyəsinin yeni tələblərə uyğun təşkili nəzərdə tutulub. Misir Mərdanov ali təhsildə islahatların yeni mərhələsi ilə bağlı tədbirləri nəzərdə tutan proqramın hazırlandığını da xatırladıb. Proqramda ali məktəblərin adambaşına maliyyələşdirilməsi öz əksini tapıb. Sənəd martın sonuna kimi Nazirlər Kabinetinə təqdim olunacaq.


“Tarix bizə ümumi dil, kök, varlıq, vahid keçmiş bəxş edib”

03.03.08 - 15:13610 baxılıb

Bir-birimizi başa düşməməyimiz, bir-birini başa düşməyə can atmamağımız bağışlanmaz olar


Fevralın 26-da "Lider" televiziyasında jurnalist Tofiq Abbasovun məşhur qırğız yazıçısı Çingiz Aytmatovla apardığı müsahibəni, oxucularımızın arasında da böyük maraq doğuracağını nəzərə alıb, dərc edirik.


Paytaxtın köçürülməsi problemləri həll edə bilməz

25.02.08 - 12:16617 baxılıb

Mövcud infrastrukturlara toxunmadan şəhəri
müxtəlif istiqamətlərdə genişləndirmək lazımdır

Emil Axundov: "Bakının meqapolis kimi yaranmasında dünya səviyyəsində tanınmış 45-dən artıq memarın əməyi olub"

Son vaxtlar Bakı şəhərinin həddindən artıq yüklənməsi əlavə problemlər yaradır. Mövcud infrastrukturlar bu qədər əhali üçün nəzərdə tutulmadığından çatışmazlıqlar daha qabarıq üzə çıxır. Problemdən çıxış yollarından biri kimi paytaxtın köçürülməsi ideyası səsləndirilir. Əvvəlcə paytaxtın Gəncə şəhərinə köçürüləcəyi bildirilsə də, hazırda paytaxt üçün Dəvəçi rayonu ərazisində yeni şəhərin salınacağı vurğulanır. Paytaxtın köçürülməsi məsələsinə əməkdar memar Emil Axundovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


Tərəflər razılıqla ayrıldılar

25.02.08 - 12:10679 baxılıb

Bir neçə gün əvvəl Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Kollegiya və Rəyasət heyətlərinin birgə iclası keçirilmişdir. İclasda ikitərəfli komissiya tərəfindən hazırlanmış Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsi arasında 2006-cı ildə bağlanılmış Sahə Saziş üzrə qəbul edilmiş öhdəliklərin icra vəziyyəti haqqında arayış müzakirə olunmuşdur.


“Azərbaycan artıq əməli işə keçmək barədə düşünür”

25.02.08 - 11:56585 baxılıb

Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, mötəbər tribunalarda Ermənistanın işğala məruz qoyduğu torpaqlarda separatçı-terrorist qruplara geniş meydan və açıq dəstək verdiyini bəyan edib. Dağlıq Qarabağda neçə ildir ki, erməni terrorçuları kürd separatçıları ilə birgə təlimlər keçir. Türkiyənin Şimali İraqda kürd terrorçularına açıq zərbələr endirməsindən sonra Qarabağa üz tutan separatçılar barədə xarici ölkələrin təhlükəsizlik orqanları real detallarla çıxış etməyə başlayıb. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu fikirdədir ki, Ermənistanın işğal altında olan ərazilərdə terrorçuları yerləşdirməsi artıq beynəlxalq aləmin diqqətini cəlb etməkdədir.


QURULTAYDA ÇİXİŞ EDƏNLƏR

18.02.08 - 15:57596 baxılıb

Panavropa Regional Həmkarlar İttifaqları Şurasının prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının vitse-prezidenti Mixail Şmakovun çıxışı

Həmkarlar və dostlar, bacı və qardaşlar. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası adından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının nümayəndələrini və qonaqlarını ürəkdən salamlayır, Azərbaycan zəhmətkeşlərinin maraqları və qanuni hüquqları uğrunda mübarizə üçün məqsədlərin müəyyən edilməsində həmkarlar ittifaqlarına uğurlu və məhsuldar iş arzu edirəm.


