Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Zenit" İdman Cəmiyyətinin yetirməsi Cəbrayıl Həsənov Bakıda keçirilmiş Avropa çempionatında sərbəst güləşçilərin yarışında 66 kq. çəkidə qızıl medala layiq görülmüşdür. Cəbrayılın sonuncu qarşılaşması Rusiya Federasiyası pəhləvanı Maqametmurad Qadjiyevlə olmuşdur. Yüksək fiziki və texniki hazırlığa malik həmyerlimiz adlı-sanlı rəqibi üzərində təmiz qələbə qazanmışdır. C.Həsənov, mütəxəssislərin dediyinə g örə, parlaq gələcəyə malik gənc idmançılarımızdandır. İndiyə qədər güləş döşəyi üzərində qazandığı uğurlar da bunu deməyə haqq verir. O, ötən ilin yayında Ankara şəhərində gənclər arasında təşkil olunmuş dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Yenə həmin il Vilnüsdə keçirilmiş yaşlılar arasında Avropa çempionatında gümüş medalın sahibi olmuşdu. Gənc pəhləvanın güləşin sirlərinə yiyələnməsində, böyük döyüşlərə fiziki və mənəvi baxımdan hazırlanmasında məşqçisi Aslan Ağayevin əməyi əvəzsizdir. Aslan müəllim məşqçilik fəaliyyətini qədim ənənələr və güləş aləmində yaranan yeniliklərin sintezi əsasında qurduğundandır ki, yetirmələri, öndə Cəbrayıl olmaqla, Azərbaycanımızın idman tarixinə şərəfli səhifələr yazırlar. Biz C.Həsənovun zirvələrə doğru irəliləməsi üçün səylərini əsirgəməyənlər sırasında həmkarlar ittifaqları təşkilatlarının adlarını çəkməyə bilmərik. Elektroenergetika və Elektrotexnika Sənayesi, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Aviasiya İşçiləri Həmkarlar İttifaqı respublika komitələri C.Həsənova uzun illərdir ki, maliyyə dəstəyi göstərirlər. Bu dəstək gələcəkdə də davam etdiriləcək. Biz C.Həsənovu Avropa çempionu olması münasibətilə təbrik edir, ona dünya çempionatlarının və növbəti Olimpiadanın qızıl medallarını arzulayırıq.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası.
*** Aprelin 15-də Cəbrayıl Həsənovu AHİTA-nın prezidenti Nadir Əliyev qəbul etmişdir. N.Əliyev C.Həsənovu Avropa çempionu adını qazanması münasibətilə təbrik etmiş, ona şəxsən AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin və özünün təbriklərini çatdırmışdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.