Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Təhsil müəssisələri arasında keçirilən X Respublika Universiadasında növbəti nəticələr qeydə alınmışdır.
Aprelin 12-dən 23-dək 2 saylı Bakı Baza Tibb Kollecinin idman zalında basketbolçu kişilər mübarizə aparmışlar. Birinci yeri Bədən Tərbiyəsi və İdman Akademiyasının təmsilçiləri tutsalar da, onların peşəkarlığı nəzərə alınaraq ikinci nəticə göstərmiş Bakı Dövlət Universitetinin yığması qalib elan edilmişdir.
Aprelin 16-da Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi bədən tərbiyəsi və idman kafedrası ilə birgə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş fakültələrarası futbol çempionatının açılış mərasimini keçirib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov mərasimi giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu yarış tələbələrin asudə vaxtının səmərəli təşkili və onların sağlam həyat tərzi keçirmələri, eyni zamanda ulu öndərimizin ruhunda tərbiyyə edilmələri baxımından çox mühüm əhəmiyyət kəsb edir.
Xəbər verdiyimiz kimi, "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təhsil müəssisələri arasında idmanın 10 növü üzrə (cüdo, basketbol, stolüstü tennis, şahmat, dama, həndbol, badmenton, voleybol, atletika, üzgüçülük) X Respublika Universiadası keçirilir. Basketbolçular və stolüstü tennisçilərin ardınca mübarizəyə stolüstü oyun komandaları da qoşulmuşlar.
"Zenit" İdman Cəmiyyətinin yetirməsi Cəbrayıl Həsənov Azərbaycanın idman tarixinə daha bir şanlı səhifə yazmışdır.
O, martın 29-30-da Almaniyanın Dortmunt şəhərində keçirilən sərbəst güləş üzrə Avropa çempionatında 66 kq. çəkidə birinci yerə çıxmışdır. Bu, C.Həsənovun qitə birinciliyində dalbadal ikinci qızıl medalıdır. 2009-cu ildə isə Vətənə çempionatdan gümüş medalla qayıtmışdı. Çempionun məşqçisi əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası Aslan Ağayev deyir ki, 66 kq. çəki dərəcəsində hələ ki, Cəbrayıla rəqib yoxdur.
Təhsil müəssisələri arasında X Respublika Universiadası Milli Aviasiya Akademiyasının İdman Kompleksində start götürdü.
Martın 6-7-də cüdoçu tələbələr öz aralarında kimin daha güclü olduğunu sübut etməyə çalışdılar. Dörd çəki dərəcəsində Dövlət İqtisad Universitetinin idmançıları bütün rəqiblərindən üstün oldular. Qalan üç çəkidə isə fəxri kürsünün ən yüksək pilləsinə Milli Aviasiya Akademiyasının, Dövlət Pedaqoji, Tibb universitetlərinin cüdoçuları qalxdılar.
Müasir idmançılar insanın imkanları səviyyəsinin hüdudlarına o dərəcədə yaxınlaşıblar ki, dünya rekordları maksimum 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yekunlaşacaq.
Son 50 ildə qaçış və üzgüçülük üzrə beynəlxalq yarış təcrübəsindən yararlanan koreyalı alim Çxan Yu San belə qənaətə gəlib. Onun proqnozlarına əsasən, yeni dünya rekordları praktik olmayacaq: "Biz 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro olimpiadalarında hansısa yeni rekordların müəyyənləşdirilməsinin şahidi ola bilərik.
Sahə həmkarlar ittifaqları təşkilatlarının IV Respublika spartakiadasının final mərhələsi ümumi komanda hesabında Neft və Qaz Sənayesi İşçiləri Hİ-nin yığmasının qələbəsi ilə başa çatdı.
Bir çox idman növlərində rəqib tanımayan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının təmsilçiləri ikinci oldular. III fəxri yerə isə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının komandası sahib çıxdı. Xatırladırıq ki, spartakiadanın builki final mərhələsində əvvəlki illərlə müqayisədə rekord sayda - 900 nəfərə qədər həvəskar idmançı iştirak edirdi. Mütəxəssislərin dediyinə görə, iştirakçıların peşəkarlıq səviyyəsi və fiziki hazırlığı da xeyli yüksəlmişdi.
Dekabrın 3-də ali məktəb tələbələri arasında futzal yarışı üzrə final oyunu keçirilmişdir. Məlumat üçün qeyd edək ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsi tərəfindən təşkil olunan yarışın qarşısında bir çox məqsəd dururdu. Bunlardan başlıcası ali məktəblərdə futzalın inkişafı və tələbələrin idmana olan marağının artırılması idi. Həmçinin ən yaxşı komanda aşkara çıxarıb onların bazasında yığma heyəti formalaşdırmaq nəzərdə tutulurdu. Təbii ki, yarışlar tələbələrin fiziki hazırlıqlarının artırılması, asudə vaxtlarını səmərəli keçirmələrində də az rol oynamayacaqdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.