Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sıralarına yeni üzv təşkilatların cəlb edilməsi problemini uğurla həll etməkdədir. Bu problem komitənin sonuncu qurultayında çox ciddi qoyulmuşdu. Transmilli şirkətlərin həmkarlar ittifaqı təşkilatı yaratmaq cəhdlərimizdən diplomatik yolla boyun qaçırması problemi daha da qəlizləşdirirdi.
AHİK-in III qurultayında 1 milyon 600 min üzvü təmsil edən nümayəndələr oktyabrın 15-də keçiriləcək prezident seçkilərində cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi təklifini irəli sürmüşdülər.
Demokratiya sahəsində böyük uğurlar əldə etmiş dövlətlərin təcrübəsi göstərir ki, hər bir seçkinin demokratikliyini təmin edən şərtlər sırasında siyasi iradə ilə yanaşı, təkmil seçki qanunvericiliyinin mövcudluğu da böyük əhəmiyyət kəsb edir.
Qreqori Yedjeyçak: "Uzunmüddətli perspektiv üçün iqtisadiyyatı müxtəlifləşdirmək, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır"
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak "Azadlıq" radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:
- Dünyadakı iqtisadi böhran Azərbaycan iqtisadiyyatına hansı bir formada təsir edə bilər? - Qısamüddətli perspektivdə Azərbaycan üçün hər hansı risk görmürəm. Çünki Azərbaycanın kifayət qədər davamlı maliyyə ehtiyatları var. Ölkənin Beynəlxalq Bankda 5 milyard, Dövlət Neft Fondunda isə 10 milyard dollar vəsaiti var. Məncə, hansısa problem baş verərsə, bu, iqtisadiyyatı qorumaq üçün yaxşı vəsaitdir.
Həmkarlar prezident seçkilərində fəal iştirak edəcəklər
Oktyabrın 6-da AHİK-in İjraiyyə Komitəsinin geniş ijlası keçirilmişdir. İjlasda bir neçə məsələyə baxılmışdır. "Azərbayjan Respublikasında prezident seçkiləri ilə əlaqədar AHİK-in İjraiyyə Komitəsinin mövqeyi haqqında tövsiyələr" barədə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev geniş çıxış etmişdir. Demişdir ki, son beş ildə ölkə iqtisadiyyatında əldə edilmiş yüksək göstərijilər uğurlu sosial-iqtisadi islahatlar nətijəsində mümkün olmuşdur.
oktyabrın 6-da … Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. … islam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarını qəbul etmişdir. … "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqrammı"nın təsdiq edilməsi barədə Sərəncam imzalamışdır.
Restoran və şadlıq saraylarında işçilərin qonaqları xoş üzlə qarşılaması, yüksək qulluq göstərməsi, təamların ləzzətlə hazırlanması vacibdir. Lakin gigiyenik normaların gözlənilməsi, səliqə-səhman, başqa sözlə təmizlik daha önəmlidir. Sivill xarici ölkələrdə bu ölçü gözlənilir. Respublika ərazisində xüsusilə də paytaxtda fəaliyyət göstərən iaşə obyektlərində isə vəziyyət bir qədər fərqlidir. Bizdə restorana gələn müştəriləri personalın milliyyəti, onun tibbi arayışının olub-olmaması, xidmətin səviyyəsi ən son maraqlandıran məqamlardır.
Təqaüdlərin məbləği əməkhaqqına deyil, iş stajına əsasən hesablanacaq
Gələn il Azərbaycanın pensiya sistemində yeniliklər olacaq. Belə ki, 2009-cu ildən pensiya haqlarının ayrılma mexanizmi dəyişdiriləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (ƏDSMF) rəhbəri Səlim Müslümov məlumat verib: "Bu mexanizmə keçid əhalinin sosial təminatında ədalətin təmin edilməsi məqsədi ilə nəzərdə tutulub", - deyən S. Müslümovun sözlərinə görə, pensiyalar hesablanarkən 2006-cı il yanvarın 1-dək olan dövr üçün məbləğ əməkhaqqına deyil, iş stajına əsasən hesablanacaq.
Sentyabrın 30-u və oktyabrın 1-də bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da mübarək Ramazan bayramı təntənə ilə qeyd edildi. Bayram günlərində müqəddəs ənənəyə uyğun olaraq imkanlı şəxslər ürəyində tutduğu humanist xarakterli niyyətləri həyata keçirməyə, başqalarına yardım göstərməklə təsəlli verməyə çalışdı.
- Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən: İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlamaqla yol verilir.
Nüsrət İbrahimov: "Banklar kreditləşməni tez bir zamanda bərpa etməsə, vətəndaşlar əmanətlərini risklərdən qorumaq üçün daşınmaz əmlaka yönəldəcək"
Hələ 2007-ci ildə ABŞ-da başlayan ipoteka böhranı bu il daha da dərinləşərək Avropa və Asiya ölkələrinə də keçməklə, dünya maliyyə bazarlarında genişmiqyaslı böhrana səbəb olub. Bütün bu baş verən proseslər, nəinki iri ölkələrin fond bazarlarına, həmçinin həmin ölkələrin iqtisadi reytinqlərinə və iri şirkətlərin aktivlərinin gəlirliyinə də təsirsiz ötüşməyib. Müstəqil ekspertlər dünya fond və maliyyə bazarlarında müşahidə edilən böhranın Azərbaycan iqtisadiyyatına və onun tərkib hissəsi olan daşınmaz əmlak bazarına təsirini istisna etmirlər. Son vaxtlar banklar tərəfindən istehlak kreditləşməsinin dayandırılması riskləri bir qədər də artırıb. Bu haqda ətraflı məlumat almaq üçün NBA konstaltinq şirkətinin direktoru Nüsrət İbrahimovla əlaqə saxladıq.
