Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əqidə fədaisi

29.12.10 - 12:44327 baxılıb


31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

29.12.10 - 12:43323 baxılıb

1989-cu il dekabrın 31-də Naxçıvan MR əhalisi Araz çayı boyunca çəkilmiş tikanlı məftilləri sökdü və bu hadisə hələ də imperiyanın buxovları altında olan respublikada birmənalı qarşılanmadı.

Moskva tərəfindən hakimiyyət başında əyləşdirilmiş məmurlar çab-baş qalmışdılar.
Yuxarıların və xalqın qəzəbindən qorxan "rəhbərlər" münasibət bildirməyə aciz idilər. Bu birlik və həmrəylik hərəkatına siyasi qiymət vermək lazım idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilən Heydər Əliyev belə bir məsuliyyətli vəzifəni öhdəsinə götürdü. 1991-ci il dekabrın 16-da sərəncam verib 31 Dekabrın Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü kimi qeyd olunmasını qanuniləşdirdi.


Normaya uyğun olmayan laboratoriyaların fəaliyyəti dayandırılacaq

10.12.10 - 14:32311 baxılıb

Anar Qədirli:"Özəl tibb müəssisələrində əhaliyə səhiyyə xidmətinin göstərilməsinin keyfiyyəti araşdırılacaq"

Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələrində ciddi problem olduğu dəfələrlə vurğulanıb. Eyni laborator analizlərə verilən fərqli cavablar, keyfiyyətsiz tibbi xidmət göstərilməsi ilə bağlı mətbuat orqanlarında dəfələrlə məlumatlar dərc edilib. Bir müddət öncə isə respublikamızda fəaliyyət göstərən özəl tibb müəssisələrinin bəzisinin adı orqan mafiyası ilə iş birliyində hallandırıldı. Özəl tibb müəssisələrinin fəaliyyəti ilə bağlı suallarımızı Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli cavablandırıb.


Bölgələrdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsində ciddi problemlər qalmaqdadır

03.12.10 - 16:31446 baxılıb

Nərminə Alnağıyeva: "Özəlləşdirilən məktəbəqədər müəssisədən cəmi 7-si öz profilini saxlayır"

Vüqar Bayramov: "Dövlət büdcəsindən ayrılan vəsaitin azlığı yeni uşaq bağçalarının tikilməsinə imkan vermir"


Respublikamızda uşaq bağçaları ilə məktəbəqədər təhsil almalı olan uşaqların sayında böyük disbalans var. Hazırda Azərbaycanda 5 yaşlı 132 min uşaqdan cəmi 28348-i, yəni 21,5 faizi məktəbəqədər təhsilə cəlb edilib. Daha acınacaqlı vəziyyət isə respublikanın bölgələri ilə bağlıdır.


Sərnişindaşımada gedişhaqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib

26.11.10 - 16:47273 baxılıb

Namiq Həsənov: "Nəqliyyatın intellektual idarəetmə sistemi 2011-ci ilin ikinci yarısında işə düşəcək"

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq bir-birini təkrarlayan marşrutların ləğv edilməsi və ya bir marşrutda birləşdirilməsi işi davam etdirilir. Həmçinin kiçiktutumlu avtobuslar iri və ortatutumlu avtobuslarla əvəz olunur. Nəqliyyatın intellektual idarəetmə sisteminin işə düşməsinə hazırlıq kimi görülən bu tədbirlərlə yanaşı, sərnişindaşımada gedişhaqlarının artırılacağı da bildirilir.


İnsan orqanı mafiyası aşkar olundu

26.11.10 - 16:26245 baxılıb

"Qara transplantasiya" dünyada
ən gəlirli biznes hesab olunur


Məlum olduğu kimi, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi ölkəmizdə, daha doğrusu, Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsi barədə birgə məlumat yayıb. Həmin qurumların açıqlamasında qeyd olunur ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını respublikamıza gətirməklə onların üzərində qanunsuz cərrahiyyə əməliyyatı aparıblar.


Paytaxtın qaranlığa qərq olan küçələri

12.11.10 - 17:16451 baxılıb

Bu küçələr hər ay onlarla insanın həyatına son qoyur

Son illər respublikamızda baş verən yol qəzalarının sayı ilə yanaşı, baş verən qəzalarda ölənlərin sayı da artıb. 2010-cu ilin 9 ayı ərzində respublika ərazisində 1906 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 640 nəfər dünyasını dəyişib, 1990 nəfər yaralanıb. Bakı şəhəri ərazisində isə 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 247 nəfər həlak olub, 745 nəfər yaralanıb.
2009-cu ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 71, yaralananların sayı 113 nəfər azalıb. Həlak olanların sayı isə 11 nəfər (4,7 faiz) artıb.


