Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Metsamor" Yaponiyadakı AES-dən daha təhlükəlidir

22.04.11 - 16:20312 baxılıb

Adil Qəribov: "5 baldan çox zəlzələ olsa, bu stansiyanın radiasiya yayılma riski ortaya çıxacaq"

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov "Metsamor" AES-in region üçün törədə biləcəyi təhlükələrdən bəhs edir.


Çanaq antenaları yığışdırılacaq

15.04.11 - 19:58409 baxılıb

Əhali 10 xarici kanalı izləməklə kifayətlənməli olacaq

Təbii ki, vətəndaşlarımız informasiya tələbatını ödəmək üçün ölkə xaricindəki telekanalları izləməyə də ehtiyac duyur. Bunun üçün böyük əksəriyyət çanaq antenalarının, internet, kabel televiziyasının imkanlarından istifadə edir.


Çörək sexlərində antisanitariya halları

15.04.11 - 14:30411 baxılıb

Eyyub Hüseynov: "Çörək istehsalı Azərbaycanda tanınmış iri şirkətə tapşırılmalıdır"

Fazil Talıblı: "Tələblərə cavab verməyən müəssisələr haqqında lazımi ölçü götürülür"


Azərbaycanın çörəkbişirmə sexlərində problem qalmaqdadır. Həmin müəssisələrdə kifayət qədər yoxlama aparılsa da, cəza tədbirləri görülsə də problem tam həllini tapmayıb. Araşdırmalar göstərir ki, çörəkbişirmə sahəsində ən çox problem özəl çörək sexlərində müşahidə olunur. Təyinatı tamamilə başqa məqsədlər üçün nəzərdə tutulan kiçik obyektlərdə (qarajlarda), təbii ki, çörək bişirilməsi üçün normal şəraitdən danışmağa dəyməz. Elə bunun nəticəsidir ki, həmin çörək sexlərində kustar üsullardan və primitiv alətlərdən gen-boluna istifadə edilir.


Azərbaycanda ən güclü zəlzələnin olmasından 110 il ötür

08.04.11 - 13:27314 baxılıb

"İl ərzində qeydə alınan 4040 zəlzələdən 7-si hiss olunub"

Dünyanın müxtəlif ölkələrində seysmik aktivlik müşahidə olunur. Azərbaycan da bu sırada istisna deyil. Son bir neçə ay müddətində dəfələrlə Xəzər dənizinin Azərbaycan sektorunda təkanlar qeydə alınıb. Bu təkanlar Lənkəran şəhərində 3, Massallıda 2, Hacıqabul rayonunda 3,5 bal gücündə özünü göstərib. Zəlzələdən sonra Hacıqabul rayonu ərazisində torpaq aralanması, Muğanlı, Şərədil və Acıdərədəki sürüşmə zonalarında aktivləşmə müşahidə olunub. Maraqlıdır, Azərbaycanda 2000-ci ildə yaşanan zəlzələ həyəcanı təkrarlana bilərmi?


1918-ci ildə Qarabağda erməni vəhşilikləri

01.04.11 - 15:22378 baxılıb

1918-ci ildə ermənilərin Azərbaycan əhalisinə qarşı ən çox soyqırımı törətdiyi bölgələrdən biri də Qarabağ ərazisi olmuşdur.

Ermənilər Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarındakı dinc Azərbaycan əhalisinin səmimi münasibətindən istifadə edərək özlərinin düşmənçilik niyyətlərini həyata keçirmək üçün silahlanırdılar. 1917-ci ilin dekabrından başlayaraq erməni silahlı quldur dəstələri Kolanlı icmasına daxil olan kəndlərə (Dəmirlər, İmarət-Qərvənd, Umudlu, Qaralar, Sırxavənd, Çıraqlı, Əli-Ağalı və b.) hücum edir, onlardan hələ mövcud olmayan Ermənistan Respublikasına tabe olmağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar.


Bakı zəlzələyə davam gətirə bilərmi?

17.03.11 - 18:30310 baxılıb

Qurban Yetirmişli: "Hazırda tikinti aparılarkən
ərazinin seysmikliyi yoxlanılır və müvafiq rəy verilir"

Emil Axundov: "Bir çox binaların zirzəmiləri su ilə
dolub və o da binanın bünövrəsini boşaldıb"


Bu həftə dünyanın əsas diqqəti Yaponiyadadır. 9 bal gücündə zəlzələ gündoğan ölkəni əməlli-başlı silkələdi. Amma göydələnlər bu təbii fəlakətə davam gətirdi, uçqun hallarına rast gəlinmədi.


“ƏN YAXŞI NOVRUZ SÜFRƏSİ"

17.03.11 - 18:16786 baxılıb

Martın 15-də Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliği, qorunması və gənclər arasında yayılması məqsədi ilə fakültələr arasında "Ən yaxşı novruz süfrəsi" adlı müsabiqə keçirib.


