Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Həmkarlar “generalı"

27.01.12 - 18:0029 baxılıb


Bakı “Eurovision-2012" müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etmişdir

27.01.12 - 18:0014 baxılıb

Mərasimdə müsabiqənin loqosu və rəmzi açarı təqdim edilmiş, püşkatma mərasimi olmuşdur

Yanvarın 25-də Bakıdakı "Buta Palace"da "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirilmişdir.
Mərasim ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində möhtəşəm qələbəsini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.
Bu möhtəşəm tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələri, xarici qonaqlar, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.


Rumıniya. Səhiyyədə islahatlara etiraz

27.01.12 - 17:5814 baxılıb


Portuqaliya . Silah əvəzinə...

27.01.12 - 17:5815 baxılıb

bayraqlardan istifadə olundu

Portuqaliyada hökumətin tədbirlər planı etirazla qarşılanıb. Paytaxt Lissabonda keçirilən etiraz aksiyalarında minlərlə insan iştirak edib. Etirazlar zamanı sağçı qrupla solçu "indiqnatos" qrupu arasında toqquşmalar baş verib. Tərəflər bir-birilərinə bayraqlarla hücum ediblər. Polisin müdaxiləsilə toqquşmaların qarşısı alınıb. Etirazçılar daha sonra parlamentin binasına tərəf yürüş ediblər. Yürüşdə Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyası əleyhinə şüarlar səsləndirilib.


Nigeriya . Ümummilli tətil keçirildi

27.01.12 - 17:5714 baxılıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

13.01.12 - 18:2626 baxılıb

...və xanımı Mehriban Əliyeva yanvarın 12-də Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı Meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olmuşlar.
Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu bildirildi. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol boyu piyada keçidləri də inşa olunacaqdır.
Dövlətimizin başçısına yeni salınan bulvarda aparılan işlər barədə də məlumat verildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış oldular. Görülən işlər barədə Prezidentə məlumat verildi.
Dövlətimizin başçısı və xanımı ərazidə inşa olunan yeni İdman-Konsert Kompleksinin tikintisinə də baxdılar. İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlarını verdi.

* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Ölkə başçısı iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nəticələr verdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını dedi. Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırdı.


Şəhidliyin zirvəsi

13.01.12 - 18:2435 baxılıb

AHİK-də 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir

1990-cı il yanvarın 20-də Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biri yazıldı. Təpədən dırnağadək silahlanmış sovet qoşunlarının qarşısına əliyalın çıxmış say-seçmə oğul və qızlarımız müstəqilliyimiz uğrunda öz həyatlarını qurban verdilər. Bu kobud zorakılıq Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda inadkar dəyanətini, azadlıq mübarizəsini sındırmaq məqsədi daşıyan mənfur planın bir hissəsi idi. Lakin bu cür düşünənlər səhv etmişdilər. Tarix bunu göstərdi.


Çıxışlar: Bəylər QURBANOV, Rabitə İşçiləri Müstəqil HİRK Bakı 1 Şöbəsinin sədri.

13.01.12 - 18:2228 baxılıb


Çıxışlar: Cəmaləddin İSMAYILOV, "Xidmət-İş "HİF-in vitse-prezidenti.

13.01.12 - 18:2226 baxılıb


Çıxışlar: Tükəzban HƏMZƏYEVA, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Zaqatala Rayon Komitəsinin sədri.

13.01.12 - 18:2032 baxılıb


Çıxışlar: Mirzə CƏFƏRZADƏ, TİAHİ Respublika Komitəsinin sədr müavini.

13.01.12 - 18:1917 baxılıb


Çıxışlar: Telman Quliyev, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.

13.01.12 - 18:1614 baxılıb


Çıxışlar: Cahangir ƏLİYEV, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.

13.01.12 - 18:1516 baxılıb


Çıxışlar: Cəmilə SƏTTAROVA, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.

13.01.12 - 18:1436 baxılıb


Azərbaycan həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və qarşıda duran vəzifələr haqqında

13.01.12 - 18:1137 baxılıb

AHİK sədrinin müavini Aqil Dadaşovun məruzəsi

-Hörmətli Məclis iştirakçıları!
Xanımlar və cənablar!
Müzakirəyə çıxardığımız "Azərbaycan həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və qarşıda duran vəzifələr" mövzusu müasir gerçəkliyimiz baxımından çox aktualdır.
Əvvəla qeyd edim ki, kütləvi informasiya vasitələri ilə işləmək sahəsində kifayət qədər təcrübəmiz və uğurlarımız var. Bu təcrübənin böyük bir hissəsi sovet dövrünə təsadüf edir. Sosializmin ideoloji buxovlarına baxmayaraq, ötən əsrin 70-ci illərində respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyev mətbuatımıza müəyyən məqamlarda azad söz demək imkanı yaratdı. Dilimizin, mədəniyyətimizin, elmimizin inkişafı, xalqın adət-ənənələrinin qorunması ilə bağlı müntəzəm yazılar dərc edildi. Hətta bəzi mətbuat orqanları müxalif ruhlu, əsl vətənpərvərlik hissləri ilə yoğrulmuş yazılar verirdi. Ulu öndər heç zaman mətbuatı qayğıdan kənarda qoymurdu. Fikir plüralizmini, doğru və ədalətli mövqeyi olan, peşəkar və obyektiv mətbuatı yüksək qiymətləndirirdi.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası IV Məclisinin QƏRARI: Tələbələrə maddi yardım edilməsi barədə

13.01.12 - 18:0417 baxılıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası IV Məclisinin QƏRARI: “Azərbaycan həmkarlar ittifaqları və kütləvi informasiya vasitələri, qarşıda duran vəzifələr"

13.01.12 - 18:0317 baxılıb


Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında

13.01.12 - 18:0140 baxılıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin və İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında QƏRARI

13.01.12 - 18:0019 baxılıb


İşçi...

13.01.12 - 17:5729 baxılıb

İşçilərin icbari tibbi müayinədən keçirilməsi hansı hallarda məcburi qaydada həyata keçirilir?

Fərid HƏSƏNLİ,
Göyçay rayonu.


- Əmək Məcəlləsinin 226-cı maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.


< 1 2 3 4 5 ... 168 169 170 171 172 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.