Bakıdan Qazaxa 3 saata getmək mümkün olacaq

22.10.10 - 16:08269 baxılıb

5 ildən sonra ölkəmizdə sürət qatarlarının hərəkəti reallaşa bilər

Azərbaycan hökuməti Cənubi Koreya ilə yol-nəqliyyat layihələrinin birgə işlənməsi barədə danışıqları davam etdirir. Artıq Koreya şirkətləri ilə MDB məkanında analoqu olmayan nəhəng bir layihə - sürət qatarlarının istismara verilməsi layihəsi üzərində ciddi işlərə başlanılıb. Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov bildirib ki, yeni layihənin bir sıra detalları nəzərdən keçirilib.
Ötən il Koreya Dəmir Yolu İdarəsinin nümayəndələri ilə azərbaycanlı mütəxəssislər Bakıdan Gürcüstan sərhədinə qədər uzunluğu 503 km. olan məsafədə sürət qatarının yaradılması və istifadəyə verilməsi ilə bağlı təqdimat keçiriblər. Hazırda bu layihə üzərində təkmilləşdirmələr aparılır. Bu işlər yekunlaşdıqdan sonra onun da reallaşması üçün addımlar atılacaq.


İri şirkətlər kreditləri qaytara bilmir

15.10.10 - 14:34343 baxılıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 52 faiz artıb. Nəticədə vaxtı keçmiş kreditlər bankların ciddi problemlərindən birinə çevrilib.

Hətta vəziyyət o həddə çatıb ki, Mərkəzi Bank (MB) kreditlərin verilişinə nəzarəti gücləndirib. Hər yeni kredit xətti MB tərəfindən təftiş olunur. Bir şəxsin adına 2-ci kredit xətti aşkarlandıqda sonuncu krediti verən bank cəzalandırılır.
Rəylərə görə, böhranın təsiri və banklarda kredit risklərinin idarə edilməsinin lazımi səviyyədə olmaması problemli kreditlərin həcmini getdikcə artıracaq. Bankın məlumatında o da bildirilir ki, 2010-cu ilin sonunda Azərbaycanın bank sektorunda problemli borclar ən yüksək həddə çatacaq. Çünki kredit şərtləri ağır olaraq qalır və bu da bankların inkişafına təsir edir, aktivlərin keyfiyyətini pisləşdirir.


Mobil telefonla danışıq təklif edənlər işsiz qala bilər

08.10.10 - 15:55310 baxılıb


Paytaxtda yeni taksilər oktyabrın 15-dən fəaliyyətə başlayacaq

08.10.10 - 15:53296 baxılıb

Samir HƏSƏNOV: "İlk öncə ili köhnə olan, standartlara uyğun gəlməyən taksilər xətdən çıxarılacaq"

Azərbaycanda nəqliyyat sistemində qayda-qanun yaradılması istiqamətində işlər davam etdirilir. Uzun müddətdir ki, paytaxtda daha çox taksi fəaliyyətində problemlərin müşahidə olunduğu bildirilirdi. Paytaxtda istənilən avtomobilin üzərinə "taksi" nişanı qoyulurdu. Taksilər metro stansiyalarının çıxışında, avtobus dayanacaqlarında tıxaclar yaradırdı. Vətəndaşları narahat edən məsələlərdən biri də taksi sürücülərinin gedilən yola istədiyi qiyməti tətbiq etməsi idi.


Küçə uşaqlarının sosial müdafiəyə ehtiyacı var

01.10.10 - 17:59341 baxılıb

Kəmalə Ağazadə: "Dörd ay müddətində 201 uşaq
mərkəzdə qeydiyyatdan keçib"

Nabil Seyidov: "Onların bəziləri küçədə yalnız
işləyir, bir qisminin isə həm də yaşayış yeri küçədir"


Paytaxt küçələrində bu gün də müxtəlif işlərlə məşğul olan uşaqlarla rastlaşırıq. Əslində məktəbə gedib təhsil almalı olan həmin uşaqlar bu gün küçə həyatı yaşayırlar. Ailə nəvazişindən uzaq düşən bu uşaqların taleyi isə az adamı maraqlandırır. Təəssüf ki, bu gün də respublikamızda küçə uşaqlarının dəqiq sayı barədə dəqiq informasiya əldə etmək çətindir.


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR № 166

01.10.10 - 17:45530 baxılıb


Küçə reklamlarının yerləşdirilməsi normativlərə uyğun deyil

01.10.10 - 15:23409 baxılıb


“Elektrik sayğaclarının yazdığı sərfiyyat istehsal edildiyi ölkədən asılı olaraq dəyişir?"

