Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Biz yeddi namizədin ölkə başçısı postu uğrunda mübarizəsində cənab İlham Heydər oğlu Əliyevin qalib gələcəyinə şübhə etmirdik. O, bu vəzifəyə layiq olduğunu ölkəyə rəhbərlik etdiyi son beş ildə həyata keçirdiyi böyük proqramlarla təsdiqləmişdi. Bu proqramların özəyində insan amili, vətəndaşların rifah halının yüksəldilməsi məqsədi dururdu.
"Azərbaycan Respublikasının növbəti prezident seçkilərində ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülüb dəstəklənsin". Bu sözlər hələ fevral ayının 5-də Azərbaycan Həmkarlar İttifaqlarının III qurultayında səslənmişdi. Bu, Azərbaycan Həmkarlar İttifaqlarının çoxmilyonlu üzvlərinin tələbi idi. Həmin tələb qurultay tərəfindən böyük məmnuniyyətlə qarşılandı və üzv təşkilatların fəaliyyətində prioritet yerlərdən birini tutdu. Artıq seçkilər başa çatıb. Xalq seçimini edib. Yenidən ölkənin gələcəyini cənab İlham Əliyevə tapşırıb. Bu seçim həmkarlar ittifaqının bütün vəsilələrində böyük sevinc ilə qarşılanıb.
Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə
Hörmətli Prezident! Sizi yenidən Azərbayjan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, xoşbəxtlik, səadət, jansağlığı və respublikamızın çiçəklənməsi naminə apardığınız çətin və şərəfli işdə müvəffəqiyyətlər arzulayıram.
Komissiyanın qərarlarının heç də həmişə reallaşmamasının səbəbi nədir?
Xəstəliklərinin müalicəsi Azərbaycanda mümkün olmayan vətəndaşların xarici ölkələrə getməsini asanlaşdırmaq üçün Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə komissiya yaratmışdır.
Azərbaycandan xaricə işləməyə gedən miqrantların 22 faizini qadınlar təşkil edir
Gələn ilin yanvarın 1-dən Rusiya ərazisində keçmiş Sovet pasportu etibarsız sayılacaq. Bu barədə məlumat verən Miqrasiya Resurs Mərkəzinin rəhbəri Azər Allahverənovun sözlərinə görə, Rusiya vətəndaşlığını almaq istəyənlər üçün sadələşdirilmiş qaydalar tətbiq edilib. Məlumdur ki, keçmiş sovet pasportu əksər respublikalarda hüquqi qüvvəsini itirib. Ancaq Rusiyada pasportların hüquqi qüvəsilə bağlı müddət uzadılıb. Sovet pasportu gəzdirənlərin Rusiya vətəndaşlığını qəbul etməsi qaydaları sadələşdirilsə də, müəyyən məhdudiyyətlər qoyulub. Məsələn, Rusiyada doğulub, lakin hazırda xaricdə yaşayanlar Rusiya Federasiyasının vətəndaşı ola bilərlər. Həyat yoldaşı Rusiya vətəndaşı olan və 3 il birlikdə yaşayanlar da vətəndaşlıq ala biləcəklər. Bu qaydalar Böyük Vətən Müharibəsinin iştirakçıları üçün də keçərlidir. Sovet pasportu gəzdirənlər müəyyənləşdirilmiş şərtlərə cavab verdikdə vətəndaşlıq üçün müraciət edə bilər".
Rusiya Müstəqil Həmkarlar Federasiyasının (RMHF) rəhbəri Mixail Şmakov Sankt-Peterburq şəhərində ölkədə qiymətlərin artmasına qarşı keçirilən böyük mitinqdə çıxış edib. O, dünyanı bürüməkdə olan maliyyə böhranının Rusiya iqtisadiyyatından yan ötmədiyini, bu səbəbdən ölkə vətəndaşlarının güzəranının kəskin pisləşə biləcəyindən narahatlıq keçirdiyini bildirib.
