Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
"Zenit" İdman Cəmiyyəti Respublika Şurasının keçirdiyi katedlər arasında sərbəst güləş üzrə birincilik ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuşdu. Şuranın Bakı şəhərində fəaliyyət göstərən təşkilatlarından 64 idmançının qatıldığı tədbir həm də yeniyetmələrin yarış təcrübəsini artırmaq xarakteri daşıyırdı.
Nərd yarışlarında Azərbaycanda fərqlənmək olduqca çətindir. Çünki ölkəmizdə elə adam tapılmaz ki, nərd oyununu bacarmasın. Ona görə də Bakı Slavyan Universitetinin komanda üzvlərinin birinci yeri tutması böyük ustalıq hesabına başa gəldi.
"Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən spartakiadanın nərd növündə ikinci yerə Bakı Musiqi Akademiyasınin təmsilçiləri çıxdılar. 8 komanda arasında üçüncü yerə layiq görülən Azərbaycan Texniki Universitetinin nümayəndələri də, yəqin ki, yarışların nəticəsindən razı qaldılar.
Ali təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatında növbəti idman növünün nümayəndələri - voleybolçular mükafatalayiq yerlər uğrunda mübarizəyə qatıldılar. Kişilərin yarışında Dövlət Pedaqoji Universitetinin yetirmələri ən yaxşı nəticə göstərdilər. Fəxri kürsünün ikinci və üçüncü pillələrinə isə, müvafiq olaraq texniki və tibb universitetlərinin tələbələri sahib çıxdılar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş ali təhsil müəssisələri arasında respublika spartakiadasına start verilmişdir.
Proqrama idmanın 6 növü daxil olan spartakiadanın açılış oyunlarını keçirmək şahmatçılara qismət olmuşdur. 10 komandanın qatıldığı yarışda Dövlət İqtisad Universitetinin şahmatçıları rəqiblərini xal hesabı ilə üstələmişlər.
"Forbes" jurnalı 2011-ci ilin yekunlarına əsasən, dünyanın ən yüksək ödənişli futbolçularının reytinqini açıqlayıb. Siyahıda birinci pilləni ABŞ-ın "Los Anceles Qalaksi" klubunun yarımmüdafiəçisi Devid Bekhem tutur.
Bakı Slavyan Universitetinin (BSU) idman zalına toplaşan əksər azarkeşlərin ümidləri qismən doğruldu. Ali təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatının proqramına daxil olan badminton yarışlarına ev sahibliyi edən BSU-nun həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları fəxri kürsünün II pilləsinə yüksələ bildilər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə respublikanın ümumtəhsil məktəblərinin müəllimləri arasında təşkil olunan şahmat yarışı başa çatıb.
Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri Uxta şəhərində keçirilən neft-qaz universitetlərarası XII spartakiadadan qələbə ilə qayıdıblar.
Qalib komandanın üzvləri ilə akademiyada görüş keçirilib. ADNA-nın Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi görüşdə rektor, akademik Siyavuş Qarayev idmançıları təbrik edərək, onlara daha böyük qələbələr arzulayıb. Sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zəfər Qurbanov çıxış edərək, XII spartakiada haqqında qısaca məlumat verdi.
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycana yeganə qızıl medalı qazandırmış cüdoçu Elnur Məmmədli Londondakı 361 metro stansiyasından heç birinə adının verilməməsinə münasibət bildirib. 24 yaşlı olimpiya çempionumuz bunu təbliğatın zəifliyi ilə əlaqələndirib.
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin təşkilatçılığı ilə martın 4-də keçirilmiş şahmat yarışına yekun vurulmuşdur.
Rayondakı Uşaq və Gənclər İdman Məktəbində təşkil olunmuş bu yarışda qalib adını 253 saylı orta məktəbin əmək müəllimi Əlnazim Salmanov qazanmışdır. 106 saylı orta məktəbin riyaziyyat müəllimi Əşrəf Tağıyev ikinci, 180 saylı orta məktəbin riyaziyyat müəllimi Fariz Kazımov isə üçüncü mükafatçı olmuşlar.
"Zenit" İdman Cəmiyyətinin yetirmələri bir neçə gün əvvəl "Sərhədçi" İdman Kompleksində gənclər arasında keçirilmiş sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyində uğurla çıxış etmişlər. "Zenit" İC-nin yığması yarışlara 18 idmançı ilə qatılmışdı.
Yığma komandamız Serbiyanın paytaxtı Belqrad şəhərində davam edən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb. 60 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda bolqarıstanlı Anatoli Quydeanı məğlub edib. Gərgin keçən döyüş 5:0, 2:5 və 5:1 hesabı ilə Toğrul Əsgərovun qələbəsilə nəticələnib.
Təhsil, Gənclər və İdman nazirliklərinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyi və "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən ali təhsil məktəbləri tələbələri arasında Respublika çempionatına martın 1-də start verilmişdir.
AHİTA həmkarlar idman təşkilatlarında keçiriləcək tədbirlər barədə Gənclər və İdman Nazirliyinə məlumat göndərib
Azərbaycanın idman sahəsində son illər əldə etdiyi nailiyyətlər göz qabağındadır. Yola saldığımız ildə də ölkəmiz idman sahəsində böyük uğurları ilə yadda qaldı. Olimpiya hərəkatı genişlənib, gənclər müntəzəm şəkildə idmana cəlb olunurlar. Əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzi formalaşdırılır. Yeni idman və olimpiya kompleksləri tikilir. Müstəqillik əldə etdiyimiz vaxtdan Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülüblər.
Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ötən ilin oktyabr ayından start götürmüş X Respublika Spartakiadası ümumi komanda hesabında Bakı 2 saylı Baza Tibb Kollecinin idmançılarının qələbəsi ilə başa çatdı. Təhsil, Gənclər və İdman nazirliklərinin, Milli Olimpiya Komitəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təşkil olunmuş bu böyük idman tədbiri iştirakçılarının say tərkibinə görə diqqət çəkmişdir. Hər bir komanda, ayrı-ayrı idmançılar qələbə uğrunda əzmlə mübarizə apardılar.
"Zenit" İdman Cəmiyyəti Respublika Şurasının dekabrın 16-17-də sərbəst güləş üzrə gənclər arasında açıq birinciliyi keçirilmişdir.
Birincilikdə cəmiyyətin Bakı, Sumqayıt, Gəncə şəhər şuralarının, eləcə də "Titanik" İdman Klubunun 60 nəfər pəhləvanı 8 çəki dərəcəsində gücünü sınamışdır.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.