Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Çempionat davam edir

05.04.10 - 11:47424 baxılıb

"Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali məktəb tələbələri arasında idmanın 12 növü üzrə Respublika çempionatı davam edir.
Çempionatın proqramına daxil olan sərbəst güləş üzrə yarışma martın 5-də Milli Aviasiya Akademiyasının idman zalında baş tutmuşdur.


11 komandanın tərkibində 100-ə yaxın idmançının mübarizə apardığı yarışmada qaliblər yeddi çəki dərəcəsində müəyyənləşmişdir. Fəxri kürsünün ən yüksək pilləsində Əjdər Mehdizadə (55 kq.), Qurban Novruzov (60 kq.), Ağaəli Ramazanov (66 kq.) - Dövlət Pedaqoji Universiteti; Elmir Baxışov (74 kq. Dövlət Neft Akademiyası); Elvin Cahangirov (84 kq. Texniki Universitet); Roman Bəkirov (96 kq. Dövlət Pedaqoji Universiteti) və Seymur Niftəliyev (120 kq. Tibb Universiteti) qərarlaşmışlar.


Çempionat start götürdü

09.03.10 - 12:06330 baxılıb

"Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Respublika çempionatı keçirilir. Bu yarışlar may ayına kimi davam edəcək.

Martın 1-dən start götürən yarışlar idmanın 12 növü - dzü-do, sərbəst, Yunan-Roma güləşi, basketbol, voleybol, stolüstü tennis, həndbol, şahmat, dama, üzgüçülük, atletika və badmenton üzrə keçirilir.
Çempionatın ilk günü Milli Aviasiya Akademiyasının idman zalında keçirilmiş dzü-do üzvə yarış başa çatmışdır. Bu növdə, Naxçıvan Dövlət Universiteti də daxil olmaqla, 16 ali təhsil müəssisəsindən 120 idmançı iştirak edirdi.


“Zenit" mövqeyini qorudu

01.03.10 - 11:21276 baxılıb

Fevral ayının 20-21-də Kiyev şəhərində Ukrayna güləşçilərinin şərəfinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçirilmişdir.

Turnirdə 23 ölkədən gəlmiş idmançılar arasında ölkəmizin pəhləvanları da iştirak edirdilər. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının "Zenit" İdman Cəmiyyətinin təmsilçisi Cəbrayıl Həsənov 66 kq. çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına layiq görülüb.


Futzalçılarımız 1/4 finalda!

25.01.10 - 13:02355 baxılıb

Futzal üzrə Azərbaycan yığma komandası Avropa çempionatının 1/4 finalına vəsiqə qazanıb. Komandamız Macarıstanda keçirilən yarışda ikinci görüşü Çexiya ilə keçirib və qələbə ilə başa vurub - 6:1. Futzalçılarımız bundan əvvəl Macarıstanı yenib - 3:1.
A qrupunun lideri kimi 1/4 finala çıxan millimizin 25 yanvarda qarşılaşacağı komanda hələ məlum deyil.


Spartakiada başa çatdı

14.12.09 - 11:36476 baxılıb


Əlillərin idman bayramı

14.12.09 - 11:34534 baxılıb


Qalib müəyyənləşdi

07.12.09 - 14:39496 baxılıb


Spartakiada başa çatdı

26.11.09 - 12:10320 baxılıb


Futzala maraq böyüyür

26.11.09 - 12:10338 baxılıb


AFFA mubarizəyə qoşuldu

26.11.09 - 12:09324 baxılıb

Çimərlik futbolu üzrə 2011 və 2013-cü illərdə keçiriləcək dünya çempionatlarının final mərhələlərini qəbul etməyə namizəd ölkələrin tam siyahısı müəyyənləşib. Məlumata görə, bu nüfuzlu yarışa ev sahibliyi etmək istəyən Azərbaycan 12 rəqiblə mübarizə aparmalı olacaq.
Təşkilatçılığı üzərinə götürmək üçün FİFA-ya müraciət edən AFFA müxtəlif qitələrdən olan ölkələrlə qiyabi rəqabət aparacaq. Belə ki, ölkəmizlə yanaşı, Avropanın daha 5 ölkəsi - İtaliya, Rusiya, Hollandiya, Polşa, İsveçrə, həmçinin Cənubi Amerikadan Çili, Braziliya, Argentina, Mərkəzi Amerikadan Kosta-Rika, Asiyadan Oman, Afrikadan CAR, Okeaniyada məşhur kurort ölkəsi olan Taiti də dünya çempionatını qəbul etmək arzusundadır.


