Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Oktyabrın 10-dan noyabrın 21-dək Elektroenergetika və Elektrotexnika Sənayesi, Aviasiya, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı və Müdafiə Sənayesi işçiləri həmkarlar ittifaqı respublika komitələrinin, Metal İşçiləri Federasiyasının «Baku Stil Kompani» İşçiləri Həmkarlar İttifaqı Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlarda çalışan zəhmətkeşlərin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XII Respublika Spartakiadası keçirilir.
«Zenit» İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə baş tutan spartakiadaya idmanın 10 növü - futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, qol güləşi (armrestlinq), dama, nərd, şahmat və güllə atıcılığı daxil edilib. Spartakiadanın açılış mərasimi oktyabrın 16-da Bakı Olimpiya Kompleksində olmuşdur. Mərasimdə yuxarıda adıçəkilən sahə HİRK-lərin sədrləri, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nazirliyin idman şöbəsinin rəisi Mirkamil Rəhimov, kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov və digər məsul şəxslər iştirak etmişlər. AHİK sədrinin müavini Cavanşir Alxasov Spartakiadanın açılış mərasimində çıxış edib. C.Alxasov iştirakçıları salamlamış, onlara uğurlar arzulamışdır. O, Azərbaycanda sağlamlığın qorunması, böyüməkdə olan gənc nəslin, hər bir vətəndaşın fiziki cəhətdən güclü olması naminə irimiqyaslı layihələr həyata keçirildiyini bildirdi. Dedi ki, ölkə başçısı və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin, Gənclər və İdman Nazirliyinin, digər aidiyyəti təşkilatların bu istiqamətdə gördükləri işlər göz qabağındadır. Artıq Azərbaycan idman ölkəsi imicini qazanmışdır. Natiq onu da vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin «Bədən tərbiyəsi və idmanı ümumxalq hərəkatına çevirməliyik» çağırışına qoşulan «Zenit»çilər də bu istiqamətdə ildən-ilə nailiyyətlər əldə edirlər. Sonda C.Alxasov əmin olduğunu bildirdi ki, Azərbaycan həmkarlar ittifaqları əhalinin sosial mənafelərinin, o cümlədən sağlamlığının qorunması istiqamətində bundan sonra da fəal iş aparacaq, dövlətimizin möhkəmlənməsi və daha da inkişafı naminə bütün imkanlardan məqsədyönlü istifadə edəcəkdir. Artıq spartakiadada ilk nəticələr qeydə alınmışdır. Futbol üzrə yarışlarda Aviasiya işçiləri hamıdan güclü olmuşlar. Voleybolçuların mübarizəsində «Baku Stil Kompani» təmsilçiləri, kəndirdartmada isə “Metalçılar” birinci yeri tutmuşlar. Qaliblərə «Zenit»in diplomları və qiymətli hədiyyələr verilmişdir. İdman yarışması davam edir. Rasim SÜLEYMANOV.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.