Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

19.05.12 - 22:290 baxılıb

Portuqaliyada tətil uçuşların təxirə salınmasına səbəb olacaq

18.05.12 - 23:352 baxılıb

Aviadispetçerlər 5 günlük tətilə çıxmaq niyyətindədirlər

Portuqaliyada aviadispetçerlər 5 günlük tətil elan ediblər. Onlar hər gün işi iki saatlıq dayandırmaq qərarını veriblər. Tətil mindən çox daxili və xarici uçuşun təxirə salınmasına səbəb olacaq. Artıq 200-dək aviareys təxirə salınıb.

İtaliyada keçirilən nümayişlər qarşıdurmaya çevrilib

18.05.12 - 23:342 baxılıb

Nümayişçilər vergilərin artırılmasına etirazlarını bildiriblər

İtaliyanın Neapol şəhərində vergilərin artırılmasının əleyhinə keçirilən nümayişlər sonradan qarşıdurmalara çevrilib.

İspaniya etiraz burulğanında

18.05.12 - 23:332 baxılıb

Toplantı iştirakçıları hərəkatın həbs edilmiş 18 fəalının azadlığa buraxılmasını istəyirlər

İspaniyada "qəzəblilər hərəkatı" kütləvi etiraz aksiyaları keçirib. Onlar hərəkatın yaradılmasının 1-ci ildönümünü qeyd ediblər. Madriddə hərəkatın on minlərlə tərəfdarı Puerta-del-Sol meydanına toplaşmışlar.

İsraillilər bahalaşmaya və pis təhsilə qarşı

18.05.12 - 23:322 baxılıb

Minlərlə etirazçı sosial tələblərlə çıxış edib

İsraildə yüksək yaşayış xərclərinə qarşı etiraz aksiyaları keçirilib. Nümayişlər ölkənin iri şəhərlərində - paytaxt Təl-Əviv, Qüds və digərlərində baş tutub. Minlərlə etirazçı küçələrdə yürüş edib.
Aksiya fəalları onların da İspaniya, Yunanıstan və Almaniyadakı kimi etiraz məqsədi ilə küçələrə çıxmalı olduqlarını bəyan ediblər.

advokat

18.05.12 - 23:314 baxılıb

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.

- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

Argentina Regional Fəhlə Federasiyası

18.05.12 - 23:312 baxılıb

Argentina Regional Fəhlə Federasiyası (ARFF) ölkənin aparıcı təşkilalatlarından biridir. Federasiya 1901-ci il mayın 25-də "Argentina Fəhlə Federasiyası" adı altında yaradılıb. Fəaliyyətinin ilk illərində ARFF müxtəlif düşüncəli tərəfdaşları öz ətrafında cəmləşdirirdi. 1915-ci ildən isə "anarxist kommunizm"in tərəfdaşına çevrildi.

Məktəblərdə bir həftəlik tətil olacaq

18.05.12 - 23:303 baxılıb

Paytaxtın mərkəzində yerləşən 30-a yaxın məktəbdə dərs olmayacaq

"Eurovision-2012" müsabiqəsi ilə bağlı may ayının 21-dən Bakı şəhərindəki orta məktəblərdə bir həftəlik tətil olacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtın mərkəzində yerləşən 30-a yaxın məktəbdə bir həftə dərs olmayacaq.

Zəlzələ bölgəsində qəzalı evlərin söküntüsünə başlanılıb

18.05.12 - 23:293 baxılıb

Göstəriş verilən kimi yeni evlərin tikintisinə başlanılacaq

Zəlzələ bölgəsində ilkin olaraq işçi qrupları tərəfindən tam qəzalı vəziyyətə düşdüyü müəyyən edilən evlərin sökülməsinə başlanılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Zaqatala şəhərində yaradılmış operativ qərargahından məlumat verilib.

"SMS təcili yardım" xidməti istifadəyə veriləcək

18.05.12 - 23:293 baxılıb

"Verizon" operatoru 2013-cü ilin əvvəlindən etibarən mobil rabitə abunəçiləri üçün "Text-to-911" xidmətini istifadəyə verəcək. Bu xidmət abunəçilərə qısa mətn mesajı vasitəsilə təcili yardım xidməti ilə əlaqə saxlamağa imkan verəcək.

Bakı metrosunda pulsuz internet nə vaxt olacaq?

18.05.12 - 23:282 baxılıb

Bakı Metropoliteninin stansiyalarında simsiz internet - "Wi-Fi" - şəbəkəsinin qurulacağı barədə ötən ilin sonunda yayılmış xəbəri metro istifadəçiləri sevinclə qarşılamışdılar. Metropoliten rəhbərliyinin ilk mərhələdə paytaxtın mərkəzindəki metro stansiyalarında və yenidənqurmadan sonra "Koroğlu" stansiyasında "Wi-Fi" şəbəkəsinin qurulacağı ilə bağlı açıqlamasından xeyli vaxt keçsə də, internetdən səs-soraq yoxdur.