Kollektiv sövdələşmə tarixindən

11.03.11 - 18:02249 baxılıb


Ölkədə yeni sel və daşqın təhlükəsi gözlənilirmi?

11.03.11 - 16:45303 baxılıb

Aidiyyəti orqanlar gücləndirilmiş iş rejiminə keçib, rayonlarda operativ qərargahlar yaradılıb

2010-cu ilin noyabr-dekabr aylarında anomal havaların keçməsi və istilərin normadan artıq olması hidrometeoroloqları və kənd təsərrüfatı ilə məşğul olan insanları narahat etsə də, onların bu nigarançılığı yanvar və fevral aylarında aradan qalxmış oldu. Hətta 2011-ci ilin ilk 2 ayında yağıntıların miqdarı normadan 2-3 dəfə artıq qeydə alındı. Mart ayı da yağıntılı hava şəraiti ilə müşayiət olunur və mütəxəssislər aprelə kimi normadan artıq yağışların davam edəcəyini proqnozlaşdırırlar.


Dərmandan zəhərlənmələrin səbəbi

04.03.11 - 16:06363 baxılıb

Səhiyyə Nazirliyindən isə ölkə ərazisinə gətirilən hər bir dərmanın yoxlanıldığı bildirilir

Son vaxtlar respublikamızda dərmandan zəhərlənmə halları artıb. Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarında respublikanın müxtəlif ərazilərində dərmandan zəhərlənmə nəticəsində vətəndaşların dünyasını dəyişməsi haqqında məlumatlara tez-tez rast gəlirik. Bu faktlar göstərir ki, ağrılardan xilas olmaq üçün qəbul edilən dərmanlar bəzən insanın həyatına son qoyur.


Tikintidə yeni cəza kodeksi...

25.02.11 - 15:48392 baxılıb

Martın 1-dən başlayaraq inşaat sektorunda sərt qaydalar tətbiq olunacaq

Gələn həftənin əvvəllərindən etibarən, yəni martın 1-dən başlayaraq tikinti sektorunda yeni qaydalar tətbiq olunacaq. Tikinti normativlərini pozan şirkətlərə qarşı sərt cəza tədbirləri görüləcək. Fövqəladə Hallar Nazirliyi bununla bağlı şirkətləri xəbərdar edib və martın 1-dək mövcud olan nöqsanları düzəltməyi onlardan tələb edib. İndiyədək inşaat işlərində bir çox tələbləri yerinə yetirməyən və yaxud normativlərə orta səviyyədə riayət edən şirkətlərə bundan sonra güzəştlərin edilməyəcəyi bildirilib.


Terror həyəcanı xarici şirkətlərdə hansı narahatlıqlar yaradır?

18.02.11 - 13:20241 baxılıb

ABŞ, Böyük Britaniya və İsrailin bəyanatlarına baxmayaraq, xarici iş adamları Azərbaycanı sabit və biznes üçün etibarlı ölkə hesab edirlər

ABŞ, Böyük Britaniya və İsrailin son günlər Azərbaycanda terror təhlükəsinə dair bəyanatları ictimaiyyətdə narahatlıqları artırıb. Ölkəmizdə yaşayan əcnəbilər bu fikirlərin reallığı əks etdirmədiyinin fərqinə varmasalar da, öz işlərini məhdudlaşdıra bilərlər. ABŞ, Böyük Britaniya və İsrailin Azərbaycanda çalışan iş adamlarına, turistlərə və digər peşə sahiblərinə ehtiyatlı olmaq barədə müraciətləri iqtisadi sahədə işgüzar mühitə də mənfi təsir göstərə bilər.


Vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

18.02.11 - 13:19455 baxılıb


Korrupsiya və rüşvətxorluğa qarşı görülən tədbirlər təqdir olunur

11.02.11 - 15:54327 baxılıb

Əli Məsimli: "Ayrı-ayrı nazirliklərdə həyata keçirilən işdən azadedilmələr görüləcək böyük tədbirin ilk addımlarıdır"

Aqil Abbas: "Bundan sonra yəqin ki, vətəndaşların müraciətlərinə dövlət idarələrində daha ciddi yanaşılacaq"


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də keçirilən Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasından sonra ölkədə korrupsiya və rüşvətxorluğun qarşısını almaq üçün bir sıra dövlət qurumları konkret addımlar atmağa başlayıb.


Korrupsiyaya qarşı səlib yürüşü...

