Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

advokat

24.10.08 - 17:391035 baxılıb

- 2005-ci il mart ayının 6-dan Ucar rayon 6 saylı uşaq bağçasında əvəzçilik qaydasında tərbiyəçi vəzifəsində işləyirəm. 02.11. 2007-ci ildə ailə həyatı qurmuşam. Hazırda övladım olub. Köməyim olmadığı üçün qismən haqqı ödənilən analıq məzuniyyətinə çıxmaq istəyirəm. Lakin əvəzçi işçi olduğum üçün mənə qismən haqqı ödənilən analıq məzuniyyəti verilmir. Xahiş edirəm bunun nə dərəcədə qanuni olub-olmadığı barədə mənə məlumat verəsiniz. Mən qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilərəmmi?

Gülnarə ŞÜKÜROVA, Ucar rayonu.


Taxta bazarında bahalaşma davam edir

24.10.08 - 17:38862 baxılıb

İqtisadi İnkişaf Nazirliyi qiymət
artımının Rusiyadan gəldiyini bildirir

Son vaxtlar maliyyə bazarlarında baş verən durğunluqla əlaqədar mənzil bazarında ucuzlaşma qeydə alınsa da, tikinti materiallarının qiymətlərində artım müşahidə olunur.


Yevlaxda yeni “Azercell Ekspress" ofisi açıldı

24.10.08 - 17:38499 baxılıb

Bu ofisdə abonentlər eyni anda
3 xidmətdən yararlana biləcəklər

"Azercell Telekom" MMC bütün Azərbaycan üzrə istifadəçilərinin rahatlığını təmin etmək məqsədi ilə Yevlaxda da yeni "Azercell Ekspress" ofisini abonentlərin ixtiyarına verdi. Açılış mərasimində çıxış edən "Azercell Telekom"un vitse-prezidenti Əli Ağan son illər regionlarda güclü inkişaf müşahidə olunduğunu dedi: "Prezident İlham Əliyev regionlara diqqəti hökumətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri hesab edir və son dövrlər bölgələrdə böyük inkişaf müşahidə olunur. Azərbaycanın qeyri-neft sektorunun lider şirkəti olaraq biz Prezidentin bu strategiyasına öz dəstəyimizi vermək məqsədi ilə regionlarda fəaliyyət göstərəcək "Azercell Ekspress" ofislərimizin sayını artırmağı planlaşdırırıq. Bununla da bölgələrin iqtisadiyyatına azacıq da olsa töhfə verməyə çalışırıq, yeni iş yerləri açırıq".


Hələ də qanuna ciddi yanaşmayan müəssisə rəhbərləri var

24.10.08 - 17:37461 baxılıb

Tərəfdaşlığa xələl gələrsə məsuliyyət
onların üzərində qalacaq


Keçid dövrünün problemlərindən ən çox əziyyət çəkən həmkarlar ittifaqları sırasında bəlkə də birinci olan İnşaat Kompleksi İşçiləri Hİ Respublika Komitəsi son illər üzv baxımından, necə deyərlər, özünü düzəltməyə başlasa da digər çətinliklə üzləşmişdi. Azalaraq 29-a düşmüş ilk təşkilatların sayı artıq 76-ya çatdırılsa da üzvlük haqlarının yığılmasında yüksək nəticə əldə etmək mümkün olmurdu. RK sədri Umud Hüseynovun dediyinə görə, ölkədə gedən özəlləşmə prosesi nəticəsində bir çox müəssisə ləğv edilmiş, digərləri isə öz fəaliyyətini müxtəlif səbəblərdən dayandıraraq işçilərini uzunmüddətli məzuniyyətə göndərmişdir. Bu qəbildən işçilər Hİ-nin üzvü olaraq qalsalar da hesabımıza onlardan heç bir maliyyə vəsaiti daxil olmur.


Təbiətlə mübarizə etmək yox, ona uyğunlaşmaq lazımdır

24.10.08 - 17:37589 baxılıb

Gülmalı Süleymanov: "Sel və daşqınların daha da
artması təbiətin dəyişikliklərə reaksiyasıdır"

Bu il respublikamızda hava şəraitinin bir neçə dəfə kəskin dəyişməsi müəyyən problemlər yaradıb. Respublikanın bölgələrinə yağan güclü yağış nəticəsində yaranan sel yolları uçurub, körpüləri dağıdıb. Bir ay öncə Qusar rayonunda baş verən torpaq sürüşməsi onlarla ailəni evsiz qoydu. Ötən həftə Cənub bölgəsinə yağan güclü yağış nəticəsində isə Lənkəran çayı məcrasından çıxdı. Rayonun Hirkan, Parakənd, Gərmətürk, Şağlaküçə, Girdəni, Separadi, Xarxatan və digər kəndlərində fərdi həyətyani və əkin sahələrini su basdı. İstisu qəsəbəsi ərazisindəki su anbarının daşması nəticəsində Gəgiran və Günəhir dağ kəndlərinə gedən yollarda bir neçə körpü uçdu. Astara çayının daşması nəticəsində 100-dən artıq fərdi ev suyun altında qaldı, 50-yə yaxın evin sakinləri evakuasiya olundu. Baş verən təbii fəlakətlər və yaxın vaxtlarda gözlənilən hava dəyişkənlikləri ilə bağlı suallarımızı Milli Hidrometrologiya Departamentinin İqlim dəyişmələri və Ozon mərkəzinin direktoru Gülmalı Süleymanova ünvanladıq.


