Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali məktəb tələbələri arasında idmanın 12 növü üzrə Respublika çempionatı davam edir. Çempionatın proqramına daxil olan sərbəst güləş üzrə yarışma martın 5-də Milli Aviasiya Akademiyasının idman zalında baş tutmuşdur. 11 komandanın tərkibində 100-ə yaxın idmançının mübarizə apardığı yarışmada qaliblər yeddi çəki dərəcəsində müəyyənləşmişdir. Fəxri kürsünün ən yüksək pilləsində Əjdər Mehdizadə (55 kq.), Qurban Novruzov (60 kq.), Ağaəli Ramazanov (66 kq.) - Dövlət Pedaqoji Universiteti; Elmir Baxışov (74 kq. Dövlət Neft Akademiyası); Elvin Cahangirov (84 kq. Texniki Universitet); Roman Bəkirov (96 kq. Dövlət Pedaqoji Universiteti) və Seymur Niftəliyev (120 kq. Tibb Universiteti) qərarlaşmışlar.
Martın 10 da AHİTA-nın "Şahmat və Dama" İdman Klubunda şahmat yarışı keçirilmişdir. Zəka yarışmasında 14 komanda iştirak etmişdir. Şahmatçıların mübarizəsində birinci yerin qalibləri aşağıdakı kimi müəyyənləşmişdir: Azər Abdullayev, Şəhriyar Rəhmanov, Xalid Atababayev, Səbinə Quliyeva, Səhər Hüseynova (Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası); Elşad Abdullayev, Sahir Əlizadə, Atatürk Hüseynov, Gülşən Ağayeva və Aytac İsmayılova (Bakı Dövlət Universiteti). Martın 12-də "Şahmat və Dama" İdman Klubunda dama yarışması olmuşdur. 11 komandanın qoşulduğu yarışmanın qalib adını Aslan Aslanlı, Təbriz Ramazanov, Şərafəttin Aslanzadə və Aytən Qafarlı (Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası); Nicat Zamanov, Şahin Hümbətov, Ülvi Xəlilov və Fidan Ağasiyeva (Dövlət İqtisad Universiteti) qazanmışlar. Martın 16-da Bakı Slavyan Universitetinin idman zalında stolüstü tennis üzrə 8 komandanın iştirak etdiyi qadınlar arasında keçirilən mübarizədə Rüfət Quliyeva, Zərif Əliyeva, Günel Mehdiyeva (Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası); Ülviyyə Allahverdiyeva, Samirə Ziyəddinova, Anastasiya Aqapova (Milli Aviasiya Akademiyası) ən yüksək nəticə göstərmişlər. Martın 18-də isə kişilər arasında 12 komandanın iştirak etdiyi stolüstü tennis üzrə yarış başa çatmışdır. 1-ci yerin qalibləri belə sıralanmışdır: Nəriman Abdullayev, Əli Bayramov, Elçin Bilalov (Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası); Maarif Dadaşov, Sabir Teymurov və Faiq Çələbiyev (Memarlıq və İnşaat Universiteti). Aprel ayı ərzində keçiriləcək idman yarışlarının yekunları haqqında növbəti saylarımızda məlumat verəcəyik.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.