Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Bədii yaradıcılıq festivalının yekun konserti keçirilib

04.05.12 - 0:5120 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə qərarı əsasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ali məktəb tələbələri arasında keçirilən bədii yaradıcılıq festivalının yekun konserti oldu. Gənc Tamaşaçılar Teatrında təşkil edilmiş tədbirdə sahə Hİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev, Təhsil naziri Misir Mərdanov, universitet rektorları və tələbələr iştirak etdi.


Əməyin mühafizəsi həmkarlar ittifaqlarının gündəlik qayğısıdır

04.05.12 - 0:4724 baxılıb

Dünən AHİK-in böyük iclas zalında "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2011-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

Mərasimdən əvvəl AHİK sədri, millət vəkili Səttar Mehbalıyev jurnalistlərə müsahibə vermişdir. Əvvəlcə tədbirin məqsədi barədə danışmışdır. Demişdir ki, dövlətimizin, eləcə də həmkarlar ittifaqının maraq dairəsində ilk növbədə insanların sağlamlığıdır. Dövlətimiz vətəndaşlarının ləyaqətli iş şəraitində işləməsi, hər bir işçinin evinə salamat, zədəsiz qayıtması üçün böyük səylər göstərir.


2011-ci ildə "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizi altında keçirilən respublika baxış-müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbirdə AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin Çıxışı

04.05.12 - 0:4512 baxılıb

- Hörmətli tədbir iştirakçıları, hörmətli həmkarlar!
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq işləri, iqtisadi islahatlar, struktur dəyişiklikləri və sosial proqramların icrası, nəzərdə tutulmuş bütün investisiya layihələrinin vaxtında həlli 73 000 daimi iş yerinin açılmasına şərait yaratmışdır.


Ümumdünya Əməyin Mühafizəsi Gününə (28 Aprel) həsr olunmuş “Yaşıl" iqtisadiyyatda əməyin mühafizəsinin təşviqi” mövzusunda keçirilən konfransda AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevin ÇIXIŞI

04.05.12 - 0:429 baxılıb

- Hörmətli tərəfdaşlar!
Hörmətli konfrans iştirakçıları, xanımlar və cənablar!
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli sosial-iqtisadi inkişaf modeli Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Müasir Azərbaycanın inkişafı və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində düşünülmüş, genişmiqyaslı işlər görülür.


Sərəncamlar

04.05.12 - 0:4121 baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalamışdır.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

04.05.12 - 0:379 baxılıb

(mayın 02-də)

...Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gəlmişdir.

(mayın 04-də)

...Nyu-Yorkda Onun adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak və çıxış etmişdir.
...mərasimdə iştirak edən BMT-nin baş katibi Pan Gi Mun ilə görüşmüşdür.
..ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşmüş, antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirmişdir.
...Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşmüşdür.
...BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə bu mötəbər qurumun Təhlükəsizlik Şurasının işə başlamış iclasina sədrlik etmişdir.


Tıspağa - uşaq

27.04.12 - 2:4815 baxılıb


Devid Bekhem 2011-ci ilin ən yüksək ödənişli futbolçusudur

27.04.12 - 2:4616 baxılıb

"Forbes" jurnalı 2011-ci ilin yekunlarına əsasən, dünyanın ən yüksək ödənişli futbolçularının reytinqini açıqlayıb. Siyahıda birinci pilləni ABŞ-ın "Los Anceles Qalaksi" klubunun yarımmüdafiəçisi Devid Bekhem tutur.


Maksimum boy 4 sm

27.04.12 - 2:4514 baxılıb


Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar

27.04.12 - 2:4413 baxılıb


Yapon alimlər saç yetişdirməyin daha mükəmməl üsulunu öyrəniblər

27.04.12 - 2:4424 baxılıb

Tokionun Elm Universitetinin professoru Takaşi Tsucinin rəhbərliyi ilə bir qrup yapon tədqiqatçı gövdə hüceyrələrindən yaradılan saç follikul vəzisinin implantasiyası yolu ilə siçanlarda tük yetişdirilməsi üzrə təcrübəni uğurla sınaqdan keçiriblər.


9 iyulda 300 mindən çox istifadəçi internetdən məhrum ola bilər

27.04.12 - 2:4320 baxılıb

ABŞ Federal Təhqiqatlar Bürosu xəbərdarlıq edib

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 9 iyul 2012-ci il tarixindən etibarən 300 mindən çox istifadəçinin internetə çıxışdan məhrum olmasının mümkünlüyü barədə xəbərdarlıq edir.


Bir ailə dörd üzvünü itirdi

27.04.12 - 2:4215 baxılıb


Avtomobil külə döndü

27.04.12 - 2:4217 baxılıb


Bankdan külli miqdarda pulla çıxana hücum edildi

27.04.12 - 2:4217 baxılıb


“Evrovision" aparıcıları Almaniyada treninq keçirlər

27.04.12 - 2:4119 baxılıb

Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsi 2012-nin aparıcıları Leyla, Nərgiz və Eldar şouya hazırlıq müddətində Almaniyanın Köln şəhərində müvafiq treninqlərdə olub. Şou aparıcıları qarşıdakı müddətdə Almaniyaya növbəti treninqlərə hazırlaşır. Eldar aparıcılıq təcrübəsinin məhz “Eurovision” mahnı müsabiqəsindən başladığını deyib.


Daha bir növ üzrə yarışlar başa çatdı

27.04.12 - 2:3914 baxılıb

Bakı Slavyan Universitetinin (BSU) idman zalına toplaşan əksər azarkeşlərin ümidləri qismən doğruldu. Ali təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatının proqramına daxil olan badminton yarışlarına ev sahibliyi edən BSU-nun həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları fəxri kürsünün II pilləsinə yüksələ bildilər.


Qaliblər mükafatlandırılıb

27.04.12 - 2:3812 baxılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə respublikanın ümumtəhsil məktəblərinin müəllimləri arasında təşkil olunan şahmat yarışı başa çatıb.


Portuqaliya büdcə intizamını sərtləşdirmək barədə qərar qəbul edib

27.04.12 - 2:3618 baxılıb


İspaniyada ölkə tarixinin ən sərt iqtisadi islahatları təqdim oluna bilər

27.04.12 - 2:3614 baxılıb

İspaniyada etiraz dalğasının genişlənməsinə baxmayaraq, hökumət ölkə demokratiyası tarixində ən sərt islahatları həyata keçirməyi planlaşdırır. Əsas məqsəd hazırda 8.5 faizlik göstəricisi olan büdcə kəsirini 2012-ci ilin sonuna kimi 5.3 faizə qədər azaltmaqdan ibarətdir.


< 1 2 3 4 5 ... 7 8 9 10 11 ... 198 199 200 201 202 >

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.