Kəsişən və üst-üstə düşməyən baxışlar

18.02.08 - 15:56566 baxılıb

“Bir-birimizi ittiham etməkdənsə işçilərə öz hüquqlarını qorumağı öyrətməliyik”

"Azadlıq" radiostansiyasının fevralın 6-da AHİK-in III qurultayına həsr olunmuş verilişi efirə getmişdir. Həmkarlar ittifaqlarının fəaliyyəti barədə söhbət açılan verilişə bir neçə qeyri-hökumət təşkitatının nümayəndələri ilə yanaşı, Konfederasiyanın sədr müavini Aqil Dadaşov da telefon vasitəsilə qatılmışdı. “İşdən sonra” adlanan bu verilişin mətnini, oxucularımız üçün maraqlı olacağını nəzərə alıb, azacıq ixtisarla dərc edirik.
(verilişin təqdimatçısı İlqar Rəsuldur)


AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ SƏDRİ, MİLLƏT VƏKİLİ SƏTTAR MEHBALIYEVİN AHİK-in III QURULTAYINA HESABAT MƏRUZƏSİ

10.02.08 - 16:34665 baxılıb

Hörmətli qurultay nümayəndələri!
Əziz qonaqlar!
Xanımlar və jənablar!
Sizi ölkəmizin sosial-iqtisadi və ijtimai həyatında xüsusi yeri olan Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının açılışı münasibətilə ürəkdən təbrik edir və qurultayın işinə uğurlar arzulayıram.
II qurultaydan ötən beş il ərzində ölkəmizin sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, əhalinin maddi vəziyyəti daha da yaxşılaşmış, bütövlükdə jəmiyyətdə böyük yeniləşmə müşahidə olunmuşdur. İşsizliyin və yoxsulluğun səviyyəsi nəzərəçarpajaq dərəjədə azalmış, əhalinin real gəliri, o jümlədən bütün sahələr üzrə əməkhaqqı, pensiya və müavinətlər, eləjə də aspirant və tələbələrin təqaüdləri artırılmışdır. Bütün bunlarla paralel olaraq Azərbayjan həmkarlar ittifaqlarının nüfuzu yüksəlmiş, təşkilatın fəaliyyətini tənzimləyən, səlahiyyət dairəsini və hüquqlarını müəyyən edən normativ-hüquqi baza təkmilləşmişdir. Bunu təşkilatın hər bir üzvü öz fəaliyyətində aydın hiss edir.


2008-2013-cü illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas İstiqamətləri

10.02.08 - 16:33634 baxılıb

Qurultay Azərbayjan Həmkarlar İttifaqlarının ötən beş ildə əsaslı islahatlar apararaq qarşısında duran vəzifələri həyata keçirməyə çalışdığını dəyərləndirir. Əməkçilərin sosial, əmək hüquqlarının və mənafelərinin müdafiəsi, qəbul olunan qanun və qərarların sosial yönümünün güjlənməsi üçün ardıjıl mübarizə aparıldığını, iş yerlərinin qorunması və yenilərinin yaranması, əməkhaqlarının artırılması, əməyin ödənilməsi üzrə borjların azaldılması, istehsalatda təhlükəsizliyin təmin edilməsi, yeni həmkarlar təşkilatlarının yaradılması sahəsində işlər görüldüyünü qeyd edir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası III qurultayının bütün dünya həmkarlar ittifaqları və fəhlə hərəkatlarına müraciəti

10.02.08 - 16:27568 baxılıb

Biz, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının nümayəndələri hamınızın diqqətini xalqımızın taleyüklü bir məsələsinə cəlb etmək istəyərək, Ermənistanın işğalçı ordusunun Azərbaycan torpağına və xalqına qarşı 20 il davam edən təcavüzünə etirazımızı bildirir, Sizi Dağlıq Qarabağ probleminin həllində ölkəmizin konstruktiv mövqeyinin dəstəklənməsində həmrəyliyə çağırırıq.


TƏBRIKLƏR

10.02.08 - 16:23791 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab S. Mehbalıyevə

Hörmətli həmkarım!
AHİK-in III qurultayına bizi dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm.
Fürsətdən istifadə edib İspaniya həmkarlar ittifaqları adından qurultay iştirakçılarını salamlayır və qurultayın işinə uğurlar arzulayıram.

Səmimiyyətlə,
Manuel BONMATİ,
İspaniya Həmkarlar İttifaqları Konfederasiyasının Beynəlxalq Əlaqələr üzrə katibi.


Ümumitaliya Əmək Konfederasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liopoldo Tartaliyanın çıxışı

10.02.08 - 16:20644 baxılıb

Cənab prezident, qurultay nümayəndələri, hörmətli qonaqlar!

İtalyan zəhmətkeşləri adından, eləcə də Ümumitaliya Əmək Konfederasiyası adından mən Sizi salamlayır və AHİK-in III qurultayına uğurlar arzulayıram. Bu gün dünyanın hər yerində yoxsullarla varlılar arasında fərqi daha da genişləndirən yeni liberalçı siyasətə qarşı etirazlar mövcuddur. Bu siyasət ümumi iqtisadi böhran yaratmaqla işsizliyin sayını çoxaldır, işçilərin həyat şəraitinin aşağı düşməsinə, əməkhaqqının azalmasına və onların hüquqlarının zəifləməsinə gətirib çıxarır.


< 1 2 3 4 5 ... 16 17 18 19 18 19 20 21 22 >

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.