Son bazar günü yerli vaxtla paytaxt Brüsseldə gecə saat 22-də başlayan bir sutkalıq tətil Belçikanın nəqliyyat sisteminin fəaliyyətini büsbütün dayandırdı. Ölkənin iki əsas dəmiryol stansiyası - Brüssel-Mərkəz və Gare de Midi fəaliyyətsiz qaldı. Brüsseldən qonşu Fransa, Niderland və Almaniya şəhərlərinə reyslər təxirə salındı.
Afrikadan tutmuş Cənubi və Şimali Amerikaya, Fici adasından Alyaskaya qədər, bir sözlə, Yer kürəsinin hər yerində bu il oktyabrın 7-də Beynəlxalq Layiqli Əmək Günü münasibətilə çoxlu sayda nümayiş və yürüşlər, piketlər və başqa etiraz tədbirləri keçirilib.
Avropa Komissiyası bu günlərdə qitənin hüdudlarından kənarda ilk dəfə olaraq Afrikanın qərbindəki Mali Respublikasında Məşğulluq Mərkəzi yaratmaq barədə qərar qəbul edib.
Son illərdə "Qara qitə"də ərzaq qıtlığı yaranır və qiymətlər də kəlləçarxa çıxır. Analitiklər bunun iki əsas səbəbi olduğunu söyləyirlər. Birincisi, neft, təbii qaz o qədər bahalaşıb ki, bu, aqrar sahədə də özünü göstərib. O biri yandan da qlobal iqlim dəyişiklikləri üzündən indi Afrikada əvvəlki illərdəkindən daha uzun sürən quraqlıqlar baş verir.
- Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqd etibarlı sayıla bilərmi? T. ŞABAN oğlu, Suraxanı rayonu.
- Mülki Məcəllənin 342-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərinin pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun tələbi ilə məhkəmə tərəfindən etibarlı sayıla bilər.
Bir-birilə ötüşən marşrut sürücülərinə isə intellektual idarəetmə sistemi nəzarət edəcək
"Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sistemi" layihəsi üzrə Koreyanın "SK C&C" şirkəti ilə danışıqlar başa çatıb. Yeni sistemin tətbiqindən sonra Bakı şəhərində sərnişindaşıma sahəsində nəqliyyatın hərəkətinin intensivləşdiriləcəyi, nəqliyyatdan istifadə imkanlarının artırılacağı və paytaxtın küçələrindəki tıxacların aradan qaldırılacağı xəbər verilir.
Nabil Seyidov: "Hər il minlərlə uşaq övladlığa və qəyyumluğa verilsə də, onların taleyi ilə heç də həmişə maraqlanmırlar"
İnternat evlərində saxlanılan uşaqların ailələrə verilməsi ilə bağlı məsələ uzun müddətdir müzakirə obyektidir. Hazırda uşaqların ailələrə verilməsi mexanizmlərini müəyyənləşdirmək üçün Təhsil Nazirliyi tərəfindən müəyyən proqram da hazırlanır. Bununla yanaşı, internat evlərində saxlanılan uşaqların övladlığa verilməsi həyata keçirilir. Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidovla söhbətimizdə bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.
2010-cu ildən sonra şəhər nəqliyyatında yeni ödəniş sistemi tətbiq olunacaq
2010-cu ilədək Bakı şəhərindəki bütün marşrutlar iri tutumlu avtobuslarla təmin edildikdən sonra xidmətlə bağlı tədbirlərə start veriləcək. Belə ki, avtobuslarda gediş haqlarının nağd deyil, kart sistemi ilə aparılması üçün yeni ödəniş sistemi tətbiq ounacaq.