04.02.11 - 17:15257 baxılıb

Hökumət korrupsiya hallarına yol verən şəxslərə qarşı amansız olacağını bəyan etdi

Azərbaycanda korrupsiya ilə mübarizə tədbirləri sürətləndirilib. Hökumət bu sahədə daha effektiv nəticələr əldə etmək üçün iqtisadi və sosial sahələrə nəzarət edən dövlət qurumlarına ciddi tapşırıqlar verib. Ötən həftə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın keçirilən iclasında da məhz bu sahədə vəziyyətin heç də qənaətbəxş səviyyədə olmaması vurğulanıb.
Komissiyanın sədri Ramiz Mehdiyev korrupsiyaya qarşı son illər görülən bir sıra işlərə baxmayaraq, hələ də ölkəmizin iqtisadi və sosial inkişafına maneə yaradan bu kimi halların mövcudluğunu bildirib. Həmin tədbirdə iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin təmin edilməsi, vergidən yayınma hallarına qarşı effektiv tədbirlərin görülməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması və digər zəruri işlərin gücləndirilməsi başlıca tələblər kimi qarşıya qoyulub.


Donuz qripi sərhədlərimizə yaxınlaşır

04.02.11 - 16:40391 baxılıb

"Virusa yoluxan hər hansı şəxs aşkarlandıqda dərhal nəzarətə alınacaq"

Şair Qurbanov: "Xaricdən gələn hər kəs ciddi müayinədən keçirilir"


Qış mövsümündə hava-damcı yolu ilə yayılan xəstəliklərə yoluxanların sayı artır. Bu sırada insanları daha çox qorxu altında saxlayan isə donuz qripi kimi tanınan H1N1 virusudur. Artıq Avropanın bir neçə ölkəsində həyəcan təbili çalınıb. Bolqarıstanda virusun kütləvi yayılması səbəbindən məktəblərdə dərslər təxirə salınıb. Qonşu Rusiya və Gürcüstanda da donuz qripinə yoluxma halları aşkarlanıb.


Gec oldu, güc oldu

31.01.11 - 12:25217 baxılıb


Bakıda bəzi qədim binaların daşı da sıradan çıxıb

28.01.11 - 16:08332 baxılıb

Feyzulla Quliyev:"Mərkəzdə yenidənqurma işləri aparılarkən bəzi ərazilərə toxunmamaq lazımdır"

"Birmənalı olaraq tarixi memarlıq abidələri bərpa olunmalıdır"


Son vaxtlar ölkənin nəqliyyat sisteminin nizama salınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Xüsusən paytaxtda müşayiət olunan tıxacların aradan qaldırılması üçün yeni körpülər və yolötürücülər salınır. Buna baxmayaraq, bu gün də paytaxtın şimal və cənub girişində nəqliyyatın sıxlığı müşahidə olunmaqdadır. Bu problemin aradan qaldırılması üçün müxtəlif təkliflər səsləndirilir.


Bəşəriyyət baş verənlərdən lazımi nəticə çıxarmalıdır

21.01.11 - 18:16336 baxılıb

Məhərrəm Mehtiyev:"2012-ci ildə dünyanın dağılmasının elmi əsası ola bilməz"

"İnsan allahın ona verdiyi sərvətlərdən səmərəli istifadə etməlidir"


Son illər dünyada təbii fəlakətlərin sayı artıb. Yazda sel və daşqınlar, yayda istilər səbəbindən meşə yanğınları, qışda isə soyuq və qar hər il minlərlə insanın həyatına son qoyur. Yer kürəsində baş verən bu təbiət hadisələri isə müxtəlif cür yozulur. Daha tez-tez eşitdiyimiz fikirlərdən biri də 2012-ci ildə dünyanın sonunun olacağı ilə bağlıdır. Baş verən proseslərin buna doğru apardığı bildirilir. Oxuculara təqdim etdiyimiz müsahibədə isə dünyamız haqqında söylənənlərə mütəxəsis fikri ilə aydınlıq gətirməyə çalışdıq.


Ayrıca uşaq ombudsmanı yaradılacaq?

14.01.11 - 13:00355 baxılıb

Nabil Seyidov: "Uşaq ombudsmanın yanaşmaları, istifadə etdiyi metodikalar böyüklərə yanaşmalardan tamamilə fərqli olmalıdır"

Respublikamızda uşaq hüquqlarının müxtəlif sahələrdə pozulması ilə bağlı mətbuat səhifələrində tez-tez məlumatlar verilir. Bu gün də küçədə işləyən, restoranlarda müxtəlif işlərə cəlb edilən uşaqlara rast gəlirik. Həmçinin internat evlərində böyüyən uşaqların da hüquqlarının pozulması ilə bağlı faktlar səsləndirilir. Bütün bu problemlərin aradan qaldırılması üçün artıq neçə illərdir uşaq ombudsmanının təsis edilməsi təklif olunur.


< 1 2 3 4 5 6 ... 13 14 15 16 17 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.