Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Narkomaniya xəstəliyindən əziyyət çəkənlər çox vaxt öz ailəsində sıxışdırılır”

06.08.10 - 13:54438 baxılıb

Məzahir Əfəndiyev: "Əgər vaxtında bu problemin üzərinə gedilib həll edilməsə,xəstəlik epidemiya halını ala bilər"

“Cəmiyyətdə o hissi aşılamağa çalışmalıyıq ki, narkotik istifadəçisi xəstəlikdən əziyyət çəkən şəxsdir.”

Əsrin bəlası olan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Son illər isə narkotik istifadəçilərinin sayı durmadan artır. Respublikamızda bununla bağlı görülən tədbirlərə baxmayaraq, problemin qarşısını almaq hələ də mümkün olmayıb. Niyə? Bu suala ətraflı aydınlıq gətirmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SKAD) Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyevə müraciət etdik.


Azərbaycana 130-dan artıq ölkədən əcnəbi gəlir

06.08.10 - 12:41294 baxılıb


Su gələn arxa bir də gələr...

23.07.10 - 13:55305 baxılıb

"Dünyanın heç bir ölkəsində əhali bizdəki qədər suya israfçılıq etmir"

"Su gələn arxa bir də gələr" deyimi yay mövsümü gələndən bəri paytaxt sakinləri üçün öz aktuallığını itirib.Yayın qora bişirən vaxtında paytaxtın müxtəlif ərazilərinin sakinləri su üzünə həsrət qalıblar. Su problemi yaşayan ərazilərdən biri də Yeni Günəşli qəsəbəsindəki "D" massivinin 17, 19, 20 və 21-ci yaşayış binalarının sakinləridir. Onlar artıq 15 gündür ki, susuzluqdan əziyyət çəkirlər. 21-ci yaşayış binasının sakini Günay (ad şərtidir) artıq 15 gündən çoxdur ki, onlara yaxın ərazilərin heç birində su olmadığını dedi: "Müxtəlif qurumlara müraciət etdik. Şikayətlərimizin nəticəsində suyu 4-cü mərtəbəyə kimi verməyə başladılar. Yuxarı mərtəbələr isə yenə də susuz qalıb. Bu isə təzyiqin aşağı olması ilə əlaqələndirilir. Su idarəsi isə bizi sakitləşdirməyə çalışır ki, yaxın günlərdə su əvvəlki qaydada veriləcək".


Turistlər dəniz mövsümünün gəlməsini səbirsizliklə gözləsələr də...

29.06.10 - 10:29408 baxılıb


İyulun 1-dən köhnə avtomobillərə qadağa qoyulacaq

29.06.10 - 10:28388 baxılıb

Azərbaycanda "Avro-2" standartlarına keçidlə əlaqədar normalara cavab verməyən maşınların istismarına icazə verilməyəcək

Gələn həftənin ortalarından etibarən, yəni iyulun 1-dən Azərbaycanda "Avro-2" standartlarına keçidin tətbiqinə start veriləcək. Belə ki, həmin tarixdən etibarən ölkəmizə gətirilən, eyni zamanda respublika ərazisində istismar olunan bütün avtomobillərin mühərriki və texniki vasitələri "Avro-2" standartlarına uyğunlaşdırılacaq. Daha sadə desək, avtomobillərin işlətdiyi bütün yanacaq növləri və mühərrikinin vəziyyəti "Avro-2" normalarına uyğun olmasa onların istismarına qadağa qoyulacaq.


Dönüş

21.06.10 - 10:43195 baxılıb

Tənəzzüldən tərəqqiyə, qürbətdən Vətənə

Asiflə həmyaşıd, məktəb yoldaşıyıq. Elə də yaxşı oxumurdu. Odur ki, attestat alandan sonra təhsilini davam etdirmədi. Bilirdi ki, orta savadla instituta qəbul ola bilməyəcək. Bu səbəbdən bir müddət rayonda fəhlə işləyəndən sonra Rusiyaya üz tutdu.
Uzun müddət əlaqəmiz kəsilmişdi. Yalnız ordan-burdan xəbər tuturdum ki, işləri pis getmir, əli gətirir. Həm özü üçün gün ağlayır, həm də bir əli rayonda yaşayan valideynlərinin, bacı-qardaşının üstündədir. Azərbaycana qayıtmağı isə heç ağlına gətirmir. "Gəlib nə işlə məşğul olacağam ki…" deyib qonşu ölkədə qalmağa üstünlük verir. Amma rayona son səfərim zamanı iştirak etdiyim toy məclisində Asiflə bağlı malik olduğum bu məlumatların, necə deyərlər, köhnəldiyini bildim.


Azərbaycan Xalq Cümhuriyyəti - 92

26.05.10 - 20:08286 baxılıb

1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb edən bir dövrdür. Azərbaycan məhz bu taleyüklü dövrdə ilk dəfə olaraq dövlət süverenliyini qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışmışdır.