Konfederasiya İnternet xidmətlərini təklif etdi

17.10.08 - 18:24331 baxılıb

Oktyabrın 6-dan 9-dək Moskva şəhərində MDB və Baltikyanı Ölkələrin Dəmiryolçularının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Şurasının növbəti otuz dördüncü iclası keçirilmişdir.


“Azərsun Holdinq" həmkarlar ittifaqı fəallarının təhsilinə dəstək verir

17.10.08 - 18:24285 baxılıb

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası "Azərsun Holdinq" Şirkətlər Qrupu ilə birlikdə "Həmkarlar ittifaqı komitələrinin təşkilati və maliyyə məsələləri sahəsində fəaliyyəti" mövzusunda növbəti seminar keçirilmişdir.


“Unison" hökumətə güzəştə getməyə tələsmir

17.10.08 - 18:23267 baxılıb

Şotlandiyanın kommunal sektorunda çalışan əməkçilərin tətilləri üzündən bu sahədə bir xaos yaranıb. Etiraz aksiyalarının keçirilməsi təşəbbüsü ilə "Unison" həmkarlar təşkilatı çıxış edib.


Kolumbiyada etiraz aksiyaları davam edir

17.10.08 - 18:23287 baxılıb

Bir aydan çoxdur ki, Kolumbiyadakı Kauka çayı vadisində yerləşən şəkər qamışı plantasiyalarında işləyən fəhlələrin etiraz aksiyaları səngimək bilmir. Tətil Beynəlxalq Həmkarlar Federasiyası tərəfindən güclü dəstək alır.


66 milyon üzvü olan yeni həmkarlar təşkilatı

17.10.08 - 18:23271 baxılıb

Bu sərlövhəni oxuyanda, yəqin ki, dərhal düşünəcəksiniz: bu, Çində ola bilər. Səhv etmirsiniz. Bu ölkədə öz sıralarında 66 milyon köçkünü birləşdirən yeni həmkarlar təşkilatı yaradılıb.


ArselorMittal Qazaxıstanda əlavə sosial öhdəliklər götürüb

17.10.08 - 18:22435 baxılıb

Dünyanın nəhəng polad konserni ArselorMittala məxsus olan Qazaxıstandakı Abayskaya kömür mədənlərində 2008-ci ilin yanvarında güclü partlayış baş vermişdi. Bu ağır hadisə 31 fəhlənin həlak olması ilə nəticələnmişdi. Onlarla mədənçi xəsarət almışdı. Qeyd edək ki, şəkildə gördüyünüz abidə də həmin partlayış zamanı həlak olan fəhlələrin xatirəsinə ucaldılıb.


“Boinq" rəhbərliyi həmkarların liderləri ilə yeni danışıqlara başladı

17.10.08 - 18:22392 baxılıb

Amerikanın məşhur "Boinq" aviasiya şirkətində sentyabrın 6-dan başlayan tətillər hələ də davam edir. Aksiyaya şirkətin Siettl və Oreqon şəhərlərindəki müəssisələrində çalışan 253 minə yaxın əməkçisi qatılıb. Fəhlələr əməkhaqları, tibbi sığorta və əməyin təhlükəsizliyi üçün ayrılan vəsaitlərin azlığından narazıdırlar.


Advokat

17.10.08 - 18:211616 baxılıb

- Hörmətli redaksiya! Növbəti ödənişli məzuniyyətdə olduğum vaxt xəstəliyimlə əlaqədar stasionar və ya ambulator müalicə alaramsa və müalicə almağım barədə müvafiq sənədlərim olarsa, mənə müalicə olduğum dövrə görə işlədiyim idarədən əlavə ödənişli məzuniyyət verilməlidirmi?
Y. QULİYEV,
Biləsuvar rayonu.


Broyler təsərrüfatları müflisləşir

17.10.08 - 18:20523 baxılıb

Aydın Vəliyev: "Hökumət əlavə dəyər vergisi və gömrük rüsumlarını ləğv etsə, problem aradan qalxar"

Azərbaycanda fəaliyyət göstərən broyler təsərrüfatları maliyyə böhranı ilə üzləşib. Artıq onlardan biri - "Mərdəkan broyler" Açıq Səhmdar Cəmiyyətinin müflis olduğu bildirilir. Səbəblər müxtəlifdir. Müəssisə rəhbərliyi etiraf edir ki, broyler təsərrüfatının faktiki gəlirləri maya dəyərini ödəmir. Cəmiyyətin səhmdarları isə "Mərdəkan broyler"də maliyyə fırıldaqlıqlarını əsas səbəb kimi qeyd edirlər.