Benzin və qazın qiymətinin bahalaşması ölkəni böhranla üz-üzə qoyub
Ermənistanın Rusiyadan yeganə nəqliyyat dəhlizi olan Gürcüstanın dəmir və avtomobil yollarının avqust hadisələrindən sonra məhdudlaşması İrəvanda vəziyyəti pisləşdirib. Artıq qiymətlərin bahalaşması ilə bərabər, ərzaq qıtlığı da hiss olunmaqdadır.
Hökumət təhsil müəssisələrini Qaradağ və Abşeron rayonlarına köçürməyi planlaşdırır
Cəzaçəkmə müəssisələri, hərbi hissələr, sənaye və tikinti-quraşdırma şirkətləri ilə bərabər təhsil müəssisələri də paytaxtdan kənarda fəaliyyət göstərməli olacaq. Təhsil naziri Misir Mərdanov bildirib ki, artıq bu barədə hökumət nümayəndələri ilə müzakirələr aparılıb. Bu planın yaxın bir neçə il ərzində həyata keçirilməsi gündəlikdədir. Həmin layihəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin şəhərdən kənara çıxarılması nəzərdə tutulur. Ilk mərhələdə bir neçə universitetin paytaxtın mərkəzindən kənara köçürülməsi planlaşdırılır. Hökumətin də dəstəklədiyi və bu plan barədə ali məktəb rəhbərləri məlumatlandırılıb. Çox güman ki, yeni ali məktəblərin korpusları Qaradağ, Abşeron, Binəqədi və Əzizbəyov rayonlarında yerləşdiriləcək.
Beynəlxalq Ahıllar günü "Azneftyağ" neft emalı zavodunda geniş qeyd olundu. Zavodun həmkarlar ittifaqı komitəsinin təşkil etdiyi tədbirə vaxtilə bu müəssisədə işləmiş müharibə, əmək veteranları, təqaüdçülər, hazırda əmək fəaliyyətini davam etdirən ahıllar toplaşmışdılar.
ATİAHİ Nərimanov Rayon Komitəsi ənənəsinə sadiq qalaraq bu il də Beynəlxalq Ahıllar Günündə uzun illər Azərbaycan təhsilinin ağırlıqlarını çiynində daşımış insanları yada salaraq bir araya yığmışdır.
ATİAHİ Nərimanov Rayon Komitəsi ənənəsinə sadiq qalaraq bu il də Beynəlxalq Ahıllar Günündə uzun illər Azərbaycan təhsilinin ağırlıqlarını çiynində daşımış insanları yada salaraq bir araya yığmışdır.
"Biz heç doğmalarımızı onlar qədər ümidlə gözləmirik.Ahıllar Gününə bir-iki gün qalmış gözlərimizi darvazadan çəkmirik. Bilirik gələcəklər. Söhbət gətirdikləri hədiyyələrdən getmir. Sadəcə onlara öyrəşmişik. Əməlləri də gözəldir, söhbətləri də…" Artıq gözlərində həyatın közü qalan ahıl kişi bu sözləri nəfəsini dərə-dərə dedi. Onu kövrəltmək istəmədiyimdən sorğu-suala tutmadım. Sorğu sualsız da bütün vücudu, hərəkətləri, onun doğma adamlar həsrətində olduğunu söyləyirdi. Bu gün o özünü xoşbəxt sayırdı. Görüşünə gör nə qədər ona isti münasibətdə olan, nazını çəkən ünvanına xoş sözlər deyən insan gəlmişdi.
Hümbət NAĞIYEV, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini.
Bu missiyanı həmkarlar ittifaqı ləyaqətlə yerinə yetirir
Yəqin, vəzifəsindən asılı olmayaraq, pedaqoji sahədə çalışan insanlar təsdiq edər ki, sabah təntənəli şəkildə keçirəcəyimiz Beynəlxalq müəllimlər günü həm də təhsil işçiləri həmkarlar ittifaqı liderlərinin, fəallarının peşə bayramıdır. Çünki bizim fəaliyyətimizin özəyində bir məqsəd dayanır: savadlı, yüksək biliyə malik gənclər yetişdirək. Təhsilimiz dünya standartları səviyyəsinə yüksəlsin.
Dünən, AHİK-də Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə sosial dialoqun təşkili layihəsi çərçivəsində Dəyirmi Masa keçirilmişdir. "Respublikada fəaliyyət göstərən TMŞ-lərdə həmkarlar ittifaqlarının yaradılması təcrübəsi, prespektivləri və çətinlikləri" mövzusu ətrafında fikir mübadiləsi aparılmışdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.