Bu dövr millətin həyatında mühüm mərhələ olmaqla yanaşı, onun gələcəyinin və istiqlalının bünövrəsini qoymuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi olmuşdur. Beşiyi başında H.Zərdabinin, Ə.Hüseynzadənin Ə.Ağaoğlunun, Ə.Topçubaşovun, C.Məmmədquluzadənin Ü.Hacıbəyovun və başqalarının durduğu milli-demokratik hərəkat Azərbaycan Cümhuriyyətini doğurdu. Onlar öz ictimai-siyasi, ədəbi maarifçilik fəaliyyəti ilə xalqımızda milli şüurun oyanıb inkişaf etməsinə böyük təsir göstərmişlər.


Qidalarımızı təhlükə mənbəyinə çevirən nədir?

14.05.10 - 17:04449 baxılıb

Eyyub Hüseynov: "Plastik qablardan kimyəvi maddələr ayrılaraq qidaya qarışması təhlükə mənbəyidir"

İmran Abdullayev: "Əgər qabların tərkibində toksinlərin miqdarı normadan artıq olarsa, orqanizmdə ciddi fəsadlar yarada bilər"


Son illər plastik qablaşdırma geniş vüsət alıb. İndi demək olar ki, bütün ticarət obyektlərində istehlakçıların aldıqları mallar polimerdən hazırlanan torbalarda qablaşdırılır. Plastik qablarda satılan sudan içməli olur, plastik stəkan, çəngəldən istifadə etməli oluruq. Bir çox xidmət obyektlərində əhaliyə isti və soyuq xörəklər də plastik qablarda verilir.


Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş məktəblilərin inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

07.05.10 - 18:19273 baxılıb

Qaliblər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə səfərdə olacaqlar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində onun zəngin həyat və fəaliyyətinə həsr edilmiş məktəblilərin inşa müsabiqəsinə yekun vurulmuşdur.
Bu münasibətlə mayın 6-da "Gülüstan" sarayında təşkil olunan mərasimdə üç mərhələdən ibarət müsabiqənin son mərhələsinə qatılan 96 şagird arasında ən yaxşı yazıların qaliblərinin adları elan edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə güllər düzülmüşdür.
Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş müsabiqənin yekun mərhələsinin nəticəsinə əsasən, 5 nəfər I yerə, 5 nəfər II yerə, 11 nəfər isə III yerə layiq görülmüşlər.


Qələbənin 65 illiyi qarşısında. Cəsur döyüşçü

07.05.10 - 14:52307 baxılıb

İkinci Cahan savaşında faşizm üzərində böyük itkilər hesabına əldə olunan möhtəşəm Qələbədə yüz minlərlə azərbaycanlı igid əsgər və zabitin də danılmaz xidmətləri olmuşdur.

Müharibədə qeyri-adi qəhrəmanlıqlar göstərənlərdən biri də azərbaycanlı zabit Əli Həşimov idi.
Həyatda çox təvazökar insan olan Ə. Həşimovun şücaətləri barədə Azərbaycanda, təəssüf ki, indinin özündə də az adamın məlumatı var. Amma onu müharibənin "adsız" qəhrəmanlarından adlandırmaq da düzgün olmaz. Belə ki, həmyerlimiz barədə bir vaxtlar Rusiya mətbuatında geniş bəhs edilib.


Qadın məsləhətxanaları ləğv olunacaq

07.05.10 - 14:04450 baxılıb


“Avtomobil satıram, qiyməti razılaşma yolu ilə..."

30.04.10 - 15:36686 baxılıb

Bazardakı avtomobillərin əksəriyyətini kreditini vaxtında ödəyə bilməyənlərin maşınları təşkil edir

- BMW-ni daha ucuz avtomobillə barter edirəm
- Mercedes satılır. Qiyməti razılaşma yolu ilə
- Vurulmuş maşınlar daha ucuz qiymətə…

Bu tip elanlara avtomobil saytlarında, küçələrdə hərəkət edən nəqliyyat vasitələrinin şüşələrində və ən əsası da maşın bazarlarında tez-tez rast gəlirik. Nədənsə hamı öz avtomobilindən qurtulmaq fikrinə düşüb. Bu isə avtomobil bazarında yaşanan krizisin hələ də tam aradan qaldırılmadığından xəbər verir.


Azərbaycan təhsilində ciddi nöqsanlar qalmaqda davam edir

23.04.10 - 14:57448 baxılıb


Rabitə Nazirliyi bütün mobil telefonları izləyəcək

23.04.10 - 14:56221 baxılıb

Nazirliyin yaradacağı yeni sistem vasitəsilə telefonların imeyl kodları qeydə alınacaq və bütün zəruri informasiyalar şəbəkədə cəmləşəcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) indi də mobil telefonlara nəzarəti gücləndirəcək. Daha doğrusu, cib telefonlarının kimə məxsus olması, cihaz barədə məlumatlar xırdalığına qədər nazirlik tərəfindən izlənəcək. Nazirliyi bu addımı atmağa vadar edən əsas məsələ isə son illər respublikamızda mobil telefon oğurluqlarının sayının artması və bir sıra hallarda oğurlanan telefonların tapılmamasıdır. Telefonların böyük bir hissəsinin kimə məxsus olmasını müəyyənləşdirmək çətinlik törətdiyindən onların tapılması da mümkün olmur.