İstifadəyə yararlı avtomiobillərin sayı 10 faiz təşkil edir
Bakı hələ ki, beynəlxalq təşkilatların hesabatlarına inansaq, ekoloji cəhətdən çirkli şəhərlər sırasında öncül yerlərdən birini tutur. Bunu adətən əhalinin sürətli artımı, tikinti və məişət tullantılarının miqyasının genişlənməsi ilə izah edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin sektor müdiri Elnur Xəlilov isə daha ciddi səbəbi tamam başqa mənbəə də görür. Onun sözlərinə görə, paytaxtda havanın çirklənməsində avtonəqliyyat vasitələrinin payı təxminən 50-55 faiz təşkil edir.
Bankların kreditə avtomobil satışını dayandırması alıcılıq qabiliyyətini aşağı salıb
Dünya maliyyə böhranının Azərbaycana təsiri özünü çox gözlətmədi. Artıq avtomobil və məişət mallarının satışı mərkəzlərində problemlər meydana çıxıb. Həmin obyektlərdə satış dövriyyəsinin ötən ayla müqayisədə 3 dəfəyə yaxın azalması vəziyyəti çətinləşdirib. Belə ki, bankların kredit yolu ilə avtomobil və məişət mallarının satışını maliyyələşdirməkdən imtina etməsi həmin şirkətlərin məhsulunun nağd satışına problemlər yaradıb.
Mütəxəssislərin fikrincə, hökumət əmanətləri mənzil şəklində ödəməklə daha səmərəli nəticələrə nail ola bilər
2009-cu ilin büdcə layihəsində sosial yönümlü xərclərin və investisiya layihələrinə ayrılması nəzərdə tutulan vəsaitlərin ötən illə müqayisədə 20 faizdən artıq yüksəldilməsinə baxmayaraq yeni büdcə zərfində əhalinin əmanətlərinin qaytarılması ilə bağlı bənd öz əksini tapmayıb. İqtisadçı Vahid Əhmədov gələn ilin büdcə paketinin strukturunda əmanətlərin qaytarılması üçün kifayət qədər maliyyə resursunun olmasını istisna etməyib. Onun qənaətinə görə, büdcənin 1 faizindən də az pul ayırmaqla əmanətlərin qaytarılması prosesinə başlamaq olardı.
Bu ilin Beynəlxalq Ahıllar Gününün müqəddəs Ramazan bayramı ilə üst-üstə düşməsi onun təntənəsini daha da artırdı. Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının bütün strukturlarında hər iki əlamətdar gün münasibətilə süfrələr açıldı. Gəmiçiliyin Üzücü Heyətinin və Sahil təşkilatlarının həmkarlar ittifaqı komitələrinin məsul işçiləri bayram hədiyyələri ilə Naftalanda məskunlaşmış qaçqın və məcburi köçkünlərin qonağı oldular. 21.000 manat dəyərində pay-puşu 330 nəfərdən ibarət didərgin soydaşlarımıza payladılar.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında AHİİTA çalışan və hazırda fəxri istirahətdə olan 70 yaşından yuxarı işçilər "Beynəlxalq Ahıllar Günü"ndə bir araya gəlib artıq tarixə çevrilmiş qızğın fəaliyyət dövrlərini xatırladırlar. AHİİTA Həmkarlar İttifaqı Komitəsinin açdığı bayram süfrəsi arxasında nastolji hisslərini bir-biri ilə böldülər. Tədbiri HİK sədri Binyamin Məmmədov açdı. Respublika hökumətinin dəstəklədiyi və geniş qeyd olunmasına şərait yaratdığı bu gün münasibətilə ağsaqqal, ağbirçək fəxri qonaqları təbrik etdi.
Nəsimi Rayon İcra Hakimiyyətinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə "Niel" şadlıq sarayında müəllimlər gününə həsr edilmiş tədbir keçirilmişdir.
Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi dəyirmi masa keçirmişdir. "Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatının yaradılması üzrə pilot layihənin təşkili və həyata keçirilməsi" mövzusunda təşkil olunmuş tədbirə sahə Hİ-nin rayon, şəhər, birləşmiş komitə sədrləri dəvət edilmişdi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.