Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
AHİTA həmkarlar idman təşkilatlarında keçiriləcək tədbirlər barədə Gənclər və İdman Nazirliyinə məlumat göndərib
Azərbaycanın idman sahəsində son illər əldə etdiyi nailiyyətlər göz qabağındadır. Yola saldığımız ildə də ölkəmiz idman sahəsində böyük uğurları ilə yadda qaldı. Olimpiya hərəkatı genişlənib, gənclər müntəzəm şəkildə idmana cəlb olunurlar. Əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzi formalaşdırılır. Yeni idman və olimpiya kompleksləri tikilir. Müstəqillik əldə etdiyimiz vaxtdan Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülüblər.
Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ötən ilin oktyabr ayından start götürmüş X Respublika Spartakiadası ümumi komanda hesabında Bakı 2 saylı Baza Tibb Kollecinin idmançılarının qələbəsi ilə başa çatdı. Təhsil, Gənclər və İdman nazirliklərinin, Milli Olimpiya Komitəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təşkil olunmuş bu böyük idman tədbiri iştirakçılarının say tərkibinə görə diqqət çəkmişdir. Hər bir komanda, ayrı-ayrı idmançılar qələbə uğrunda əzmlə mübarizə apardılar.
"Zenit" İdman Cəmiyyəti Respublika Şurasının dekabrın 16-17-də sərbəst güləş üzrə gənclər arasında açıq birinciliyi keçirilmişdir.
Birincilikdə cəmiyyətin Bakı, Sumqayıt, Gəncə şəhər şuralarının, eləcə də "Titanik" İdman Klubunun 60 nəfər pəhləvanı 8 çəki dərəcəsində gücünü sınamışdır.
Orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr arasında keçirilən X Respublika Spartakiadasının proqramına daxil olan daha 2 idman növü üzrə qaliblər müəyyənləşdirilmişdir. 2 saylı Bakı Baza Tibb Kollecinin idman zalında təşkil edilmiş yarışlarda ilk həyəcanı voleybolçu oğlanlar yaşamışlar. 3 mükafatalayiq yer uğrunda 9 orta ixtisas məktəbindən 90 tələbə-idmançının mübarizə aparması qarşılaşmanın gərginliyini bir az da artırmışdı.
Hələ oktyabr ayından start götürmüş orta ixtisas təhsil müəssisələri arasında X Respublika Spartakiadasının daha bir növü üzrə yarışlara yekun vurulmuşdur.
Noyabrın 21-dən 26-dək 2 saylı Bakı Baza Tibb Kollecinin idman zalında voleybolçu qızlar qələbə uğrunda mübarizə aparıb. Mübarizəyə 10 orta ixtisas məktəbindən 152 tələbə-idmançı qatılmışdı. Mükafatalayiq yerləri tutmaq isə yalnız yarışlara daha yaxşı hazırlaşmış komandalara qismət oldu. Fəxri kürsünün ən yüksək "zirvəsini" Bakı Sənaye Pedaqoji Kollecinin yığması "fəth" etdi.
Artıq bir aydır davam edən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Rabitə İşçiləri Müstəqil HİRK və "Spartak" İdman Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ənənəvi "Sağlamlıq-2011" Respublika Spartakiadası başa çatıb. Azərbaycan Respublikasında rabitənin yaradılmasının 130 illiyinə həsr olunan spartakiada ölkəmizdə rabitə sistemində çalışan işçilərin və onların ailə üzvlərinin sağlamlığının möhkəmləndirilməsi, eləcə də respublikada bədən tərbiyəsi və idman hərəkatının daha da geniş vüsət alması məqsədi ilə təşkil olunmuşdu.
"Zenit" İdman Cəmiyyətinin yetirməsi Cəbrayıl Həsənov Türkiyənin İstanbul şəhərində keçirilmiş güləş üzrə son dünya çempionatında layiq görüldüyü bürünc medalla bir daha sübut etdi ki, o, sərbəst güləş növündə parlaq gələcəyə malikdir. Bu yarışa qədər gənc güləşçimiz iki dəfə Avropanın birincisi adını qazanmış, ötən il Moskvada təşkil olunmuş dünya çempionatında III yerə sahib çıxmışdı. Bürünc medal Cəbrayıla London Yay İdman Oyunları Olimpiadasında çıxış etmək imkanı verdi.
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatında ilk gün mübarizə aparan 55 kq çəki dərəcəsində Rövşən Bayramov bütün rəqiblərindən üstün olub və komandamıza ilk lisenziya və ilk qızıl medalı qazandırıb.
Polşanın Varşava şəhərində yeniyetmələr arasında keçirilmiş güləş üzrə Avropa birinciliyində, ötən saylarımızda xəbər verdiyimiz kimi, "Zenit" İdman Cəmiyyətinin yetirməsi Ruslan Qasımov (sərbəst güləş) qızıl medal qazanmışdı.
Polşanın paytaxtı Varşavadan Azərbaycanın sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandası zəfərlə qayıtmışdır. Yeniyetmə güləşçilərimiz yaşıdları arasında avqustun 10-11-də keçirilmiş birincilikdə 9 medal (3 qızıl, 3 gümüş, 3 bürünc) qazanaraq ən yaxın rəqiblərini belə xal hesabında böyük fərqlə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
"Zenit" İdman Cəmiyyətinin yetirməsi 15 yaşlı Araz Gülməmmədovun Macarıstanın Kustiyu şəhərində keçirilmiş yeniyetmələr arasında boks üzrə Avropa birinciliyində uğurlu çıxışı onun böyük idmanda mövqe tutacağına ümidləri artırmışdır. 46 kq çəki dərəcəsində rinqə çıxan Araz yalnız finalda Rusiya təmsilçisinə minimal - 8-9 hesabı ilə uduzaraq birinciliyi gümüş medalla başa vurmuşdur.
Təhsil müəssisələri arasında X Respublika Universiadası başa çatdı.
3 ay davam edən bu böyük idman tədbirinin sonuncu yarışları kişilərdən ibarət voleybol komandaları arasında keçirildi. 15 ali məktəbin yığmasının qatıldığı qarşılaşmalarda ən güclü Dövlət İqtisad Universiteti elan edildi. Sonrakı mükafatalayiq iki yerə Texniki və Qafqaz universitetlərinin idmançıları sahiblik etdilər.
Təhsil müəssisələri arasında X Respublika Universiadasının çərçivəsində keçirilmiş həndbol (kişilər) üzrə yarışlar komandaların güzəştsiz rəqabəti ilə yadda qaldı.
"Zenit" İdman Cəmiyyətinin gənc sərbəst güləşçiləri arasında təşkil olunmuş növbəti birinciliyi ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmişdi.
Mayın 6-dan 7-dək davam edən birincilikdə Cəmiyyətin Bakı, Sumqayıt şuralarından "Pəhləvan", "Titan" idman klubları və "Təhsil" İdman Mərkəzindən 8 çəki dərəcəsində 79 güləşçi qələbə uğrunda mübarizə aparmışdı. Ən yaxşı nəticəni "Zenit"in paytaxt təmsilçiləri göstərmişlər. Onlar 4 çəkidə bütün rəqiblərini üstələmişlər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.