Uşaq və yeniyetmələrin elmi - texniki yaradıcılıq müsabiqəsi başa çatdı

16.04.10 - 19:48496 baxılıb

Aprelin 12-də uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirildi. Sərgidə Təhsil naziri Misir Mərdanov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, millət vəkili Qənirə Paşayeva iştirak edirdilər.

Müsabiqənin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulun yaradılması, təcrübə mübadiləsinin təşkil olunmasıdır. Müsabiqədə 8-dən 18 yaşınadək olan uşaq və yeniyetmələr iştirak ediblər.


“May ayından başlayaraq respublika ərazisində əmək yarmarkaları keçiriləcək"

09.04.10 - 17:40394 baxılıb

İşsiz statusu alan şəxslərin dövlət tərəfindən müavinətlə təmin olunduğunu bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin rəis müavini Ş.Xələfov onlara iki dəfə iş təklif edildiyini vurğulayır: "Həmin vətəndaşlara münasib iki iş təklif olunur. Əgər vətəndaş həmin iş yerlərində işləmək istəmirsə, onun statusu ləğv olunur. Amma işsiz kimi rəsmi status alan vətəndaş işlə təmin olunmursa, 4 aydan 6-ayadək müavinət alır. Bu müddətdə isə vətəndaş hər ay məşğulluq şöbəsində qeydiyyatdan keçməlidir. Hazırda 5500-dən artıq vətəndaş işsizliyə görə müavinət alır. Ötən il işsizlərə ödənilən müavinətin məbləği 24 manatdan 55 manata qaldırılıb.


Yumurta və toyuq əti 20 faiz ucuzlaşdı

09.04.10 - 17:33270 baxılıb

Mütəxəssislər bunu bazarlarda yaranan sabitliklə izah edirlər

Son vaxtlar bazarlarda yumurta və toyuq ətinin ucuzlaşması müşahidə edilir. Bir neçə həftə ərzində yumurta və toyuq ətinin qiyməti 20 faiz aşağı düşüb. Bunu bazarda yaranmış sabitliklə izah edən mütəxəssislər yaxın vaxtlarda həmin məhsulların qiymətində artım gözlənilmədiyini bildirirlər.
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev də qiymətlərin ucuzlaşdığını qeyd etdi. Ucuzlaşmanın səbəbinə gəlincə, bu, xaricdən toyuq ətinin gətirilməsi ilə əlaqələndirilir. Əhali üçün sərfəli olsa da, yaranmış vəziyyət yerli quşçulara çətinlik yaradır. Artıq cənub bölgəsində bu sahə ilə məşğul olmaq broyler şirkətlərinə sərf etmir.


Turistlərin hüquq və təhlükəsizlikləri təmin edilməlidir...

05.04.10 - 11:41239 baxılıb

Turizmin tələbələri ölkədə kadr hazırlığından narazıdırlar

Azərbaycan turizmin inkişaf etdirilməsi üçün çox əlverişli coğrafi mövqedə yerləşsə də, bu sahədə hələ problemlər qalmaqdadır. Turizm iqtisadiyyatın çox çətin, eyni zamanda gəlir gətirən sahəsi olduğundan onu inkişaf etdirmək məqsədi ilə düzgün siyasətin qurulması vacibdir. Bunun üçün beynəlxalq standartlara cavab verən müasir mehmanxana, motel, əyləncə kompleksləri, restoran və s. obyektlər tikilməli, tarixi-memarlıq abidələrimiz bərpa olunmalı, abadlıq işləri aparılmalı, gələn turistlər yüksək səviyyədə qarşılanmalıdırlar. Bununla yanaşı, xidmətlər paketinə hüquqi və təhlükəsizlik məsələləri də daxil edilməlidir.


Novruz - dünya ölkələrində

19.03.10 - 13:39375 baxılıb

Azərbaycan

Novruz bayramını Azərbaycan xalqı Sovet hakimiyyətinin qanlı-qadalı illərində belə qeyd etməkdən çəkinməyib. Müasir Azərbaycanda adıçəkilən bayram dövlət səviyyəsində xüsusi təmtəraqla keçirilir. Azərbaycan adətləri haqqında hər birimiz məlumatlı olduğumuza görə, bu barədə geniş informasiya verməyəcəyik.


HEERLENDƏ NOVRUZ BAYRAMI

19.03.10 - 13:32506 baxılıb


< 1 2 3 4 5 6 7 8 ... 13 14 15 16 17 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.