Beynəlxalq Bank plastik kart istifadəçiləri üçün yeni layihə hazırlayıb

18.05.12 - 23:274 baxılıb

Beynəlxalq Bank ölkədə POS-terminallardan istifadəni genişləndirmək məqsədi ilə tarif dərəcələrini aşağı salmaq niyyətindədir. Bankın Bank (BB) kartları şöbəsinin baş mütəxəssisi Könül Sultanovanın sözlərinə görə, ödənişlərin elektron şəkildə həyata keçırılməsini təşkil etməklə yeni xidmətlər hazırlanır. Hazırda BB kart istifadəçiləri üçün səmərəli xidmətlər təklif edir.

Sosial ipoteka pulla deyil, mənzillə də verilə bilər

18.05.12 - 23:273 baxılıb

Qonşu Türkiyədə evsiz gənclər hər ay cəmi 70 manat ödəməklə mənzilə sahib ola bilirlər

Təxminən bir il qabaq Gənclər və İdman Nazirliyi tərəfindən gənclər üçün xüsusi ipoteka proqramının qəbul ediləcəyi bildirilirdi. Deyilirdi ki, proqram çərçivəsində gənclərə ilkin ödənişsiz, uzunmüddətli kreditlə, çox ucuz qiymətə evlər təqdim ediləcək.

Büdcə təşkilatları dövlət qarşısında hesabat versin!

18.05.12 - 23:264 baxılıb

Hesablama Palatası büdcə xərclərinə nəzarəti gücləndirməyi təklif edir

Milli Məclis büdcə vəsaitlərinə nəzarəti gücləndirmək üçün Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını istəyir. Parlament dövlət büdcəsindən təşkilatlara ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin etmək, təmir-tikinti və digər xərclər üzrə şəffaflığın təmin olunması üçün palatanın yoxlama aparmaq imkanlarının genişləndirilməsini məqsədəuyğun hesab edir.

Təbii fəlakətdən xilas yolu sığortalanmaqdır

18.05.12 - 23:253 baxılıb

Evlərin sığortalanmaması əmlakla bağlı narazılıqlara səbəb olur

Son günlər Azərbaycanın bir çox rayonlarında seysmik aktivliyin artması və baş verən yeraltı güclü təkanlar nəticəsində minlərlə evin uçması mənzillərin sığortası ilə bağlı məsələni aktuallaşdırıb. Hökumət komissiyasının vətəndaşların mənzillərinə dəyən zərəri ödəməsi ilə bağlı öhdəlik götürməsinə baxmayaraq, bir çox şəxslər onlara dəyən zərərin məbləğinin daha böyük olduğunu və dövlətdən daha çox kompensasiya almağı düşünür. Mütəxəssislər isə bunun üçün mənzillərin sığorta olunub-olunmamasının mühüm əhəmiyyət kəsb etdiyini bildirirlər.

Valyuta Fondu yeni böhrandan xəbər verdi

18.05.12 - 23:233 baxılıb

Elman Rüstəmov: “Böhranın təsirlərini gözləmirik”

Beynəlxalq Valyuta Fondu və dünyanın ən nüfuzlu beynəlxalq reytinq agentliyi olan "Standard&Poor's" Avropa Birliyi ölkələrini gözləyən yeni böhrandan xəbər verib.

Azərbaycanda mövcud bankların yarıdan çoxunun birləşdirilməsi gözlənilir

18.05.12 - 23:223 baxılıb

Nazim Məmmədov: "Ən əsası daha çox nizamnaməkapitalı olan, mənfəətli bankların inkişaf etməsində maraqlı olmalıyıq"

Avrozonada 100-ə yaxın bank bağlanmaq təhlükəsi ilə üzləşib. Artıq Avropanın bir çox banklarının gəliri kəskin sürətdə azalıb. Bu sırada Böyük Britaniya, İspaniya, Almaniya, İtaliya və Fransa bankları da var.

Əlilliyin verilməsi üçün sənədlərin elektron qəbulu nəyi dəyişəcək?

18.05.12 - 23:212 baxılıb

Məmurların vətəndaşlarla birbaşa ünsiyyətinin azaldılması üçün dövlət qurumları elektron xidmətləri genişləndirir. İndiyədək daha çox rüşvət və korrupsiya hallarına yol verildiyi sahələrdən biri kimi əlilliyin verilməsi göstərilirdi. Amma artıq əlilliyin verilməsi üçün sənədlər elektron formada qəbul olunacaq.

Əmanətçinin adında dəyişiklik edilibsə...

18.05.12 - 23:202 baxılıb

Keçmiş Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin bəndlərinin siyahısı açıqlanıb. Açıqlamada qeyd olunur ki, hər bir əmanət kitabçası "Kapital Bank" ASC-nin müvafiq filialında uçota alınıb.

Turizm infrastrukturunun formalaşması üçün kompleks tədbirlər həyata keçirilir

18.05.12 - 23:203 baxılıb

Eldar Aslanov: "Bu il "Eurovision"la bağlı həm turistlərin sayı, həm də göstərilən turizm xidmətlərinin keyfiyyətinin yüksək olacağı qənaətindəyəm"

Son illər respublikamızda turizmin inkişafı üçün ciddi işlər görülür. Xarici ölkələrin turizm sərgilərində mütəmadi olaraq Azərbaycan da təmsil olunur. Ölkəmizin turizm imkanları ilə bağlı məlumatlandırma aparılır.

1 2 3 4 5 ... 198 199 200 201 202 >

Axtarish sistemi

« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.

- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.