İdman ümumxalq hərəkatına çevrilir

26.10.09 - 14:14337 baxılıb

Oktyabrın 10-dan noyabrın 21-dək Elektroenergetika və Elektrotexnika Sənayesi, Aviasiya, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı və Müdafiə Sənayesi işçiləri həmkarlar ittifaqı respublika komitələrinin, Metal İşçiləri Federasiyasının «Baku Stil Kompani» İşçiləri Həmkarlar İttifaqı Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlarda çalışan zəhmətkeşlərin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XII Respublika Spartakiadası keçirilir.


Cəbrayıl Həsənov dünya çempionu oldu

17.08.09 - 10:441317 baxılıb

Avqustun 5-dən 7-dək Türkiyənin Ankara şəhərində gənclər arasında sərbəst güləş üzrə dünya birinciliyi keçirilmişdir.

Bu mötəbər turnirdə ölkəmizin yığma komandasının tərkibində Azərbaycan Həmkarlar İttifaqlarının "Zenit" İdman Cəmiyyəti Respublika Şurasının güləşçisi Cəbrayıl Həsənov da iştirak etmişdir. Respublikamızın gənclərdən ibarət yığmasının liderlərindən biri C.Həsənov (66 kq.) finalda erməni əsilli Rusiya təmsilçisi Devid Safaryanı məğlub etmiş, dünya birinciliyinin qızıl medalına sahib çıxmışdır.


«Qarabağ» «Honka»ya qalib gəldi

03.08.09 - 11:25690 baxılıb

İyulun 30-da Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın «Qarabağ» komandası səfərdə Finlandiyanın «Honka» klubu ilə ilk oyununu keçirdi.
Oyun meydan sahiblərinin hücumları ilə başladı. Qurban Qurbanovun yetirmələri müdafiəyə daha çox diqqət yetirdiyindən ilk yarı «Honka»nın üstünlüyü şəraitində keçdi. Finlər 2-3 dəfə qol vurmaq imkanı əldə etsələr də, müdafiəçilərimiz və qapıçımız Fərhad Vəliyev səhvsiz oynadı.


Spartakiadadan spartakiadaya

16.06.09 - 13:56549 baxılıb

Respublika ali təhsil məktəblərinin IX Universiadasının proqramına daxil olan cüdo, basketbol, stolüstü tennis, həndbol, şahmat, dama, voleybol, badminton, yüngül atletika və üzgüçülük yarışlarına yekun vurulmuşdur. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) binasında keçirilmiş bağlanış mərasimində idmançılarla yanaşı qalib gəlmiş ali məktəblərin idman kafedralarının müdirləri, idman klublarının rəhbərləri də iştirak etmişlər.


Gümüş oğlana qızıl münasibət

27.04.09 - 10:59634 baxılıb

Cəbrayıl Həsənov Avropa çempionatında gümüş medala layiq görülüb. İdmançının uğurunu onunla bölüşmək məqsədi ilə dünən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında tədbir keçirildi. Tədbirdə iştirak edən "Zenit" İdman Cəmiyyətinin sədri Fazil Hadıbəyov Cəbrayıl Həsənovun və onun məşqçisi Aslan Ağayevin qələbəsini böyük uğur hesab etdiyini dedi.


Avropa çempionatında parlaq qələbə

06.04.09 - 14:01746 baxılıb

Vilnüsdə keçirilən sərbəst güləş üzrə Avropa çempionatı Azərbaycan yığmasının üzvlərinin parlaq qələbəsi ilə yadda qalacaqdır.


Elə yarışların ilk günü güləşçilərimiz üç mükafata sahib oldular. Əli İsayev 120 kq. çəki dərəcəsində qızıl zirvəni fəth etdi. "Zenit" İdman Cəmiyyətinin yetirməsi Cəbrayıl Həsənov (66 kq.) isə yalnız finalda uduzaraq "gümüş" medala layiq görüldü. Novruz Temrezov çempionatı bürünc medalla başa vurdu.


O, əsl idmançı cəsarəti nümayiş etdirdi

13.03.09 - 19:28874 baxılıb

Martın 6-dan 8-nə qədər İranda keçirilmiş sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında Azərbaycan yığmasının qazandığı parlaq qələbədə "Zenit" İdman Cəmiyyətinin təmsilçisi Cəbrayıl Həsənovun da xidmətləri böyük olmuşdur.


Universiada start götürdü

13.03.09 - 19:25707 baxılıb

Ali məktəblərin IX Respublika Universiadası martın 3-də Milli Aviasiya Akademiyasının idman zalında cüdoçuların yarışı ilə start götürmüşdür. Yeddi çəki dərəcəsində keçirilmiş yarışlara 15 ali məktəbdən 73 idmançı qatılmışdı. 60 kq. çəki dərəcəsində Dövlət Neft Akademiyasının (DNA) təmsilçisi Rahib Nəcəfquliyev bütün rəqiblərindən güclü olduğunu sübut etdi.


< 1 2 3 4 5

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.