24.09.10 - 15:29371 baxılıb

Fazil Talıblı:"İstər xaricdə istehsal olunan, istərsə də yerli istehsal olan sayğacların metroloji parametrləri yoxlanılaraq sertifikatlaşdırılır"

Ələkbər Ağasıyev:"İstehlakçıya bu səbəbdən maddi zərər dəyirsə, vətəndaşın bu zərərin ödənilməsini tələb etmək hüququ var"


Gücümüz nəyə çatırdı onu da etdik

17.09.10 - 17:56251 baxılıb

Artıq neftçilər üçün də yay-istirahət mövsümü başa çatdı. Sonuncu turistlər bir neçə gündür ki, Azərbaycanın səfalı guşələrindən qayıtmış, əmək fəaliyyətini davam etdirməyə başlamışdır. "Qara qızıl" istehsalçıları layiq olduqları səviyyədə dincələ bildilərmi? Onların problemsiz istirahətini təmin etməkdən ötrü hansı işlər görülüb? Bu suallar ətrafında danışmağı Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevdən xahiş etdik. Cahangir müəllim dedi:


Kollektiv müqavilə: vəzifələr, problemlər

17.09.10 - 17:53186 baxılıb

"Nabran" istirahət mərkəzində İnşaatçıların və Ağac Emalı Sənayesi İşçilərinin Beynəlxalq Federasiyasının dəstəyi ilə "Kollektiv müqavilələrin bağlanması: vəzifələr, xüsusiyyətlər, problemlər və təkmilləşdirilmə istiqamətləri" mövzusunda 3 günlük seminar keçirilmişdir.


Müsəlman ölkələrində Ramazan endirimləri davam edir

07.09.10 - 16:34200 baxılıb

Vahid Əhmədov:
"Rayonlarda baş verən
təbii fəlakət və iqlimin sərt keçməsi də bahalaşmaya təsir edib"

Sevgim Rəhmanov:
"Qiymətlərin süni artımı bayram fəlsəfəsinə ziddir"


Ramazan ayının gəlişi ilə əlaqədar müsəlman ölkələrində "Ramazan endirimləri" adlı geniş kampaniyalara start verilib. Məsələn, Türkiyədə müqəddəs Ramazan ayı boyunca ticarət obyektləri "Ramazan endirimləri" kampaniyasını hər il olduğu kimi bu il də davam etdirməkdədir. Hətta Amerika Birləşmiş Ştatlarında milli bayramlarda əsas ərzaq məhsullarının qiymətlərində endirimlər müşahidə olunur. Bununla da aztəminatlı vətəndaşların tələb olunan məhsulları almalarına şərait yaradılır. Azərbaycanda isə nədənsə hələ də belə bir ənənə formalaşmayıb.


Bütün dərsliklər orta məktəb şagirdlərinə pulsuz verilməlidir

07.09.10 - 16:31430 baxılıb

Faiq Şahbazlı:
"Bu gün ümumtəhsil məktəblərinin şagirdlərini dərsliklə
təmin etmək sahəsində heç bir problemimiz yoxdur"
Yeni dərs ilinin başlanılmasına iki həftədən də az vaxt qalır. Artıq həm Təhsil Nazirliyində, həm də orta məktəblərdə yeni dərs ilinə hazırlıq işlərinin böyük bir hissəsi başa çatıb. Yeni dərs ili üçün görülməli ən vacib məsələlərdən biri şagirdlərin dərs vəsaitləri ilə təmin edilməsidir. Dərsliklərin çapı və bu sahədə görülən işlərlə bağlı məsələyə Təhsil Nazirliyi Dərslik və Nəşriyyat Şöbəsinin müdiri Faiq Şahbazlı ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


İctimai Televiziyanın efirə çıxmasından 5 il keçir

07.09.10 - 16:15316 baxılıb

Cəmiyyətdən gələn ictimai-sosial sifariş

Onu həyata keçirmək üçün çox da vaxt lazım olmadı

Beş il əvvəl cəmiyyətdəki mövcud çeşidli, çoxqütblü düşüncə və ideyaları bir prizmadan keçirərək ortaq məxrəcə gətirə biləcək mərkəz, milli həmrəyliyin, vətəndaş cəmiyyətinin formalaşdırılmasında neytral və demokratik institut kimi çıxış etməyi qarşısına məqsəd qoyan bir televiziyanın yaradılması bəlkə də çoxlarına real görünmürdü. İctimai televiziya və radio təkcə Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri deyil, həm də cəmiyyətin içindən gələn ictimai-sosial sifariş idi.


< 1 2 3 4 5 6 7 ... 13 14 15 16 17 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.