Beynəlxalq müşahidəçilər prezident seçkilərindən razı qalıblar

17.10.08 - 18:20420 baxılıb

Oktyabrın 16-da Demokratiya və İqtisadi İnkişaf Təşkilatı GUAM-ın baş katibi Valeri Çeçelaşvili bu quruma üzv dövlətlərin müşahidəçi qrupunun prezident seçkiləri barədə rəyini açıqlamağa hazırlaşırdı. Mən həmkarlarımı qabaqlamaq istəyi ilə ondan məxsusi müsahibə götürməyə cəhd göstərdim. Gürcü səmimiyyəti ilə: "brifinqdə mənə və başqa qonaqlara qulaq assanız, hər şeyi özünüz eşidəcəksiniz",- dedi. Bir neçə dəqiqədən sonra artıq "İsr Plaza" mehmanxanasının mətbuat zalında cənab V.Çeçelaşvili seçkilər barədə jurnalistlərlə öz təəssüratlarını bölüşürdü:


Reallığın qələbəsi

17.10.08 - 18:19477 baxılıb

Ekspertlərin fikrincə, İlham Əliyevə seçkilərdə göstərilən etimad həm də mövcud siyasi kursa olan dəstəkdir

Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirildi. Qalibi müəyyənləşdirmək üçün seçkilərin nəticələrini çox gözləmək lazım gəlmədi. Səsvermə günü axşam ilkin nəticələr açıqlandıqdan dərhal sonra prezidentliyə 7 nəfər namizəddən 6-sı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi qalib gəlməsi münasibətilə təbrik etdilər. Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun məlumata görə isə, İlham Əliyev seçicilərin 88,64 faiz səsini qazanaraq ikinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilib.


İlham Əliyevin prezident seçilməsində həyata keçirilən iqtisadi siyasətin mühüm rolu olub

17.10.08 - 18:17515 baxılıb

Musa Quliyev:
"Son 5 ildə Azərbaycanın dövlətçilik
tarixində görünməmiş bir iqtisadi
yüksəliş müşahidə edildi"

Artıq Azərbaycanda keçirilən prezident seçkilərinin ilkin nəticəsi açıqlanıb. Prezidentliyə namizəd İlham Əliyev digər rəqiblərini böyük səs fərqi ilə üstələyərək yenidən növbəti 5 il üçün Azərbaycan Prezidenti seçilib. Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumatlara görə, İlham Əliyev seçicilərin 88,73 faizinin səsini toplayıb. İlham Əliyevin yenidən prezident seçilməsini şərtləndirən amillər sırasında onun son 5 ildə həyata keçirdiyi siyasətin mühüm əhəmiyyəti olub.
Bu amillərə Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının üzvü, millət vəkili Musa Quliyevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


Gender bərabərliyi diqqət mərkəzində

17.10.08 - 18:17487 baxılıb

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin bir qrup məsul işçisi "Sahə Hİ ilk təşkilatlarının 2005-2010-cu illər üzrə fəaliyyətinin əsas istiqamətləri proqramı" çərçivəsində qurumun Neftçala Rayon Komitəsində olmuşdur. Proqramın yerlərdə icrasını yoxlamaq məqsədi daşıyan səfər zamanı RK nümayəndələri bir sıra mədəniyyət qurğularına baş çəkmişlər.


“Bəlkə də demokratiyanın bu səviyyədə inkişafını gözləmirdilər"

17.10.08 - 18:16391 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi 15 oktyabr prezident seçkilərində fəal iştirak etmişdir. Rayonumuzun ərazisində 30 seçki məntəqəsi yaradılmışdır.


“Növbəti beş ildə də bizi yanında hiss et"

17.10.08 - 18:16355 baxılıb

Postsovet məkanında uzun illər ərzində yeganə haldır ki, Avropa ölkələrinin, Beynəlxalq təşkilatların təmsilçiləri prezident seçkiləri başa çatan günün səhəri onun demokratik, şəffaf keçirildiyini etiraf edirlər. Hətta sivil dünya üçün nümunə ola biləcək yenilikləri də etiraf edirlər.
Bir Azərbaycan vətəndaşı kimi, əlbəttə bu münasibət mənim üçün çox xoş və sevindiricidir. Ürəyimi iftixaq hissilə dolduran başqa səbəb isə məhz səs verdiyim namizədin ölkə başçısı seçilməsidir. Fəxr edirəm ki, üzvü olduğum kollektivin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu seçkilərdə az da olsa əməyi var.


< 1 2 3 4 5 ... 114 115 116 117 118 ... 168 169 170 171 172 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.